Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4476/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi, sübutetmə yükü, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-483/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayətinə dair işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiаçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən həyətdə qazılmış anbarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 1 saylı yaşayış evinə vurulmuş maddi zərərə görə 10000 manat və ona dəymiş mənəvi zərərə görə 2000 manat, ümumilikdə isə 12000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənil məsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 1 ünvanında yaşayır. Həmin ev onun atasına məxsus olmuş, atası vəfat edəndən sonra yaşayış evini miras kimi faktiki qəbul etmiş, təmir etdirib öz məişət şəraitini yaxşılaşdırmış, evin təmirinə böyük məbləğdə vəsait xərcləmişdir. İstər təmirdən sonra, istərsə də təmirdən əvvəl evin divarlarında nəmişlik olmamışdır. Lakin sonradan qonşusu olan cavabdeh özünə məxsus Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 1A ünvanında onların evinə bitişik hamam-tualet inşa etmiş və bu tikililərin istifadəsinə başlanan andan evlərini su basmağa başlamışdır. O, bu barədə cavabdehə öz narazılığını bildirdikdə isə cavabdeh tualetin istifadəsini daya ndırsa da, hamamı istifadə etməkdə davam etmişdir. Cavabdehin hamamının kanalizasiyası evin özülünə axdığından evi su basmış, evin otaqlarının suvağı tökülmüş, döşəməsi çürümüş və divarlarda çatlar əmələ gəlmişdir. Bu barədə cavabdehi xəbərdar etsə də, cavabdeh onun sözünə əhəmiyyət verməmiş, nəticədə divarların nəm çəkməsi səbəbindən ev bərbad hala düşmüş, evin abı-havası korlanaraq mənzildə nəmişlik və rütubət yaranmışdır. Evdə yaranmış rütubət arvadının da səhhətinə ciddi təsir göstərmiş, onun xəstəliyi daha da kəskinləşmişdir. Bu vaxta qədər elə bilib ki, cavabdehin evinin kanalizasiyası yoxdur və kanalizasiya suları cavabdeh tərəfindən onun evinin özülünə axıdılır. Ona görə də o bu barədə məhkəməyə müraciət etmiş və kanalizasiyası olmadığına görə cavabdeh tərəfindən ona məxsus evə bit işik tikilmiş hamamın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona məxsus yaşayış evinə vurulmuş maddi və mənəvi zərərin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin məhkəmə araşdırması ilə əlaqədar olaraq məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi alınmışdır. Ekspert tərəfindən yerində müayinə aparılan zaman məlum olmuşdur ki, həmin hamamın kanalizasiya sularının axıdılması üçün cavabdeh öz həyətində ona məxsus yaşayış evinə bitişik anbar qazdırmış və məhz həmin anbarın suları ona məxsus evə sızmışdır. Ekspert rəyi ilə artıq müəyyən edilmişdir ki, ona məxsus yaşayış evinin divarları qonşuluqda yerləşən cavabdehə məxsus evin həyətində inşa edilmiş hamam-tualet tikilisindən deyil, döşəmə səviyyəsindən baş verir ki, bunun da səbəbi cavabdeh tərəfindən ona məxsus evə bitişik öz həyətində qazılmış anbardır. Göründüyü kimi, cavabdehin onun evinin altında anbar qazaraq kanalizasiya sularını həmin anbara axıtması nəticəsində ona məxsus yaşayış evi bərbad hala düşmüşdür. Cavabdehin bu qanunsuz əməli nəticəsində evinə 10000 manat maddi ziyan dəymişdir. Belə ki, evə dəymiş zərərin aradan qaldırılması üçün özül bərkitmə işlərinin aparılması, divarların yenidən suvanması, döşəmənin yenidən qurulması və rəng-yağ işlərinin görülməsi zərurəti yaranmışdır ki, bunun üçün də 10000 manat pul vəsaiti gərəkdir. Həmin pul vəsaiti qanunsuz hərəkətləri ilə vurduğu zərərə görə cavabdeh tərəfindən ödənilməli, cavabdehin onun evinə bitişik qazdırdığı anbar sökülməlidir. Eyni zamanda, evinin bərbad hala düşməsi nəticəsində əsəbiləşməsi, arvadının rütubətdən xəstələnməsi, yaşadığı evdə rahatçılığının pozulması nəticəsində ona 2000 manat məbləğində mənəvi zərər də dəymişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh tərəfindən Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 1A ünvanında yerləşən həyətdə qazılmış çirkab su anbarının cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona məxsus Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 1 saylı yaşayış evinə vurulmuş maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 2000 manat, ümumilikdə isə 12000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutu laraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, iddianın anbarın sökülməsi hissəsinə etiraz etmədiyini bildirmiş, lakin iddianın qalan hissəsini qəbul etməmiş, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06.03.2020-ci il tarixli, 21084 nömrəli ekspert rəyinə əsasən, cavabdehin yaşadığı Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 1A saylı evin həyətində qazılmış çirkab su anbarı ilə iddiaçının yaşayış evi arasında olan sahənin qazılmaması və həmin sahənin altına çirkab suların axmasını əyani şəkildə görmək mümkün olmadığından, iddiaçının yaşadığı Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 1 saylı evin yaşayış otaqlarının divarlarında və döşəməsində ya ranmış qüsurların konkret olaraq hansı səbəbdən baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, qeyd olunur ki, AzDTN 2.6-1-in 4.13-cü bəndinin qeyd hissəsində göstərilənlərə əsasən, həyətyanı sahəsi olan tikililər yaşayış evinin pəncərələrindən, otaqlarından, mətbəxindən və şüşəbənddən qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarlarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla 6 m-dən az olmamalıdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-128/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən həyətdə qazılmış çir kab su anbarının cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, 15 manatının iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun cavabdehdən tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddianı qismən qəbul edərək anbarın sökülməsi ilə bağlı hissədə iddianın təmin edilməsinə etirazı olmadığını bildirdiyindən, bu iddianın anbarla bağlı hissədə etirafı kimi qiymətləndirilməli və iddia əlavə araşdırma aparılmadan həmin hissədə təmin olunmalıdır. Məhkəmə maddi ziyan hissəsində iddia tələbini əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, iş materiallarında maddi ziyanla bağlı iddia olunanları təsdiq edəcək hər hansı mötəbər sübut yoxdur, məhkəmə iclasında da bununla bağlı heç bir dəlil təqdim olunmamışdır. Belə olan halda, maddi ziyanla bağlı hissədə iddia sübut edilmədiyindən əsassızdır və təmin olunmamalıdır. Məhkəmə mənəvi ziyan hissəsində də iddianı eyni əsaslarla rədd etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 80, 81, 88, 191.1, 191.3, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində qətnamənin iddiasının təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsini xahiş etmiş, şikayətini ekspertiza tədqiqatının tam aparılmadığı, ekspertin ona dəymiş ziyanla bağlı təhqiqat həyata keçirmədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı təyin olunmuş əlavə əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2021-ci il tarixli, №10/2268 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinin otaqlarının divarlarında və döşəməsində yaranmış qüsurların aradan qaldırılması üçün görüləcək təmir-bərpa işlərinə təqribən 5550 manat tələb olunur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-483/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə qismən ləğv edilmiş, maddi zərərin əvəzinin ödənilməsi tələbi qismən təmin olunmuş, cavabdehdən maddi zərərin əvəzi olaraq 5550 manat, dövlət rüsumunun əvəzi olaraq 15,40 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, alınmış ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində, iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin həyətində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaç ının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla əlaqədar heç bir arqument gətirməmiş, əksinə, iddianı qismən etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi qismən təmin olunmalı, cavabdehdən 5550 manat onun xeyrinə tutulmalıdır. Bununla belə məhkəmə iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab etməmiş və bununla bağlı qeyd etmişdir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respulikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 1096.1, 1 097.1, 1111.2-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən MPM-in 77-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, cavabdehin həyətində olan hamam-tualet tikilisindən guya kanalizasiya sularının həmin həyətdə olan çirkab su anbarına axıdılması nəticəsində onun evinə su sızması və evə maddi zərər vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, məhz bu halın aydınlaşdırılması məqsədilə keçirilmiş ekspertizalar zamanı isə öz təsdiqini tapmamışdır. Anbardan çirkab sular üçün istifadə olunmamışdır. Çirkab sular üçün istifadə olunan su anbarı ağzı açıq və mövcud (faktiki cavabdehdə olan) ölçüdə olmur. Cavabdehin həyətində olan mübahisəli anbarın sökülməsinə razı olması məhkəmələr tərəfindən səhvən elə başa düşülmüşdür ki, cavabdeh həyətində həqiqətən çirkab su anbarının olmasını təsd iq edir. Halbuki, cavabdeh iddiaçının ona qarşı artıq ikinci dəfə eyni tələblə məhkəməyə müraciət etməsindən yorulmuş və həyətində olan və istifadə olunmayan su anbarının sökülməsinə razılıq vermişdir. Bu razılıq heç bir halda iddianın həmin hissədə etirafı kimi qiymətləndirilməməlidir. İddiaçının evi öz damından axan yağış sularının evin divarının dibinə yığışması (təbii axım yeri olmadığı üçün) səbəbindən döşəmə səviyyəsindən su çəkmişdir. Qeyd olunan su anbarı həyətə yığılan yağış suları üçün nəzərdə tutulmuşdur ki, nəticədə istifadəsiz qalmışdır. Qonşuluqda yerləşən bütün evlər bir-birinə bitişik tikildiyi üçün cavabdehin həyətinə yağan yağış sularının, o cümlədən iddiaçının damından axan yağış sularının təbii axım yeri yoxdur və yağış yağan zaman cavabdehin həyətində 20-30 sm su təbəq əsi yaranır. Nəhayət məhkəmə işə baxan zaman ən vacib məqamı nəzərə almamışdır ki, mübahisəli su anbarından qonşuluqda olan evlərə su sızma halı doğru olsaydı, ilk növbədə həmin anbarın bilavasitə yaşayış otağının divarına bitişdiyi digər qonşu evdə olardı. Halbuki, həmin evdə heç bir su sızma halı və ya oxşar şikayət yoxdur. İddiaçının isə yaşayış otağı deyil, həyətinin sadəcə hasarı anbara yaxın yerləşir. Yuxarıda qeyd olunmuş hallar məhkəmə tərəfindən araşdırılmamış, nəzərə alınmamışdır. Ona görə də, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, məhkəmə aktlarında “cavabdehə məxsus ev” və “iddiaçıya məxsus ev” anlayışları işlənsə də, qeyd olunan yaşayış evləri nə cavabdehin, nə də iddiaçının xüsusi mülkiyyətində olmamaqla, onlar hamısı e yni ünvanda sadəcə pasport qeydiyyatındadırlar. Bundan başqa, qeyd edilən ünvanda cavabdehlə yanaşı digər ailə üzvləri də qeydiyyatdadırlar və hamısı həmin yaşayış sahəsinə münasibətdə eyni hüquqlara malikdirlər. Məhkəmə isə işə baxarkən hüquq və maraqlarına toxunan bütün tərəflərin işə cəlb olunmasını və işdə iştirakını təmin etməmişdir. Digər pozuntu isə ondan ibarətdir ki, məhkəmələr eyni tərəflər arasında eyni predmetə dair eyni tələbə baxmışlar. Belə ki, bundan əvvəl də iddiaçı artıq bir dəfə məhkəməyə müraciət edərək cavabdehin həyətində olan hamam-tualet tikilisindən axan çirkab suları nəticəsində onun evində su sızma halının olmasını iddia etmiş və cavabdehin həyətində olan “qanunsuz tikilinin sökülməsini və 10000 manat maddi zərərin ödənməsini” tələb etmişdir. Kassasiya şikayətini n əsası kimi, həmçinin MPM-in 259.0.4, 418-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayətinin dəlilləri əsasında maddi ziyan tələbinin təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (m addə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddələr 1096.1, 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına v ə işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir (maddə 1111.2). MPM Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsas landıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutla rla yanaşı qiymətləndirilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki prosessual qanunverici lik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsa sən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərar dadda əsaslandırmaq vəzifəsi də vardır. Baxılan iş üzrə birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06.03.2020-ci il tarixli, 21084 nömrəli ekspert rəyi ilə cavabdehin yaşadığı Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 1A saylı evin həyətində qazılmış çirkab su anbarı ilə iddiaçının yaşayış evi arasında olan sahənin qazılmaması və həmin sahənin altına çirkab suların axmasını əyani şəkildə görmək mümkün olmadığından, iddiaçının yaşadığı Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 1 saylı evin yaşayış otaqlarının divarlarında və döşəməsində yaranmış qüsurların konkret olaraq hansı səbəbdə n baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi həmin rəyi əsas götürərək iddianı təmin etməmişdir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək və ya sübutları yerində müayinə etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən ekspertiza təyin olunmuş suallar üzrə yekun qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşadığı evin otaqlarının divarlarında və döşəməsində yaranmış qüsurlar məhz cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Məhkəmə bununla bağlı mövqeyini su anbarının cavabdehin həyətində olduğu və bu zaman konkret səbəbin əhəmiyyətsiz olduğu, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyü, lakin cavabdehin bununla əlaqədar heç bir arqument gətirmədiyi ilə əsaslandırmışdır. Halbuki mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni, o cümlədən təqsirli olmadığı barədə sübutetmə yükünün cavabdehin üzərində olduğu barədə mövqeyini mübahisəyə tətb iq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun əsaslandırmamışdır. Məhkəmə iş üzrə təyin etdiyi əlavə əmtəəşünaslıq ekspertizası üzrə verilmiş ekspert rəyini də MPM-in 88, 101.7, 103.1-ci maddələrinin tələblərinə uyğun tədqiq edib, qiymətləndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid b ütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qət namədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessua l hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-483/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi qismən – maddi ziyanın ödənilməsi tələbinin təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.