Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4477/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili OYnun, Cavabdeh3 və vəkili MMnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.A.Nuriyev, iş 2(007)-398/2018) İdd iaçı Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması, mənzilin boşaldılması, mənzilə köçürülmə və sair tələbinə dair iddia tələbi qismən təmin edilərək, İddiaçı Bakı şəhəri ÜNVANinə köçürülmələri, Cavabdeh1 və Cavabdeh2 məxsus əşyaların Bakı şəhəri ÜNVANindən çıxarılması və onlar tərəfindən mənzildən istifadə ilə əlaqədar İddiaçı yaradılan hər hansı maneələrə son qoyulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli, 2(103)-7987/2018 saylı qətnaməsi ilə (X.A.Cəmilova (sədrlik edən və məruzəçi), hakimlər A.Q.Hüseynov və R.F.Ağakişiyev) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmı şdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli, 2(103)-7987/2018 saylı qərardadı ilə (İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), hakimlər X.A.Cəmilova və Ə.Ə.Kərimli) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10.09.2018-ci il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi OHY tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri ÜNVANinə dair cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, onların yetkinlik yaşına çatmayan övladları X2, X5 və X6, həmçinin digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 mübahisəli mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən itirilmiş hesab olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 m əxsus əşyaların mübahisəli mənzildən çıxarılması və onlar tərəfindən mənzilə yaradılan hər hansı maneələrə son qoyulması, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh9 mübahisəli mənzilə dair istifadə hüququnun əvəzinə kompensasiya ödənilməsi yolu ilə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması və İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili OY Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri ÜNVANinə dair cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, onların yetkinlik yaşına çatmayan övladları X2, X5 və X6, həmçinin digər cavabdehlər Cavabdeh5 və Cavabdeh6 mübahisəli mənzilə dair istifadə hüquq larına kompensasiya verilmədən itirilmiş hesab olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalarm mübahisəli mənzildən çıxarılması və onlar tərəfindən mənzilə yaradılan hər hansı maneələrə son qoyulması, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 mübahisəli mənzilə dair istifadə hüquqlarının əvəzinə 20.000 (iyirmi min) manat kompensasiya ödənilməsi yolu ilə həmin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, həmçinin onların mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10.09.2018-ci il tarixli qətnaməsindən 30.01.2019-cu il tarixdə məhkəməyə İddiaçı vəkili və nümayəndəsi OHY tərəfindən verilmiş kassasıya şikayəti d axil olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və kassasiya şikayətinin vaxtında verilmiş hesab olunmaqla kassasiya icraatına qəbul edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili OY kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və vəkili MM kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilmə məsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində kassasiya şikayəti verilə bilər. Bu müddət apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə tərəfə verildiyi vaxtdan hesablanır. İşdə olan poçt qəbzindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10.09.2018-ci il tarixli qətnaməsinin surəti iddiaçının vəkilinə (Bakı şəhəri 4 saylı Vəkil Bürosuna) 06.10.2018-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. İş materiallarından görünür ki, kassasiya şikayəti 30.01.2018-ci il tarixdə məhkəmənin dəftərxanasına poçt şöbəsi vasitəsi ilə daxil olmuş, poçt şöbəsinə isə 28.01.2018-ci il tarixdə verilmiş və müəyyən edilmişdir ki, şikayət İddiaçı vəkili və nüma yəndəsi OHY tərəfindən qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət olmadan verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinin tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Qanunun məzmunundan göründüyü kimi, kassasiya şikayəti müddət ötürülməklə verildikdə müddətin bərpası barədə vəsatət də verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir k i, həmçinin təqdim edilmiş kassasiya şikayəti lazımi qaydada tərtib edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 8.4.1-ci maddəsinə görə kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 % miqdarında rüsum ödənilməlildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. -407.4-cü maddəsinin tələbinə görə kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənədəlavə olu nur. -408.1.1-ci maddəsinə əsəsn kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa; -408.1.3-cü maddəsinin tələbinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişdirsə kassasiya şikayəti geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı vəkili və nümayəndəsi OY tərəfindən verilmiş kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmamışdır. İş materiallarından məlum olur ki, əlavə edilmiş vəkil orderi İddiaçı adına deyil, X3 adınadır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq belə nəticəyə gəlmişdir ki, şikayət qeyd olunan maddənin tələblərinə cavab vermədiyinə görə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsin in MK-nın 21 fevral 2019-cu il tarixli, 2 (103)-7987/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4477/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4477/2019
25.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver