Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4453/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı “ödənilmiş pulun qaytarılması və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 may 2022-ci il tarixli, 2(103)3146/2022 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ay rılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Cavabdeh3 Cavabdeh2 arvadı olmuşdur.
3. Cavabdeh3 32 saylı notariat kontoruna 05 may 2011-ci il tarixli ərizə yazaraq, Cavabdeh2 məxsus olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən sahəsi 5 ha torpaq sahəsinin satılmasına (bağışlamasına) etiraz etmədiyini göstərmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 iddiası təmin edilərək, Abşeron rayonu, Pirəkəşkül kənd ərazisində 5,0 h a torpaq sahəsi, “Mercedes 270 CDİ” markalı, **-XE-*** dövlət nömrə nişanlı avtomobil və ünvan 1 ünvanda 4323,6 kv.m torpaq sahəsinin Cavabdeh3 və Cavabdeh2 arasında bərabər payda bölünərək, həmin əmlakların ½ hissəsinə Cavabdeh3 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
5. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində 5 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh2 ilə İddiaçı arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsini sədrinin təqdimatı təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2018-c i il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2021-ci il tarixli qərarı ilə məhkəmə iclasına işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın təmin olunmaması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Pirəkəşkül kənd ərazisində yerləşən 5 ha torpaq sahəsi üçün ödədiyi 110000 ABŞ dollarının və maklerlərə ödədiyi 1000 ABŞ dollarının (ödənildiyi gün valyuta məzənnəsinə uyğun manatla) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, həmin torpaq sahəsində aparılan tikintiyə çəkdiyi xərclərlə bağlı dəymiş ziyan qismində 80000 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hərəsindən 40000 manat olmaqla bərabər şəkildə, notariat rəsmiləşdirməsi, hüquqi xidmət və rüsum üçün ödədiyi xərclərə görə 380 manatın isə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 32 saylı notariat kontorundan müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Abasov X1 rayon, Pirəkəşkül kənd ərazisində yerləşən 5,0 ha torpaq sahəsini 2011-ci ildə iddiaçıya satmış və razılaşdıqları dəyərini tam şəkildə, arvadı olan digər Cavabdeh3 ilə bir yerdə iddiaçıdan almışlar. Pulu tam şəkildə aldıqları gün Cavabdeh3 razılıq ərizəsini şəxsən özü notariat qaydada təsdiq etməklə, ona vermişdir. Belə ki, 2011-ci ilin mart-aprel aylarında kərpic zavodu tikintisi üçün iddiaçı qeyd edilən torpaq sahəsinə baxmış və bəyənmişdir. Torpağın adına qeydiyyata alınmış Cavabdeh2 mərhum Ramin Əliyevin yaxın qohumu olduğundan, bir yerdə görüşmüş. torpaq sahəsinin 110000 ABŞ dollara satacağına razılaşmışlar. İddiaçı Cavabdeh2 ilkin olaraq 10000 ABŞ dolları beh vermiş, sonuncu bir ay müddətinə sənədləri hazırlayıb, alğı-satqını rəsmiləşdirəcəyini bildirmişdir. Qısa müddətdən sonra Cavabdeh2 sənədlərin hazır olduğunu bildirmiş və razılaşdıqları kimi, onun dediyi 32 saylı notariat kontorunda görüşmüşlər. Alğı-satqının rəsmiləşdirildiyi zaman İbadətin şəxsiyyət vəsiqəsi ilə bağlı problemi çıxmış və bu səbəbdən də həmin gün alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Notariat kontorunda iş ortağı olan, çox etibar etdiyi X3 Abasovun onun yaxın qohumu olduğunu və gələcəkdə heç bir problemi olmayacağına onu inandırdığından haqq-hesablaşıb, alğısatqını sonra rəsmiləşdirməsinə razılaşmışdır. İddiaçı 100000 ABŞ dolları pulu notariat konturunda cavabdehl ərə vermiş, pulu Cavabdeh2 saymış və yoldaşı Cavabdeh3 götürüb çantasına qoymuşdur. Həmin gün Cavabdeh3 qeyd olunan torpaq sahəsinin satılmasına imzaladığı razılıq ərizəsini notariat qaydasında təsdiqləyib, ona vermişdir. Maklerə çatası məbləğin 2%-ni Cavabdeh2la yarı-yarı olmaqla hərəsinə 1000 ABŞ dolları vermişdir. Həmin gün torpağa dair bütün qeydiyyat sənədlərin əsilləri onlara verilmiş və hazırda da ondadır. Ramin Əliyev alğı-satqını rəsmiləşdirəcəyini tamamlayacağını üzərinə götürdüyündən bütün sənədlər onda qalmışdır. İddiaçı torpaq sahəsini yerində təhvil götürmüş, bir neçə gündən sonra Ramin Əliyevin təşkilatçılığı ilə orada tikinti işlərinə başlanmış, qısa müddətə kərpic zavodunun tikintisi başa çatdırılmışdır. Tikintiyə və avadanlıqlara 500000 manat civarında xərc çəkilmişdir. B u xərclərin 120000 manat hissəsi onun tərəfindən ödənilmişdir. Hal-hazırda da adı çəkilən sahə iddiaçının sahibliyindədir. Cavabdehlər Cavabdeh2la arvadı Cavabdeh3 əlbir olub, razılıq ərizəsini ləğv edib, torpaq sahəsini mübahisələndirdiklərinə kimi, bununla bağlı heç bir problem olmamışdır. Lakin, Cavabdeh3 əri Cavabdeh2 ilə ayrıldığından başqa əmlaklarla yanaşı, həmin torpaq sahəsinin özünün iştirakı ilə satılıb, pulunu tam aldığını bilə-bilə bölgüsünü tələb etmişdir. O, hüququnun müdafiəsi üçün adı çəkilən torpaq sahəsinin satılması ilə bağlı Cavabdeh2 arasında alğı-satqı müqaviləsinin 05 may 2011-ci il tarixdən bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin son olaraq iddiası təmin edilməmişdir. Bununla da, satın-alması üçün ondan alınmış 110000 ABŞ d olları, həmçinin alğı-satqıya hazırlıq üçün və torpaqda tikililərin inşasına çəkdiyi xərclər, eləcə də iddia ilə bağlı hüquqi xidmət və dövlət rüsumu üçün ödədiklərinin ona vurulmuş ziyan hesab edilərək, cavabdehlərdən müştərək qaydada tam şəkildə xeyrinə tələb olunmalıdır.
8. Cavabdeh3 birinci instansiya məhkəməsində ərizə verərək, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-501/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia qismən təmin edilərək, 110000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təm in edilməməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 337.1, 337.3, 337.3, 337.4, 337.5, 385.1, 386.1, 386.2, 386.3, 394-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında daşınmaz əmlakın alğı-satqısına dair şifahi qaydada müqavilə bağlanmışdır. Lakin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır. Bu səbəbdən onlar arasında bağlanmış şifahi müqavilə əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməlidir. Bu baxımdan Cavabdeh2 torpaq sahəsinə mülkiyyət hüququnu saxlamaqla yanaşı, 110000 ABŞ dollarına da yiyələnməklə əsassız olaraq varlanmışdır. Məhkəmə Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, müqavilənin etibarsızlığı nəticələri tətbiq olunmaqla tərəflərdən hər bir i əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnamələri və özünün birbaşa etirafı ilə müəyyən olunur ki, Cavabdeh2 110000 ABŞ dolları məbləğində pulu iddiaçıdan almışdır. Lakin həmin məbləğdə pulun və ya hər hansı hissəsinin digər Cavabdeh3 tərəfindən qəbul edilməsi nə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, nə də ki işin halları ilə sübut olunur. Odur ki, iddia tələbi 110000 ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması hissəsində qismən təmin edilməli, həmin məbləğ tam həcmdə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər birindən 40000 manat tutulması hissəsini əsassız hesab etmişdir. Belə ki, məhkəmə araşdırması za manı iş materiallarında həmin torpaq sahəsində iddiaçı tərəfindən aparılan hər hansı tikintinin mövcudluğunu təsdiq edəcək sübutlar mövcud deyil və davam edən məhkəmə araşdırması dövründə məhkəməyə təqdim edilməmişdir. (foto şəkil, tikinti aparılmasına dair icazə, tikiliyə dair sənədlər, tikinti üçün çəkilən xərcin dəyəri). Üstəlik Cavabdeh3 həmin torpaq sahəsində hər hansı zavodun mövcud olmadığını bildirsə də, iddiaçı bununla bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı sübut təqdim etməmişdir.
12. Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddət in axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının Cavabdeh3 yönəlmiş pul tələbi subyektiv hüququn olmaması (subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi) əsası ilə rə dd edildiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-501/2022 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməmiş hissəsində və 110000 ABŞ dolları tələbi ilə bağlı Cavabdeh3 nisbətdə təmin edilməmiş hissələrdə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-501/2022 nömrəli qətnaməsinin qismən - iddianın Cavabdeh2 nisbətdə təmin edilmiş hissədə dəyişdirilməsini, həmin hissədə tələb məbləğin digər Cavabdeh3 arasında bərabə r bölgü hesabı ilə birgə təmini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli, 2(103)3146/2022 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-501/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəm ə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli, 2(103)-3146/2022 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü, Mülki Məcəllənin 146.1, 385.1, 386.1-386.3, 394, 337.1-337.5-ci, Mülki Prosessual Məcəllənin 82.3, 88, 217.2-217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi işin hallarını, o cümlədən birgə cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsinin iddiaçıya satmaq adı altında 110000 ABŞ dolları aldıqları 05 may 2011-ci il tarixdə birgə nikahda olmalarını, ondan sonra da birgə yaşayış və birgə nikahlarının daha 2 il 5 ay davam etməsini, nikahları pozulandan sonra birgə nikahdan əldə edilmiş əmlakların onlar arasında ½ hissədə bölündüyündən, birgə nikah dövründə yaranmış borcların da aralarında bu nisbətdə bölünməli olmasını, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır.
19. Həmçinin Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli, 2(103)-3146/2022 nömrəli qətnaməsinin qismən - iddianın 110000 ABŞ dolları məbləğində birgə Cavabdeh3 nisbətdə təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın ona nisbətdə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Həmin kassasiya şikayəti İddiaçı kassasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
21. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut ki mi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Kassatorlar apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiklərindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəfl ərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prose sində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci mad dəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasınd a daşınmaz əmlakın alqı-satqısı ilə bağlı hüquq münasibətlərin yaranması, iddiaçının həmin cavabdehə 110000 ABŞ dolları ödəməsi, alqı-satqı müqaviləsi qanuna uyğun rəsmiləşdirilmədiyindən həmin müqavilənin etibarsız olması, bunun nəticəsində əsassız varlanma qaydalarına uyğun olaraq iddiaçının qeyd olunan vəsaiti tələb etmək hüququnun yaranması kasatorlarla mübahisələndirilmir. Hazırda hər iki kassatorla mübahisələndirilən hal həmin vəsaitin əsassız varlanma olaraq Cavabdeh2la yanaşı, onun arvadı olmuş Leyla Abasovadan da tutulmasıdır.
30. Bu zaman kassatorlar hesab edirlər ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi düzgün tətbiq edilməmişdir. Kassasiya şikayətinin qeyd olunan dəlilinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh3 üzərinə hər hansı öhdəliyin qoyulması üçün preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, həmin qətnamə ilə İddiaçı tərəfindən Cavabdeh2 ödədiyi pul vəsaitinin (və ya hər hansı hissəsinin) Cavabdeh3 verilməsi müəyyən edilməmişdir.
31. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan pul vəsaitinin cavabdehlərin birgə borcları kimi qiymətləndirilməsi üçün də sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə pul ödənildikdən sonra cavabdehlər müəyyən müddət ərzində ailə münasibətlərində olsalar da, həmin vəsaitin ailə ehtiyaclarına xərclənməsinə dair sübutlar iş materiallarında yoxdur.
32. İddianın təmin olunmamış qalan hi ssəsi üzrə iddiaçının kassasiya şikayətinin dəlilləri də əsassız hesab olunmalıdır. Belə ki, apellyasiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, iş materiallarında torpaq sahəsində iddiaçı tərəfindən aparılan hər hansı tikintinin mövcudluğunu təsdiq edəcək sübutlar mövcud deyil və davam edən məhkəmə araşdırması dövründə məhkəməyə təqdim edilməmişdir. Cavabdeh3 həmin torpaq sahəsində hər hansı zavodun mövcud olmadığını bildirsə də, iddiaçı bununla bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı sübut təqdim etməmişdir.
33. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi il ə müəyyənləşdirir.
34. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsin in məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 may 2022-ci il tarixli, 2(103)-3146/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.