Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4454/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı X20, iddiaçının vəkili X38 oğlu, cavabdeh “XXX”-nin sədri X25 və cavabdehlərin nümayəndəsi və vəkili Mustafayev Muxtar Nağı oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər “XXX” İctimai Birliyi, X25, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1877/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Bağırova) iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) hazırkı iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)1877/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, “XXX” X27 Yığıncağının xx.xx.2019-cu il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, “XXX” İctimai Birliyi, Cavabdeh3 və Cavabdeh4 (3cü şəxs Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəs i) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “XXX” X27 Yığıncağının xx.xx.2019cu il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: Təməli 20 il öncə "Azərbaycan Müəllimlərinin 11-ci Qurultayında" qoyulan “XXX" İctimai Birliyi yaradılmışdır. Birlik xx.xx.2001-ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış almışdır. Birliyin yaradılmasında əsas məqsəd - respublika təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, ixtisasartırma və yenidən hazırlaman ın və təcrübi nailiyyətlərin inkişafına nail olmaq, o cümlədən təhsilin inkşafına kömək etmək olmuşdur. Belə ki, Birliyin Nizamnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə keçirilmiş Ümumi X1 X28 sədri, X4 Heyətinin sədr müavini və X3 Heyətinin katibi vəzifələrinə 5 il müddətinə olmaqla seçilmişlər. Həmin vaxt Birlik üzvlərinin sayı cəmi 144 nəfərdən ibarət olmuş və onların adlı sıyahısı təsdiq olunaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışdır. Yarandığı tarixdən qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Birlik öz fəaliyyətini səmərəli həyata keçirməklə Xin rəhbərliyi altında bir çox işlər görmüşdür. Uzun illər Birliyə ləyaqət və şərəflə rəhbərlik etmiş X sonradan, 2018-ci ildə ağır xəstəliyə tutulması səbəbindən faktilki olaraq öz vəzifələrini əvvəlki kimi icra etmək imkanında olmamış dır. Lakin xəstə olduğu müddət ərzində Birliyin fəaliyyəti ilə bağlı bütün işləri İdarə Heyətinin katibi X7 vasitəsi ilə idarə etmişdir. Təəssüflər olsun ki, Xin xəstələnməsi və buna görə də Birliyin işləri ilə yaxından məşğul ola bilməməsini görən bir qrup şəxs yaranmış fürsətdən öz xeyirlərinə istifadə edib Birliyin idarəçiliyini öz əllərinə keçirməyə çalışmışlar. Belə ki, həmin şəxslər öz məqsədlərinə çatmaq üçün xx.xx.2018-ci il tarixdə Birliyin qanuni üzvlərinin əksəriyyətinin, təxminən 80 fazdən çoxunun iştirakı olmadan, özlərinə yaxın olan digər şəxsləri saxta yollara birliyə üzv qəbul edərək tez-tələsik Ümumi Yığıncağın iclasını keçirmişlər və həmin iclasda qabaqcadan əlbir olub təyin etdikləri Cavabdeh2 adlı şəxsi özlərinə yeni "sədr" seçmişlər. Həmçinin özlərinin təşkil etdikləri bu qanunsuz yığıncaqda İdarə Heyətinə yeni saxta üzvlər qəbul etməklə İdarə Heyətini yeni tərkibdə formalaşdırmışlar. Halbuki onlar tərəfindən keçirilmiş bu qanunsuz yığıncaq Birliyin qanuni rəhbərliyi olan - sədr Xin, sədr müavini XX və katib XX iştirakı, eləcə də Birliyin 144 qanuni üzvündən 80 faizindən çoxunun xəbəri və iştirakı olmadan keçirilmişdir. Həmin saxta yığıncağa (heç kim tərəfindən seçilməmiş səlahiyyətsiz şəxslər) sədrlik edən XXXX və katiblik edən Cavabdeh4 guya səsvermə nəticəsində yekdilliklə Cavabdeh2 adlı şəxsi Birliyin İH-nin sədri, X1 sədr müavini və Cavabdeh4 katib seçərək bu barədə xx.xx.2018-ci il tarixli uydurma protokol imzalamışlar. Belə qanunsuz yollara əl atmaqla yığıncaq keçirən bu şəxslər bir sıra əsas məsələləri "unudaraq", saxtalaşdırdıqları sənədlərin d övlət qeydiyyatına alınması üçün birbaşa Ədliyyə Nazirliyinə müraciət etsələr də, sonuncu belə bir qanunsuz və uydurma sənədlər əsasında qeydiyyat aparmaqdan imtina etmişdir. Lakin etdikləri bu qanunsuz əməllərdən çəkinməyən həmin şəxslər saxtakarlıqda daha da irəli gedib ictimaiyyəti və dövlət qurumlarını aldatmaqla həmin qanunsuz (Ümumi Yığıncağın protokolu və digər) sənədlərə başqa bir formada əl gəzdirməklə bir daha saxtalaşdırmağa çalışmışlar və bu dəfə öz məkrli niyyətlərinə naiİ olmuşlar. Bu şəxslərin xx xxxxxx 2019-cu il tarixdə fürsət tapıb yenidən keçirdikləri yığıncaqda qabaqcadan əlbir olub təyin edikləri və Birliyin fəaliyyətində yaxından-uzaqdan heç bir iştirakı və əməyi olmayan, Birlik üzvlərinin belə yaxından tanımadığı Cavabdeh2 adlı şəxsi saxta yolla və məcburi şəkildə Bi rliyin sədri seçmişlər, eləcə də Birliyin yarandığı vaxtdan uzun illər zəhmət çəkmiş İdarə Heyətinin qanuni üzvlərini Nizamnaməyə zidd şəkildə kənarlaşdırmaqla, hətta həmin yığıncaqda iştirak belə etməyən özlərinə yaxın şəxsləri İdarə Heyətinin yeni üzvləri kimi "seçmişlər”. Müqayisə üçün hər iki (xx.xx.2018 və xx.xx.2019-cu il tarixli) Yığıncağın protokollarına diqqət yetirdikdə baş vermiş qanunsuzluğu və edilən saxtakarlığı açıq-aydın görmək olur. Belə ki, xx.xx.2018-ci il tarixli Ümumi Yığıncağın protokolunda Birliyin üzvlərinin sayı 127 nəfər olduğu qeyd olunsa da, bundan cəmi 3 ay sonra təkrar keçirilmiş xx.xx.2019-cu il tarixli Yığıncağın protokolunda Birliyin üzvlərinin sayı qəfildən artaraq 233 nəfər olduğu qeyd ohınmuşdur. Təəccüblüdür, yarandığı xx.xx.2001-ci il tarixdən etibarən xx.xx.2018-ci il tarixə kimi 17 il ərzində cəmi 144 (rəsmi qeydiyyata alınmış) qanuni üzvü olan "XXX" İctimai Birliyin üzvlərinin sayı necə olur ki, cəmi 3 ay ərzində birdən birə 106 nəfər artaraq 233 nəfərə çatır?! Həmçinin, necə olur ki, Birliyə 106 nəfər yeni üzv qəbul edilir, amma Biriyin qanuni səlahiyyətli şəxslərinin bundan xəbəri olmur?! X6 4.4 və 4.5-ci bəndlərində qeyd olunur ki, "Birliyə üzvlərin qəbulu Birliyin icra orqanı tərəfindən aparılır. Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı şəkildə müraciət edir. Ərizəyə 1 (bir) ay müddətində baxılır. Səsvermə nəticəsində icra orqanının üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir. Nizamnamənin qeyd olunan bəndlərindən göründüyü kimi, hər hansı bir şəxsi Birliyə üzv qəbul etmək yalnız Birliyin icra orqanının səlahiyyətinə aid olmaqla, səsvermə nəticəsində icra orqanının üzvlərinin kollegial şəkildə səs çoxluğu ilə həyata keçirilir. Yalnız bundan sonra yeni qəbul edilmiş üzvə Birliyin ali orqanı tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir. Lakin yeni üzvlərin nə vaxt və hansı qanunsuz yollarla Birliyin üzvülüyünə qəbul olunmalarından Birliyin icra orqanı olan İdarə Heyətinin (sədrin, müavinin, katibinin, digər 23 nəfərdən ibarət) üzvlərindən biri kimi iddiaçının məlumatı olmamışdır. Göründüyü kimi, Birliyə üzv qəbul etmə və üzvlikdən xaric etmə məsələləri yalnız nizamnamədə nəzərdə tutulan qaydada həyata keçirilməli olduğu halda, 88 nəfərin nə vaxt və hansı şəkildə, hansı nizamnamə ilə üzvlüyə qəbul olunmasından özlər indən başqa heç kimin xəbəri olmamışdır. Maraqlı hallardan biri də odur ki, xx.xx.2019-cu il tarixli Yığıncaqda iclasın sədri Cavabdeh3 3 nəfərdən ibarət hesablayıcı komissiya yaradılmasını təklif etmiş və yerdən verilən təkliflər əsasında X, XX və XXX hesablama komissiyasına seçilmişlər. Lakin faktiki olaraq bu tərkibdə XX iştirak etməsinə baxmayaraq, iclas protokolunda XXnın adı əvəzinə XXnın adı göstərilmişdir ki, bu da Ədliyyə Nazirliyinə verilmiş növbəti saxta məlumatdır. Lakin bu azmış kimi, cavabdeh şəxslər bundan da böyük saxtakarlıq törədərək heç bir zərurət olmadığı halda İdarə Heyətinin (23 nəfərlik) tərkibini yenidən formalaşdırma məsələsini ortaya atmışlar. Belə ki, onlar öz məqsədlərinə çatmaq üçün əvvəlcə İdarə Heyətinin tərkibində yer almış və Birliyin inkşafında böyük əməy i keçən üzvləri (onların işinə yaramadığı üçün) kənarlaşdırmaqla təmizləmə prosesi aparmışlar və bundan sonra rahat şəkildə qabaqcadan əlbir olduqları, özlərinə yaxın bildikləri, hətta həmin vaxt yığıncaqda iştirak etməyən, ümumiyyətlə Birliyə üzv olmayan şəxsləri birbaşa İdarə Heyətinin 23 nəfərlik tərkibinə "yeni üzvlər" kimi daxil etmişlər. Belə ki, sözügedən Yığıncağın protokolunda (Bax: xx.xx.2019-cu il tarixli Protokolun 4-cü və 5-ci səhifələrində, sıra sayı üzrə 7, 20, 21-ci yerlərdə) adları keçən şəxslər: 7.Prof. X23,
20. X14 və
21. X26 ümumiyyətlə həmin Yigıncaqda iştirak etməmişlər. Həmçinin Nəzarət-Təftiş Komissiyasına "seçilmiş" Güloğlan Bağırov da Ümumi Yığıncağın iclasında iştirak etməmişdir. Lakin Birliyin iclasında iştirak belə etməyən şəxslər necəsə özləri olmadan birbaşa İdarə Heyətinin və NTK-nın əsas tərkibinə "yekdilliklə qəbul" edilmişİər. Həmçinin nə əvvələr, nə də, sonradan Birlik üzvü olmayan (Bax: xx.xx.2019-cu il tarixli protokolun 4-cü və 5-ci səhifələrində, sıra sayı üzrə 9, 13, 15, 16, 17 və 22-ci yerlərdə adları keçən) şəxslər: 9.X21, 13.X22, 15.X10, 16.Cavabdeh4, 17.X31 və 22.X17 Birliyə üzv kimi qəbul edilmədən, birbaşa İdarə Heyətinin (23 nəfərlik) əsas tərkibinə "seçilmişlər". Hətta Birliyin üzvü olmayan şəxslər "sədr müvaini" və "katib" vəzifəsinə gətirilmişlər. Bundan başqa, xx.xx.2019-cu il tarixli Ümumi Yığıcağın protokolunda "Gündəlikdə duran məsələlər" hissəsində baxılması üçün 6 məsələ göstərilsə də, Yığıcağın sonunda cəmi 5 məsələ üzrə yekun Qərar qəbul edilmiş, lakin 1 məsələ üzrə - "X36 üzvlərinin yeni tərkibinin seçilməsi haqqın da" heç bir qərar qəbul edilməyərək məsələ açıq qalmışdır. xx.xx.2019-cu il tarixli Ümumi Yığıncağın protokolunda Birliyin 233 üzvündən 180 nəfərinin iştirak etdiyi qeyd edilib. Lakin Ədliyyə Nazirliyinin verdiyi xx.xx.2019-cu il tarixli Çıxarışda üzvlərin sayı 229 nəfər göstərilib ki, bu da saxtakar qrupun növbəti yalanının təsdiqini tapmasıdır. "XXX" İctimai Birliyinin fəaliyyətinə kənar şəxslər tərəfindən müdaxilə edilməsi, Birliyin Sədrinin səlahiyyətlərinin mənimsənilməsi, üzvlərin hüquqlarının pozulması və nizamnamə pozuntularına yol verilməsi halları ilə bağlı dəfələrlə İdarə Heyətinin katibi X və onun tərəfindən cavabdeh şəxslərə lazımı iradlar və haqlı narazılıqlar bildirilsə də, heç bir nəticəsi olmamış, cavabdehlər öz məqsədlərinə çatmaq üçün hər bir yola əl atmaqla qanunsuz hər əkətlərinə davam etmişlər. Bununla bağlı, baş vermiş qanunsuzluqların aradan qaldırılması üçün onlar rəsmi qaydada Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraicət etsələr də, İdarə tərəfindən onlara qeyri-hökümət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələrin məhkəmə qaydasında həll olunduğu bildirilmişdir. Birliyin fəaliyyəti ilə əlaqədar onun Ümumi Yığıncağının qərarına dair mübahisələr yarandığı təqdirdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən baxılıb qəbul olunmuş qərar əsasında həll oluna bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi XXXnin xx xxxxxx 2019-cu il tarixli iclasına sədrlik etmiş, iclasın katibi Cavabdeh4 olmuşdur. İddiaçı XX iddiasında göstərir ki, Birliyin xx.xx.2018-ci il tarixdə keçirilən ümumi iclasında 127 nəfər, xx.xx.2019-cu il tarixdə keçirilən iclasında isə 233 nəfər iştirak edib, 106 nəfər 3 ayda yeni üzvün üzvlüyə qəbul edilməsindən İdarə Heyətinin xəbəri yoxdur. İddiaçının özünün qeyd etdiyi kimi, xx.xx.2013-cü ildə Birlik üzvlərinin sayı 144 nəfər olmaqla qeydiyyatdan keçib və 2019-cu ildə bu say 233 nəfər olub. Sayın artımı 3 ay yox, 6 il ərzində və İdarə Heyətinin iclaslarının qərarları ilə olub. İddiaçının İdarə Heyətinin 23 üzvünün iclasda iştirak etməməsini israr etməsi uydurmadır. İdarə Heyətinin üzvləri Nizamnamədə nəzərdə tutulan kvorumu ilə tam qanuni keçirilib. XXX isə həmişə Təhsil Birliyindən müxtə lif mətbuat orqanlarına iftiralar yazmaqla məşğul olmuşdur. O, Birliyin yaradıcısı və rəhbəri Xin sağlığında da mütəmadi surətdə iftiralar yazırdı. İndi isə X32 ləyaqətlə və şərəflə rəhbərlik etdiyini yazır. İddiaçının xx.xx.2019-cu il tarixli yığıncaqda iclasın hesablama komissiyasına XXnın seçilmədiyini göstərməsi də həqiqətdən uzaq və xüsusi düşünülmüş yalandır. Hesablama komissiyası düzgün formalaşmışdır. XX həmin tərkibə təklif olunmuş və səsvermə ilə təsdiqlənmişdir. Bütün səsvermələr nizamlı və obyektiv keşirilmışdır və iddiaçı bununla bağlı heç bir irada malik deyil. İddiaçının İdarə Heyətinin yenidən formalaşmasına münasibəti də hüquqi və məntiqi cəhətdən heç bir əsasa malik deyil və onun qərəzli münasibətinin təzahürü kimi anlaşılmalıdır. X30 uyğun olaraq 5 ildən bir seçilməli ol ması tələbinə uyğun olaraq təşkil olunmuşdur. Səsvermədə iştirak edən iddiaçı tərkibin lehinə olaraq səs vermişdir. İddiaçının birlik üzvü olmayan şəxslərin İdarə Heyətinə seçilməsini bildirməsinə onun növbəti yalanından başqa ad verilə bilməz. Yeni seçilən şəxslər uzun müddət birliyin üzvü olmuşlar. Birliyə uzun müddət ləyaqət və şərəflə rəhbərlik etmiş Xin yolunu daha yaxından və fəal surətdə davam etdirmək üçün iki doğma qızları, digərləri uzun müddət təhsil sahəsində işləyən alimlərdir. İddiaçının bu mövqeyi onun gündəlikdə duran İdarə heyətinin yeni tərkibinin seçilmədiyi barədə uydurmasını da təkzib edir və onun düzgün mövqe tutmadığını və böhtançılıq etdiyini büruzə verir. Birlik üzvlərinin sayı barədə də iddiaçı səhv təsəvvür yaratmaq üçün uğursuz cəhdindən başqa bir şey deyildir. xx.xx.2019-cu il tarixli Ümumi yığıncağın protokolunda qeyd olunan Birliyin üzvlərinin sayı ilə xx.xx.2019-cu il tarixli Ədliyyə Nazirliyinin verdiyi çıxarışda göstərilən üzvlərin sayı arasında 4 say (müvafiq olaraq 233 və 229 arasında) fərqinin olması faktiki vəziyyətə və qeyd olunan iclasın keçirilməsinə və qəbul edilmiş qərarların qüvvəsinə heç bir təsir göstərmir və bu daha çox məlumatların ayrı-ayrı zaman kəsiyi ilə bağlılığından törənir. Habelə, iddiaçının xx xxxxxx 2019-cu ildə İdarə Heyətinin iclası ilə bağlı, heç bir ünvan göstərmədən Birliyin fəaliyyətinə kənar şəxslərin müdaxiləsi barədə mövqeyi həqiqətə uyğun deyil və onun Birliyin işi barədə ənənəvi faydasız və əngəl yaratmaq istəyinin davamıdır. Halbuki iddiaçı mübahisələndirdiyi sonuncu iclasda səxsən iştirak edərək hər hans ı etiraz, irad və istəyini bildirməmiş, qəbul edilən qərarların lehinə səs vermişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh “XXX”-nin sədri X25 və cavabdehlərin nümayəndəsi və vəkili Mustafayev Muxtar Nağı oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı X20, iddiaçının vəkili X38 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iş tirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəli lləri ilə razılaşmaq olmaz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qeyrikommersiya qurumu olan “XXX” İctimai Birliyi xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birlik öz fəaliyyətini qanunvericilik və öz nizamnaməsi əsasında qurur. Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsində qeyd olunur ki, Birliyə üzvlərin qəbulu Birliyin icra orqanı tərəfindən aparılır (4.4). Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı şəkildə müraciət edir. Ərizə 1 ay müddətində baxılır. Səsvermə nəticəsində icra orqanının üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir (4.5). X37, müavinləri və katibi Birliyin ümumi yığıncağı tərəfindən açıq səsvermə yolu ilə 5 (beş) il müd dətinə seçilirlər (5.10). Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır (5.1). Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur (5.5). Ümumi yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir (5.6). Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir (5.7). İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən, katibdən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir (5.8). Apelyasiya Məhkəməsi ümumi yığıncaq keçirilərkən birliyə üzvlər qəbul edilməsi zamanı birliyin yuxarıda qeyd olunan nizamnamə qaydalarına riayət edilməməsi qənaətinə gəlmişdir. Kassator məhkəmənin gəldiyi qənaətin düzgün olmadığını bildirir və bununla bağlı işin faktiki hallarının düzgün araşdırılmadığına istinad edir. O cümlədən, birliyə üzvlərin seçilməsi, 1-ci iclasla 2-ci iclas arasında üzvlüyə qəbulun sayının məhkəmə qərarında qeyd olunan sayda deyil, daha az olması, və.s. hallara istinad edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Şikayətdə qeyd olunan hallar işə mahiyyəti üzrə baxılması zamanı sübut edilməli olan hallardır. Ona görə şikayətdə qeyd olunan həmin dəlillər nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xx xxxx 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd edir ki, məhkəmə araşdırması zamanı, əsas iddia ərizəsində göstərilməsindən, yaxud sonradan işə baxılması əsnasında meydana gəlməsindən asılı olmayaraq, işin ədalətli həlli üçün əhəmiyyət kəsb edən bir sıra mübahisəli məsələlərin həllinə yol verilir. Bu baxımdan mübahisənin predmeti dedikdə, yalnız əsas iddianın deyil, eyni zamanda qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının predmeti, habelə tərəflərdən heç birinin qaldırmadığı, lakin məhkəmə tərəfindən müstəqil olaraq, maddi və prosessual hüquq normalarının tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla həll edilən məsələlər də başa düşülməlidir. Məhkəmənin bu cür hərəkətləri mübahisə edən tərəflərin dispozitiv hüquqlarına müdaxilə olsa da, bu, məhkəmə prosesi çərçivəsində işi düzgün həll etmək niyyətindən irəli gəlir və konstitusiya əhəmiyyəti olan prosessual qənaət və prosessual hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsiplərinin həyata keçirilməsinə yönəlmişdir. Birliyin Nizamnaməsinin 5.10-cu bəndindən görünür ki, X37, müavinləri və katibi Birliyin ümumi yığıncağı tərəfindən 5 il müddətinə seçilirlər. Cavabdeh “XXX” İçtimai Birliyi tərəfindən 54 üzvün qəbul edildiyi iddia olunan İdarə Heyətinin xx.xx.2018-ci il tarixli 1 nömrəli protokolundan görünür ki, protokol Ümumi Yığıncağın qərarına əsasən xx.xx.2013-cü il tarixdə 5 il müddətinə katib seçilməsinə və həmin tarixdə keçirlən İdarə Heyətinin iclasında iştirak etməsinə baxmayaraq X8 həmin protokolu imzalamamış, Sədrin təklifi ilə katib olaraq Şura üzvü olan X namizədliyinin səsə qoyulduğu və yekdilliklə qəbul edildiyi göstərilmiş, protokol da Yaqut Həsənova tərəfindən imzalanmışdır. Halbuki, Nizamnamənin 5.8-ci bəndində katib kollegial icra orqanına daxil olan şəxs kimi göstərilmişdir. Şahid qismində dindirilmiş X8 da 27 yanvar tarixdə keçirilən iclasda 54 nəfərin üzvlüyə qəbul edilmədiyini bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 1 nömrəli protokoldan çıxarışda adları qeyd olunan 54 nəfərin üzvlüyə qəbul edilməsi göstərilsə də həmin siyahı xx.xx.2018-ci il tarixli protokolda öz əksini tapmamışdır. Cavabdeh tərəfindən üzvlərin qəbul edildiyi iddia olunan digər bir sənəd isə İdarə Heyətinin xx.xx.2018-ci il tarixli protokoludur. Həmin protokolda isə Ümumi Yığıncaq tərəfindən seçilən nə sədr, nə də ki, katib iştirak etməmiş, lakin buna baxmayaraq iclas aparılmış və əlavə olaraq 36 üzvün qəbulu məsələsi həll edilmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixli protokoldan çıxarışda 36 üzvün adı göstərilsə də, xx.xx.2018-ci il tarixli protokolda yalnız 35 şəxsin adı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, X12 və ya Katibin iştirak etmədiyi halda onun səlahiyyətlərinin hər hansı başqa şəxsə ötürülməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. xx.xx.2018-ci il tarixdə keçirilən iclasda X15 keçirilməsi xx.xx.2018-ci il tarixə təyin edilmişdir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası qanununun 25.6-cı maddəsinə əsasən ictimai birliyin təs isçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. xx.xx.2018-ci il tarixli protokolun nəticəsi olaraq göstərilən məsələlərin qeydiyyatın aparılması üçün Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edilsə də həmin dəyişikliklərin aparılmasından imtina edilmiş və yenidən Ümumi Yığıncağın iclasının keçirilməsi təklif edilmişdir. Bu, şahid ifadəsi ilə də təsdiq olunmuşdur. Bundan sonra xx.xx.2019-cu il tarixdə Ümumi Yığıncağın iclası keçirilmiş və protokolda qeyd olunduğuna görə 233 nəfərdən 180 nəfər iştirak etmişdir. Bundan sonra yenidən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edilmiş və müvafiq dəyişikliklər edilmişdir. xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışda əvvəlki üzvlərin sayının 144 nəfər, hazırkı üzvlərin sayının isə 229 nəfər olduğu qeyd edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, ümumilikdə Birliyə 90 nəfər (54 + 36) yeni üzv qəbul edildiyi göstərilsə də Reyestrdən çıxarışdan görünür ki, yalnız 85 nəfər yeni üzv qeydiyyata alınmışdır. Məhkəmə gedişi zamanı xx.xx.2018 və xx.xx.2018-ci il tarixli iclas protokollarının əsllərinin məhkəməyə təqdim edilməsi cavabdeh “XXX” İB-nin vəkilinə təklif edilsə də həmin sənədlərin surətləri təqdim edilmişdir. Mülki qanunvericilikdə protokolun etibarsız hesab edilməsi ilə bağlı konkret norma nəzərdə t utulmasa da Mülki Məcəllənin 11.5-ci maddəsində qeyd olunur ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə keçirilən ümumi yığıncaqda iştirak edən üzvlərin qanuni əsaslarla seçilməsinə dair cavabdehlər tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən, həmçinin xx.xx.2019-cu il tarixli ümumi yığıncaq qanunvericiliyin və Birliyin nizamnaməsinin tələblərinə uyğun şəkildə keçirilmədiyindən iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlər “XXX” İctimai Birliyi, X25, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.