Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4466/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2316/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 fevral 2022-ci il tarixli Qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 8000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, Cavabdeh2 17500 manat, həmçinin 143 manat dövlət rüsumunun müştərək qaydada hər iki cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ev almaq məqsədi ilə özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını satmaq qərarına gəlmiş, əvvəldən tanıdığı, gözəllik solununda işləyən Minayə adlı şəxsdən ona köməklik etməsini xahiş etmiş, Minayə isə Mətanət adlı müştərisinin qızıl həvəskarı olduğunu, ona kömək edə biləcəyini demişdir. Beləliklə, Minayə iddiaçını Mətanət adlı şəxslə tanış etmiş, bundan sonra iddiaçı təxminən 2018-ci ilin dekabr ayından Mətanətə özündə olan qızıl-zinət əşyalarını bir-bir, iki-iki nisyə verib 2-3 ay müddətinə pulunu almışdır. Bu üsulla o, Mətanətə ümumilikdə 16500 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Mətanət qızılların dəyərinin 8500 manatını iddiaçıya ödəmiş, 8000 manatını isə borclu qalmışdır. Bugünədək həmin 8000 manat ödənilməmişdir. İddiaçı dəfələrlə Cavabdeh1 zəng edərək ya qızılların pulunu, ya da həmin qızılları geri tələb etsə də, sonuncu onun tələblərinə əhəmiyyət verməmiş, qızılları və ya dəyərini qaytarmayacağını demişdir. Digər Cavabdeh2 da iddiaçı ilə məhz Cavabdeh1 tanış etmiş, Zülfiyəyə zamin olduğunu, onun iddiaçıya qızılları satmaqda kömək edə biləcəyinə inandırmış, Zülfiyə ümumilikdə 22500 manat dəyərində qızıl-zinət əşyalarını bir-bir, iki-iki olaraq özünə və rəfiqələrinə satmaq üçün iddiaçıdan götürmüş, götürdüyü qızılların dəyərindən 5000 manatını ödəsə də, 17500 manat ödənilməmiş qalmışdır. İddiaçı Zülfiyədən də ya qızıllarını, ya da onların dəyərini tələb etsə də, nəticə əldə olunmamışdır.
4. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, iddiaçının polisə şikayəti əsasında onun iddiaçıya olan borc araşdırılmış, araşdırma zamanı iddiaçının göstərdiyi xüsusatlar öz tə sdiqini tapmamışdır.Habelə, hazırki məhkəmə iclasına onun iddiaçıya borcunun olmasına dair heç bir sübut təqdim edilməmişdir. Buna görə də, iddianın rədd edilməsi xahiş olunmuşdur.
5. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X1 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, həqiqətən də, iddiaçı ilə Cavabdeh2 arasında qızıl alış-verişi münasibətləri olmuş, lakin, Cavabdeh2 götürdüyü bütün qızılların dəyərini tam olaraq iddiaçıya qaytarmışdır. İddiaçının polisə şikayəti nəticəsində bir neçə dəfə araşdırma aparılmış, yenə də Cavabdeh2 iddiaçıya borcunun olması halı müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş CD diskdəki səsyazmalarının tarixi təmxinən 3 il əvvələ təsadüf edir. Bundan sonra Cavabdeh2 tərəfindən dəfələrlə ödənişlər edilmişdir. Bu gün iddiaçı Cavabdeh2 on a 17500 manat borcu olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddianın heç bir əsası yoxdur. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etmişdir.
6. Digər Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçıya 3870 manat borcunun olduğunu, iddianı yalnız bu hissədə qəbul etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini göstərmişdir.
7. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(001)-5398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş,Cavabdeh1 3870 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlə t rüsumunun əvəzi kimi 58,7 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki halda iddiaçı tərəf cavabdehlərin iddia tələbində göstərilən miqdarda borclarının olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Yalnız Cavabdeh1 həm polisə verdiyi izahatında, həm də məhkəməyə ünvanlandırdığı ərizədə iddiaçıya 3870 manat borcunun olduğunu etiraf etmişdir. Buna görə də, iddia yalnız ona münasibətdə qismən, 3870 manat hissədə təmin edilməlidir.
9. İddiaçı tərəf məhkəməyə səs yazılarından ibarət CD disk təqdim etmiş, həmin diskdəki materialları aradırılmış, tərəflər arasında qızıl alış-verişi ilə bağlı münasibətin olması öz tə sdiqini tapsa da, səs yazılarının hansı tarixə aid olması müəyyən edilmədiyindən, məhkəmə hesba edir ki, həmin materiallar sübut əhəmiyyətli material kimi qəbul edilə bilməz.
10. Həmçinin, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi qarşılıqlı yazışma mətnlərinə münasibətdə qeyd etmişdir ki, həmin yazışmaların kimlər arasında, hansı tarixdə qeydə alınması müəyyən edilmədiyindən, onlar da sübut kimi qəbul edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442.1-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. a)Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Cavabdeh1 onun xeyrinə 8.000 (səkkiz min) manat və ödənilmiş 100 manat dövlət rüsumunun, cavabdeh Bayramova Zülfi yyə Arif qızının isə 17500 manat pulun həmçinin 143 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz, əsassız və ədalətsizdir. Birincisi, məhkəmə qeyd etmişdir ki, “iddiaçı tərəf məhkəməyə səs yazılarından ibarət CD disk təqdim etmiş, həmin diskdəki materiallar araşdırılmış, tərəflər arasında qızıl alış-verişi ilə bağlı münasibətin olması öz təsdiqini tapsa da, səs yazılarının hansı tarixə aid olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin materiallar sübut əhəmiyyətli material kimi qəbul edilə bilməz. Həmçinin, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi qarşılıqlı yazışma mətnlərinə münasibətdə qeyd edir ki, həmin yazışmaların kimlər arasında, hansı tari xdə qeydə alınması müəyyən edilmədiyindən, onlar da sübut kimi qəbul edilə bilməz.” Halbuki məhkəmədə səs yazıları tədqiq edilmiş Cavabdeh1 səsin özünə məxsus olmasını lakin pulu qaytardığını və cəmi 3870 manat borcu qaldığını bildirmişdir. Halbuki həmin vatsap səs yazısında o, 8000 manat borcunun olduğunu aydın şəkildə etiraf edir. Digər cavabdeh isə məhkəmədə iştirak etməmiş nümayəndəsi və vəkil isə Cavabdeh2 aid suallara yalnız “bilmirəm” cavablarını vermişdir. Bundan başqa məhkəmə səs yazılarının hansı tarixə aid olmasına dair işdə sübutların olmamasını göstərsə də bu da əsassızdır. Belə ki, məhkəməyə mobil telefon işə əlavə olunması üçün hakimə təqdim olunmuşdur. Məhkəmə isə telefondakı 3 il müddətinə toplanmış Cavabdeh2 ilə olan səs və yazıları nəzərdən keçirdikdən sonra telefonu ger i qaytarmış, sonradan yuxarıda qeyd olunan dəlilləri əsas gətirməklə təqdim olunmuş sübutlara qiymət verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iştirak etməsində də maraqlı olmamışdır. Həmin vatsap danışıqlarının və yazılarının tarixləri də telefonda aydın görünür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işə qeyri-obyektiv və qərəzli yanaşaraq, onların vatsapda qarşılıqlı danışıqlarına qiymət verməmiş və işi sadəcə cavabdehlərin xeyrinə həll etmişdir.
14. İkincisi, məhkəmə göstərmişdir ki, “- Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizə ilə polisə müraciət edərək 2020-ci ilin yanvar ayının 18-də Mətanət adlı şəxsə s atmaq üçün 15000 manat, elə həmin tarixdən bir müddət sonra Zülfiyə adlı şəxsə 22000 manat dəyərində qızıl-zinət əşyaları verdiyini, Mətanətin ona 8000 manat, Zülfiyənin isə 17500 manat borcu qaldığını, həmin şəxslərin borclarını qaytarmaqdan boyun qaçırdıqlarını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bu günə kimi Cəmilədən götürdüyü qızılzinət əşyalarından bütün pulu ödədiyini, cəmi 3870 manat borcu qaldığını, Cavabdeh2 isə Cəmilədən müxtəlif vaxtlarda qızıl-zinət əşyaları aldığını, sonradan pulu tam ödədiyini, Cəmiləyə borcunun qalmadığını, Cəmilənin ona hədə-qorxu gələrək ondan ödədiyi borcun üstündə özünün əlavə etdiyi pulları, yəni faizini istədiyini bildirmişdir. Toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir”. Halbuki, həmin qərarın poçt vasitəsi il ə məhkəmə vaxtı alındığı və həmin qərardan prosessual rəhbərliyi həyat keçirən prokurora şikayət verildiyi barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi buna da düzgün qiymət verməyərək üzərindən keçmişdir. Məhkəmə qətnamədə də qeyd edir ki, tərəflərin arasında alver və borc münasibətləri olmuşdur. Deməli məhkəmə tərəflərin arasındakı hüquq münasibətlərini yəni aralarındakı borc məsələsini müəyyən etmişdir. Məsələnin həllinə gəldikdə isə məhkəmə düzgün qiymət verməmişdir məhkəmə izahat verən Cavabdeh1 səsin ona məxsus olması və həmin səs yazısında 8000 manat borcunun olmasını etiraf edərək ödəyəcəyini bildirir, məhkmədə isə qismən borcunun olmasını etiraf edir, həmçinin cavabdeh məhkəməyə borcunu ödədiyini bildirsə də bu barədə məhkəməyə hər han sı sübut təqdim edə bilməmişdir. Eyni zamanda digər Cavabdeh2 da vatsapla səs göndərərək 17500 borcunun olduğunu və ona fevral ayınadək vaxt verməyi bildirir. Məhkəmədə isə iştirak etmir və nümayəndəsi vasitəsi ilə borcunun olmadığını bildirir. Bununla belə məhkəməyə borcunun qaytarılması barədə hər hansı sübut təqdim edə bilmir. Halbuki, əlavə olunmuş audio subutlardan aydın görünür ki, cavabdehlər hər biri ayrılıqda öz borclarını dəqiq göstərməklə qaytaracaqlarına dair söz versələr də hazırda bunu etiraf etmək istəməməklə özlərini müdafiə edirlər (Audio səs yazıları diskdə və mobil telefon məhkəməyə təqdim edilmişdir, məhkəmə diski qəbul etsə də mobil telefonu qəbul etməmişdir). Məhkəmə isə buna düzgün qiymət verməmişdir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əs ədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən plenum telefon danışıqlarının mülki məhkəmə icraatında istifadə olunmasına dair göstərmişdir ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrin dən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Birinci instansiya məhkəməsinə mobil telefon sübut qismində təqdim edilsə də məhkəmə həmin sübuta baxdıqdan sonra geri qaytarmış və sonradan bu barədə bir kəlmə də olsun qətnamədə qeyd etməmişdir. Bunu yoxlamaq üçün məhkəməni audio və video yazılarına baxmaq kifayətdir. Bununla məhkəmə sübutları tam tədqiq etməmiş qanunilik, obyektivlik və qərəsizlik prinsiplərini pozmuşdur. Nəticədə iş üzrə yalnış qətnamə qəbul etmişdir. Sözü gedən mobil telefon apellyasiya instansiyasına təqdim ediləcəkdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) 2(103)-2316/2023 nömrəli mülki iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin Cavabdeh2 aid hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi,Cavabdeh2 İddiaçı xeyrinə 17.500 (on yeddi min beş yüz) manat tutulması, qətnamənin Cavabdeh1 tutulan pul məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh1 İddiaçı xeyrinə tutulan məbləğin 6955 (altı min doqquz yüz əlli beş) manat müəyyən edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənil miş 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdehlər arasında qızıl əşyalarının nisyə alqı-satqısı ilə bağlı münasibətlər olmuş, eyni zamanda müəyyən olunur ki, cavabdehlərin iddiaçıdan aldıqları qızıl-zinət əşyalarının dəyərini hissə-hissə olmaqla ödəməyə dair tərəflər arasında razılıq əldə olunmuşdur.
18. Həmçinin müəyyən olunur ki, cavabdehlər iddiaçı ilə aralarında olan razılaşmaya əsasən aldıqları qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini qaytarsalar da, öhdəliyi tamamilə icra etməmiş, iddiaçıya borclu qalmışlar.
19. Hazırda mübahisə cav abdehlər tərəfindən öhdəliyin tam icra edilib-edilməməsi və icra edilməyən öhdəliyin həcmi ilə bağlıdır.
20. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsi üzrə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəməyə səs yazılarından ibarət CD disk təqdim etmiş, həmin diskdəki materialları aradırılmış, tərəflər arasında qızıl alış-verişi ilə bağlı münasibətin olması öz təsdiqini tapsa da, səs yazılarının hansı tarixə aid olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin materiallar sübut əhəmiyyətli material kimi qəbul edilə bilməz. Həmçinin, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi qarşılıqlı yazışma mətnlərinə münasibətdə qeyd edir ki, həmin yazışmaların kimlər arasında, hansı tarixdə qeydə alınması müəyyən edilmədiyindən, onlar da sübut kimi qəbul edi lə bilməz.
21. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmamış və aşağıdakıları qeyd etmişdir.
22. İddiaçı hazırkı iddia tələbi üzrə öz izahatından başqa tərəflər arasında olan səs yazılarını, həmçinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını təqdim etmişdir.
23. Rayon məhkəməsi məhz Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Cavabdeh1 izahatına əsasən ondan cəmi 3870 manat pulun tutulması qənaətinə gəlmiş, iddia tələbini qalan hissədə təmin etməmiş, bu zaman iddiaçı tərəfindən təqdim edilən səs yazıları olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
24. Həmin səs yazılarını sübut kimi qəbul etməyən məhkəmə öz mövqeyini onların hansı tarixə aid olmasının müəyyən edilməməsi ilə əsaslandırmışdır.
25. Kollegiya ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən plenum telefon danışıqlarının mülki məhkəmə icraatında istifadə olunmasına dair göstərmişdir ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində ya ranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.
26. Həmin qərardan məlum olduğu kimi hazırkı səs yazıları tərəflər arasında olan hüquq münasibətləri ilə əlaqədar olmaqla mübahisənin həllində əhəmiyyətli sübutdur. Məhkəmə kollegiyası səs yazılarının hansı tarixə aid olmaması əsası ilə onları sübut kimi qəbul etməyən rayon məhkəməsinin mövqeyi üzrə isə qeyd edir ki, hər iki səs yazısında 6955 manat borcunun qaldığını etiraf edən Cavabdeh1, eləcə də səs yazısında 17.500 manat borcu qaldığını etiraf edən Cavabdeh2 “istəyirsən şikayət et” sözlərini qeyd edir. Bu da ona dəlalət edir ki, cavabdehlərin borcun etirafı ilə bağlı həmin danışıqları iddiaçı tərəfindən polisə müraciət ərəfəsində olmuşdur.
27. Bundan başqa, iddiaçı həmin səs yazılarının hansı tarixə aid olduğunu müəyyən etməyə imkan verən mobil telefonu rayon məhkəməsinə təqdim etdiklərini, lakin məhkəmənin baxış keçirdikdən sonra telefonu geri qaytardığını, qətnamədə isə sonradan bu barədə bir kəlmə də olsun qeyd edilmədiyini bildirmişdir.
28. Kollegiya bununla bağlı bildirmişdir ki, məhkəmə k ollegiyasının iclasında iddiaçı tərəfindən təqdim edilən rayon məhkəməsinin baxış keçirib istinad etmədiyi həmin “Həmin “Whatsapp” sosial şəbəkəsində olan səs yazışmalarının əks olunduğu “İphone” mobil telefona baxış keçirilərkən həmin səs yazılarının cavabdehlərə aid olduğu, həmçinin Cavabdeh2 17.500 manat borcun etirafına dair səs yazısının xx.xx.2022-ci il tarixə, Cavabdeh1 aid səs yazısının isə xx.xx.2020-ci il tarixə aid olduğu müəyyən edilmişdir.
29. Qeyd edilən səs yazılarında polisə şikayətdən öncə 6955 manat borcunun qaldığını etiraf edən Cavabdeh1 polisdə izahatında 3870 manat borcu qaldığını və səs yazısında iddiaçıya 17.500 manat borcu qaldığını etiraf edən Cavabdeh2 polisdə izahatında müxtəlif vaxtlarda iddiaçıdan qızıl-zinət əşyaları aldığını, sonradan pulu tam ödədiyini, Cəm iləyə borcunun qalmadığını bildirmişdir.
30. Kollegiya belə qənaətə gəlmişdir ki, rayon məhkəməsi hazırkı iş üzrə sübutetmə yükünün tərəflərdən kimə aid olduğunu müəyyənləşdirilməsində də səhvə yol vermişdir.
31. Kollegiya cavabdehlərin öhdəliyin icra edilməsi barədə dəlili üzrə qeyd etmişdir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.
32. İddiaçı tərəflər arasındakı qızıl-zinət alışı-satışı üzrə münasibətlərə istinad edir, öhdəliyin cavabdehlər tərəfindən tam icra edilmədiyini bildirir, polisə şikayətdən öncə 6955 manat borcunun qaldığını etiraf edən Cavabdeh1 polisdə izahatında 3870 manat borcu qaldığını və səs yazısında iddiaçıya 17.500 manat borcu qaldığını etiraf edən Cavabdeh2 polisdə izah atında müxtəlif vaxtlarda qızıl-zinət əşyaları aldığını, sonradan pulu tam ödədiyini, Cəmiləyə borcunun qalmadığını bildirmişdir.
33. Eyni zamanda birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas prokolundan məlum olur ki, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahatında tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair münasibətlər olduğunu təsdiq etmiş, həmçinin bildirmişdir ki, bütün pullar ödənilib, Cavabdeh2 heç bir borcu yoxdur. Bundan başqa rayon məhkəməsində Cavabdeh1 rayon məhkəməsi iclasında səs yazılarının ona məxsus olduğunu təsdiq etmiş, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahatında həmin səs yazılarının Cavabdeh2 aid olduğunu mübahisələndirməmişdir.
34. Belə olan halda, etirazın əsası kimi istinad etdiyi bu halı, yəni öhdəliyin icra edilməsini cavabdehlər sübut etməlidir.
35. Hazırda səs yazısında 6955 manat, polisdə izahatında isə 3870 manat borcu qaldığını qeyd edən Cavabdeh1 (6955-3870=3085) qalan 3085 manat borcun ödənilməsini, Cavabdeh2 isə 17.500 manat borcun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir.
36. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində Cavabdeh1 8000 manat borc pulun tutulmasını qeyd etsə də, tərəflər arasında olan səs yazısında Cavabdeh1 iddiaçıya 6955 manat borcu qaldığını etiraf edir, iddiaçı həmin məbləğin 8000 manat olmasına dair sübut təqdim edə bilməmişdir. İddiaçı Cavabdeh1 ona etiraf etdiyi 6955 manatdan çox, yəni 8000 manat borcu qalmasına dair MPM-in 77.1-ci maddəsinin tələbinə uyğun sübut verə bilmir.
37. Belə olan halda, iddia tələbi Cavabdeh2 aid təmin ed ilməyən hissədə də əsaslı olduğundan təmin edilməli, qətnamə Cavabdeh1 aid hissədə isə dəyişdirilməli, ondan iddiaçının xeyrinə tutulan məbləğ etiraf etdiyi 6955 manat müəyyən edilməlidir.
38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 448.1, 448.2, 529.1, 598.1, 598.3, 598.4, 599, 600, 601, 739-cu və MPM-nin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh Bayramova Zülfiyyə Arif qızı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 2316/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
40. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında olmuş hüquq münasibətlərində zərər vurma və əsassız varlanmaya dair hallar yoxdur, bu səbəbdən cavabdehin iddiaçının qarşısında öhdəliyinin yaranması üçün, əqdin mövcud olması vacib şərtdir. Lakin, iddiaçı tərəfindən belə bir əqd məhkəməyə təqdim edilməmişdir.
41. Məhkəmə qətnaməsinin 17-ci bəndində göstərilmişdir:“Həmin “Whatsapp” sosial şəbəkəsində olan səs yazışmalarının əks olunduğu “İphone” mobil telefona baxış keçirilərkən həmin səs yazılarının cavabdehlərə aid olduğu, həmçinin Cavabdeh2 17.500 manat borcun etirafına dair səs yazısının xx.xx.2022-ci il tarixə, Cavabdeh1 aid səs yazısının isə xx.xx.2020-ci il tarixə aid olduğu müəyyən edilmişdir.” Lakin, səs yazısının hansı meyarlarla Cavabdeh2 aid olduğu qətnamədə şərh olun mur.
42. İddiaçı, Cavabdeh2 ona 17500 manat borcu olduğunu iddia etsə də, bu faktı əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
43. Apellyasiya instansiya məhkəməsi, mülki işin materiallarındakı kompakt diskdə olan, iddiaçının Cavabdeh2 məxsus olduğunu iddia etdiyi səs yazısını tədqiq edərkən, həmin səs yazısının Cavabdeh2 aid olduğunu göstərmişdir. Lakin, mülki işin materiallarında, həmin səsin Cavabdeh2 aid olduğunu təsdiq edəcək sübutlar mövcud deyil.
44. Konkret səsin hansı insanaaid olduğununmüəyyən edilməsi üçün xüsusi bilik tələb olunur. Bunun məhkəmə fonoskopik ekspertizası təyin edilməlidir
45. Tərəflər arasında olan pul öhdəliklərinin müəəyyən edilməsi ilə bağlı, “Whatsapp” ani SMS tətbiqi üzərindən göndərilən səsli mesajlarda ifadə olunan rəqəmlər, rea l borc münasibətlərində olan rəqəmləri təsdiq edə bilməz. Həmin rəqəmlər, işdə olan digər sübutlarla təsdiqini tapmır.
46. Nəzərə alınmalı hallardan biri də, qətnamədə istinad olunan səs yazısında ifadə olunan rəqəm yalnız kəmiyyət göstəricisidir və həmin rəqəmin hansı valyuta növünə aid olduğu aydın deyil. Tərəflər arasında ehtimal olunan pul öhdəliklərinə bu şəkildə qiymət verilməsi, mənfi məhkəmə təcrübəsinin formalaşmasına zəmin yarada bilər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavil ədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
49. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
50. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
51. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düş ülür.
52. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
53. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
54. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
55. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
56. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 57. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 58. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 59. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
60. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
61. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
62. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
63. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qu lluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi cavabdeh Bayramova Zülfiyyə Arif qızının kassasiya şikayətinin dəlillərinə müvafiq olaraq ona aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası çməhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 75.
45. Kollegiya bildirir ki, kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə əlaqədardır.Sübutları araşdırmaq və qiymətləndirmək s əlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissədə işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
77. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh Bayramova Zülfiyyə Arif qızına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bayramova Zülfiyyə Arif qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2023-cü il tarixli 2(103)2316/2023 nömrəli qətnaməsi cavabdeh Bayramova Zülfiyyə Arif qızına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.