Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4476/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “iddiaçının direktor vəzifəsindən azad edilməsinin rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı direktor vəzifəsindən azad edilməsinin rəsmiləşdirilm əsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2846/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları:
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Nizamnamə kapitalında mayalarının miqdarının 100 faizi Cavabdeh oğluna məxsusdur.
2. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsi imzalanmış, MMC-nin təsisçiləri nin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı cəmiyyətin direktoru vəzifəsinə işə qəbul olunmuşdur.
3. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(060)7863/2018 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentinin ərizəsi təmin edilmiş, "xxxx" MMC-nin vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(105)-3716/2018 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdeh X1 və müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası Vergilər Naz irliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi olan cavabdehin üzərinə onun direktor (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, işçi olaraq xx.xx.2016-cı ildən dəfələrlə təsisçi cavabdehə ərizə yazaraq direktor vəzifəsindən azad olunma istəyini bildirsə də, işəgötürən tərəfindən müraciətinə cavab verilməmişdir. Həmin vaxtdan da faktiki olaraq müəssisənin fəaliyyəti dayanmışdır. Ona görə də, xx.xx.2017-ci ildə gücləndirilmiş imza sertifikatı ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil olaraq onunla müəssisə arasında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatları yerləşdirmişdir. Hazırda da əmək müqaviləsi bildirişlərinin reyestrində "xxxx" MMC-nin direktoru kimi onun məlumatları göstərilmir. Onunla təsisçi arasında münasibət işçi-işəgötürən arasında yaranan münasibətdir ki, əmək qanunvericiliyinə əsasən işçini hər hansı üsulla və ya zorla əmək münasibətlərində qalmağa (işi, xidməti yerinə yetirməyə) məcbur etmək qadağandır və müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Reyestrdə olan məlumatlarda qanuni işçi olaraq qaldığından və onun təqsiri olmadan hüquqi şəxsin yaranmış vergi borcuna görə ölkədən çıxışına qadağan qoyulmaqla hüquqları pozulmuşdur. Hazırda faktiki və hüquqi baxımdan "xxxx" MMC-nin işçisi (direktror u) sayılmır. Buna baxmayaraq, direktor olaraq onun rekvizitləri göstərildiyindən vergi orqanı, o cümlədən məhkəmələr tərəfindən hüquqları kobudcasına tapdalanmaqdadır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(060)7554/2019 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia ərizəsinin təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia, iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir, buna görə də rədd olunmalıdır. Belə ki, qanunvericiliyə əsasən, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya ca vabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 54, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbil edərkən MPM-in 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-482/2020 saylı mü lki iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və E.G.Quliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin olunması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı dəfələrlə işçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan cavabdehə ərizə yazaraq direktor vəzifəsindən azad olunmaq istədiyini, bu vəzifədən azad olunması üçün müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə vergi orqanına müraciət etməsi ilə bağlı tələbinə cavab verilməmişdir. Hazırkı halda iddiaçı vergi orqanının reyestrdə olan məlumatlarında qanuni təmsilçi olaraq qaldığından və onun təqsiri olmadan hüquqi şəxsin yaranmış vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmaqla hüquqları pozulmaqdadır. İddiaçı hazırda faktiki və hüquqi baxımdan "xxxx" MMC-nin işçisi (direktoru) sayılmır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 71 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1, 87.1, 91.1, 91.3.2, 91.2, 91-2.4, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 68, 69.1 və 69.2, 287, 288, 289, 290, 292-ci maddələrinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin rəsmi qeydə alındığı və yaşadığı yer ünvan 1 ünvanda cavabdeh məhkəmələr tərəfindən heç bir bildiriş, məktub almamışdır. Apellyasiya məhkəməsinin qətnaməsinin mövcudluğundan Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən şifahi məlumat verildikdən sonra məlumatlı olmuşdur. Qətnaməni rəsmi olaraq müraciətlərdən sonra xx.xx.2021-ci il tarixdə almışdır. İddiaçı tərəfindən əmək müqaviləsinin pozulması ilə bağlı yazılı ərizə, yaxud şifahi müraciət edilməmişdir. Bunun əvəzinə iddiaçı Bakı şəhərində iddia qaldırmaq əvəzinə Sumqayıt Şəhər Məhkəməsində iddia qa ldırmışdır. Məhkəmələr istər çəkişmə prinsipini, istərsə də məhkəmə aidiyyatı olan konstitusiya prinsipini pozmuşdur. Bu hallar qətnamənin ləğvi üçün şərtsiz əsasdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 9.2, 9.3, 387.2.2-ci, Əmək Məcəlləsinin 69-cu maddələrinin tələbləri pozulmuşdur.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər – A.Q.Hüseynov (məruzəçi), Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-482/2020 nömrəli mülki iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
17. Məhkəmə öz mövq eyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə cavabdehin üzərinə vergi orqanlarına məlumat vermək öhdəliyinin qoyulması barədə iddia ərizəsi ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq MPM-in 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İş üzrə iddiaçıya seçim hüququ verən alternativ aidiyyət və müstəsna aidiyyət qaydalarının tətbiq edilməsi əsasları mövcud deyil. İddiaçı özü iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı yerin Bakı şəhəri Binəqədi rayonu ərazisində olduğunu göstərmiş, işə əlavə edilmiş Daxili İşlər Nazirliyinin BPMQİ-nin MAPS şöbəsinin arayışında cavabdehin ünvan 2 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi barədə konsti tusiya prinsipini və mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini başqa əsasla ləğv etsə də, ərazi aidiyyətinin pozulması ilə bağlı eyni prosessual pozuntuya yol verməklə, yeni qətnamə çıxarmış və iddianı təmin etmişdir.
18. MPM-in 418.4.9-cu maddəsinə əsasən işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılması prosessual hüquq normalarının kobud pozuntusu olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsas olduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş ərazi aidiyyəti barədə məsələnin prosessual qanunvericiliyin tələblərinə uyğun düzgün həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(105)1942/2022 saylı qərardadına əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.
20. Məhkəmə kollegiyası aidiyyət qaydalarının pozulması ilə baxıldığından birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Hazırkı iddia tələbi cav abdehin qeydiyyatda olduğu yer üzrə Binəqədi Rayon Məhkəməsində baxılmalı olduğu halda, Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. d) Birinci instansiya məhkəməsində ikinci icraat
21. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin ediləklə cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh üzərinə İddiaçı "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı cəmiyyətin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək öhdəliyinin qoyulması qət edilmişdir.
22. Məh kəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır və cəmiyyətin icra orqanlarını yatarmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Lakin cəmiyyətin yeganə iştirakçısı olan cavabdeh tərəfindən heç bir əsas olmadan ümumi yığıncaq çağırılaraq, iddiaçının qaldırdığı məsələ üzrə qərar qəbul edilməmiş və bu barədə dövlət qeydiyyatı orqanına müraciət edilməmişdir. Bu isə öz növbəsində üçüncü şəxs tərəfindən cəmiyyətin təsis sənədlərində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına əsas vermədiyindən iddiaçı iradəsinə zidd olaraq reyestr məlumatlarında faktiki olaraq cəmiyyətin qanuni təmsil çisi kimi qalmaqdadır. İddiaçı dəfələrlə qanuni təmsilçisi olduğu cəmiyyətin təsisçisi olan cavabdehə ərizə ünvanlayaraq, onun direktor vəzifəsindən azad olunmaq istədiyini bildirmiş, lakin, işəgötürən tərəfindən onun müraciətinə cavab verilməmişdir. Dəfələrlə cavabdeh təsisçisi olaraq özünü və ya digər şəxsləri cəmiyyətin direktoru vəzifəsinə təyin edərək, onun direktor vəzifəsindən azad olunmağı ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə vergi orqanına müraciət etməsini tələb etməsinə məhəl qoymamışdır. İşin hallarından da göründüyü kimi, iddiaçı 28 iyul 2015-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMCnin direktoru vəzifəsinə təyin olunmuş, dəfələrlə ərizə ilə cəmiyyətə müraciət edərək onun işdən azad edilməsini xahiş etsə də, ərizəsi cavabsız qalmış və on unla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulduğundan iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədlərin cəmiyyətin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək öhdəliyi qoyulmalıdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35ci, 71- ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu, 87-ci, 91.-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, Əmək Məcəlləsinin 3-cü, 42-ci, 68-ci, 69-cu, 2 87-ci, 288-ci, 289-cu, 290-cı, 292-ci və Azərbaycan Respublikası Mülki Prosseaul Məcəlləsinin 14-cü, 77-ci, 217-cü maddələrinə istinadla əsaslandırmışdır. e) Apellyasiya instansiya məhkəməsində üçüncü icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən əmək müqaviləsinin pozulması ilə bağlı yazılı ərizə, yaxud şifahi müraciət edilməmişdir. Onun işə götürülməsi barədə əmri işəgötürən olaraq cavabdeh təsisçi kimi verdiyindən onun işdən azad olunması əmrini də təsisçi verə bilərdi. Yalnız belə əmr veriləndən sonra reyestr məlumatlarında müvafiq dəyiş iklik aparıla bilər. İddiaçı ərizə verməkdən, təhvil-təslim aparılmasından yayınaraq əsassız iddia qaldırmış və məhkəmə qanunsuz olaraq bu iddianı təmin etmişdir. İddiaçının özü özünü işdən azad etmək səlahiyyəti olmamışdır. Məhkəmə də toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir.
26. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı heç bir tələbi olmamış və hazırda da onunla şirkət arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Bundan əlavə, işçinin işdən azad edilməsi üçün müvafiq təhvil-təslim proseduru həyata keçirilməmişdir. Hazırda möhür qarşı tərəfdədir.
27. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, işdən azad edilməyi ilə bağlı dəfə lərlə rəsmi və qeyri-rəsmi formada şirkətin təsisçisinə müraciət etmiş, lakin heç bir reaksiya verilməmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, onun qarşı tərəflə 2019-cu ildən məhkəmə mübahisəsi davam edir. "xxxx" MMC ilə heç bir əmək münasibəti qalmamış və əmək müqaviləsinə də xitam verilmişdir.
28. İddiaçı vəkili Nümayəndə da məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, İddiaçı 2016-cı ilin fevral ayından etibarən "xxxx" MMC-yə tutduğu direktor vəzifəsindən azad edilməsi ilə bağlı müraciət etmişdir. Həmçinin, iddiaçının şirkətə təhvil verməli olduğu heç bir əmlakı olmamış, möhürün təhvil verilməsi ilə bağlı isə qarşı tərəfin heç bir qarşılıqlı iddiası da olmamışdır. Hazırda isə onların iddia tələbinə baxılır və tələbləri də konkretdir. İş ma terillarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq məktubuna əsasən təsisçi yeni qanuni təmsilçi ilə bağlı məlumatları təqdim etdiyi halda iddiaçı ilə bağlı məlumatlar reyestrdən silinə bilər.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2846/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.V.Abdıyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və F.H.Qasımov) Cavabdeh apellyasiya şikayətinin təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir.
30. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, "x xxx" MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin direktorunu təyin etmək və vəzifədən azad etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. "xxxx" MMC təsis edildikdən və onun nizamnaməsi təsdiq edildikdən sonra nizamnaməyə uyğun olaraq onun qanuni təmsilçisi (direktoru) təyin edilmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli qərarı ilə bu vəzifəyə məhz iddiaçı işə qəbul edilmiş və qərara uyğun olaraq cəmiyyətin qeydiyyat məlumatlarında baş vermiş bu dəyişikliyin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) aidiyyəti qurumuna müraciət edilmişdir. Nəticədə dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Cavabdehə ünvanlanmış 12 fevral 2016-cı il tarixli ər izəyə əsasən iddiaçı səhhəti ilə əlaqədar əmək fəaliyyətini davam etdirə bilmədiyinə görə işdən azad edilməsini xahiş etmişdir. Lakin müraciətinə uyğun olaraq onun direktor vəzifəsindən azad edilməsi üçün təkbaşına təsisçi olan cavabdeh tərəfindən mülki qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməmiş, o cümlədən ümumi yığıncaq keçirilməmiş və müvafiq qərar qəbul edilməmişdir. Ötən dövr ərzində bundan imtinanın səbəbləri barədə də cavabdeh tərəfindən iddiaçıya hər hansı məlumat verilməmişdir.
31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, həmin vəzifəyə təyinatın aparılması məsələsində cəmiyyətin, o cümlədən onun təsisçisinin hər hansı bir çətinliklə üzləşməsi və bu vəzifəyə real olaraq hər hansı namizədin olmaması bu məsələnin açıq qalmasına əsas ola bilməz. Be lə ki, bu sahəni tənzimləyən qanunvericilik bu vəzifəyə cəmiyyətin təsisçisinin özünün təyin edilməsini də qadağa etmir. İddiaçı ilə cəmiyyət (onun təsisçisi) arasında mövcud olan əmək münasibətlərinə də xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. İddiaçı artıq uzun müddətdir ki, həmin vəzifəni tutmaq istəmir, onun bu vəzifəni tutması formal xarakter daşıyır. Hüquqi nəticə etibarı ilə iddiaçı öz iradəsinə zidd olaraq direktor vəzifəsini tutur. Cəmiyyətə aid hər hansı əmlakın, habelə cəmiyyətin möhürünün onda olması müəyyən edilmir. Tutduğu vəzifədən azad edilməsini tələb etmək onun hüququdur, bu hüququn məhdudlaşdırılması üçün də hər hansı əsas mövcud deyil. Onun reallaşdırılması vəzifəsini nizamnaməyə əsasən də məhz cəmiyyətin təsisçisi daşıyır (məsələnin ümumi yığıncaqda həll edilməsi yo lu ilə). Bununla belə, iddiaçı dəfələrlə qanuni təmsilçisi olduğu MMC-nin təsisçisi olan cavabdehə ərizə ünvanlayaraq, onun direktor vəzifəsindən azad olunmaq istədiyini bildirmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmiş, həmçinin aidiyyəti tədbirlər görərək, özünü və ya digər şəxsləri MMC-nin direktoru vəzifəsinə təyin edərək, onun direktor vəzifəsindən azad olunması ilə bağlı cəmiyyətin reyestr məlumatlarında dəyişiklik etmək barədə vergi orqanına müraciət etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2846/2023 xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b)
34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.
36. Maddə 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
37. Maddə 91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qayd ası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.
38. Maddə 91.3.2. Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
39. Maddə 91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
40. Maddə 2.0.14. Qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər; 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azə rbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.
41. Maddə 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
42. Maddə 5.4.1 və 5.4.6. Ərizəyə, həmçinin, təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır), habelə qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir.
43. Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
44. Maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciə t edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.
45. Maddə 9-1.1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır.
46. Maddə 14.1.7. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir.
47. Maddə 20.4. Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Cavabdehin digər dəlili ilə bağlı apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işçinin vəzifəyə təyinatın aparılması məsələsində cəmiyyətin, o cümlədən onun təsisçisinin hər hansı bir çətinliklə üzləşməsi və bu vəzifəyə real olaraq hər hansı namizədin olmaması bu məsələnin açıq qalmasına əsas ola bilməz. Belə ki, bu sahəni tənzimləyən qanunvericilik bu vəzifəyə cəmiyyətin təsisçisinin özünün təyin edilməsini də qadağa etmir. İddiaçı ilə cəmiyyət (onun təsisçisi) arasında mövcud olan əm ək münasibətlərinə də xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. İddiaçı artıq uzun müddətdir ki, həmin vəzifəni tutmaq istəmir, onun bu vəzifəni tutması formal xarakter daşıyır. Hüquqi nəticə etibarı ilə iddiaçı öz iradəsinə zidd olaraq direktor vəzifəsini tutur. Cəmiyyətə aid hər hansı əmlakın, habelə cəmiyyətin möhürünün onda olması müəyyən edilmir. Tutduğu vəzifədən azad edilməsini tələb etmək onun hüququdur, bu hüququn məhdudlaşdırılması üçün də hər hansı əsas mövcud deyil. Onun reallaşdırılması vəzifəsini nizamnaməyə əsasən də məhz cəmiyyətin təsisçisi daşıyır (məsələnin ümumi yığıncaqda həll edilməsi yolu ilə). Bununla belə, iddiaçı dəfələrlə qanuni təmsilçisi olduğu MMC-nin təsisçisi olan cavabdehə ərizə ünvanlayaraq, onun direktor vəzifəsindən azad olunmaq istədiyini bildirmiş, l akin cavabdeh onun müraciətinə cavab verməmiş, həmçinin aidiyyəti tədbirlər görərək, özünü və ya digər şəxsləri MMC-nin direktoru vəzifəsinə təyin edərək, onun direktor vəzifəsindən azad olunması ilə bağlı cəmiyyətin reyestr məlumatlarında dəyişiklik etmək barədə vergi orqanına müraciət etməmişdir.
61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansını n isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2846/2023 saylı, 08 iyun 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.