Məhkəmə qərarları › İş №2(102)-4463/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4463/2022

21.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4463/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" KB ASC-yə, Cavabdeh3nə və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi, hərracın keçirilməsi qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliye va Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(107)188/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin iddiası qismən təmin edilərək, İddiaçı həmin bankın xeyrinə cəmi 41873,09 ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə, habelə 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınmasına görə xidmət haqqı kimi ödənilmiş 60 manatın tutulması, tələbin ipoteka predmetləri olan İddiaçı mülk iyyətindəki Şəki şəhəri, Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinə, həmçinin Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetləri olan Şəki şəhəri, Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı və X1 çıxarılmaları, Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsinə tutma yönəldildikdə və o, satıldıqda ən geci bir ay ərzində həmin torpaq sahəsinin boşaldılması qə t edilmişdir.

2. Qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün Şəki rayonu İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin Şöbə tərəfindən ipoteka predmetləri üzrə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 3. "xxxx" MMC tərəfindən Şəki şəhəri, Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinin ilkin satış qiyməti 45000 manatla və Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi ilkin satış qiyməti 14000 manatla hərracın keçirilməsi 13 mart 2019-cu il tarixə təyin edilmiş, bu barədə Şəki rayonu İcra və Probasiya Şöbəsinə, "xxxx" KB ASC-yə, İddiaçı 15 fevral 2019-cu il tarixli, 305 nömrəli bildiriş tərtib olunmuşdur. 4. "xxxx" MMC tərəfindən Şəki şəhəri, Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış ev i və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinin ilkin satış qiyməti 38250 manatla və Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi ilkin satış qiyməti 1190 manatla təkrar hərracın keçirilməsi 02 aprel 2019-cu il tarixə təyin edilmiş, bu barədə Şəki rayonu İcra və Probasiya Şöbəsinə, "xxxx" KB ASC-yə, İddiaçı 15 mart 2019-cu il tarixli, 428 nömrəli bildiriş tərtib olunmuşdur. 5. "xxxx" MMC tərəfindən tərtib olunmuş Hərracın nəticələri haqqında 26 aprel 2019-cu il tarixli, Y-127 nömrəli protokola və həmin tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan və ilkin satış qiyməti 45000 manat müəyyən edilmiş Şəki şəhəri, Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi endirimli qiyməti 28688 manata "xxxx" KB ASC-yə sat ılmışdır. 6. "xxxx" MMC tərəfindən tərtib olunmuş Hərracın nəticələri haqqında 26 aprel 2019-cu il tarixli, Y-127/1 nömrəli protokola və həmin tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan və ilkin satış qiyməti 14000 manat müəyyən edilmiş Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi endirimli qiyməti 8925 manata "xxxx" KB ASC-yə satılmışdır.

7. Hər iki əmlak üzərində "xxxx" KB ASC-nin mülkiyyət hüququ 06 noyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" KB ASC-yə, Cavabdeh3nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 ap rel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-127 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin, həmçinin 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y127/1 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin yaz aylarında Cavabdeh3ndən ipo tekaya qoyduğu evin bildirişdə göstərilən könüllü müddət ərzində boşaldılması ilə bağlı bildiriş almışdır. Bu zaman ona məlum olmuşdur ki, krediti götürərkən banka ipotekaya qoyduğu əmlakları hərraca çıxarılaraq bankın mülkiyyətinə rəsmiləşdirilmişdir. Hərrac təşkilatı tərəfindən hərrac barədə ona heç bir məlumat verilməmişdir.

3. Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(075)-1024/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) iddia təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hərracın keçirilməsi barədə bildirişlərin ona göndərilmədiyini, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirildiyini əsas gətirərək 26 aprel 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolların, hərracın keçirilm əsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş bildirişlərin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi mübahisə predmeti olan əmlaklarla bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka qoyan lazımınca xəbərdar edilmişdir. Cavabdeh3 tərəfindən sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclu əmlakların açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinin, Şəki şəhəri, 1 25-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsinin ilkin hərracda alıcısı olmadığından növbəti hərracdakı qiymətləri 15% endirimlə müvafiq olaraq 38250 manat və 11900 manat müəyyən edilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin qanununun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə banka təklif olunmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İpoteka qoyana ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə 15 fevral 2019-cu il tarixli və 15 mart 2019-cu il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsi ilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və borclunun mülkiyyətində olan ipoteka predmet ini təşkil etmiş, Şəki şəhəri, Olimpiya 1 küçəsində məhkəmə qərarının icrası olaraq hərraca göndərilmişdir. Bundan başqa qeyd olunan sifariş məhkəmə qərarının icrası olaraq hərraca göndərilmiş və bu barədə qərar qəbul olunarkən borclu şəxslər məhkəmə porseslərindən məlumatlı olmuşlar.

5. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh3 icraya yönəlmə barədə şəxslərə lazımi məlumat vermiş, icra vərəqəsini onlara da göndərmiş, o cümlədən, hərrac təşkilatı da hərracın keçirilməsi barədə bildirişləri göndərmişdir. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır.

6. Bundan başqa 26 aprel 2019-cu il tarixli hərracın yekunları barədə Y-127 və Y127/1 nömrəli protokollar ə sasında hərracın keçirilməsinin yekunlarına görə "xxxx" MMC ilə "xxxx" KB ASC arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə 26 aprel 2019-cu il tarixli müqavilələr imzalanarkən və həmin müqavilələr əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 06 noyabr 2020-ci il tarixli, **********14-10301 reyestr nömrəli, 06 noyabr 2020-ci il tarixli, **********29 reyestr nömrəli çıxarışlar verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən də məhkəmə iddianı əsaslı hesab etmir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 389.1, 390.1, 416.1, 416.2, 567, 646.1-ci, “İpoteka haqqında” Qanunun 42.1, 43.1, 43.1, 43.5, 43.7, 44-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri ilə əsasl andırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(075)-1024/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 28 fevral 2022-ci il tarixli rəyinə əsasən 28 fevral 2019-cu il tarixli № 007705 nömrəli qaimədə “Alanın soyadı və imzası:” qrafasındakı imza və “Muradov” əlyazması - X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, 28 fevral 2019-cu il tarixli № 007705 nömrəli qaimədə “Alanın soyadı və imzası:” qrafasındakı imza və “Muradov” əlyazması - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

10. Şəki Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(107)-188/2022 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovun və M.A.Əsədlinin iştirakı ilə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(075)1024/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-127 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin; həmçinin 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-127/1 nömrəli proto kolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, hərrac mərkəzi qanunla üzərinə düşmüş vəzifələri yerinə yetirməmiş, ipoteka qoyana və digər borclulara təyin edilmiş hərracların vaxtı və yeri barədə xəbərnaməli bildirişlərin göndərilməsi iş materialları ilə müəyyən edilsə də, cavabdeh tərəfindən qəbul edilməmişdir.

12. Məhkəmə Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, qanunver ici bildirişin çatdırılmalı olduğu şəxsə deyil, onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə çatdırılması halında onu qəbul etmiş şəxs tərəfindən qəbzdə soyadının, adının, atasının adının, yəni ünvan sahibinə münasibətinin qeyd edilməsini nəzərdə tutmuşdur. Hazırkı işdə mövcud olan qəbzlərdə (i.v. 135) bildirişi qəbul etmiş şəxsin adı, ata adı, iddiaçı ilə hansı qohumluq münasibətində olması qeyd edilməmişdir. İkinci qəbzdən isə məlum olur ki, ünvanın natamamlığı səbəbindən bildiriş geri qaytarılmışdır. Göründüyü kimi qəbzlərdə onu qəbul etmiş şəxsin iddiaçı ilə hansı münasibətdə olması göstərilmədiyindən bildirişləri qəbul edən şəxsin soyadının “Muradov” olması özü-özlüyündə bildirişin iddiaçının ailə üzvü tərəfindən qəbul edildiyi kimi qiymətləndirilə bilməz. 1

3. Həmçinin mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyində bildirişlərdəki imzanın İddiaçı və onun arvadı Türkan Muradova tərəfindən icra olunmaması qeyd edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarının 1-ci cild, 135-ci səhifədə olan “Fabo Express” tərəfindən göndərilmiş xəbərnamədən (007705) müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 25 fevral 2019-cu il tarixdə ünvan 1 ünvanına məktub göndərilmiş və 28 fevral 2019-cu il tarixdə “Muradov” soyadlı şəxs tərəfindən imza edilərək alınmışdır. Lakin 28 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 28 fevral 2019-cu il tarixli № 007705 nömrəli qaimədə “Alanın soyadı və imzası:” qrafasındakı imza və “Muradov” əlyazması - X3 və İddia çı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

15. Bundan əlavə iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-n 1 nömrəli sahə ƏİD üzrə nümayəndəliyinin 11 yanvar 2022-ci il tarixli, 70 nömrəli arayışından (2-ci cild, səh. 15) məlum olur ki, İddiaçı ailə üzvləri - arvadı Türkan Muradova və yetkinlik yaşına çatmayan övladları Rinat və Gülçin ilə birlikdə ünvan 2 ünvanda yaşayırlar. İddiaçı ünvan 3yatda olsa da, ailəsi ilə birlikdə ünvan 4 ünvana hər hansı bildirişin göndərilməsi iş materialları ilə sübut olunmur.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Fabo Express” çatdırma şirkəti tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvan 5 ünvana da bildiriş göndərilsə də, sonda bildirişin üzərində “ünvan natamamdır” qeydi edilməklə geri qaytarılmışdır. Bundan sonra isə, həmin çatdırılma şirkəti tərəfindən “Akt” tərtib edilərək İddiaçı məktubu qəbul etməkdən imtina etməsi bildirilmişdir. (səh.136-137). Apellyasiya məhkəməsi qeyd etmişdir ki, belə olan halda sual yaranır ki, əgər ünvan natamam idisə, onda bildirişin qəbul edilməsindən necə imtina olunur. Məhkəmə araşdırması zamanı təklif olunmasına baxmayaraq, cavabdeh tərəfin nümayəndəsi işin bu halına aydınlıq gətirə bilməmişdir.

17. Məhkəmə izah etmişdir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə bilavasitə maraqlarına toxunan iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınm asına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir.

18. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar “Market” qəzetində elan verilsə də, bu elanın da iddiaçının yaşadığı ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Ona görə də iddiaçının birmənalı olaraq hərracla bağlı məlumatlandırılması qənaətinə gəlmək olmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. Cavabdeh "xxxx" KB ASC kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(107)-188/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 42-ci, Mülki Prosessual Məcəllənin 88, 386-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsi əsasında tutma yönəldilən əmlakla bağlı həm hərrac təşkilatı tərəfindən onlara xidmət göstərən “Mega Ekspress” poçt xidməti, həm də bank tərəfindən “Fabo Express” poçt xidməti tərəfindən bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu ünvana və girov qoyduğu ünvana göndərilmişdir. Məqsəd məhkəmə qətnaməsini icra etməli borclunun “işdən xəbərim yoxdur”, “mənə poçt çatmayıb və s.” bəhanələrin qarşısını alması olmuşdur. “İpoteka haqqında” Qanunun 42-ci maddəsi hərrac təşkilatının üzərinə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bild irişin çatdırılması hərrac təşkilatının problemi deyil. Kütləvi informasiya vasitəsində elan verilməsi bütün cəmiyyətə məlumat və ofertadır ki, əmlak satışa çıxarılıb. Hazırda araşdırılan işdə iddiaçı ünvan 5-də qeydiyyatdadır, girov qoyduğu ünvan ünvan 6, ev 42-də yerləşir. İddiaçının Şəki şəhəri, R.Axundov küçəsi, ev 36-da faktiki yaşaması hazırki qətnamədən sonra məlum olmuşdur. Hərrac təşkilatı tərəfindən poçt göndərişləri “Mega Ekspress” poçt xidməti vasitəsi ilə məhkəmənin icra vərəqəsində qeyd olunan qeydiyyat ünvanına göndərilmiş, bank tərəfindən isə hərracla bağlı poçt göndərişləri həm qeydiyyat ünvanına, həm də girov qoyulmuş ünvanına göndərilmişdir. “Fabo Express” poçt xidməti tərəfindən geri qaytarılan xəbərnamələrin birində “Muradov” soyadı qeyd olunub imza olunmuşdur. Digərin də isə ünvanda olan şəxsin poçt göndərişini almaqdan imtina etməsi barədə akt tərtib olunmuşdur. Məhkəmə hərracın “MEGA EKSPRESS” poçt xidmətinin göndərdiyi bildirişləri araşdırmamış, iddiaçının qeydiyyatda olduğu ünvan üzrə deyil, məhz ipoteka predmetinin yerləşdiyi ünvan üzrə göndərdiyi poçt bildirişlərindəki imza ilə xətşünaslıq ekspertizası təyin etmişdir. Qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracı n keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Bank tərəfindən təqdim edilən bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Apellyasiya məhkəməsi cavabdehin keçirilmiş hərracla bağlı təqdim etdiyi sübutları düzgün qiymətləndirməmişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı yazılı e tiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlal ət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hə rracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi nə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.

30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə hərracın keçirilməsinə dair bildirişlərin ipoteka qoyana qanunla müəyyən olunmuş qaydada göndərilməsi ilə bağlıdır.

31. Bu zaman məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşır ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində hərracın təşkilatçısının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan verilməsi, özünün rəsmi internet saytında elan dərc etdirməsi və hərrac barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildirişin göndərməsi vəzifələri qoyulmuşdur.

32. Lakin hazırki iş materiallarında h ərrac təşkilatçısı olan "xxxx" MMC tərəfindən bildirişin göndərilməsi ilə bağlı vəzifələrini icra etməsi sübut olunmur.

33. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş 04 iyun 2018-ci il tarixli icra vərəqəsində borclu İddiaçı ünvanı kimi Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, ev 21; borclu X1 ünvanı kimi Şəki şəhəri, R.Axundov küçəsi, ev 36 göstərilmişdir.

34. İş materiallarında hərracların keçirilməsi barədə "xxxx" MMC tərəfindən tərtib edilərək, Şəki rayon üzrə İcra və Probasiya Şöbəsinə, tələbkar "xxxx" KB ASC-yə, borclular İddiaçı və X2 ünvanlanmış 15 fevral 2019-cu il və 15 mart 2019-cu il tarixli bildirişlərin surətləri əlavə olsa da, həmin bildirişlərin faktiki olaraq borcluların icra vərəqəsi ndə qeyd olunan ünvanlara göndərilməsini təsdiq edən sübut, o cümlədən kassatorun istinad etdiyi “Mega Ekspress” poçt xidmətinin xəbərnamələri mövcud deyil.

35. İş materiallarına yalnız “Fabo Ekspress” poçt xidməti vasitəsi ilə bildirişlərin göndərilməsini təsdiq edən 007703 və 007705 nömrəli xəbərnamələr mövcuddur (cild 1, i.v. 135, 136). Həmin sənədlər isə “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz.

36. Belə ki, ilk olaraq, həmin xəbərnamələr yalnız birinci hərrac barədə 15 fevral 2019-cu il tarixli bildirişin göndərilməsini təsdiq edir. Halbuki “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac da Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilməlidir.

37. Digər tərəfdən, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının qeydiyyatda olduğu ünvana bildirişin göndərilməsi mübahisəlidir. Bu səbəbdən ki, həmin ünvan üzrə xəbərnamədə bildirişin çatdırılmamasının səbəbi kimi “natamam ünvan” göstərilsə də, poçt xidməti şirkətinin direktorunun təsdiq etdiyi 01 mart 2019-cu il tarixli akta əsasən şirkətin kuryeri faktiki ünvanda olmuş, İddiaçı məktubu qəbul etməkdən imtina etmişdir.

38. Nəhayət, bildirişin digər borclu X1 icra vərəqəsində qeyd edildiyi (o cümlədən hazırki iş üzrə iddiaçının yaşadığı) ünvana göndərilməsi işin faktiki hallarını araşdıran sənədlərlə təsdiq olunmur.

39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq ipoteka predmetləri ilə bağlı keçirilmiş hərraclar barədə iddiaçının lazımi qaydada məlumatlandırılmaması qənaətinə gəlmişdi r.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(107)-188/2022 nömrəli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar