Məhkəmə qərarları › İş №2(102)-4476/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4476/2022

31.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4476/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüquqlarına maneə yaradılmasına görə kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadəyə maneə yaradılmasına görə kompensasiya məbləğinin müəyyən edilməsi və tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3152/2022 nömr əli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 İddiaçı anası, Cavabdeh2 isə bacısıdır. 2. "xxxx" və İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin təminatı qismində bağlanmış eyni tarixli ipoteka müqaviləsi ilə İddiaçı və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 108 ipoteka ilə yüklü edilib.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-786/2018 nömrəli, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 304-cü keçiddə yerləşən 11 saylı evin 108 saylı mənzilinə köçürülməsi, h əmin mənzildən istifadə etməsinə Cavabdeh3 və Cavabdeh2 tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi, mübahisəli mənzildəki yaşayış sahəsindən Cavabdeh1 ilə İddiaçı eyni hüquqlarla və vəzifələrlə birgə istifadə edə bilməkləri formasında istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-102/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-4/2020 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadırovun icra sənədi üzrə icraata xitam verilməsinə dair xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-786/2018 saylı, xx.xx.2018-ci il tarixli qət naməsi əsasında verilmiş icra sənədi üzrə icraat təzələnmişdir. İcra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclulara 10 gün müddətində icranı könüllü olaraq təmin etmələri təklif edilmiş və həmin qərardan şikayət vermə hüquqlarının olması izah edilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22(001)-75/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, İddiaçı və X10 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı 30720,08 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin İddiaçı və Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş B akı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 108-ə yönəldilməsi və mənzilin boşaldılması qət olunmuş, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi (iddia ərizəsinə əlavə) ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, ünvan 3-ə onun, yəni İddiaçı və övladları X5, X3, X4, X1 və X2 istifadə və yaşama hüquqlarına uzun illər maneələrin yaradılmasına və nəticə etibarilə ona küllü miqdarda maddi ziyan vurduqlarına görə kompensasiya məbləğinin 208000 manat həcmində müəyyən edilməsi və həmin məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ma neələrin davam etdirilməsi və 2014cü ildən iddiaçının və ailə üzvlərinin mübahisəli mənzildə yaşamasının mümkün olmadığı sübuta yetirilmiş hesab olunur. Digər tərəfdən, cavabdehlər iddiaçının beş azyaşlı uşaqlarına qarşı təhdid, fiziki zorakılıq və maneələr törədiblər. Bunun nəticəsində iddiaçı ailə üzvlərini məcburən Macarıstana köçürməli olmuş və orada rəsmi müqavilə və qəbzlər əsasında kirayə pulu ödəmişdir (kirayə və kommunal xərclərini nəzərə alaraq orta hesabla ayda 700 ABŞ dolları). Lakin xaricdə uzun müddət qalmaları üçün maddi vəsaitlər kifayət etmədiyindən, iddiaçı Azərbaycana geri dönmüş və məcburən uşaqların getdiyi məktəbə yaxın yerləşən iki otaqlı mənzili 08 noyabr 2017-ci ildə qohum və dostlarından borc götürərək almışdır. Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova küçəsi, e v 9 C, mənzil 199 (çıxarış üzrə: ünvan 1 ünvanında yerləşən həmin mənzili cavabdehlər üçüncü şəxs vasitəsilə (makler və digərləri) iddiaçıya rəsmi alqı-satqı müqaviləsi əsasında 144,820 manata satmışlar.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etmişdir.

9. Cavabdeh1 tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazın dəlilləri: - iddiaçının mübahisələndirdiyi mənzil cavabdehin əri ilə evlilik müddətində 1989-cu ildə əldə olunmuşdur. Belə ki, cavabdeh 1976-ci ildə İsmayılov Tofiq İbrahim oğlu ilə rəsmi nikaha daxil olmuş və 1989-ci ildə ünvan 2 ünvanında yerləşən mənzili almışlar. - 2009-cu ildə cavabdehin əri vəfat etmiş, iddiaçı atası vəfat edəndən sonra anasının etibarnamə əsasında bu mənzili rəsmiləşdirmiş və cavabdehin (anasının) etibarından sui-istifadə edərək, həmin mənzili biznes qurmaq adı ilə Banka qoymaqla Bankdan 50000 manat pul götürmüş və hazırda pulu ödəməkdən imtina edir; - Cavabdehə bankdan bildiriş gələndən sonra bundan xəbər tutmuşdur. Sonra cavabdehin qızı onun çöldə qalacağından narahat olaraq, Beynəlxalq Banka pulu ödəyib ki, anası çöldə qalmasın. İddiaçı ilə əlaqə saxlayanda isə o, bildirmişdir ki, götürdüyü pulu ödəməyəcək və anasını qocalar evinə qoyacaq. Cavabdeh bundan xəbər tutduqdan sonra iddiaçıya verdiyi etibarnaməni notariat qaydasında ləğv etmişdir; - 2014-cü ildə iddiaçı uşaqlarının Avropada təhsil almasına görə ailəsi ilə birlikdə Macarastına gedib və Macarıstandan gələndən sonra iddiaçı və onun arvadı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə əsasız mülk mübahisələr i yaratmış, onların hüquqlarını kobud surətdə pozaraq, onları hər şeydən məhrum etməyə çalışmışlar; - cavabdeh özü iddiaçının anası olaraq iddiaçının adına ev rəsmiləşdirmişdir. Belə ki, "xxxx" MMC tərəfindən tikilmiş binada 67.8 kv.m. olan 198 saylı mənzilə dair cavabdehin adına 07 aprel 2010-cu il tarixdə yazılmış müqavilə 13 aprel 2012-ci il tarixdə iddiaçının adına rəsmiləşdirmişdir. İddiaçının mənzili hal-hazırda da mövcuddur. Sözügedən mənzil həmin binada cavabdehin mülkiyyətində olub, oğlu ilə qonşuluqda yaşamışdır. İddiaçının təqhir və böhtanlarından uzaq durmaqdan ötrü cavabdeh qərara gəlmişdir ki, həmin mənzili satsın; - cavabdeh bir ana kimi çalışmışdır ki, hər şeyi yoluna qoysun, ancaq iddiaçı bundan sui-istifadə edir və daim ona təzyiqlər, öz qanunsuz hərəkətlərindən, şər və b öhtanlarından əl çəkmir.

10. Cavabdeh2 iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzili 2012-ci ildə “banka qoyub”, 50000 manat pul götürüb və həmin borcu qərəzli şəkildə ödəməmişdir ki, anası çöldə qalsın. O, özü ümumiyyətlə mübahisəli mənzildə yaşamır. Sadəcə anası xəstə olduğuna görə, ona baxmaq üçün gedib-gəlmək məcburiyyətindədir. Anası heç vaxt iddiaçının evə girməsinə maneə törətməyib. Uşaqları ilə birlikdə gəlib-gedib, lakin yaşamaq üçün başqa yerləri olduğuna görə, iddiaçı həmin mənzilə yaşamaq üçün yox, ancaq mübahisə yaratmaq üçün gəlirdi. İddiaçının mənzildən istifadəsinə hər hansı məhdudiyyətin olmaması icra işinin materiallarından da görünür. Hal-hazırda bütün bu mübahisənin, ümumiyyətlə, mənası yoxdur. Belə ki, "xxxx" ASC-nin iddiası m əhkəmələr tərəfindən təmin edilmiş, mənzilin açıq hərracdan satılmalı olması müəyyən edilmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2896/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qərardadı ilə kompensasiya məbləğinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmış, "xxxx" MMC-nin 06 sentyabr 2021-ci il tarixli rəyi ilə mübahisəli mənzilin orta aylıq icarə haqqının 450 manat təşkil etməsi müəyyən edilmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Nigar Nəbizadə)

13. Birinci instansiya məhkəməsi qeyd edib ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 304-cü keçiddə yerləşən 11 saylı evin 108 saylı mənzil indən istifadəsinə cavabdehlər tərəfindən maneələr törədildiyinə görə onun 208000 manat məbləğində maddi ziyan çəkməsini iddia etdiyi halda, maneələrin və maddi ziyanın mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşmüşdür. İddiaçının iddia ərizəsindən və iddia ərizəsinə əlavədən göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçının qeyd edilən mənzildən istifadəsinə törədilən maneələr cavabdehlərin Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun qərarlarından şikayət verməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, məhkəm əyə şikayətlə müraciət edilməsi – konstitusion hüquqdur və tərəfin həmin hüququndan istifadə etməsinə görə cəzalandırılması yolverilməzdir.

14. Çəkilmiş maddi ziyanın sübutu olaraq iddiaçının istinad etdiyi mənzilin alqısatqısına dair xx.xx.2017-ci il tarixli ilkin müqaviləyə və 2014-2015-ci illərdə Macarıstanda mənzil kirayəsinə görə ödədiyi pulların qəbzlərinə münasibətdə birinci instansiya məhkəməsi göstərib ki, iddiaçının hüquqları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-786/2018 saylı qətnaməsi ilə tanındığı və mübahisənin həmin qətnamənin icra edilməməsi ətrafında olduğu halda, qətnamənin qüvvəyə mindiyi tarixədək çəkilmiş xərclərin hazırkı işə aidiyyəti iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmunundan aydın deyil.

15. Birinci instansiya məhkə məsinin mövqeyinə görə maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün iddia tələbinin əsaslılığı sual altına düşür. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılm asına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

16. Cavabdehlər tərəfindən iddiaçının ünvan 3 ünvanından istifadəsinə maneələrin törədilməsi və bunun nəticəsində iddiaçının maddi ziyan çəkməsi iş materialları ilə öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi rədd edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiy a şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər: - iddia tələbinin əsasını paylı mülkiyyətdə olan mənzilə cavabdehlər tərəfindən iddiaçının və uşaqlarının uzun illər buraxılmamağı nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi təşkil edir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı məcbur qalıb məhkəməyə müraciət etməli olmuş, məhkəmə qətnaməsi ilə cavabdehlər tərəfindən yaradılmış maneələrin qanunsuz olduğu müəyyən edilərək bu maneələrə son qoyulması qət edilmişdir; - cavabdehlər qanunsuz olduğunu bilə-bilə qərəzli hərəkətlərə yol verərək iddiaçını uzun müddət mənzilə buraxmayıblar. Çıxarılmış qətnamənin cavabdehlər tərəfindən uzun müddət qərəzli olaraq icra edilməməsi nətic əsində iddiaçı yaşayış sahəsindən məhrum qalmış və bu hal onun həm maddi ziyan çəkməsinə, həm də mənəvi sarsıntılara məruz qalmasına səbəb olmuşdur. Bununla əlaqədar sübutlar, məhkəmə aktları, icarə ödənişlərini təsdiq edən qəbzlər, yeni mənzilin alğı-satqı müqaviləsi birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə əsassız olaraq iddianın sübuta yetməməsini qeyd etmişdir; - bundan başqa, vəsatəti olmadan məhkəmə öz təşəbbüsü ilə mənzilin aylıq kirayə haqqının müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, ekspert rəyi alınsa da, məhkəmə həmin rəyə istinad etməmişdir. Əgər istinad etməyəcəkdisə, məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etməsi və öz təşəbbüsü ilə təyin etdiyi həmin ekspertizanın xərcini iddiaçıdan tutması da əsassızdır; - iddiaçı öz tələbinin əsaslı olmasın ı təsdiq edən kifayət qədər sübut təqdim etsə də, birinci instansiya məhkəməsi öz formal mülahizələri əsasında onun qanuni və sübuta yetən tələbini sübuta yetməməsi əsası ilə qanunsuz olaraq rədd etmiş və mülki prosessual normaların kobud pozuntusuna yol vermişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3152/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Fuad Talışinski)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı cavabdehdən 208.000 manat maddi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə, nə də apelyasiya inistansiyası məhkəməsinə təqdim etməmişdir

21. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 21, 1096 və 1097.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdehlər X6 və Cavabdeh2 kass asuya şikayətinə etiraz (ərizə) vermişlər. Etirazda (ərizədə) iddia tələbində göstərilən əsasların şər və böhtanlardan ibarət olması qeyd edilmiş və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıx mış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğ v edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, buna görə də kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyin dən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlib, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verib.

29. İddia tələbi zərərin ödənilməsi barədədir. İddia çı tələbinin əsası kimi məhkəmə qətnaməsi ilə hüquqları tanındığı mənzildən istifadəyə cavabdehlərin məhkəmə qətnaməsinin icrasına mane olmaqla (icra məmurunun qərarlarından şikayət verilməsi) imkan verməmələrinə istinad etmişdir.

30. İşdən görünür ki, məhkəmələr iddianı iki əsasla rədd etmişlər. Birinci əsas Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq cavabdehlərin icra məmurunun qərarından məhkəməyə şikayətlə müraciət edilməsinin onların konstitusion hüququ olması və onların həmin hüququndan istifadə etməsinə görə cəzalandırılmasının yolverilməzliyidir. İkinci əsas iddiaçının təqdim etdiyi sübutların mənzilə hüquqlarının tanınması barədə qəbul edilmiş qətnamənin tarixindən əvvəlki dövrə aid olmasıdır.

31. Göründüyü kimi, iddiaçının iddia tələbini əsası kimi i stinad etdiyi hallar işə sübutlar əsasında mahiyyəti üzrə baxan məhkəmələrdə təsdiqini tapmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi üzrə gəlinən nəticəni əsaslı sayır.

32. Məhkəmə kollegiyası iddia tələbi üzrə məhkəmələrin hazırki qərarın 13-17, 2021-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2(103)-3152/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar