Məhkəmə qərarları › İş №2(102)-4472/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4472/2020

30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4472/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)2867/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva, iş № 2(005)-760/2011) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı plan sxe min tərtib edilməsi tələbinə dair iddiası təmin edilərək N bağ massivi ərazisindəki 2080 b saylı BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan sxeminin (cizgisinin) tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) maraqlı şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. İşin halları: İddiaçı 2011-ci ilin yanvar ayında iddia ər izəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İH Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən ona N sahəsi 0,12 ha olan 2080 B nömrəli bağ sahəsi verilməsini, həmin bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar torpaq sahəsinin planının (cizgisinin) alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etdikdə xx.xx.2010-cu il tarixli məktubla torpaq sahəsinin planının (cizgisinin) tərtib edilməsindən imtina olunmasını əsas göstərərək həmin bağ sahəsinə dair planının (cizgisinin) tərtib edilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı qərardaddan kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, maraqlı şəxs A.Əliyevin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan b axmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iş üzrə icraata xitam verərkən hesab etmişdir ki, “İnzibati orqanların Təsnifatı” na əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibat i orqanlar siyahısına daxil edilmiş və bu səbəbdən inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair tələblərə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.2, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.2 və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndinə görə eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmuşdur. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məh kəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, qərardad qanunun tələblərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar