Məhkəmə qərarları › İş №2(102)-4459/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4459/2020

19.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4459/2020 19.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: X3 İddia tələbi: əmanətlərin və onlara hesablanmış faizlərin kompensasiya olunmamış hissəsinin qorunan əmanət qismində tanınması və kompensasiya olunması Açar sözlər: əmanətlərin tam sığortalanması, əmanətçiyə məlumat vermək vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh X1 vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1907/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Qapalı Səhmdar Cəmiyyəti “XXXXXX” Kommersiya Bankı (bundan sonra – Bank) arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli depozit müqaviləsinə əsasən iddiaçı 36 ay müddətinə Bankda illik 13% dərəcəsi ilə 50000 ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli depozit müqaviləsinə əsasən isə iddiaçı yenidən 50000 ABŞ dollarını 10,50 faiz dərəcəsi ilə 36 ay müddətinə depozitə qoymuşdur. Eyni zamanda, müqavilələrdə əmanətlərin qismən sığortalanması, yəni sığorta hadisəsi baş verdikdə X3 tərəfindən müəyyən edil miş faizdən çox olmayan əmanətin 100 faiz həcmində, lakin 30000 manatdan çox olmamaq şərti ilə əmanətçiyə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2016-cı il tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və X1 Himayəçilik Şurasının xx xxxx 2016-cı il tarixli qərarı əsasında həmin tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olan əmanətlər tam sığortalanan əmanətlər hesab edilmişdir. X7 Palatanın qərarı ilə Bankın lisenziyası xx xxxxxxx 2016-cı ildən etibarən ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cu il tarixli Qərarı ilə XXXmüflis elan edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının müraciəti əsasında xx.xx.2017-ci il tarixdə əmanətləri n birinin qorunan hissəsi üzrə 18590 ABŞ dolları məbləğində kompensasiya ödənilmiş, əmanətin qalan hissəsi iflas proseduruna uyğun ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat X2 XXXuna (bundan sonra – cavabdeh və ya XXX) qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, depozit müqavilələri üzrə kompensasiya edilməmiş ümumilikdə 125082,49 ABŞ dolları məbləğində pul vəsaitlərinin qorunan əmanət qismində tanınması və XXX tərəfindən ona kompensasiya olunması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmanətlər yerləşdirilən vaxt “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 30000 manat ekvivalentində olan həddədək sığortalanmışlar. xx.xx.2016-cı il tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması barədə iddiaçıya XXXtərəfindən məlumat verilməmiş, həmçinin bu Qanunun 4.1ci maddəsinin verdiyi şərtlərdən yararlanaraq Bankda yerləşdirilmiş əmanətləri tam olaraq sığortalamaq hüququ və bundan faydalanmaq imkanı barədə XXXtərəfindən heç bir məlumat verilməmiş və nəticə olaraq iddiaçının qorunan əmanətçi kimi əmanətinin tam sığortalanması hüququ məhdudlaşdırılmışdır. XXXməhkəmə qərarı ilə müflis elan edildikdən sonra XXX xx.xx.2016-cı il tarixdən qeyd edilən Bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Onun əlaqə ünvanı və e-mail ünvanının Banka məlum olmasına baxmayaraq, heç bir əlaqə vasitəsindən istifadə edilərək məlumat verilmədiyindən və bu müddət ərzində Azərbaycan Respublikası ərazisində olmadığından sözügedən hadisələrdən xəbərsiz olmuşdur. Beləliklə, onun qorunan əmanətçi və kreditor olaraq hüquqları süni olaraq məhdudlaşdırılmışdır. Cavabdeh iki əsasla iddiaya yazılı etiraz təqdim etmişdir: 1) XXXiflas olduğu və iddiaçıya kompensasiya ödənildiyi üçün hazırkı mübahisəyə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz; 2) iddiaçı tərəfindən faizlər aşağı salınmaqla müqavilənin dəyişdirilməsi ilə bağlı Banka müraciət olunmayıb. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-567/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüs eynov) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-10136/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-7863/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov) apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçü n apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-1907/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1, 423.2-ci maddələrinə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3, 4.1ci maddələrinə, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 8.1.6-cı maddəsinə, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X6 xx xxxx 2016cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) istinadla qeyd etmişdir ki, iddiaç ı qanunun tələblərinə uyğun olaraq, onunla bağlanmış XXXəmanəti müqaviləsinin şərtlərinin dəyişdirilməsini, onun əmantinin tam qorunan əmanət hesab olunmasını xahiş etmişdir. İddiaçı müflis elan olunmuş Banka qarşı tələbini iflas proseduru çərçivəsində irəli sürmədiyi üçün cavabdeh müqavilənin dəyişdirilməsindən imtina etmişdir. Əvvəla, “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə mindiyi günədək iddiaçı qoyduğu əmanət tam sığortalanmayan əmanət olduğunu bilirdi və uzun müddət müqavilələrin şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət etməmişdir. Həmin müqavilələrdən görünür ki, sığorta hadisəsi baş verdikdə XXX tərəfindən müəyyən edilmiş faizdən çox olmayan əmanətin 100 faiz həcmində, lakin 30000 manatdan çox olmamaq şərti ilə əmanətçiyə kompensasiya ödənilir. Məhkəmə kollegiy ası qeyd etmişdir ki, həmin müqavilələr bağlandıqdan sonra iddiaçının müqavilələrin şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət etmək imkanı olmuş, lakin müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Maddi hüquq normlarının tələblərindən görünür ki, müqavilənin dəyişdirilməsi təşəbbüsünü həmin dəyişiklikləri arzu edən tərəf göstərməlidir. Qeyd olunan qanunun qüvvəyə minməsi ilə bağlı Bankın tərəfə hər hansı bir təklif etmək öhdəliyi yoxdur. Çünki əmanətçi özü depozit qoyanda həmin məbləğin bir hissəsinin qorunan məbləğ olduğunu bilirdi və müqaviləni bu şərtlə bağlamışdı. Sonradan ölkədə əmanətin tam sığorta olunması ilə bağlı Qanun qəbul edilirsə, qorunmayan depozitin həmin qanuna uyğunlaşdırılmasına təşəbbüsü depozit qoyan göstərməlidir. Azərbaycan Respu blikasının Qanunları rəsmi dövri mətbu nəşrdə dərc edilir. Dövlətin həmin qanunları hansısa dillərə tərcümə etmək, xarici vətəndaşlara onun məzmununu izah etmək öhdəliyi yoxdur. Qanuni əsaslarla Azərbaycanda olan xarici vətəndaşlar özləri bu ölkənin qanunlarını öyrənməyə və ondan bəhrələnməyə çalışmalıdırlar. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.6-ci maddəsinə görə, X8 XXXun fəaliyyəti, o cümlədən kompensasiyaların ödənilməsi barədə məlumatın elan verildiyi və dərc olunduğu kütləvi informasiya vasitələrini müəyyən edir. Tərəflərin bağladıqları müqavilələrin 8.2-ci bəndinə əsasən, X1 fəaliyyəti, o cümlədən kompensasiyaların ödənilməsi barədə məlumatlar “Azərbaycan”, “Xalq” və “Respublika” qəzetləri, AzTV və İTV teleradio şirkətləri, “Azərtac” və “APA” informasiya agentliklərində verildikdə rəsmi hesab olunur. Azərbaycan Respublikasında “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun və X1 Himayəçilik Şürasının xx xxxx 2016-cı il tarixli qərarının qeyd olunan kütləvi informasiya vasitələrində açıqlanması və qüvvəyə minməsi mübahisəsiz haldır. Ona görə də həmin qaydalar digər şəxslər kimi iddiaçıya da şamil olunur. İddiaçı ilə bağlanmış müqavilələrin 8.2-ci bəndindəki müvafiq məlumatların www.adif.azinternet saytından əldə edilə bilməsinə dair müddəa, əmanətçinin sözügedən məsələlər barədə məlumatlanmaq imkanını təmin edən vasitələrdən biri kimi nəzərdə tutulmuşdur. Odur ki, qorunmayan əmanətçi, sığorta hadisəsi və kompensasiya ödənilməsi qaydaları ilə bağlı məlumatların ingilis dilində olan mətinin cavabdeh tərəf indən www.adif.azinternet saytında yerləşdirilməməsi, kütləvi informasiya vasitələrində dərc olunmuş normativ dəyişikliyin iddiaçıya şamil edilməməsinə və ona üstünlük verilməklə əmanətlərinin tam sığortalanmış sayılmasına əsas ola bilməz. İddiaçı, ləğv prosesində olan Banka depozit yerləşdirməmişdən əvvəl bu barədə məlumat toplaması, bankın seçilməsi, bankın hansı şərtləri irəl sürməsi ilə tanış olması istisnasızdır. Bu zaman o, hansı üsullardan istifadə edərək məlumatları əldə etmişdirsə (nümayəndəsi, vəkili, dostu, tərcüməçisi və s.), eyni qayda da depozitin yerləşdirilməsi ilə bağlı yeniliklərlə bağlı həmin məlumatları əldə edə bilərdi. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normasının düzgün tətbiq və təfsir edilməməsi ilə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Ka ssasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə ak tı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 944.1. XXXəmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Madə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə kapitalında işti rak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu XXXtərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılmasına, bundan əlavə, əmanətçinin banka qarşı tələbləri üzrə onların bu Məcəllənin 453-cü maddəsində nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə qarantiya verilir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə 2.1.2. Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X3 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.3. Sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin XXX tərəfindən kompensasiya ödənilən hissəsidir. 2.1.4. Sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öh dəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının X7 orqanı tərəfindən təsdiq edilməsidir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3 Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq X1 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq XXXfəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan XXXun iştirakçı bankları tərəfindən... tam sığortalanır. Maddə 4.

1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə XXXfəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lizenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcəsi X1 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə sığortalanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ha lları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin dəlillər üzrə maddi və prosessual hüquq normalarınının tətbiqinə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1907/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar