Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-446/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 23 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-446/2025 (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri 23 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3370/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Borc verən Cavabdeh ilə borc alan İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanaraq, notarial qaydada təsdiqlənmiş və reyestrdə 3M-1029 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləs i”nə əsasən, borc verən Cavabdeh borc alan İddiaçı 50.000 manat məbləğində pul borc verməyi, borc alan isə krediti xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi Tamerlan Sadıqovun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı Dövlət Vergi Xidməti yanında Bakı Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinə nəzarət idarəsinin rəisi vəzifəsində işləyən X7 və Dövlət Vergi Xidməti yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat İdarəsinin Operativ Nəzarət şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən X8 tərəfindən qanunsuz hərəkətlərə məruz qalaraq icarəyə götürdüyü mağazaya görə külli miqdarda pu lun onlar tərəfindən alınması, onlar tərəfindən mağazanın qanunsuz olaraq bağlanılması nəticəsində ona külli miqdarda maddi ziyan dəyməsi, Taleh Süleymanov və Eyvaz Atayev tərəfindən ona qarşı hədə-qorxu gəlinməsi ilə bağlı müraciəti əsasında toplanmış 257-C-23 saylı material üzrə Taleh Süleymanov və Eyvaz Atayevin əməllərində Cinayət Məcəlləsinin 308 və ya başqa hər hansı cinayət tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 nömrəli, 25 iyul 2023-ci il tarixli qətnaməsinə əsasən, ilk iddiaçı X2 cavabdeh İddiaçı qarşı “pul və əmlak” tələbinə dair ilk iddiası qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında 10 avqust 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 19.166,67 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 24 dekabr 2022-ci il tarixdən 4 iyul 2023-cü il tarixədək hesablanmaqla 31.500 manat icarə haqqı borcu olmaqla ümumilikdə 50.666,67 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsinin cavabdehin sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı X6 və X4 qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması və pulun tutulması” tələbinə dair qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-883/2023 nömrəli, 18 dekabr 2023-cü i l tarixli qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilərək, iddiaçı ilə cavabdeh arasında 10 avqust 2022-ci il tarixində bağlanmış icarə müqaviləsinə əsasən 1.433 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 24 dekabr 2022-ci il tarixindən 4 iyul 2023-cü il tarixinədək hesablanmaqla 6.300 manat icarə haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)247/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərarı ilə Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-883/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən həmin hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehla xx.xx.2022-ci il tarixində Bakı şəhər 3 saylı Notariat Ofisində bağlanmış və 3M-1029 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə onunla X6 arasında bağlanmış icarə müqaviləsinə əsasən son uncuya məxsus 15 kv.m. qeyri-yaşayış sahəsini hər ay 150 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. O, həmin sahədə gül salonu işlədirdi. Ara-sıra gülləri və digər malları götürdüyü sahibkarlara borcu yaranırdı. Bir gün X7 dükana gələrək borcluları ilə maraqlanmış, ona kömək edəcəyini bildirmişdir. Taleh Süleymanov bir gün icarəyə verənin adından 50.000 manat məbləğində pul vəsaiti ilə gəlmiş, ona borcluları çağırmağı tapşırmış, borclu olduğu şəxslərə o, özü əlbəəl pul vermişdir. Toplam olaraq o, borclulara 35.000 manat pul vermişdir. Qalan 15.000 manat pulu da öz cibinə qoymuşdur. Ona bildirmişdir ki, verdiyi pulu günlük 200 manat faiz olaraq verməlidir. Onun narazı olduğunu görüb, günlük 135 manat verməyə məcbur etmişdir. Dediyinə görə, Taleh Süleymanov özü Lokal Gəlirlər De partamentində işləyir. 1 il ərzində icarəyə verənin nümayəndəsi kimi həmin şəxsin “Kapital Bank”dakı hesabına 75.000 manat pul ödəmişdir. 1 il tamam olduqdan sonra Taleh Süleymanov ondan 50.000 manat pul istəmiş, o, pulu vermədiyinə görə 15 günə yaxın mağazanı qıfıllamışdır. Mağazanın içində 30-35 min manatlıq gülləri məhv olmuşdur. Məcbur qalaraq həmin adamdan polisə şikayət etmişdir. Daha sonra Taleh Süleymanov ona hədə-qorxu gəlmiş, ərizəni polisdən geri götürməyə məcbur etmişdir. Hətta o, qazi dostları ilə birlikdə Taleh Süleymanovun işlədiyi vergi idarəsinə şikayətə getmişdir. Daha sonra, Taleh Süleymanov onunla parkda görüşmüş, “ona ağıllı olmağı, onun dediyi Cavabdeh ilə Bakı şəhəri 23 saylı notariat ofisinə getməli olduğunu, yeni icarə müqaviləsi bağlamalı olduğunu” bildirmişdir. H əmin vaxta kimi o, Cavabdeh tanımamışdır. Taleh Süleymanov ona şəxsiyyət vəsiqəsini götürüb notariat ofisinə getməyini bildirilmişdir. Ora gedəndə ona ancaq 2025-ci ilə kimi yeni icarə müqaviləsinin bağlanmalı olduğu bildirilmiş, ona kredit müqaviləsi barədə heç bir şey deyilməmişdir. İmzaladıqdan sonra ona notariusun işçisi birinin kredit müqaviləsi, o birinin isə icarə müqaviləsi olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğdən, onun Bakı şəhəri 23 saylı notariat ofisində depoizitə qoyulmasından, götürülməsindən onun heç bir xəbəri olmamış və iştirak etməmişdir. Onun şəxsiyyət vəsiqəsi onlarda qalmış, kassa əməliyyatlarında iştirak etməmişdir. Taleh Süleymanov və Cavabdeh özləri kassaya 50.000 manat pul qoyub, özləri də götürmüşlər. Sonrakı ayda i ddiaçının nümayəndəsi kimi özünü ona təqdim edən həmin Cavabdeh ondan 50.000 manat borcun yarandığını bildirmiş və bu pulu geri istəmişdir. O, bu şəxslərin ona qarşı qeyri-qanuni hərəkətləri ilə əlaqədar məcbur olub Yasamal rayon Polis İdarəsinin 27-ci və 28-ci Polis Bölmələrinə və Yasamal Rayon Prokurorluğuna şikayət etmişdir. Kredit müqaviləsinin bağlanmasında ona Dövlət Vergi Xidmətində işləyən Taleh Süleymanov ilə yanaşı, həm də Dövlət Vergi Xidmətində işləyən X8 da hədə-qorxu gələrək təzyiq göstərmişdir.
8. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1029 nömrəl i kredit müqaviləsi üzrə 50.000 manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi olaraq 205,35 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240,70 manat, cəmi 50.445,95 manat pulun cavabdeh İddiaçı alınaraq, ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 3M-1029 nömrəli kredit müqaviləsi heç bir aldatma və hədə-qorxu olmadan bağlanmışdır. Cavabdeh İddiaçı iddianı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq üçün qaldırmışdır. Borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində kredit geri qaytarılmamışdır. Hazırda cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək 50.000 manat ona qaytarmalı olduğu halda qaytarılmamışdır. İlk iddianın irəli sürülməsi qarşı tərəfin borcunu qaytarmaq niyyətinin olmadığını göstərir. Cavabdeh İddiaçı bu hərəkətləri nəticəsində öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən ona faizlər ödənilməlidir. Gecikmiş günlərin sayı xx.xx.2023-cü il tarixədək iddianın verildiyi günə kimi hesablanmalıdır. Bu qaydada cavabdeh İddiaçı tərəfindən öhdəliyin icrası ümumilikdə 30 gün gecikdirilmişdir. Cavabdeh İddiaçı ona gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin faiz dərəcəsinə uyğun olaraq cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə ona 205,35 manat (50.000*((5%/365)*30)%= 205,35) məbləğində faiz ödənilməl idir.
10. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatında iddia ərizəsində göstərdiklərindən əlavə olaraq qeyd etmişdir ki, o, heç vaxt Gülşən Varşabovanı görməmişdir. Notariusda müqaviləyə qol çəkən zaman kredit müqaviləsinə qol çəkdiyini və pulu özünün götürməli olduğunu bilmiş və buna görə də özü çəkiliş aparmışdır. Lakin, pulu o, götürməmişdir, çünki həmin vaxt o, hədə-qorxu altında müqaviləyə qol çəkmişdir. O, icarəyə işlətdiyi mağazaya görə 50.000 manat borc götürmüş, əvəzində 75.000 manat qaytarmış, lakin icarədar ona demişdir ki, əlavə faiz kimi 50.000 manat da verməlidir. Hazırkı kredit müqaviləsi həmin məqsədlə bağlanmışdır. Onu kredit müqaviləsi bağlanmamışdan 1 gün əvvəl gecə zəng edib ölümlə hədələmişlər.
11. Məhkəmə iclasında ilkin İddiaçı nümayə ndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, Baş Prokurorluğa bütün bunlarla bağlı müraciətlər olunmuş və məsələ xüsusi nəzarətə götürülmüşdür. O cümlədən, prokurorluqda aparılmış araşdırma zamanı verilmiş izahatlar da qərarda əksini tapmışdır, bununla bağlı sübutlarını da məhkəməyə təqdim etmişlər. Həmin izahatlarda Ramil də deyir ki, o, Eyvaz Atayevi tanıyır, obyektin yiyəsi o, olmayıb. Sadəcə olaraq, “oyun oynanılıb” və kredit müqaviləsi bağlanılıb. Belə ki, Eldəniz pulun götürülməsində iştirak etməyib. Digər yandan, nəzərə alınmalıdır ki, qarşı tərəfin tanımadığı bir adama 50.000 manat borc verməsi sual doğurur. Həmin şəxsin həm də Gülşən adlı şəxsin adından icarə müqaviləsi bağlaması sual doğurur. İzahatlar iş materiallarında mövcuddur və məhkəməyə təqdim edilmişdir. Bakı Apelly asiya Məhkəməsində icarə müqaviləsi ilə bağlı işə baxılmış və həmin qətnamədən də şikayət verilməyib. Orada da müqavilənin məbləği ilə bağlı qeyd olunur ki, Eldəniz aldadılaraq müqaviləyə qol çəkdirilib. Düzdür, ilkin olaraq iradəvi surətdə müqavilə bağlanması kimi görünsə də, işin axınını və müqavilənin bağlanılmasına səbəb olan, Eldənizi həmin müqaviləni imzalamağa vadar edən halları nəzərə almaq lazımdır. Bundan başqa, qarşı tərəf müqavilənin bağlanılmasından 1 il 1 ay keçdikdən sonra məhkəmədə iddia qaldırır və bunun özü də inandırıcı deyil.
12. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, məhkəməyə təqdim edilmiş sübutlarda və məhkəmənin hazırlıq və baxış iclaslarında ilkin iddia üzrə iddiaçının verdiyi izahatlarda iddia ed ilən hal öz əksini tapmamışdır. Əksinə, ilkin iddiaçı tərəfindən müxtəlif hüquq mühafizə orqanlarına ünvanladığı ərizə və həmin orqanlara verdiyi izahatlar, məhkəmələrə təqdim etdiyi iddia ərizələri və verdiyi izahatlarda bir-birinə zidd, uyğun gəlməyən fikirlər öz əksini tapmışdır.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(007)201/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1029 nömrəli kredit müqaviləsi üzrə 50.000 manat, pul məbləğinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 205,35 manat və ödənilmiş dövlət rüsumu 240,70 manat pul vəsaitinin İddiaçı alınaraq, Cavabdeh ödənilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, ilk iddia üzrə iddiaçı iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasları zamanı ona verilmiş suallara cavab olaraq İddiaçı ziddiyyətli cavablar vermiş, bu halın özü də iddia tələbinin əsaslılığına şübhə yaratmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin verdiyi suala cavabında bildirmişdir ki, notariusda müqaviləyə qol çəkən zaman kredit mü qaviləsinə qol çəkdiyini və pulu özünün götürməli olduğunu bilmiş və buna görə də özü çəkiliş aparmışdır. Lakin, pulu o, götürməmişdir. Çünki həmin vaxt o, hədə-qorxu altında müqaviləyə qol çəkmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında isə ilkin iddia üzrə iddiaçı izahatında göstərmişdir ki, o, icarəyə işlətdiyi mağazaya görə 50.000 manat borc götürmüş, 75.000 manat əvəzində qaytarmış, lakin icarədar ona demişdir ki, əlavə faiz kimi 50.000 manat da verməlidir. Hazırkı kredit müqaviləsi həmin məqsədlə bağlanmışdır. Onu kredit müqaviləsi bağlanmamışdan 1 gün əvvəl gecə zəng edib ölümlə hədələmişlər. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində və ilkin iddia üzrə iddiaçının ilk izahatında isə o, sonradan imzaladığı müqavilənin kredit müqaviləsi olduğunu bildiyini qey d etməklə, fərqli və ziddiyyətli izahatlar vermişdir. Bundan başqa, hədələnməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib-verməməsi barədə suala əvvəlcə kredit müqaviləsinin bağlandığı gün zəng edib məlumat verdiyini, daha sonra 15-20 gün müddət sonra məlumat verdiyini qeyd etməklə bir daha ziddiyyətli cavablar vermiş, həmçinin izahatında ona 1 gün əvvəl zəng olunaraq hədələndiyini və növbəti gün müqaviləyə qol çəkməli olması barədə məcbur edildiyini qeyd etmiş, hansı səbəbdən hədələndiyi an polis orqanına müraciət etməməsini və növbəti gün qeyd olunan müqaviləyə imza çəkməsi barədə verilmiş suala da əsaslı cavab verə bilməmişdir. İlkin iddia üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi icarə müqavilələri, hüquq mühafizə orqanlarına müraciətlərlə bağlı isə qeyd edilməlid ir ki, həmin dəlillər ilkin iddia üzrə iddianı əsaslı edə biləcək dəlil kimi qəbul edilə bilməz. O cümlədən, ilkin iddia üzrə iddiaçının bağladığı icarə müqaviləsi ilə bağlı mübahisə üzrə ayrıca məhkəmə qətnaməsi mövcuddur və hazırkı iddianın predmetinin kredit müqaviləsinin etibarsızlığı olması nəzərə alınmaqla, iddia ilə bağlı hər hansı bağlılığı yoxdur.
15. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 50.000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, bununla qarşılıqlı iddia üzrə iddiaçının tələb hüququ yaranmışdır. Bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə al ınmalıdır ki, qarşılıqlı iddia üzrə cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin xx.xx.2022-ci il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən sonra borclu, borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 329.2, 331.1, 334.1, 339, 385.1, 390.1, 448.1, 739-cu maddələrinə, “Azərbaycan Respubl ikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun xx.xx.2019-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti ilk iddianın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd ed ilmişdir ki, məhkəmənin qənaətinə görə o, 3 fərqli izahat versə də, hər birində qeyd etmişdir ki, o, borca hər hansı pul götürməmişdir. Məhkəmə əsas dəlili araşdırmamış və heç bir qiymət verməmişdir. Onunla cavabdeh ümumiyyətlə tanış deyildir, heç bir zaman bir-birilərini görməmiş və tanımadığı, bilmədiyi adama hansı səbəbdən 50.000 manat verilməsi anlaşılan deyildir. Məhkəməyə Cavabdeh, X8 və X3 icarə obyektini bağlı saxlayaraq onu hədələmələri, həmçinin onu məcburi notariat kontoruna aparıb hədələyərək icarə müqaviləsini və kredit müqaviləsini bağlamağa məcbur etmələri ilə bağlı çoxsaylı sübutlar təqdim edilmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, icarə müqaviləsinin ləğvi ilə bağlı gedən digər məhkəmə prosesində çoxsaylı sübutlar məhkəmə tərəfindən tədqiq edilib. Belə qənaətə gəli nmişdir ki, o, bir qrup şəxs tərəfindən həqiqətən aldadılmışdır. Məhkəmə kifayət qədər əsasın olmasına baxmayaraq, bu hala düzgün qiymət verməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3370/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına münasibətdə qeyd etmişdir ki, tərəflər öz aralarında razılığa gələrək və qarşılıqlı iradə ifadəsini bildirərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində kredit müqa viləsi bağlamışlar və həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarılması şərti ilə 50.000 manat məbləğində pulu borc vermişdir. Hazırda İddiaçı hədələmə və hədəqorxu nəticəsində müqavilənin bağlanmasına məcbur edildiyini, müqavilədə göstərilən 50.000 manat məbləğində pulun notariusun depozit hesabına yerləşdirilməsi və onun qəbul olunması barədə ödəniş qəbzinin onun tərəfindən imzalanmasına baxmayaraq, həqiqətdə bu məbləğin notariusun depozit hesabından X8 tərəfindən qəbul edildiyini vurğulayır. Cavabdeh isə öz növbəsində ilk iddianı qəbul etmir və qarşı tərəfin borc öhdəliyinin yaranmasına baxmayaraq, heç bir ödəniş etmədiyini bildirir, müqavilə üzrə müəyyən edilmiş 50.000 manat pulun və bu məb ləğin gecikdirilməsinə görə illik beş faizin ödənilməsini və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun tutulmasını tələb edir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yazılı qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Odur ki, yazılı qaydada bağlanılmış hə r hansı əqdin etibarsız hesab edilməsi nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Lakin İddiaçı hədələndiyini və ona hədə-qorxu gəlindiyini və kredit müqaviləsinin bağlanmasına məcbur edildiyini bildirsə də, öz mövqeyini sübut edə bilmir. Bunun əksinə, borc müqaviləsinin predmetini təşkil edən məbləğin hərəkəti (50.000 manat məbləğin notariusun depozit hesabına qoyulması və onun tərəfindən götürülməsi) onun bu barədə arqumentlərinin əsassız olduğunu təsdiq edir. İddiaçı qarşı tərəflə eyni qurumda çalışan şəxslərlə bağlı (Taleh Süleymanov və Eyvaz Atayev) Yasamal rayon prokurorluğuna şikayət etmiş, lakin şikayətdə qeyd edilən halların o cümlədən, onların əməllərində cinayət tərkibinin əlamətləri müəyyənləşdiril mədiyindən cinayət işinin başlanılması rədd edilmişdir.
22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mübahisəli kredit müqaviləsi nəinki yalnız yazılı qaydada bağlanılmış, o cümlədən, notarial qaydada təsdiq edilmişdir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər müqavilənin qanunauyğunluğunu yoxlayır və formalaşmış təcrübəyə əsasən ən azından tərəflərə müqavilənin mahiyyəti, doğuracağı hüquqi nəticələr barəsində məlumat verir.
23. Bu konseptdən çıxış edərək məhkəmə kollegiyası tərəfindən mübahisəli kredit müqaviləsinin nəinki iddiaçının istinad etdiyi, ümumiyyətlə mülki qanunvericilikdə müəyyənləşdirilmiş hər hansı şərti pozmaqla bağlanması müəyyən edilməmişdir. Tərəflərin biri digərini məhz mü qavilə bağlanan günü tanıması da mövcud vəziyyətdə müqavilənin etibarsız olmasına dəlalət edən hal deyil. Hər bir halda, həmin gün bu müqavilə ilə yanaşı, həmçinin icarə müqaviləsi də bağlanmış və həmin icarə müqaviləsini icarə verən X2 nümayəndəsi qismində məhz Cavabdeh imzalamışdır. Nəticə etibarı ilə İddiaçı hansı şəxslə və hansı müqaviləni bağladığını bilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində müqaviləni imzaladıqdan sonra ona notariat ofisinin işçisinin kredit müqaviləsi imzaladığı barədə məlumat verdiyini, lakin müqavilədə göstərilən məbləğdən, onun notariat ofisində depozitə qoyulmasından, habelə götürülməsindən xəbərinin və iştirakının olmadığını göstərir. Halbuki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə yazılmış xx.xx.2023-cü il tarixli izahatında (i.v. səhifə 21) fərqli mövqedə n çıxış edərək, Eyvaz, Taleh və Ramin adlı şəxslərin onu iş yerinə gələrək, 23 saylı Notariat ofisinə apardıqlarını və notariusun qarşısında hədə qorxu gələrək, kredit müqaviləsinə imza etməyi ondan tələb etdiklərini, Ramil adlı şəxsin ona kredit müqaviləsi təqdim edərək və 50.000 manat pulu depozitə qoyaraq, ona həmin müqaviləyə məcburi qaydada imza etdirdiklərini göstərmişdir. Birinci instansiya məhkəməsi də onun 3 fərqli izahat verdiyini vurğulamışdır. İddiaçı bu halı apellyasiya şikayətində inkar etməmiş, lakin bu ifadələrin hər birində borca pul götürmədiyini vurğulamışdır. Kredit müqaviləsi ilə yanaşı, müqavilədə göstərilmiş pulun qəbul edilməsi barədə müvafiq sənədi də imzaladığını etiraf etmiş, lakin həmin pulun notariusun depozit hesabından götürmədiyini bildirsə də, bu halı sübut a yetirə bilməmişdir.
24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, digər tərəfdən, kredit müqaviləsinin imzalanmasından bir neçə ay sonra bu müqavilənin Eyvaz Atayev və Taleh Süleymanovun hədələri altında imzalanmasına məcbur olması ilə bağlı hüquq mühafizə, o cümlədən Dövlət Vergi Xidmətinə şikayət ərizələri ilə müraciət etmişdir. Hədə qorxunun baş verdiyi xx.xx.2022-ci il tarixdə onun eyni qaydada, həmin qurumlara müraciət etməsi üçün də hər hansı maneənin olduğu müəyyən edilməmişmir. Lakin buna baxmayaraq, İddiaçı həmin vaxt şikayətlər etməmiş və müqaviləni, habelə pulun götürülməsini təsdiq edən sənədi imzalamışdır. Hazırkı iddianı da yalnız müqavilə bağlandığı tarixdən bir il sonra qaldırmış və bunu kəsici müddətin ötürülməməsi səbəbindən etdiyini göstərmişdir. Belə çıxır ki, kəsici müddətlər olmadığı təqdirdə, iddianın xx.xx.2023-cü il tarixdə qaldırılması planlaşdırılmırdı. İcarə haqqı qane etmədiyi bir halda, icarə müqaviləsinin bağlanması da anlaşılmazdır. Hər bir halda, İddiaçı ticarəti ilə məşğul olduğu gülləri başqa bir sahəni icarəyə götürməklə oraya daşıya bilərdi. Nəzərə alınmalıdır ki, İddiaçı hüquq mühafizə orqanlarına yazdığı şikayətlərdə hədələrinə məruz qaldığı həmin şəxslərin onun başqa-başqa şəxslərə olan borclarını öz vəsaitləri hesabına real olaraq bağladıqlarını da söyləyir. Bununla belə, qeyd edilən əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində və onlara uyğun şəkildə bağlanmışdır. Bu da öz növbəsində həmin əqdin nəinki İddiaçı irəli sürdüyü, ümumiyyətlə hər hansı digər əsasla da etibarsız hesab edilməsini hüquqi baxımdan istisna edir. Bu səbəbdən ilk iddianın təmin edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
25. Məhkəmə kollegiyası yuxarıda göstərilən hüquqi mövqeyini əsas götürüb, qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində İddiaçı Cavabdeh tərəfindən 12 ay müddətinə qaytarmaq şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, X5 olan borcunu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, nəticədə ona borcu yaranmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq h əmin münasibətlər çərçivəsində İddiaçı hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan İddiaçı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi Cavabdeh ödəməlidir. Eyni zamanda, tərəflər öz aralarında borc məbləğinin xx.xx.2023-cü il tarixdə qaytarılmasını razılaşdırsalar da, İddiaçı borcun ödənilməsini gecikdirmişdir. Bununla da Cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüququ yaranmışdır. Lakin sonuncunun daha böyük məbləğ tələb etməsinə əsas yaradan hər hansı hal barədə sübut təqdim etməməsi, İddiaçı gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz ödəmək öhdəliyini yaratmış olur.
26. Məhkəmə kollegiyası borc məbləğinin 50.000 manat təşkil etdiyini, bu məbləğin xx.xx.2023-cü il tarixdə ödənilməli olduğunu, ödənilməməsi səbəbindən İddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyinin yarandığını və qarşılıqlı iddianın xx.xx.2023-cü il tarixdə qaldırıldığını nəzərə alıb, belə qənaətə gəlmişdir ki, yaranmış borc məbləğinə illik 5 faiz xx.xx.2023-cü - xx.xx.2023-cü il tarixləri əhatə edən 1 aylıq müddət üzrə hesablanmalıdır. Həmin dövr üçün də ödənilməli olan faiz məbləği (50.000 x 5% / 100 % = 2.500 – 1 il üzrə, 2.500 / 12 ay = 209 – 1 ay üzrə) 209 manat təşkil edir. Lakin birinci instansiya məhkəməsi həmin hissədə məbləği qarşılıqlı iddia tələbi həddində (daha az) tutmuşdur ki, həmin hissədə qətnamənin dəyişdirilməsinə və ləğv edilməsinə heç bir əsa s yoxdur. Bununla belə, apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır.
27. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 324.1, 324.4, 324.5, 337.1, 337.4, 339.4, 442, 443.1, 445.7, 448.1, 448.2, 739.1, 739.2, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının Azərbaycan Resp ublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı,“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarında ifadə olunmuş hüquqi mövqelərə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, sübutlara tam həcminə qiymət verilməmişdir.
30. Məhkəmə qeyd etmişdir ki, İddiaçı hüquq mühafizə orqanlarına verdiyi izahatlarında, eləcə də məhkəmənin hazırlıq iclaslarında verdiyi izahatlarında əsaslı ziddiyyətlər müəyyən edilmişdir. Məhkəmənin bu qənaəti yanlışdır. Məhkəmənin qənaətinə görə İddiaçı 3 fərqli izahat versə də, lakin hər birində qeyd etmişdir ki, o, borca hər hansı pul götürməmişdir. Məhkəmə əsas dəlili araşdırmamış və heç bir qiymət verməmişdir ki, iddiaçı ilə cavabdeh ümumiyyətlə tanış deyildirlər, heç bir zaman bir-birilərini görməmişlər və tanımadığı, bilmədiyi adama hansı səbəbdən 50.000 manat verilməsi anlaşılan deyildir. Məhkəməyə çoxsaylı sübutlar təqdim edilmişdir. Belə ki, Cavabdeh, X8 və X7 icarə obyektini bağlı saxlayaraq İddiaçı hədələmişlər. Həmçinin onu məcburi notariat kontoruna aparıb hədələyərək icarə müqaviləsini və kredit müqaviləsini bağlamağa məcbur etmişlər. Həmçinin məhkəmə nəzərə almamışdır ki, icarə müqaviləsinin ləğvi ilə bağlı gedən digər məhkəmə prosesində çoxsaylı sübutlar məhkəmə tərəfindən tədqiq edilib, belə qənaətə gəlinmişdir ki, İddiaçı bir qrup şəxs tərəfindən həqiqətən aldadılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətindən anlaşılan yeganə dəlili ondan ibarətdir ki, kassasiya şikayəti verən şəxs tərəfindən borca pul götürlməmişdir. Bu dəlil apel lyasiya şikayətinin də dəlili olmuşdur. Kassasiya şikayəti verən şəxs qeyd edir ki, bu dəlil araşdırılmamışdır. Lakin Bakı Apellyasiya Məhkəməsində 6 məhkəmə iclası keçirilmiş və bu dəlil araşdırılmışdır. Mübahisəli kredit müqaviləsi nəinki yalnız yazılı qaydada bağlanılmış, o cümlədən notarial qaydada təsdiq edilmişdir. Odur ki, kassasiya şikayətinin təmin olunmamasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 6.1.1. Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquq subyektlərinin bərabərliyidir.
34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitə rəfli və ya çoxtərəfli iradə ifadəsidir.
35. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
36. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
37. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
40. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə hə yata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
41. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
44. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borc ludur.
45. Maddə 445.7 (əvvəlki redaksiyada). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
46. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
48. Maddə 739.1 (əvvəlki redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürü r, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
49. Maddə 739.2 (əvvəlki redaksiyada). Əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
50. Maddə 740.2 (əvvəlki redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəaları nın şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı. 51. “... icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir..” “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi v ə ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kr editor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il ə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
67. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər müb ahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
68. İşə baxmış apellyasiya məhkəməsi də ilk iddia ilə bağlı işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, ilk iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək, ilk iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
69. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 21-24-cü paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd etmişdir ki, mübahisəli kredit müqaviləsi nəinki yalnız yazılı qaydada bağlanılmış, o cümlədən, notarial qaydada təsdiq edilmişdir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər müqavilənin qanunauyğunluğunu yoxlayır və formalaşmış təcrübəyə əsasən ən azından tərəflərə müqavilənin mahiyyəti, doğuracağı hüquqi nəticələr barəsində məlumat verir. Nəticə etibarı ilə İddiaçı hansı şəxslə və hansı müqaviləni bağladığını bilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində müqaviləni imzaladıqdan sonra ona notariat ofisinin işçisinin kredit müqaviləsi imzaladığı barədə məlumat verdiyini, lakin müqavilədə göstərilən məbləğdən, onun notariat ofisində depozitə qoyulmasından, habelə götürülməsindən xəbərinin və iştirakının olmadığını göstərir. H albuki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə yazılmış xx.xx.2023-cü il tarixli izahatında (i.v. səhifə 21) fərqli mövqedən çıxış edərək, Eyvaz, Taleh və Ramin adlı şəxslərin onu iş yerinə gələrək, 23 saylı Notariat ofisinə apardıqlarını və notariusun qarşısında hədə qorxu gələrək, kredit müqaviləsinə imza etməyi ondan tələb etdiklərini, Ramil adlı şəxsin ona kredit müqaviləsi təqdim edərək və 50.000 manat pulu depozitə qoyaraq, ona həmin müqaviləyə məcburi qaydada imza etdirdiklərini göstərmişdir. Birinci instansiya məhkəməsi də onun 3 fərqli izahat verdiyini vurğulamışdır. İddiaçı bu halı apellyasiya şikayətində inkar etməmiş, lakin bu ifadələrin hər birində borca pul götürmədiyini vurğulamışdır. Kredit müqaviləsi ilə yanaşı, müqavilədə göstərilmiş pulun qəbul edilməsi barədə müvafiq s ənədi də imzaladığını etiraf etmiş, lakin həmin pulun notariusun depozit hesabından götürmədiyini bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qənaətincə birinci instansiya məhkəməsi mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkməsinin düzgün və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur.
70. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda q eyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
71. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Hazırkı işdə qeyd olunan hallardan hər hansı biri mövcud deyildir.
72. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi q iymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
73. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkə mənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
76. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır..
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3370/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.