Məhkəmə qərarları › İş №2(102)-4461/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4461/2020

01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4461/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh ASC-nin vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X.Məhərəmova) xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı Böv gağa oğlunun Cavabdeh ASC-yə qarşı “dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və delikt nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı Bövgağa oğluna dövlət ehtiyacları üçün alınmış 0.06 ha torpaq sahəsinin əvəzi olaraq 162000 manat pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı Bövgağa oğluna ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya, 15 manatının manatının cavabdehə, 100 manat ekspertiza xərcinin 50 manatının iddiaçıya, 50 manatının cavabdehə aid olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı Bövgağa oğlu və Cavabdeh ASC tər əfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Şadiyev, Q.Allahverdiyev, İ.Xələfov) xx.xx.2018-ci il tarixli, xxx saylı qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, E.Şamayev, X.Sarıyev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı Bövgağa oğlu tərəfindən verilm iş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin pul vəsaitinin tutulması hissəsində dəyişdirilməsi, İddiaçı Bövgağa oğluna 162000 manatın və 32400 manat (20% əlavə) haqqın, cəmi 187200 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq İddiaçı Bövgağa oğluna ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması, Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov, Ə.Əhmədov, İ.Dəmirov) xx.xx.2019-cu il tarixli, xxx saylı qərarı ilə İddiaçı Bövgağa oğlu və Cavabdeh ASC tərəfindən verilmiş tərəfindən verilmiş kasasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, E.Kazımov, İ.Şirinov) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin 162000 manat pulun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh ASC-dən 132000 manatın tutularaq İddiaçı Bövgağa oğluna ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması, İddiaçı Bövgağa oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri 200 manatın Cavabdeh A SC-yə aid edilməsi qət edilmişdir. Cavabdeh ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Bövgağa oğlu Cavabdeh ASC-yə qarşı “dövlət ehtiyacları üçün mülkiyyətin (torpaq sahəsinin) özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və delikt nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və delikt nəticəsındə dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi onun xeyrinə dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinin əvəzinə (bazar qiymətı ilə) Cavabdeh ASC-dən 168.000 manat (0,06 ha torpaq sahəsinın dəyəri) məbləğındə pulun tutulması, məhv e dilmiş 100 ədəd meyvə ağaclarının dəyəri (1 ədəd meyvə ağacının dəyəri 110 manat) 11.000 manat pulun Cavabdeh ASC-dən tutulması, əldən çıxmış fayda qismində Cavabdeh ASC-dən əlavə olaraq 108.000 manat (9 il əldən çıxmış məhsulun dəyəri) məbləğində pulun tutulması, ona məxsus torpaq sahəsinin və onun üzərində olan əmlakın hesablanmış bazar qıymətinin 20 % miqdarında (0,06 ha torpaq sahəsinin dəyəri 168.000 manat, 100 ədəd meyvə ağaclarının dəyəri 11.000 manat, fərdi evin tikintisinə xərclənən pul 5.000 manat, yolun çəkilməsi üçün xərclənən pul 3.000 manat, fərdi yaşayış evinin tikilməsi məqsədi ilə torpaq sahəsinin yararlı hala salınması üçün xərclənən pul 2.000 manat, 0,06 ha torpaq sahəsini əhatə edən 2,5 metr hündürlükdə daş hasarın dəyəri 4.320 manat, cəmi 193.320 manat təşkil edirsə, b u məbləğin 20 % satınalma qiymətinə əlavə haqq 38.664 manat məbləğində haqqın (pulun) Cavabdeh ASC-dən tutulması, 0,06 ha torpaq sahəsini əhatə edən 2,5 metr hündürlükdə daş hasarın tikintisinə xərclənən 4.320 manat məbləğində pulun Cavabdeh ASC-dən tutulması, fərdi yaşayış evinin tikilməsi məqsədi ilə torpaq sahəsinin yararlı hala salınması üçün xərclənən 2.000 manat məbləğində pulun Cavabdeh ASC-dən tutulması, yolun çəkilməsi üçün xərclənən 3.000 manat məbləğində pulun Cavabdeh ASC-dən tutulması, fərdi evin tikintisinə xərclənən 5.000 manat pulun Cavabdeh ASC-dən tutulması, dəymiş 100.000 manat mənəvi ziyanın Cavabdeh ASC-dən əlavə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdır. Daha sonra İddiaçı Bövgağa oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət e dərək, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və delikt nəticəsındə dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi onun xeyrinə dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinin əvəzinə (bazar qiymətı ilə) Cavabdeh ASC-dən 168.000 manat (0,06 ha torpaq sahəsinın dəyəri) məbləğındə pulun tutulması, ona məxsus torpaq sahəsinin və onun üzərində olan əmlakın hesablanmış bazar qiymətinin 20% miqdarında (0.06 ha torpaq sahəsinin dəyəri 168000 manat təşkil edirsə, bu məbləğin 20% satınalma qiymətinə əlavə haqq 33600 manat məbləğində haqqın Cavabdeh ASCdən tutulması, dəymiş 100000 manat məbləğində mənəvi ziyanın Cavabdeh ASC-dən əlavə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasi ya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh ASC-nin vəkili V kasasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə işə əvvəl baxan kasasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən qeyd etmişdir ki, bundan əvvəl işə baxan məhkəmələr tərəfindən mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici əsasların hansı vaxtdan iddiaçıya və cavabdehə əvvəl və ya sonra verilməsi dəqiq müəyyən edilmədiyindən maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, bununla bağlı ali instansiya məhkəməsi müvafiq göstərişlərini vermişdir.Bundan başqa məhkəmə tərəfindən işə baxılan zaman mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə olan torpaq mülkiyyətçilərinin torpaq sahələrinin əvəzləşdirilməsi ilə bağlı səlahiyyətli müvafiq icra hakimiyyəti orqanları işə cəlb edilməmiş, iddiaçıya məxsus torpaq sahəsinə maneələrin "Cavabdeh" ASC tərəfindən deyil, həmin ərazinin yerli özünüidarə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən törədilməsi ilə bağlı məsələnin araşdırılıb hüquqi qiymət verilməməsini qeyd etmiş, bununla bağlı da öz göstərişlərini vermişdir.Lakin işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarını tam aydınlaşdıra və buna düzgün hüquqi qiymət vermə bilməmişdir, bundan başqa yerli özünüidarə və müvafiq icra hakimiyyəti orqanlarını işə cəlb etsə də onların iştirakını təmin edə bilməmiş, bununla da mübahisəli torpaq sahəsində maneələrin kim tərəfindən törədilməsi məsələsi açıq qalmış, belə olan halda ali instansiya məhkəməsinin müv afiq göstərişləri yerinə yetirilməmiş qalmışdır.Səhmdar Cəmiyyət Bakı şəhər İcra hakimiyyəti tərəfindən ayrılmış ərazidə yalnız 2 su anbarının tikintisini həyata keçirmişdir. Tikilmiş 2 anbarın ərazisi, İcra Hakimiyyəti tərəfindən ayrılmış 4,2287 ha ərazinin yalnız məhdud sahəsində iki su anbarı inşa edilmiş, yerdə qalan digər ərazilərdə heç bir tikinti-quraşdırma işləri aparılmamış, mülkiyyətçilərin ora sərbəst giriş-çıxışına heç bir məhdudiyyət yaratmamışdır. Nəticə olaraq hazırda həmin ərazi "çöllük" ərazini xatırladır. Bir daha bəyan edirik ki, tərəfimizdən həmin ərazidə olan mülkiyyətçilərə, o cümlədən hazırkı iş üzrə iddiaçıya öz qanuni torpaqlarına sahib olmağa heç bir maneyə yaradılmamışdır. Lakin müəyyən şəxslər həmin ərazidə olan bir qrup mülkiyyətçiləri, o cümlədən iddiaçını ara yıb-axtararaq, onu xüsusi mülkiyyətində olan torpağın əvəzi olaraq xeyli qazanc əldə edəcəklərinə inandırmağa çalışmış və nəticə olaraq "Cavabdeh" ASC-yə qarşı dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı kompensasiyaların ödənilməsi adı altında iddia verməyə nail olmuşlar."Oğuz-Qəbələ-Bakı su kəmərinin" çəkilməsi ilə bağlı sifarişçi qismində "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. Sözügedən layihə sosial yönümlü dövlət layihəsi olduğuna görə layihənin həyata keçirilməsi zamanı müvafiq infrastrukturun yaradılması zamanı (o cümlədən su anbarları ilə üstüstə düşən) torpaq sahələrinin mülkiyyətçilərinə və istifadəçilərinə onların müvafiq hüquqlarının itirilməsi ilə bağlı kompensasiyaların verilməsi qanunvericiliyin torpaqların dövlət ehtiyacları üçün alınm asına dair müddəaları ilə həll olunur. "Cavabdeh" ASC müvafiq normativ-hüquqi aktlarla Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı sifarişçi təşkilat kimi müəyyən edilsə də, onun su kəmərinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələsinə heç bir aidiyyəti və səlahiyyəti yoxdur. Başqa sözlə, "Cavabdeh" ASC Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı su kəmərinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələləri, habelə müvafiq torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi və ya məhdudlaşmasına görə kompensasiyanın ödənilməsi tələbləri üzrə cavabdeh qismində çıxış etməli deyildir. Məhkəmə torpağın qiymətləndirilməsi ilə bağlı da düz gün qənaətə gəlməmişdir. Belə ki, iş üzrə torpağın dəyərinə dair ilkin qiymətləndirmə 2015-ci ildə keçirildiyindən torpağın real bazar qiymətini əks etdirmirdi. Apelyasiya məhkəməsi tərəfindən mülkiyyətçiyə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin 2019-2020-ci İlər üçün hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün özəl qurum olan "xxxx" MMC həvalə edilmişdir. Həmin MMC tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən mübahisəli torpaq sahəsinin real bazar dəyəri 132000 manat təşkil edir. Hesab edir ki, "xxxx" MMC tərəfindən müəyyən edilmiş 132000 manat məbləğ nə torpağın likvid dəyərinə, nə də real bazar qiymətlərinə uyğun deyildir. Belə ki, "xxxx" MMC tərəfind ən məhkəməyə təqdim edilmiş xx.xx.2019- cu il tarixli ekspert Rəyini əsaslı bir sənəd kimi qəbul etmək olmaz. Rəy cəmi üç səhifədən ibarət olmaqla, orada obyektin geniş təsviri və müqayisəli şəkildə analizi aparılmamışdır. Mübahisə obyektinə dair tərəflərindən məhkəməyə internet resurslarından çıxarış etməklə daşınmaz əmlak bazarına dair sübutlar təqdim olunmuşdur. Həmin internet resurslarında mübahisəli torpaq sahəsinin real bazar qiyməti 65000-80000 manat civarında olduğu qeyd olunur. Bütün bunlar məhkəmə gedişində qeyd edilmişdir. Lakin məhkəmə kollegiyası özünün subyektiv fikrini əsas götürərək sonda əsassız qətnamə çıxarmışdır. Beləliklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsi Cavabdeh ASC-nin qanuni istifadəsinə ayrılmış torpaq sahəsi ilə ilkin olaraq üst üstə düşsə də, sonradan Cavabdeh ASC-nin tələbi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsinin (cizgi) xəritəsində dəyişiklik edilmiş və iddiaçıya su anbarının sahəsinə düşməyən ərazi ilə əvəzləşdirmə aparılmışdır. Bu baxımdan iddiaçının mülkiyyət hüququna müdaxilə olunmamış və torpaq sahəsi üzərində qanunla müəyyən olunan hüquqlarına xələl gətirilməmiş, ona qarşı mülkiyyət hüquq pozuntusu törədilməmişdir. Belə olan halda iddiaçı qanuni əsaslar ilə mülkiyyətində qalmış torpaq sahəsinin əvəzinə görə Cavabdeh ASC-dən kompensasiya tələb etməkdə haqlı deyildir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli nömrəli qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiy ası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı Bövgağa oğlu qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.9, 241.2, 1097-ci, Torpaq Məcəlləsinin 66, 67-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1, 7.2, 54.1-ci maddələrini mübahisəli hüquq münasibətinə tətbiq edərək iddiaçının mübahisəli 0,06 torpaq sahəsi üzərində mülkiyyət hüququnun 2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, bu zəbt nəticəsində iddiaçıya zərər vurulması faktının öz təsdiqini tapdığını, cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində su anbarının inşası ilə əlaqədar işlər apardığını, torpaq sahəsinin qaytarılmasının faktiki olaraq mümkün olmadığını müəy yən etmiş və iddiaçının razılığı nəzərə alınmaqla ona torpaq sahəsinin əvəzi olaraq kompensasiya ödənilməli olması qənaətinə gəlmişdir. Kompensasiyanın məbləğinə gəlincə isə apelyasiya instansiyası məhkəməsi həmin məbləği müəyyən edərkən "X2" İB-nin xx.xx.2014-cü il tarixli ƏBİ/İ 03-473 saylı rəyi ilə xx.xx.2014-cü il tarixə müəyyən edilmiş orta bazar qiymətini 162000 manat müəyyən etmişdir. İşə sonuncu baxan apelyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı işdə mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyən olunması ilə bağlı hər hansı ekspert, yaxud mütəxəssis rəyi alınmamışdır. İşdən göründüyü kimi, məhkəmənin mübahisəli torpaq sahəsinin bazar qiymətinin 162000 manat olması ilə bağlı gəldiyi nəticəni əsaslandırarkən istinad etdiyi "X2" İB-nin xx.xx.2014-cü il tarixli ƏBİ/İ 03-473 saylı rəyi hazırkı işdə deyil, inzibati-iqtisadi icraat qaydasında baxılan başqa bir işə baxılarkən əldə olunmuşdur və həmin rəyin verilməsindən 5 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkətinin xx xxxxxx 2019-cu il tarixli, MB 12/1088 saylı ekspert rəyinə əsasən E torpaq sahəsinin xx.xx.2019-cu il tarixinə, real bazar dəyəri 132000 manat təşkil edilir. Apelyasiya kollegiyası hesab etmişdir ki, həmin rəy yeni olduğundan mübahisəli torpaq sahəsinin bazar qiymətini daha real əks etdirdiyindən, apelyasiya şikayəti qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi 162000 (yüz altmış iki min) manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı Bövgağa oğluna ödənilməsi hissəsində dəyişdirilərək, tutulacaq məbl əğ 132000 (yüz otuz iki min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətində ilkin olaraq iddiaçının mülkiyyət hüququna müdaxilə edilmədiyinə istinad etsə də, həyata keçirilmiş məhkəmə araşdırmaları zamanı bu hal müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı kompensasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kassatorun qiymətləndirmə rəyi barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində qiymətləndirmə rəyi verilərkən qiymətləndirmənin düzgün həyata keçirilmədiyinə, düzgün qiymət müəyyən edilmədiyinə istinad etsə də, qiymətləndirmə rəyinin q eyri-mötəbərliyini təsdiq edə biləcək hər hansı sübutu məhkəmə araşdırmaları zxamanı təqdim edə bilməmişdir. Hazırki halda kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avr opa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zola qda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 2 1.2-ci mad.). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-cı maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1 -ci maddəsi müəyyən edir ki, bu qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması aid edilmişdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqların alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun ədalətli kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 21 7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qə tnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar