Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4457/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əzzulla oğlunun cavabdehlər Cavabdeh2-yə, Cavabdeh1-yə və “X2 Tiefbau GMBH and CO.KG” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4457/21 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Əzzulla oğlunun və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-302/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı Əzzulla oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Əzzulla oğlunun cavabdehlər Cavabdeh2-yə, Cavabdeh1-yə və “X2 Tiefbau GMBH and CO.KG” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və “X2 Tiefbau GMBH and CO.KG” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ona vurulmuş 70000 manat maddi və 20000 manat mənəvi zərərin, cəmi 90000 manatın müştərk qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X1 iddia tələbini onunla əsaslandırmışdır ki, sifarişçi təşkilat olan Azərbaycan Respublikası Meliorasiya və X6 Səhmdar Cəmiyyəti Beynəlxalq Tendirdə qalib gəlmiş, Podradtçı təşkilat Lilienthalstrasse 33, 34123 Kassel, Almaniya, ünvanında yerləşən Ludwig X3 Co.KG şirkəti ilə 04 noyabr 2011-ci il tarixdə müqavilə sazişi bağlayaraq Yardımlı rayonunda su təchizatı, çirkab su sistemləri və X4 qurğusunun tikintisi ilə bağlı No SNWSSP-YARD B - 07 2011-ci il tarixli müqavilə sazişi üzrə müəyyən qurğuların lahiyələndirilməsi, istehsalı, sınaqdan keçirilməsi, gətirilməsi, quraşdırılması, tamamlanması və istifadəyə verilməsi nin həyata keçirlməsi podratçı təşkilat olan Lilienthalstrasse 33, 34123 Kassel, Almaniya, ünvanında yerləşən Ludwig X3 Co.KG tikinti şirkətinə sifariş etmiş, podratçı təşkilatda həmin sifarişlərin yerinə yetirlməsi ilə bağlı müqavilədə nəzərdə tutulmuş işin görülmə dəyərini təşkil edən və müqavilədə nəzərdə tutulmuş 16,409,463.19 ABŞ dolları (on altı milyon dörd yüz doqquz min dörd yüz altımış üç ABŞ dolları və 19 sent) olmaqla sifarişçi təşilatın müqavilədə göstərilmiş bütün sifarişlərini yerinə yetirməyi üzərinə götürmüşdür. Podratçı təşkilat olan Lilienthalstrasse 33, 34123 Kassel, Almaniya, ünvanında yerləşən Ludwig X3 Co.KG müqavilə sazişinin icrası ilə bağlı işə başlayarkən iş üzrə cavabdeh kimi cəlb edilmiş İ.H.İ tikinti təşkilatı ilə müqavilə bağlayaraq onu da subpodratçı kimi işə cəlb etmişdir. İşin görülmə prosesində “İ.H.İ tikinti təşkilatının təcrübəsizliyi, işinin bilməməzliyi, habelə həmin işlərin görülməsi ilə bağlı tələb olunan lazımi texniki vasitələrinin olmaması nəticəsində işin görülməsi zamanı texniki qaydalara əməl edilməyərək kortəbii surətdə iş aparmışdır. İş prosesi zamanı davamlı güclü yağıntılar olmuş və tikinti təşkilatı bunun üçün qabağlayıcı tədbirlərin görülməməsi səbəbindən sel - suları həyətyanı torpaq sahəsinin ətraf hissəsində qazılmış su kanallarına dolmuş və bunun nəticəsində geniş torpaq sürüşməsi baş vermişdir. Torpaq sürüşməsi nəticəsində 2 mərtəbəli yaşayış evi köməkçi tikilələrlə birlikdə ciddi sürətdə bir neçə yerdən zədələnərək qəzalı vəziyyətə düşmüş, yaşamaq və istifadə etmək üçün tam yararsız və təhlükəli olmuşdur. Yaşayış evi nin əsaslı təmir edilib yenidən bərpa edilməsi mümkünsüz olduğundan həmin ev və köməkçi tikililər sökülərək yenidən inşa edilməlidir. Həmçinin sürüşmə ilə bağlı torpaq bərkitmə işləri aparılaraq həyətyanı sahəsi bütövlükdə dayanaqlı vəziyətə gətirilməlidir. Bütün bunlara görə ona minimum məbləğlə 70.000 manat zərər dəymişdir. Bu zərərdən əlavə yaşayış evinin uçmaq təhlükəsində olduğundan ailəsilə birlikdə uzun müddətdən bəri sarsıntılara məruz qalaraq həyəcan və qorxu içərisində yaşayırlar. Ailəsilə birlikdə çəkdikləri mənəvi pisxoloji sarsıntılara görə 20.000 manat cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Beləliklə də vurulmuş maddi zərər görə 70.000 manat, mənəvi zərər görə isə 20.000 manat cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini tələb edir. Həmin bu sürüşmə təkcə yaşayış evini və həyətyanı torpaq sahəsində olan tikilələri deyil, bütöv bir həyətyanı sahəni əhatə edərək bundan sonra yaşamaq üçün istifadəni tamamilə mümkünsüz etmişdir. Baş vermiş qəza ilə əlaqədar cavabdehlərə, tikintiyə nəzarət orqanlarına Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxsaylı müraciətlər edərək ona vurulmuş zərərin cavabdehlər tərəfindən bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 dekabr 2015-ci il tarixli 2(005)-5711/2015 nömrəli qərardadı ilə (hakim Abbas Əliyev) məhkəmə mühəndis-texniki (torpaqşünaslıq) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2016-cı il tarixli, 25835 saylı ekspert rə yinə əsasən, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin arayışından və FHN Tikintidə Təhliükəsizliyə Nəzarət Dövlət Agentliyinin 11.04.2015-ci il tarixli məktubu ilə məhkəmənin 28.03.2016-cı il tarixli məktubu ilə təqdim edilmiş FHN Tikintidə Təhliükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyi arasında ziddiyyət olduğundan ünvan 1 ünvanında yerləşən İddiaçı Əzzulla oğluna məxsus torpaq sahəsinin, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərin qəzalı vəziyyətə düşməsinin, cavabdehlər (podratçı və subpodratçı) tərəfindən Yardımlı şəhərində aparılmış su və kanalizasiya xətlərinin tikintisi ilə hər hansı bir səbəbli əlaqəsi olmasının, həmin torpaq sahəsinə, fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsində yerləşən digə r tikililərə maddi zərər dəyməsinin və fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərə maddi zərər dəyibdəyməməsinə dair tədqiqat aparılmadı. Birinci instansiya məhkəməsinin 26 may 2016-cı il tarixli 2(005)-363/2016 nömrəli qərardadı ilə (hakim Abbas Əliyev) əlavə məhkəmə mühəndis-texniki (torpaqşünaslıq) ekspertizası təyin edilmiş, mütəxəssis rəyi təqdim olunmadığı üçün 12.07.2016-cı il tarixli məlumatla məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin 04 avqust 2016-cı il tarixli 2(005)-363/2016 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbində İddiaçı ona məxsus Yardımlı şəhəri, N.Nərimanov küçəsi 2 ünvanında ye rləşən fərdi yaşayış evinə cavabdehlər tərəfindən Yardımlı rayonunda su təchizatı, çirkab su sistemləri və X4 qurğusunun tikintisi ilə bağlı görülmüş işlər nəticəsində maddi zərər vurulmasını və həmin maddi zərərin 70000 manat həcmində olmasını sübuta yetirəcək hər hansı bir mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbində qeyd edilən hallar üzrə cavabdehlərin Yardımlı rayonunda su təchizatı, çirkab su sistemləri və X4 qurğusunun tikintisi ilə bağlı iddiaçıya məxsus fərdi yaşayış evinə hər hansı formada maddi zərərin vurulması arasında səbəbli əlaqənin olması məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Bundan başqa iş üzrə iddiaçı ona 70000 manat miqdarında maddi zərərin vurulmasın ı iddia etmiş, lakin, onun əmlakının zədələnməsi nəticəsində, yəni zədələnmiş əmlakın ilkin vəziyyətinin bərpasına sərf ediləcək xərcin nədən ibarət olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” DBLi-nin direktoru tərəfindən təsdiq olunmuş 09.02.2016-cı il tarixli rəydən də məlum olur ki, qeyd edilən fərdi yaşayış evi 35 ilə yaxındır ki, inşa olunmuşdur. Tikilinin uzunluğu 21,0 metr, eni 8,8 metrdir. Zirzəmisi yoxdur. Kürsü hündürlüyü 0.4 metr olan 2 mərtəbəli, hər mərtəbədə 4 otaq və 1 bağlı eyvan olmaqla 8 otaqlı, 2 eyvanlı yaşayış evidir. 1-ci mərtəbənin döşəmədən tavana qədər olan hündürlüyü 2.1 metr, 2-ci mərtəbənin döşəmədən tavana qədər olan hündürlük 2.55 metrdir. Evin özülü dəmir-betondandır. Yükdaşıyan divarları 0.4 metr qalınlığında mişarlanmış əhəng-daşından olan hörgüdür (arxa divarın hörgüsündə çay daşından qismən istifadə edilmişdir). Çardaqlı olan ağac dam konstruksiyasının örtüyünün materialı dalğavari alüminium vərəqələrdəndir. Tikili maili relyefdə torpaq kəsimi aparıimaqla qaya üzərində inşa edilmişdir (evin yan divarının qayalıq üzərində inşa olunması görünür). Fərdi yaşayış evinin döşəməsi, qapı və pəncərələri, mərtəbəarası örtük ağac məmulatındandır. Baxış zamanı məlum olmuşdur ki, yaşayış evi tikinti norma və qaydalarının tələblərinə əməl edilmədən inşa olunmuşdur. Hal-hazırda ev təmirlidir. Vizual texniki baxış zamanı fərdi yaşayış evinin daxili yükdaşıyan divar və arakəsmələrində bir neçə nazik təhlükəsiz suvaq çatla rına rast gəlindi. Evin yan fasad divarında (qayalıq üzərində oturan yan divarda) maili istiqamətli çat müşahidə olundu, Çat bir tərəflidir, eni 3mm-ə çatır. Uzun illər ərzində əmələ gəlmiş çatıdır. Qeyd olunan çatda inkişaf yoxdur. Evin həyətyanı sahəsində 15.0x8.0 metr ölçüsündə düzbucaqlı formada hündürlüyü 3.0 metr olan kölgəlik (naves-avtomobil saxlamaq üçün sahə) quraşdırılmışdır. Qeyd olunan kölgəlik işlək vəziyyətdədir. Evin qarşı tərəfi olan həyətyanı sahəni genişləndirmək məqsədi ilə və düz relyefli etmək üçün əsasən but daşından və qismən mişarlanmış əhəngdaşından 0.4 metr qalınlığında istinad divarı inşa edilmiş və arxa hissəsi tökmə torpaqla doldurulmuşdur. İstinad divarı tikinti norma və qaydalarının tələbləri nəzərə alınmadan inşa olunmuşdur, istinad divarının qabaq tərəfind ə əlavə olaraq metal borulardan dayaqlar quraşdırılmışdır. Bir tərəfi iki metal boru üzərində digər tərəfi isə tökmə torpaq üzərində, əlavə metal tir qoyulmaqla sanitaq qovşağı inşa olunmuşdur. Sanitar qovşağının divarları 0.2 m qalınlığında mişarlanmış əhəngdaşından, düzbucaqlı formada xarici ölçüləri 2.7x1.5x2.3(h) metr olan tikilidir. Sanitar qovşağı texniki cəhətdən işlək vəziyyətdədir. Lakin sanitaq qovşağının tökmə torpaq üzərində olan sahəsində çökmələr yaranmışdır. İstinad divarının qabaq tərəfində, əkin sahəsi ərazisində, kölgəlik (naves) istiqamətində toyuq hini inşa olunmuşdur. Divarları 0.4 metr qalınlığında palçıq məhlulu ilə (sementsiz) but və qarışıq daşlardan inşa edilmiş, hündürlüyü 1.7+2.3 metr (relyefdən asılı olaraq dəyişir) olmaqla, düzbucaqlı formasında, ölçüləri 4,2 x7.0 metr olan tikilidir. Damı çardaq tipli olub, asbestşiferlə örtülmüşdür. Tikili inşaat norma və qaydalarına əməl edilmədən inşa olunmuşdur. Bu tikilinin divarında bir neçə çat və suvaq aşınmasına rast gəlindi ki, bunun da yaranma səbəblərinin təbii fəlakətlə əlaqəsi yoxdur. Tikili texniki cəhətdən fiziki köhnəlməyə məruz qalmışdır. Əkin sahəsində iki istiqamətdə (əkin sahəsi qarla örtütmüşdür) torpaq aralanması müşahidə edildi. İddiaçı Əzzylla oğluna məxsus fərdi yaşayiş evi texniki cəhətdən işlək vəziyyətdədir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi maddi zərərin vurulması hissəsində məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Məhkəmə eyni zamanda İddiaçı Əzzulla oğlunun tələb etdiyi vurulmuş mənəvi zərərin əvəzinin ödənilməs inə münasibətdə qeyd edir ki, İddiaçı Əzzulla oğlu iddia ərizəsində qeyd etdiyi “yaşayış evinə zərər dəyməsi, evin uçmaq təhlükəsinin olması, ailəsi ilə birlikdə uzun müddət həyəcan və qorxu içərisində yaşaması səbəbi ilə mənəvi ziyan çəkməyi” ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki, ona məxsus fərdi yaşayış evinə cavabdehlərdən tərəfindən maddi zərərin vurulması məhkəmə araşdırması zamanı işin faktiki halları ilə sübuta yetirilməmişdir. Bundan başqa iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin texniki vəziyyəti qənaətbəxşdir, yəni həmin fərdi yaşayış evinin uçma təhlükəsi yoxdur. Bu kimi hallar iddiaçının ailəsi ilə birlikdə həmin mənzildə həyacan və qorxu içərisində yaşamasını, nəticədə onlara mənəvi zərər vurulmasını istisna edir. Bu səbəbdən də iddia tələbi İddiaçı Əzzulla oğluna vurulmuş 20000 manat mənəvi ziyanın tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 21.2, 21.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 217.4cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dari” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh İddiaçı Əzzulla oğlu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Mə hkəməsi Mülki kollegiyasının (hakimlər – Aygün Abdullayeva- sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Abiddin Hüseynov) 2(103)-8330/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2017-ci il tarixli, 12050 saylı ekspert rəyinə əsasən, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş arayışa əsasən, İddiaçı Əzzulla oğluna məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərin qəzalı vəziyyətə düşməsi 2014-cü ilinn mart ayında kənd ərazisində aparılan qazıntı (su və kanalizasiya xətləri) işləri zamanı sahənin təbii dayanıqlığı pozulmuş və qazılan xətt boyunca maili yamacda sürüşmə hadisəsinə səbəb olmuşdur. Eyin zamanda FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Xİdmətinin "xxxx" MMC-nin direktoruna və vətəndaşa ünvanlandığı məktuba əsasən, Yardımlı rayonu ərazisində o cümlədən vətəndaş İddiaçı yaşadığı küçədə su və kanalizasiya xətlərinin çəkilişi zamanı torpaq sürüşməsinin baş verməsi nəticəsində onun yardımçı tikilisində çökmələr, həyətyanı torpaq sahəsində sürüşmələr, yaşadığı evdə isə təhlükəli və qəzalı hallar yarandığı müəyyən olunmuşdur. İddiaçı Əzzulla oğluna məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qəzalı vəzi yyətə düşməsi nəticəsində dəymiş ziyanın təqribi dəyəri 69075 manat məbləğində müəyyən olunur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova- sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Abiddin Hüseynov) 2(103)-338/2017 saylı, 29 dekabr 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-363/2016 saylı, 04 avqust 2016-cı il tarixli qətnaməsinin qismən, cavabdehlər Cavabdeh2-dən və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən 69075 manat məbləğində maddi zərərin tutulması tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, cavabdehlər Cavabdeh2-dən və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən müştərək qaydada maddi zərər qismində 69075 manat məbləğində pulun tutularaq İddiaçı Əzzulla oğluna ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh2-dən və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinə dəyən zərərlə kənd ərazisində müvafiq qazıntı (su və kanalizasiya xəttləri) işlərinin aparılması arasında səbəbli əlaqə öz təsdiqini tapmışdır. İş materiallarından göründüyü kimi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ilə podratçı "Ludvig Pfeiffer X3 And Co.Kg" şirkəti arasında bağlanmış 04.11.2011-ci il tarixli müqavilə sazişinə əsasən sifarişçi icraçıdan Yardımlı rayonunda su təchizatı, çirkab su sistemləri və X4 qurğusunun tikintisi ilə bağlı No SNWSSP-YARD B-07 2011 üzrə müəyyən qurğuların layihələndirilməsi, istehsalı, sınaqdan keçirilməsi, gətirilməsi, quraşdırılması, tamamlanması və istifadəyə verilməsini həyata keçirməyi istəmiş və podratçı da buradan meydana çıxan şərtlər və qaydalara müvafiq olaraq bu kimi fəaliyyətlə razılaşmışdır. Bundan sonra "xxxx" 4 noyabr 2011-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə Yardımlı Rayonunda Su Təchizatı, Kanalizasiya Sistemləri və X4 Qurğusunun Tikintisi No SNWSSP-YARD B-07 2011 nömrəli müqavilə üzrə Subpotradçı- İ.H.İ MMC ilə NO.SN\VSSP-YARD&B-0_/2011-001 nömrəli Subpodrat Razılaşması imzalanmışdır ki. həmin razılaşmaya əsasən də Subpodratçı Cavabdeh2 texniki şərtlərdə, çertyojlarda və hər hansı digər sənədlərdə qeyd olunan bütün fiziki işləri həyata keçirməyi və digər xidmətləri təmin etməyi öz üzərinə götürmüşdür. Beləliklə, "Ludvig Pfeiffer X3 And Co.Kg" Almaniya şirkətinin sözügedən podrat müqaviləsi üzrə götürdüyü bütün öhdəliklər subpodrat müqaviləsinə əsasən Cavabdeh2-yə keçdiyi üçün onun yuxarıda göstərilən layihənin həyata keçirilməsi ilə bağlı hər hansı məsuliyyəti qalmamışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, "Ludvig Pfeiffer X3 And Co.Kg" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia tələbi əsassızdır və təmin edilə bilməz. Apelyasıya baxışı zamanı müəyyən olundu ki, yuxanda göstərilən podrat.müqaviləsi üzrə qurğuların layihələndirilməsi Azərbaycan Melior asiya və Su Təsərrüfatı ASC tərəfindən həyata keçirilmiş və işlənən layihə hissə-hissə icraya yönəldilmək üçün podratçıya, onun tərəfindən öz növbəsində subpodratçıya təqdim olunurdu. Bu işlər subpodratçı olan Cavabdeh2 tərəfindən icra olunan zaman sahədə müvafiq qazıntı işləri aparılmış və bu zaman sürüşmə baş vermişdi ki, bu fakt da iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən işlənən layihə üzrə həyata keçirilən işlərin hissə-hissə icrası barədə müvafiq aktlar tərtib olunurdu. Belə ki, iddiaçıya məxsus evin olduğu ərazi üzrə görülən işlərlə bağlı «Nərimanov küçəsində kanalizasiya xəttinin çəkilməsi üçün eni 0,8 m. dərinliyi 2,1 m və uzunluğu 171 pm xəndəyin qazılması» barədə 08.03.2014-cü il tarixli, «N.Nərimanov küçəsində uzunluğu 171 pm qazılmış xəndəyin dibinin təmizlənərək qum yastığının verilməsi» barədə 09.03.2014-cü il tarixli, «N.Nərimanov küçəsində qazılmış xəndəkdə uzunluğu 170 pm D 200 mm kanalizasıya boruların düzülməsi və D1000 mm 5 ədəd baxış quyularının quraşdırılması» barədə 14.03.2014-cii il tarixli və «N.Nərimanov küçəsində kanalizasiya borusu düzülmüş xəndək tələb olunan materiallarla hissə-hissə doldurularaq kipləşdirilməsi» barədə 29.03.2014-cü il tarixli aktlar tərtib olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Natiq Məmmədov izahatında sözügedən layihənin ASC tərəfindən çəkildiyini və həmin layihə üzrə işlərin hissə-hissə subpodratçı tərəfindən icra olunub təhvil verilməsinə dair müvafiq aktların tərtib olunduğunu bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd edir ki, iddiaçının maddi zərərlə bağlı iddiası qismən, ekspert rəyi ilə təsdiq olunan hissədə əsaslı olduğundan, iddiaçının xeyrinə cavabdehlər Cavabdeh2-dən və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən müştərək qaydada 69075 manat məbləğində pulun tutulması hissəsində təmin olunmalı, maddi zərərlə bağlı olan tələb qalan hissədə rədd edilməlidir. İddianın mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Müliorasiya və Su Təsərrüfatı ASC kasasiya şikayəti verərək, qətnamənin iddia tələbinni təmin olunduğu hissədə ləğv olunması, iş də olan sübutlara əsaslanaraq iddia tələbinin təmin olunduğu hissədə də rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ənvər Şadiyevsədrlik edən və məruzəçi, İlqar Xələfov, Qəhrəman Allahverdiyev) 2(102)-3221/2018 saylı, 16 may 2018-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 29.12.2017-ci il tarixli, 2(103)-338/17 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə apellasiya məhkəməsinin qətn aməsi iddia tələbinin mənəvi zərərlə bağlı hissəsində kassasiya qaydasında tərəflər mübahisələndirməklərindən həmin hissədə işin halları kassasiya baxışının predmeti deyildir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib iddia tələbinin cavabdehlər "xxxx" MMC-dən və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə münasibətdə qismən təmin olunub maddi zərərə görə 69.075 manat məbləğində pulun müştərək qaydada "xxxx" MMC-dən və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən İddiaçı Əzzulla oğlunun xeyrinə tutulması barədənəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini iddiaçının evinə zərər dəyməsinə səbəb olmuş işlərin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən işlənən layihə üzrə subpodratçı "xxxx" MMC tərəfindən icra olun ması zamanı baş verməsinə istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iş üzrə sürüşmə hadisəsinin baş verdiyi vaxtda daha yaxın müddətdə və hadisədən 3 il sonra verilmiş ekspertiza rəyləri arasında ziddiyyət olmasına, hər iki rəydə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin arayışlarına və məlumatlarına istinad olunduğu halda, bi r-birinə zidd olan nəticələrə gəlinməsinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, hadisənin su və kanalizasiya tikintisi işlərinin aparılması, o cümlədən, tikinti təhlükəsizlik qaydalarına əməl edilib-edilməməklə aparılması səbəbindən baş verməsinin müəyyən edilməsi ilə bağlı daha konkret və mötəbər sübutların əldə edilməsi üçün iş üzrə təkrar və ya kompleks məhkəmə ekspertizası keçirilmədən iddia tələbinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCyə və "xxxx" MMC-yə münasibətdə təmin olunması barədə qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin iddiaçının evinə və yardımçı tikilillərinə zərər dəyməsinin səbəb i kimi göstərdiyi tikinti işlərini yerinə yetirən deyil, həmin işlərin görülməsini sifariş edən olmasına və belə olduğu halda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin hərəkətlərində baş vermiş sürüşmə ilə bağlı səbəbli əlaqənin axtarılmasının və müəyyən olunmasının ağlabatan olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin ona aid hissədə də təmin olunması barədə qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25.04.2016-cı il tarixli 25835 saylı məhkəmə mühəndis-texniki (torpaqşünanslıq) ekspertizasının rəyində ünvan 5 ünvanda İddiaçı Əzzulla oğluna məxsus həyətyanı torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinin və digər tikililərin qəzalı vəziyyətə düşməsinin podratçı və subpodra tçı tərəfindən Yardımlı şəhərində aparılmış su və kanalizasiya xəttlərinin tikintisi ilə hər hansı bir səbəbli əlaqəsinin olub-olmaması ehtimalının mümkünlüyü qeyd edilmiş, fərdi yaşayış evinin və digər tikililərin qəzalı vəziyyətə düşməsinin sifarişçi təşkilat olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə bağlılığına dair hər hansı ehtimal sadalanmamışdır. Apelasiya məhkəməsi tərəfindən işə baxılan zaman iş materiallarında sürüşmə hadisənin baş verməsinə səbəb olması ehtimal edilən tikinti qazıntı işlərinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri və ya yüksək təhlükə mənbəyi hesab oluna bilən texnikası vasitəsi ilə görülməsini təsdiq edən sübutların olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin qismən təmin olunub dəymiş zərərin müştərək qaydada Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən də tutulmalı olması barədə düzgün olmayan nəticəyə gəlinmişdir. b) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Sənan Hacıyev- sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Fuad Talışinski) 2(103)-8123/2018 saylı, 18 iyul 2018-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-363/2016 saylı, 04.08.2016-cı il tarixli qətnaməsinin iddianın cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid hissədə maddi ziyanın tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, 04.11.2011-ci il tarixli sifarişçi Azərba ycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə podratçı, "Ludvig Pfeiffer X3 And Co.Kg" şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tikinti işlərini yerinə yetirən deyil, həmin işlərin görülməsini sifariş edəndir. Bundan başqa iş üzrə keçirilmiş ekspertizalarda da fərdi yaşayış evinin və digər tikililərin qəzalı vəziyyətə düşməsinin sifarişçi təşkilat olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə bağlılığına dair hər hansı ehtimal sadalanmamışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh tərəfin bilavasitə qanunsuz hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təqsiri müəyyən edilməmiş, iddia tərəfindən bu barədə nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya baxışı zamanı sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, sürüşmə hadisəsinin baş verməsinə səbəb olması ehtimal edilən tikinti-qazıntı işlərinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri və ya yüksək təhlükə mənbəyi hesab oluna bilən texnikası vasitəsi ilə görülməsini təsdiq edən sübutlar olmadığından, habelə həmin sahənin layihələndirilməsinin də sifarişçi qismində ASC tərəfindən deyil, podratçı tərəfindən həyata keçirildiyindən iddia tələbi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə münasibətdə təmin edilə bilməz və birinci instansiya məhkəməsi bu barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri is ə əsassızdır. Belə ki, yuxarıda sadalndığı kimi iş üzrə keçirilmiş ekspertiza tədqiqatları ilə, eləcə də təqdim edilmiş digər sübutlarla sürüşmə hadisəsinin baş verməsinə səbəbin məhz cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təqsirli hərəkətləri nəticəsində olması müəyyən edilməmişdir. Cavabdeh2 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin 2(103)8123/2018 saylı, 18.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş işin faktiki hallarına uyğun olaraq İddiaçı Əzzulla oğlunun iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakim lər – Akif İsgəndərovsədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Əhməd Nurməmmədov) 2(102)-160/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 18.07.2018-ci il tarixli, 2(103)-8123/18 saylı qətnaməsinin ləğv edilməsi, işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız maddi ziyanla bağlı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid hissədə yoxlamış və qətnaməni həmin cavabdehə aid hissədə maddi ziyanın tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasi ya instansiyası məhkəməsi apellyasiya baxışının həddini bu şəkildə müəyyən edərkən apellyasiya məhkəməsinin 29.12.2017-ci il tarixli qətnaməsinin kassasiya qaydasında yalnız cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən mübahisələndirildiyinə və kassasiya instansiyası məhkəməsinin 16 may 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid hissədə ləğv olunduğuna istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi bu nəticə ilə aşağıdakılara görə razılaşmır. İşdən göründüyü kimi, cavabdehlər "xxxx" MMC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC iddia tələbi üzrə birgə cavabdehlərdir və apellyasiya məhkəm əsinin 29.12.2017-ci il tarixli qətnaməsi ilə onların iddiaçı qarşısında müştərək məsuliyyəti müəyyən olunmuşdur. Apellyasiya məhkəməsinin 29.12.2017-ci il tarixli qətnaməsindən birgə cavabdehlərdən yalnız biri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC kassasiya şikayəti versə də, o, kassasiya şikayətində qətnaməni həm özünə, həm də digər cavabdehə - "xxxx" MMC-yə aid hissədə (iddianın təmin olunan hissəsində) mübahisələndirmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid hissədə deyil, hər iki cavabdehə aid hissədə yoxlanılmış və qətnamə mübahisələndirilən hissədə ləğv olunmaqla yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamənin mübahisələndirilən hissəsi isə yuxarıda qeyd olunduğu kimi, cavabdehlər "xxxx" MMC-dən və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən müştərək qaydada maddi zərərə görə 69.075 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi hissəsi olmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız maddi ziyanla bağlı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid hissədə deyil, hər iki cavabdehə - İ.H.İ.” MMC-yə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid hissədə yoxlayıb qiymət verməli idi. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya baxışının hədlərini düzgün müəyyən etməməklə Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinin tə ləbini pozmuş və prosessual pozuntuya yol vermişdir. Ona görə də qətnamə ləğv olunmalı və iş apellyasiya baxışının predmeti olan hissəyə apellyasiya baxışının hədləri gözlənilməklə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova- sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Xəyal Sarıyev) 2(103)-3135/2020 saylı, 19 mart 2020-ci il tarixli qərardadı ilə kompleks məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti və FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb olunmaqla Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhk əmə Ekspeрtiza Mərkəzinin 22.10.2020-ci il tarixli 10/1218 nömrəli ekspert rəyinə əsasən İddiaçı Əzzulla oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsinin və zərər dəyməsinin, Yardımlı rayonu ərazisində su və kanalizasiya xəttlərinin çəkilməsi ilə bağlı aparılan qazıntı işləri zamanı baş vermiş torpaq sürüşməsi ilə əlaqəli olduğu müəyyən olunur.Tədqiq olunan ərazidə su və kanalizasiya xəttlərinin çəkilməsi ilə bağlı aparılan qazıntı işləri zamanı torpaq sürüşməsi baş verdiyini nəzərə alaraq, həmin işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığı müəyyən olunur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova- sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 2(103)-302/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov рayon Məhkəməsinin 2(005)-363/2016 saylı, 04 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması, Cavabdeh2-dən 69.075,0 manat maddi, 3.000,0 manat mənəvi zərərin əvəzi pulun tutularaq İddiaçı Əzzulla oğluna ödənilməsi, iddianın digər cavabdehlərə münasibətdə və qalan hissədə rədd olunması, apelyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 200 manatın Cavabdeh2-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinə dəyən zərərlə kənd ərazisində müvafiq qazıntı (su və kanalizasiya xəttləri) iş lərinin aparılması arasında səbəbli əlaqə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə podratçı "Ludvig Pfeiffer X3 And Co.Kg" şirkəti arasında bağlanmış 04.11.2011-ci il tarixli müqavilə sazişinə əsasən sifarişçi podratçıdan Yardımlı rayonunda su təchizatı, çirkab su sistemləri və X4 qurğusunun tikintisi ilə bağlı No SNWSSP-YARD B-07 2011 üzrə müəyyən qurğuların layihələndirilməsi, istehsalı, sınaqdan keçirilməsi, gətirilməsi, quraşdırılması, tamamlanması və istafadəyə verilməsini həyata keçirməyi istəmiş və podratçı da buradan meydana çıxan şərtlər və qaydalara müvafiq olaraq bu kimi fəaliyyətlə razılaşmışdır.Bundan sonra "xxxx" 4 noyabr 2011-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə Yardımlı Rayonunda Su Təchizatı, Kanalizasiya Sistemləri və X4 Qurğusunun Tikintisi üzrə No SNWSSP-YARD B - 07 2011 nömrəli müqavilə üzrə Subpotradçı- İ.H.İ MMC ilə NO.SNWSSP-YARD&B-07/2011-001 nömrəli Subpodrat Razılaşması imzalamışdır ki, həmin razılaşmaya əsasən də Subpodratçı İ.H.İ MMC texniki şərtlərdə, çertyojlarda və hər hansı digər sənədlərdə qeyd olunan bütün fiziki işləri həyata keçirməyi və digər xidmətləri təmin etməyi öz üzərinə götürmüşdür. Beləliklə, "Ludvig Pfeiffer X3 And Co.Kg" Almaniya şirkətinin podrat müqaviləsi üzrə götürdüyü bütün öhdəliklər subpodrat müqaviləsinə əsasən subpodrat İ.H.İ MMC-yə keçdiyi üçün onun yuxarıda göstərilən layihənin həyata keçirilməsi ilə bağlı hər hansı məsuliyyəti qalmamışdır. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, "Ludvig Pfeiffer X3 And Co.Kg" Almaniya şi rkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia tələbi əsassızdır və təmin oluna bilməz. Həmçinin, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərarında qeyd edildiyi kimi, iş materiallarında sürüşmə hadisəsinin baş verməsinə səbəb olması ehtimal edilən tikinti-qazıntı işlərinin cavabdeh Azərbaycan Respublikası Meliorasiya və Su Təsəрrüfatı Açıq Səhmdar Cəmiyyətinin işçiləri və ya yüksək təhlükə mənbəyi hesab oluna bilən texnikası vasitəsilə görülməsini təsdiq edən sübutlar olmadığından cavabdeh Azərbaycan Respublikası Meliorasiya və Su Təsəрrüfatı Açıq Səhmdar Cəmiyyətinə qarşı da iddia tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə Kollegiyası göstərilənlərlə əlaqədar qeyd edir ki, iddiaçının maddi zər ərlə bağlı iddiası qismən, ekspert rəyi ilə təsdiq olunan hissədə əsaslı olduğundan, iddiaçının xeyrinə Cavabdeh2-dən 69.075,0 manat məbləğində pulun tutulması hissəsində təmin olunmalı, maddi zərər qalan hissədə rədd edilməlidir.. Həmçinin, iddianın mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxs us olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda be lə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspeрtiza Mərkəzinin 22.10.2020-ci il tarixli 10/1218 nömrəli ekspert rəyinə əsasən İddiaçı Əzzulla oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsinin və zərər dəyməsinin Yardımlı rayonu ərazisində su və kanalizasiya xəttlərinin çəkilməsi ilə bağlı aparılan qazıntı işləri zamanı baş vermiş torpaq sürüşməsi ilə əlaqəli olduğu müəyyən olunduğundan, həmçinin, rəyə əsasən tədqiq olunan ərazidə su və kanalizasiya xəttlərinin çəkilməsi ilə bağlı aparılan qazıntı işləri zamanı torpaq sürüşməsi baş verdiyini nəzərə alaraq, həmin işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əmə l olunmadığı müəyyən olunduğundan iddiaçıya mənəvi zərər dəyməsi istisna olunmur. Kollegiya qəzalı vəziyyətə düşmüş daşınmaz əmlakın həm də iddiaçının yaşayış sahəsi olduğunu, işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissədə də qismən təmin olunmalıdır. Kollegiya belə mənəvi zərəri 3.000,0 manat məbləğində müəyyən edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Əzzulla oğlu (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın digər cavabdehlərə münasibətdə rədd olunması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şik ayəti onunla əsaslandırılmışdır ki, onlar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-302/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsi ilə qismən, maddi və mənəvi zərərin məbləğinin müəyyən edilməsi hissəsində razılaşırlar. Lakin iddianın digər cavabdehlərə münasibətdə rədd olunması hissəsində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razı deyillər. Hesab edirlər ki, apelyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən maddi və mənəvi zərərə görə 69.075 manat və 3.000 manat məbləğ Cavabdeh2 ilə birlikdə digər cavabdehlər olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə və podratçı təşkilat “LUDVİG PFEİFFER X3 AND CO.KG"-nin Azərbaycan Respublikasındakı filialından tutulmalıdır. Sifarişçi, podratçı və subpodratcı olaraq hər üç cavabdeh iddiaçıya vurulan mad di və mənəvi zərər görə müştərək qaydada məsuliyyət daşıyırlar. Hesab edirlər ki, apelyasiya instansiya məhkəməsi sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. Hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlərin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Əzzulla oğlu və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düş ülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsin i yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın digər cavabdehlərə aid hissədə təmin edilməməsini mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd edilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxılarkən təyin edilmiş məhkəmə ekspertizaları nəticəsində iddiaçıya maddi zərər dəyməsi müəyyən edilsə də,, "Ludvig Pfeiffer X3 And Co.Kg" Almaniya şirkətinin podrat müqaviləsi üzrə götürdüyü bütün öhdəliklər subpodrat müqaviləsinə əsasən subpodrat İ.H.İ MMC-yə keçdiyi üçün onun yuxarıda göstərilən layihənin həyata keçirilməsi ilə bağlı hər hansı məsuliyyəti qalmamışdır. Həmçinin müəyyən edilmişdir ki, sürüşmə hadisəsinin baş verməsinə səbəb olması ehtimal edilən tikinti-qazıntı işlərinin cavabdeh Azərbaycan Respublikası Meliorasiya və Su Təsəрrüfatı Açıq Səhmdar Cəmiyyətinin işçiləri və ya yüksək təhlükə mənbəyi hesab oluna bilən texnikası vasitəsilə görülməsini təsdiq edən sübutlar olmadığından cavabdeh Azərbaycan Respublikası Meliorasiya və Su Təsəрrüfatı Açıq Səhmdar Cəmiyyətinə qarşı da iddia tələbi edilə bilməzdi. Bu mövqedən də çıxış edəndə qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iddia tələbini adıçəkilən cavabdehlərə qarşı təmimn etməməkdə düzgün hüquqi mövqedə olmuş, bu zaman hər hansı maddi və ya prosessual hüquq norma sının pozuntusuna yol vermədən qətnamə qəbul etmişdir. Odur ki, kasasiya şikayətinin bu barədə dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əzzulla oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-302/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxla nılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.