Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4468/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmənin icarə müqaviləsi əsasında verilmiş bağ sahəsinin üzərində hüququ olan şəxslərin həmin hüquqdan başqa şəxsin xeyrinə imtina etməsi barədə ərizəsi əsasında həmin sahə üzərində xeyrinə imtina edilən şəxsin sahiblik və istifadə hüquqlarını tanımaq səlahiyyətinin olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı Vəkil1, üçüncü şəxs X17 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2846/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X25 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh X qarşı “bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xxxx saylı bağ sahələri üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, xxx nömrəli bağ sahəsi (0.25 ha) keçmiş X12 ilə bağlanılmış 21.01.1969-cu il tarixli müqavilə ilə X18, eyni ünvanda yerləşə n 0,12 ha olan xxx saylı bağ sahəsi isə 28 iyul 1989-cu il tarixli xxx saylı icarə müqaviləsinə əsasən X4 icarəyə verilmişdir.
3. X21 05.08.1975-ci ildə vəfat etmişdir.
4. X ölümündən sonra ailə üzvləri ərizə ilə xxx saylı bağ sahəsinin 0,12 ha X9, 0,12 ha hissəsinin isə X10 adlarına keçirilməsi üçün BTB-nə müraciət etmişlər və X13 adına olan müqaviləni Birliyə təhvil vermişlər. Sözügedən bağ sahəsinin 0.12 ha hissəsi xxx nömrəli bağ sahəsi kimi X9 adına, 0.12 ha hissəsi isə xxx nömrəli bağ sahəsi kimi X10 adına keçirilmişdir. Bununla bağlı 29.05.1996-cı il tarixli, xxx nömrəli, 29.05.1996-cı il tarixli, xxx nömrəli müqavilələr tərtib edilmiş lakin ailə üzvlərindən X razılıq ərizəsi olmadığı üçün müqavilələr möhürlə təsdiq edilməmişdir.
5. X23 10.10.2007-ci ildə vəfat etmişdir.
6. X Daşınm az Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazı İdarəsinə icarəsinə verilmiş xxx saylı bağın İddiaçı adına keçirilməsinə etiraz eməməsi barədə 07.03.2008-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Eyni zamanda X, X, X28 Rayon Məhkəməsinə xxxx saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun İddiaçı adına keçirilməsinə etiraz etməməsi barədə 03.12.2010-cu il tarixli, notarial qaydada təsdiq edilmiş ərizələr vermişlər.
7. Bundan başqa X29 Sabunçu Rayon Məhkəməsinə xxx saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun İddiaçı adına keçirilməsinə etiraz etməmələri barədə 07.12.2010-cu il tarixli, notarial qaydada təsdiq edilmiş ərizə vermişdir
8. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin 05.07.2008-ci il tarixli məktubundan görünür ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin DƏDRX-yə verilməsi qərara alınmışdır.
9. X 08.12.2008-ci ildə vəfat etmişdir
10. İddiaçı bildirir ki, xxxx saylı bağ sahələri vahid torpaqda yerləşirlər, aralarında heç bir hasar, çəpər, sərhəd yoxdur. Faktiki olaraq bu iki sahə bir torpaq sahəsini təşkil edir, yalnız vaxtı ilə şərti olaraq xxx saylı sahələr adlandırılmışlar. Həmin bağ sahəsi (yəni xxx saylı) onun babası X1 mülkiyyətində olmuşdur. Onda olan icarə müqavilələrinə əsasən, bağın ümumi sahəsi (xxx) 36 sot təşkil edir. Babasının ölümündən sonra (11.06.1975) bağın 12 sotu atası X14, 12 sot qardaşı X15, qalan 12 sotu isə (şərti olaraq xxx saylı bağ sahəsi adlandırılır) onun qohumu, yəni babasının qardaşı oğlunun (vəfat etmiş X) arvadı X5 istifadəsinə verilmişdir. xxx saylı bağ sahələri vahid torpaq sahəsi təşkil etdikləri üçün, bu torpaq atasına onun öz atasından qaldığı üçün, onlara mütəmadi olaraq onun atası X24 qulluq etmişdir. Atası 10.10.2007-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra xxx saylı bağ sahəsinə o qulluq etmişdir və bu günə qədər də bağa özü qulluq edir. Bu faktı onun bağ qonşuları da təsdiq edə bilərlər. xxx saylı bağ sahəsi isə, onun qohumu X onun ərinin ölümündən sonra qalmışdır. Vaxtı ilə onun babası 12 sot ərazisini (xxx saylı) öz valideynlərini itirmiş qardaşı oğlunun istifadəsinə vermişdir. Bu məqsədlə ki, bəlkə nə vaxtsa qardaşı o ğlu o sahədə özünə bir ev tikdirəcək. Ancaq bu günə kimi nə xxx saylı, nə də ki, xxx saylı ərazidə tikili inşa edilməmişdir. X övladları olmadığı üçün və o, yaşlı qadın olduğu üçün (1934-cü il təvəllüdlü), xxx saylı sahədən istifadə etmirdi və onun sahəyə qulluq etməyə fiziki imkanı da yox idi. Ona görə də, X 07.03.2008-ci il tarixdə Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizədə X göstərmişdir ki, xxx saylı bağ sahəsinin onun adına keçməsinə etiraz etmir, X8 08.12.2008-ci il tarixdə vəfat etmişdir. Babasının 4 övladı olmuşdur, iki oğlan və iki qız. Arvadı vəfat etmişdir. Babası sağlığında vəsiyyətnamə tərtib etməmişdir. Atası və əmisi vəfat ediblər. Onlar xxxx saylı bağ sahəsindən imtina etmişlər, yəni bağın onun adına keçməsinə eti raz etmirlər. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır
11. Cavabdehin nümayəndəsi bildirir ki, xxxx saylı bağların arxiv sənədləri araşdırılmış və müəyyən edilmişdir ki, xxx saylı bağ sahəsi 29 may 1996-cı il tarixli icarə müqaviləsi əsasında X11, xxx saylı bağ sahəsi 29 may 1996-cı il tarixli icarə müqaviləsi əsasında X10, xxx saylı bağ sahəsi 28 iyul 1989-cu il tarixli icarə müqviləsi əsasında X6 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Hazırda ləğv edilmiş bağ təsərrüfatı idarələrinin arxiv sənədləri onlarda saxlanıldığından X3 və X7 tərtib edilmiş müqaviləyə X dəyişiklik etmək səlahiyyəti yoxdur. Belə ki, bağ sah ələrinin ayrılması, yerində göstərilməsi, istifadəyə verilməsi, habelə vətəndaşlarla icarə müqavilələrinin bağlanması idarənin əsasnaməsinə ziddir. Ona görə də verilmiş iddianın qanuna uyğun həll edilməsini məhkəmənin mülahizəsinə buraxırlar.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 bildirir ki, İddiaçı onun doğma qardaşıdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 12.11.2018-ci il tarixli məktubdan müəyyən olunur ki, xxx yerləşən, 0.25 ha torpaq sahəsi olan xxx nömrəli mübahisəli bağ sahəsi Bağlar Tresti ilə bağlanılmış 21.01.1969-cu il tarixli müqaviləyə əsasən babası X18 icarəyə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin razılığı ilə sözügedən bağ sahəsinin 0.12 ha torpaq hissəsi atası X9 adına keçmiş və onunla 29.05.1996-cı il tarixli, xxx nömrəl i müqavilə bağlanmışdır. Bağ sahəsinin digər 0.12 ha hissəsi isə xxx nömrəli bağ sahəsi kimi onun adına keçmiş və onunla 29.05.1996-cı il tarixli müqavilə bağlanmışdır. İddiaçı məhkəməni aldadaraq iddia ərizəsində göstərmişdir ki, guya ki, atası X 2007-ci ildə vəfat edəndən sonra o, hər üç bağ sahəsinə qulluq etmişdir. Halbuki, bu tamamilə yalandır. Həmin bağ sahələrinə bu günə kimi o qulluq edir, yəni hazırda bağ sahələri onun istifadəsindədir və bağ sahələrini heç zaman iddiaçının istifadəsinə vermək niyyəti olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)3616/2010 nömrəli qətnaməsi ilə (hakim V.Həsənov) iddianın təmin edilməsi, xxx yerləşən xxxx saylı bağ sahələri üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanımasını qət etmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinə ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etmək vəzifəsi tapşırılmışdır.
15. Göründüyü kimi həmin sərəncam əsasında ləğv edilmiş X2 arxivləri cavabdeh X verilsə də, bağ sahəsinin istismarına dair məsələnin həlli, eyni zamanda vətəndaşlarla icarə müqaviləsinin bağlanması, istifadə yə verilməsi səlahiyyətləri cavabdehə həvalə edilməmişdir.
16. İddiaçının X müraciət edərək, müqavilələrin onunla bağlanmasını tələb etmək üçün qanunla təmin edilmiş hüquqları yoxdur, yəni mübahisənin məhkəmədən öncə həlli (pretenziya) mümkün deyil.
17. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 17.03.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə”Əsasnamənin 4-cü bəndinə əsasən rəsmi sənədi olmadan on ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı Şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müva fiq Sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0,12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; yaşayış yerindən 2 №-li Forma arayışı; iş yerindən arayış; üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı bağ sahəsinin planı.
18. X3 və İstismarı Birliyinin ləğv edilməsi və onun hüquqi varisinin yaradılmaması vətəndaşın ziyanına təfsir edilə, onun qanunla və müqavilə ilə nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnə bilməz.
19. Bağın icarədarları, mərhum vətəndaşların ailə üzv ləri bağın (1583, 1583 «A», 1584) iddiaçının adına keçirilməsinə razıdırlar
20. Məhkəmə öz mövqeyini Azərbaycan respublikası Mülki Məcəlləsinin 139.1, 139.3-cü, Torpaq Məcəlləsinin 51.1, 51.7, 73.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Birinci instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxs X25 apellyasiya şikayəti vermişdir.
22. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-ci il tarixli, 2(103)4880/19 nömrəli qətnaməsi ilə (hakimlər A.Hüseyn-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş №) maraqlı şəxs X25 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı 07 dekabr 2010-cu il tarixli qətna məsi ləğv edilərək, iddianın təmin edilməməsi qət etmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi iddia tələbində göstərilmədiyi halda iddiaçının xxx saylı bağ sahəsinə də sahiblik və istifadə hüququnu tanımışdır.
24. Bundan başqa birinci instansiya məhkəməsi xxx saylı bağ sahəsinə dair təsdiq edilməmiş olsa belə hazırda maraqlı şəxs kimi işə cəlb edilmiş X19 icarə müqaviləsinin bağlanmış olmasına baxmayaraq onu işə cəlb etməmiş və nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi bağ sahələrinin iddiaçının adına rəsmiləşdirilməsinə razılıq ərizələrinin olduğunu qeyd etsə də Rüfət Rəhimovun iş materiallarında olan razılıq ərizəsindən görünür ki, o, xxx saylı bağ sahələrinin iddiaçının adına rəsmiləşdirilməsinə razılıq vermişdir.
25. Kollegiya qeyd etmişdir ki, hər nə qədər icarə müqavilələri təsdiq edilməmiş olsa belə cavabdeh tərəfindən torpaq sahələri ilə bağlı icarə müqavilələrinin bağlandığı təsdiq olunur. Birinci instansiya məhkəməsi isə müqavilə müddəti bitmiş olsa belə icarə müqavilələri mövcud olan bağ sahələrini sənədi olmadan istifadə edilən bağ sahəsi kimi qiymət verərək, iddia tələbindən kənara çıxaraq və iddia tələbinə cavab verməli olan şəxsə qarşı yönəldilmədiyi halda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər.
27. Azərbaycan Respublik ası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 noyabr 2019cu il tarixli, 2(102)-7362/2019 nömrəli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva) İddiaçı və cavabdeh X 01 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apelyasiya baxışına göndərilməsini qərara almışdır.
28. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən ilk növbədə iddia ərizəsinin məzmununa, habelə iddia tələbinin istinad etdiyi işin faktiki hallarına və ən nəhayət tələbin hüquqi əsaslandırılmasına diqqət yetirilməlidir.
29. Hazırki iddia ərizəsində görünür k i, iddiaçı nəticə hissəsində xxxx nömrəli bağ sahələrinə dair istifadə və sahiblik hüqularının tanınmasını xahiş etsə də, onların sahələrini 0,24 ha deyil, 0,36 ha qeyd etməklə faktiki olaraq sonradan 3 bağ sahəsinə çevrilmiş sahəyə dair mübahisənin həllini nəzərdə tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə aşkar etdiyi bu qeyri-müəyyənliyi iddiaçının diqqətinə çatdırılmaqla müvafiq dəqiqləşdirilmənin aparılmasına şərait yaratmalı olduğu halda bundan imtina etmişdir.
30. Halbuki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq mülki icraat qaydasında hakimin yardım etmə vəzifəsi olmasa da, hakim tərəflərə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, həmçinin tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə etməklə prosessual qənaət prinsipi baxımından zəruri dəqiqləşdirilmələrin aparılmasını təklif etməlidir.
31. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəqiqləşdirmələri aparmadan iş üzrə birinci instanisya məhkəməsinin tələbdən kənara çıxması ilə bağlı səhv nəticəyə gəlmişdir.
32. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxaraq qətnaməni xxx saylı bağa münasibətdə də ləğv edərkən apellyatorun həmin saylı bağ sahəsinə münasibətdə subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir
33. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublik ası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmi n azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz
34. Daha sonra apellyasiya instansiyası məhkəməsi qət naməsində qeyd etmişdir ki, Bakı Şəhəri icra Hakimiyyəti Başçısının 17.03.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 4-cü bəndinə əsasən rəsmi sənədi olmadan on ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı Şəhər icra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq Sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0,12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adma təhkim edilir. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; yaşayış yerindən 2 Ns-li Forma arayışı; iş yerindən arayış; üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı bağ sahəsinin planı.
35. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsi əsası kimi yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, Əsasnamənin istinad edilən bəndi rəsmi sənədi olmadan on ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşlara aid olsav da, hazırda bağ sahələri ilə bağlı digər şəxslərlə bağlanmış icarə müqavilələri mövcuddur.
36. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşsa da, hesab edir ki apellyasiya instansiyası məhk əməsi qeyd edilən hüquqi əsaslandırma ilə kifayətlənməyərək, Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsini rəhbər tutub mübahisənin vərəsəliklə bağlı maddi hüquq normaları baxımından da həllinin mümkünlüyünə qiymət verməli idi.
37. Belə ki, işdən göründüyü kimi mübahisə predmetini təşkil edən xxx saylı bağ sahəsi iddiaçının, eləcə də apellyatorun mərhum ataları X16 məxsus olmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
38. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2020-ci il tarixli, 2(103)-1824/2020 nömrəli qətnaməsi ilə (hakimlər M.Məmmdəov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) apelyator X17 apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2010-ci il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə, yəni xxx saylı bağ sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanıması barədə” hissədə ləğv edilmiş, müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xxx saylı bağ sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınması barədə” tələb irəli sürülməməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 07 dekabr 2010-ci il tarixli qətnamənin xxx saylı bağ sahələri üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması barədə hissəsi hazırki apelyasiya baxışının predmeti olmamışdır.
39. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materiallarında olan ərizələrdən görünür ki, X verdiyi razılıq xxx saylı bağ ilə bağlı deyil.
40. Həmçinin iş materiallarında n görünür ki, İddiaçı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən, iddia ərizəsində onun xxx saylı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınması barədə qətnamənin qəbul edilməsi xahiş etməmiş və onun tərəfindən sonradan “iddia tələbinin həcminin artırılması barədə” ərizə verilməmişdir.
41. Göstərilənlərə əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi qanunda nəzərdə tutulmamış hal olmadığı halda iddia tələbindən kənara çıxmış, xxx saylı bağ sahəsi üzərində iddiaçının istifadə və sahiblik hüququnun tanınmasını qət etmişdir ki, bu hissədə Rayon Məhkəməsinin qətnaməsi qanuni hesab edilə bilməz.
42. Məhkəmə göstərilənlərə əsaslanaraq hesab etmişdir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhv olduğu üçün ləğv edilm əlidir. İddiaçının xxxx saylı bağ sahəsi üzərində hər hansı bir hüququnun istər sahiblik istərsə də vərəsəlik (və s.) institutu baxımından yaranmasının müzakirəsi qeyrimümkündür. Çünki həmin bağ sahəsi ilə bağlı iddia tələbi mövcud deyil. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı və üçüncü şəxs X25 kassasiya şikayətləri vermişlər.
44. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(102)-5273/20 nömrəli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti rədd, maraqlarına toxunulan şəxs tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi l əğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır.
45. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi nəzərə almamışdır ki, maraqlarına toxunan şəxsin apelyasiya şikayətində olan tələbi aşağıdaklardan ibarət olmuşdur. xxxx saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının tanınmasına dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 dekabr 2010- cu il tarixli qətnaməsini ləğv edərək, mübahisəli bağ sahələrinin İddiaçı istifadəsinə verilməsinə dair iddia tələbini rədd edəsiniz.»
46. Mülki Prosessual Məcəlləsinin apelyasiya şikayətinin məzmununu müəyyən edən 361.1.4-cü maddəsinin tələbinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnamən i düzgün hesab etmədiyi əsaslarının göstəriləsi qeyd edilmişdir.
47. Beləliklə apelyasiya şikayətində iddia ərizəsində olduğu kimi şikayət verən şəxsin tələbinin göstərilməsi labudüddür. Hazırkı işin halları baxımından isə iddia tələbi məhz hər üç - daha doğrusu 0,36 ha sahədən ibarət olan bağ sahələri ilə bağlı olduğu aşkardır. Maraqlarına toxunan şəxsin tələbi isə həmin bağ sahələrinə iddiaçının istifadə və sahiblik hüququnun müəyyən edən qətnamənin tamamilə ləğv edilməsinə yönəlmişdir.
48. İkinci apelyasiya icratında bağ sahələrindən xxx üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş olsa da, faktiki olaraq digər bağ sahələri (xxxx saylı bağ sahələri) üzrə apelyasiya şikayəti verən şəxsin qətnaməni tam mübahisələndirməməsi, xxx saylı bağ sahəsinə dair isə iddia tələbinin ir əli sürülməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
49. Əvvəlki kassasiya icraatı zamanı məhkəmənin mövqeyi mübahisənin 0,36 ha da yerləşən hər üç bağ sahəsi ilə bağlı olmasını qeyd edərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmişdir. Belə olan halda apelyasiya instansiya məhkəməsi ilkin olaraq şikayət verən şəxsin və qətnamə ilə maraqlarına toxunan digər şəxsləri müəyyən edərək prosessual şəxs (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) işə cəlb edilməsini təmin etməli, bağ sahəsinə aidiyyəti olan şəxslərin birinci kassasiya icraatında göstərildiyi kimi 0,36 ha torpaq sahəsində yerləşən xxx bağ sahəsinin ayrılmasından sonra hansı şəxslərlə icarə müqavilələri bağlanması, həmin müqavilələrin bağlanması üçün şəxslərin müvafq orqana müraciət edib etməmələri, müq avilələrin qüvvədə olubolmamasını yoxlamalı, bağ sahələrinə kimin sahiblik etmələrini müəyyən etməli və iddiaçının iddia tələbində göstərdiyi əsaslarla iddiaya mahiyyəti üzrə qiymət verərək yekun məhkəmə aktı qəbul etməli idi.
50. Lakin apelyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbini (kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir) nəzərə almamış, işə mahiyyəti üzrə baxılmasını təmin etməyərək apelyasiya şikayəti verən şəxsi məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmişdir.
51. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu poz untu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
52. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, iddia tələbi ilə bağlı dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verərək işə mahiyyəti üzrə baxılmasını təmin etməlidir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
53. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2846/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi i lə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və E.Mehdiyev) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı iş üzrə 07 dekabr 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
54. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, müqavilənin mühüm şərtləri barədə lazımi formada razılaşma olmadıqda müqavilə bağlanmamış hesab edilir. Bu hal əqdin etibarsızlığına dəlalət edir.
55. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
56. Bu baxımdan Kollegiya hesab edir ki, 29.05.1996-cı il tarixdə tərtib olunmuş həmin icarə müqavilələri müqavilənin digər tərəfinin ira də ifadəsini əks etdirən imza və möhürlə təsdiq olunmadığından hüquqi baxımdan bağlanmamış hesab edilir ki, bu da əqdin yoxluğu halı deməkdir.
57. Belə olan halda, yəni iddiaçının və şikayət verənin adına tərtiblənmiş etibarlı icarə müqavilələri olmadığından məhkəmə kollegiyası xxx saylı bağ sahələrinə münasibətdə onlar arasındakı mübahisəyə vərəsəlik qaydaları çərçivəsində qiymət verilməsini zəruri hesab edir.
58. Hazırkı işdə miras qoyan X 05.08.1975-ci il tarixdə öldüyü və miras həmin tarixdən açıldığı üçün onun vərəsələrdən kim tərəfindən qəbul edilməsi ilə bağlı məsələyə 11.09.1964-cü ildə qəbul edilmiş və 01.03.1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi tətbiq olunmalıdır.
59. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçi rilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
60. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
61. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri ) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
62. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz r azılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır.
63. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfa tın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
64. Həmçinin, nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülk iyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
65. Baxılan işdə 05.08.1975-ci il tarixdə vəfat etmiş miras qoyan X vərəsələri X, X və X olmuşdur. Miras qoyanın ölümündən sonra onun övladlarından oğlu X miras əmlakı faktiki qəbul etmişdir. Bu fakt mübahisəsiz olmaqla, eyni zamanda onun bacıları X və X 03.12.2010-cu il tarixli razılıq ərizələri ilə təsdiqlənir. Belə olan halda, X qalmış 0,25 ha xxx saylı (onun ölümündən sonra iki hissəyə bölünmüş və xxxx ilə nömrələnmişdir) bağ sahəsi oğlu X əmlakının aktivinə daxil olmuşdur
66. X, 19.10.2007-ci il tarixdə ölmüş və onun vərəsələri oğlanları İddiaçı, X və X olmuşdur. Ondan qalmış mirasla (xxx saylı bağ sahələri) bağlı vərəsələr arasındakı mübahisəyə isə mirasın açıldığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq olunma lıdır.
67. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi).
68. MM-in 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
69. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığ a götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
70. Mülki Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
71. İşin mübahisəsiz müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X vərəsələrindən heç biri mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddətlər daxilində notariat kontoruna ərizə ilə müraciət etməmişlər. İddiaçı, mirası faktiki olaraq özünün qəbul etdiyini bildirərək, 28.10.2010-cu il tarixdə həmin əmlaka sahiblik və istifadə hüququnun tanınması ilə bağlı hazırkı iddianı qaldırmışdır. Məhkəmə prosesi gedişində onun qardaşları olan digər vərəsələr X 03.12.2010-cu il tarixli və X isə 07.12.2010-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, xxxx saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun qardaşları İddiaçı adına keçirilməsinə etiraz etməmişlər. X, 02.10.2010-cu il tarixli ərizəsində həmçinin qeyd etmişdir ki, babaları X ölümündən sonra bağ sahəsinə qardaşı İddiaçı qulluq edir. xxx saylı bağ sahəsi üzərində qardaşının mülkiyyət hüququnun tanınmasına etiraz etmir. Eyni zamanda, mübahi səli bağ sahəsinə qonşuluqda yerləşən bağ sahələrinin sahibləri (xxx, xxxx, xxxxx) də, 02.09.2010-cu il tarixli ərizələrlə məhkəməyə müraciət edərək, X ölümündən sonra xxx saylı bağ sahəsinə onun oğlu İddiaçı fasiləsiz sahiblik və qulluq edir.
72. Göründüyü kimi, X miras kimi qalmış xxxxx saylı bağ sahələrini onun vərəsəsi kimi oğlu İddiaçı qəbul etmişdir. Digər vərəsələri olan oğlanları isə, qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş qaydada miras əmlakı qəbul etməmişlər ki, bu da mirasdan imtinaya bərabər tutulur və bu onların notarial qaydada təsdiq olunmuş ərizələri ilə də təsdiqlənir.
73. X isə, apelyasiya şikayətində qeyd olunan bağ sahələrinə özünün qulluq etdiyini və iş materiallarında olan razılıq ərizələrinin tərəfindən yazılmadığını bildirsə də, məhkəməyə bununla b ağlı hər hansı mötəbər və dəstəkləyici sübut təqdim etməmişdir. Əksinə ərizələrdə olan imzanın ona məxsus olduğunu kollegiyanın 31.03.2021-ci il tarixli iclasında bildirmişdir.
74. Məhkəmə kollegiyası, X 03.12.2010-cu il tarixli ərizəsinə münasibətdə qeyd etmişdir ki, X həmin ərzəni notariusun yanında imzalamaqla öz iradəsini ifadə etmişdir.
75. Kollegiya, xxx saylı bağ sahəsinə aid hissədə də apelyasiya şikayətinin dəlillərini əsaslı saymamışdır. Ona görə ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, həmin bağ sahəsi 28.07.1989-cu il tarixli, xxx saylı icarə müqaviləsinə əsasən X (iddiaçının və apelyatorun əmisi arvadı) icarəsinə verilmiş və sonuncu, 07.03.2008-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə bağın hazırkı iş üzrə İddiaçı adına keçirilməsinə etiraz etməmişdir.
76. Göründüyü kimi, xxx saylı bağ sahəsi İddiaçı vərəsəlik qaydasında deyil, faktiki sahibinin sağlığında bağışlama qaydasında keçmişdir. Bu hal isə ona dəlalət edir ki, X qeyd olunan bağ sahəsinə hər hansı hüququ yaranmadığından, həmin bağın üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınması onun hər hansı hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də, X həmin bağla bağlı qorunmağa layiq haqlı bir mənafeyi yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
77. Üçüncü şəxs X25 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
78. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X25 “xxx” saylı bağa münasibətdə həmin bağ sahəsinin İddiaçı adına keçirilməsinə etiraz etməməsi barədə ərizə verməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmiş, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
79. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
80. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
81. Üçüncü şəxs X25 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsas ən onun izahatı dinlənilməmişdir.
82. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
83. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikay ətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
84. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
85. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
86. Hazırkı kassasiya şikayətində iş üzrə üçüncü şəxs X25 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
87. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
88. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
89. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
90. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
91. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
92. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 4 17.1.4)
93. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
94. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “xxx” saylı bağa aid hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
95. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi “xxx” saylı bağa aid hissədə qanuni və əsaslı deyildir. (92)
96. İş m ateriallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni digər əsaslarla yanışı həmçinin onunla əsaslandırmışdır ki, X25 03.12.2010-cu il tarixli ərizə ilə bağ sahəsinin üzərində mülkiyyət hüququnun İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir.
97. Bununla bağlı kassatorun dəlili ondan ibarətdir ki, 03.12.2010-cu il tarixli ərizə ilə yalnız xxx və xxx saylı bağ sahələrinin İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. “xxx” saylı bağ sahəsi ilə bağlı hər hansı bir ərizə verməmişdir.
98. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, X25 “xxx” saylı bağ sahəsinin İddiaçı adına keçirilməsinə etiraz etməməsi barədə hər hansı bir ərizə vermədiyindən apelyasiya instansiyası məhkəməsi iddianı bu hissədə təmin etməkdə haqlı olmamışdır.
99. B undan başqa iş materiallarından görünür ki, iddiaçı icarə müqaviləsi əsasında verilmiş bağ sahəsinin üzərində hüququ olan şəxslərin həmin hüquqdan onun xeyrinə imtina etməsi barədə ərizələrinə əsaslanaraq “xxx” və “xxx” nömrəli bağ sahələrinə dair istifadə və sahiblik hüqularının tanınmasını xahiş etmişdir.
100. Həm iddia tələbini təmin edən birinci instansiya məhkəməsi həm də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan işə üçüncü baxışda baxan apelyasiya instansiyası məhkəməsi qəbul etdikləri qətnamədə, məhkəmənin icarə müqaviləsi əsasında verilmiş bağ sahəsinin üzərində hüququ olan şəxslərin həmin hüquqdan başqa şəxsin xeyrinə imtina etməsi barədə ərizəsi əsasında həmin sahə üzərində xeyrinə imtina edilən şəxsin sahiblik və istifadə hüquqlarını tanımaq səlahiyyət inin olması ilə bağlı hər hansı bir maddi-hüquq normasına istinad etməmişlər.
101. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “xxxx” saylı bağa aid hissədə qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
102. Bununla yanaşı məhkəmə kollegiyası “xxx” saylı bağa aid hissədə iddianın rədd edilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri sayır.
103. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində xxx və xxx saylı bağ sahələrinə istifadə və sahiblik hüquqlarının tanınmasını xahiş etmişdir.
104. Lakin iddiaçı iddia tələbində “xxx” saylı bağa aid hissədə iddiaçı istifadə və sahiblik hüquqlarının tanınmasını bilavasitə göstərməsə də iddianın məzmunundan və Ali Məhk əmənin bu iş üzrə verdiyi göstərişlərdən məlum olur ki, iddiaçı əvvəllər 36 sotdan ibarət olmuş bağ sahəsinə istifadə və sahiblik hüquqlarının tanınmasını xahiş etdiyindən və qeyd edilən bağ sahəsi “xxx”, “xxx”, “xxx” saylı bağlara bölündüyündən məhkəmə kollegiyası hesab edir ki, iddia digər iki bağ sahəsi ilə yanaşı o cümlədən “xxxx” saylı bağ sahəsinə də aid olmuşdur.
105. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
106. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “xxx” saylı bağa aid hissədə ləğv edilməli və həmin hissədə iddi a rədd edilməlidir.
107. Bununla yanaşı kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ümumilikdə ləğvini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, qalan hissələrdə qətnamə onun hüquqlarına və qanunla qorunan maraqlarına toxunmur. Ona görə də qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
108. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X25 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2846/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi “xxx” saylı bağa aid hissədə ləğv edilsin. “xxx” saylı bağa aid hissədə iddia rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv