Məhkəmə qərarları › İş №2(102)-4455/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4455/2021

02.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4455/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1871/2020 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz şəhəri ərazisində yerləşən, mülkiyyətində olan həyətyanı torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(054)185/2020 nömrəli iş üzrə 17 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov) iddia təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1871/2020 nömrəli iş üzrə 07 okty abr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov – sədrlik edən və məruzəçi, R.Rəfiyev və A.Mahmudov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən narazı qalaraq kassasiya şikayəti vermiş, sonradan buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Cavabdeh ərizəsində göstərmişdir ki, pandemiya ilə əlaqədar evdən kənara çıxa bilməmiş, işsiz qalmış, maddi imkanı olmadığına görə dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmiş, lakin onun vəsatəti təmin edilməmişdir. Bu barədə qərardadı rəsmi qaydada aldıqdan dərhal sonra vəkillə öz vəsaiti hesabına müqavilə bağlamış və kassasiya şikayəti ni vermişdir. Ona görə də, kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov – sədrlik edən və məruzəçi, R.Rəfiyev və A.Mahmudov) həmin Məhkəmənin 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmamış və qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizədə göstərilənlər kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas deyil, həmçinin ərizəyə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə əsas ola biləcək hər hansı sənəd əlavə edilməm işdir. Ona görə də, ərizə təmin oluna bilməz. Qərardaddan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti ərizədə qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İddiaçının vəkili şikayətin təmin olunmamasını, barəsində şikayət verilmiş qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kolleg iyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir (maddə 134.1.5). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır (maddə 408.1.4). Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya inst ansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin 07.10.2020-ci il tarixli qətnaməsini cavabdeh 19.10.2020-ci il tarixdə rəsmi qaydada əldə etsə də (i.v.140), ondan kassasiya şikayətini prosessual müddəti ötürməklə 19 aprel 2021-ci il tarixdə vermişdir. Apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı olaraq kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən təqdim olunmuş ərizəni təmin etməmiş və həmin qətnamədən verilmiş kassasiya şikayətini geri qaytarmışdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayətin vaxtında verilməməsini onunla əlaqələndirmişdir ki, vəkillə müqavilə bağlamağa maddi imkanı olmadığından əvvəlcə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə vəsatətlə məhkəməyə müraciət etmiş və onun xahişi təmin olunmadıqdan sonra öz hesabına vəkillə müqavilə bağlamış və hazırkı kassasiya şikayətini vermişdir. İşdən göründüyü kimi, cavabdeh tərəfindən verilmiş vəsatətə apellyasiya instansiyası məhkəməsində 18 dekabr 2020-ci il tarixdə baxılmış, məhkəmə iclası barədə ona məlumat verilmişdir. Lakin cavabdeh həmin məhkəmə qərardadı çıxarıldıqdan 4 ay sonra kassasiya şikayətini məhkəməyə təqdim etmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1871/2020 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar