Məhkəmə qərarları › İş №2(102)-4479/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4479/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4479/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X10, X8 və Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1” X26, Cavabdeh2nə və Cavabdeh3 Hüseyinovaya qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4479/22 Açar sözlər: tibb müəssisəsinin vurduğu ziyanın əvəzinin ödənilməsi, ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslər Bakı şəhəri, 28 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar X10, X8 və Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1” X26, Cavabdeh2nə və Cavabdeh3 Hüseyinovaya qarşı “cinayət n əticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-386/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qanuni nümayəndə ilə X11 25 sentyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 18 iyul 2011-ci ildə X17 və 28 mart 2018-ci ildə X13 adlı uşaqları doğulmuşdur.

2. X11 31 mart 2018-ci il tarixdə vəfat etmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 31 mart 2018-ci il tarixli, 38 nömrə li əmrdən çıxarışa əsasən, Cavabdeh3 intizam məsuliyyətinə cəlb edilməsi haqqında 31 mart 2018-ci il tarixdə baş vermiş ana ölümü hadisəsini nəzərə alaraq 31 mart 2018-ci il tarixdə X18 Mərkəzdə baş vermiş ana ölümü hadisəsi ilə əlaqədar Məhkəmə Tibbi Ekspertizanın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Doğuşa Yardım Komissiyasının” rəyləri və bu iş üzrə hüquq mühafizə orqanlarında aparılan istintaq prosesinin yekun nəticələri məlum olanadək Cavabdeh2 Patalogiya Şöbəsinin müdiri (direktor vəzifəsini müvəqqəti icra edən) Cavabdeh3 31 mart 2018-ci il tarixdən işindən uzaqlaşdrılmışdır.

4. Cavabdeh3 Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 311.1 və 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə t əqsirli bilinib, ona CM-nin 311.1-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 314.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CMnin 66.3-cü və 66.4-cü maddələrinə əsasən əsas cəza əlavə cəza ilə qismən toplanmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə o, qəti olaraq 2 il 6 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma q, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 46.3-cü maddəsinə əsasən əlavə cəzanın əsas cəzanın çəkildiyi 5 (beş) il müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş 2 (iki) il 6 (altı) ay müddətə şamil edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 3 aprel 2018-ci il tarixdən hesablanması və barəsində seçilmiş ‘"həbs" qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar X17 və X13(Qanuni nümayəndə) və Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1” X30, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnay a qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndan mənəvi zərər qismində (hər birinə 10000 manat olmaqla) 20000 manat, maddi zərər qismində isə hər birinə ayrı-ayrılıqda 12960 manat, ikisinə isə 25920 manat olmaqla, cəmi 45920 manatın, digər cavabdeh Şəki X6rşı eyni qaydada mənəvi zərər qismində 20000 manat, maddi zərər qismində isə hər birinə ayrılıqda 12960 manatın, cəmi 45920 manatın, digər Cavabdeh3 qarşı mənəvi zərər qismində hər birinə 25000 manat olmaqla, 50000 manat, maddi zərər qismində isə hər birinə 12960 manat, ikisinə 25920 manat, cəmi 75920 manat, 3-cü iddiaçının iddia tələbinə uyğun mənəvi zərər qismində hər bir cavabdehdən 20000 manat (cəmi 60000 manat), maddi zərər qismində isə hər bir cavabdehdən ayrılıqda 9720 manat, ümumilikdə 29172 manat, 89172 manatın, iddia tələblərinin ümumi cəmi kimi cavabdehlərdən 256977 manatın və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh1 əsl cavabdeh “Cavabdeh1” X29 ilə əvəz edilmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh3 Hüseyinovnanın mütəxəssis cərrah kimi qeyri-peşəkar olması və bu səbəbdən də cərrah kimi peşəsinə laqeyd, məsuliyyətsiz, vəzifəsinə vicdansızcasına yanaşması nəticəsində bu hadisə də daxil olmaqla, son 18 ay müddət ərzində 2 insan həyatına son qoyulmuşdur. Yəni 2 insan onun təqsirindən ölmüşdür. Bu ağır nəticələrə səbəb olan qeyri hüquqi faktın baş verməsində iddiaları üzrə bütün cavabdehlər mülki məsuliyyət daşıyır və onlar mülki məsuliyyətə cəlb olunmalıdırlar. Qeyd edilən bu faktın nəticəsi kimi iddiaçı Qanuni nümayəndə biri körpə olmaqla 2 yetkinlik yaşlarına çatmayan uşaqları analarının vəfatı nəticəsində mənəvi sarsıntıya, mənəvi və maddi zərərə məruz qalmaqla, ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyəsi kimi, vahid ailədə yaşamaq kimi mənəvi dəyərlərdən, hüquq və maddiyyatlardan məhrum olmuşlar. Sadaladığı bu maddi, mənəvi, əxlaqi və hüquqi dəyərlərdən hər 3 cavabdehin təqsiri ucbatından məhrum olmuşlar. Bununla da hər 3 cavabdeh tərəfindən iddiaçıların qanunla qorunan hüquq və mənafelərinə mühüm, ağır nəticələrə səbəb olan, yəni bərpası mümkün olmayan zərər vurulmuşdur. Cavabdeh3 Cavabdeh1nda işlədiyi müddətdə, yəni 20 16-cı il tarixdə həmin Mərkəzdə 2 insan üzərində apardığı cərrahiyyə əməliyyatı nəticəsində onların vəfat etməsi faktı Cavabdeh1na məlum olmuşdur. Həmin insanların ölümündə Cavabdeh3 cərrah kimi qeyri peşəkar olması, bu səbəbdən də peşə və vəzifə borcuna vicdansızcasına yanaşması, əməliyyat zamanı cərrah kimi peşəsinə laqeyd, cinayətkarcasına etinasızlığı, cərrah akademik təhsilin olmaması, mütəxəssis kimi cərrah işinə yararsız olması bundan əvvəlki məhkəmə hökmü ilə də müəyyən edildiyi halda, Cavabdeh1 bütün bu qeyd edilən hallara əhəmiyyət verməmiş, cərrah kimi müvafiq akademik təhsilin olmamasına əhəmiyyət verməyərək onu cərrah peşəsi ilə bağlı əməliyyatlardan kənarlaşdırmamış, əksinə cərrah qismində Cavabdeh3 insan üzərində cərrahiyyə əməliyyatları aparmasına hüquqi cəhətdən zəmin yara tmışdır. Cavabdeh1 mülki məsuliyyəti onda ifadə olunur ki, ixtiyarında kifayət qədər səlahiyyətlər olduğu halda Cavabdeh3 insan ölümü ilə nəticələnən 2016-cı il tarixdə baş vermiş hadisədən sonra yenidən cərrah qismində işlərə cəlb etmişdir. Cavabdeh1 müvafiq səlahiyyətlərin daşıyıcısı kimi digər Cavabdeh3 qeyri-peşəkarlığını, peşə və vəzifəsinə etinasızlığını və səhlənkarlıqda ifadə olunan digər hərəkət və davranışlarını nəzərə alıb onu hamilə qadınlar üzərində cərrahiyyə əməliyyatı aparma kimi vəzifələrdən zamanında kənarlaşdırsa idi, hazırda iddiaçı Qanuni nümayəndə həyat yoldaşı, digər iddiaçılar olan uşaqlarının isə anası vəfat etməz, onların yanında olardı. Digər Cavabdeh2 də mülki məsuliyyəti tibb müəssisəsi olaraq cavadehin məqsəd və vəzifələri ona tibb yardım göstərilməsi ilə bağl ı müraciət etmiş insanların sağlamlığını təmin və bərpa etməsi istiqamətində zəruri, təxirəsalınmaz tədbirlərin həyata keçirməsindən ibarətdir. Qanuni qüvvədə olan hökmdə müəyyən edildiyi kimi X19nın ölümünə bilavasitə səbəb uşaqlığın ön divarında cərrahi tikişlər nahiyyəsində baş verən daxili və xarici qanaxması və bununla əlaqədar inkişaf etmiş damardaxili yayılmış laxtalanma sindromu nəticəsində baş vermiş poliarqan çatışmamazlıq olmuşdur. Yəni X19nın ölümünə səbəb orqanizmdə baş vermiş patologiyaya qaşı ağır, qeyri-spesifik stress reaksiyası olmuşdur. Bunun qarşısının alınması üçün təxirə salınmadan təkrar cərrahiyyə əməliyyatı aparılmalı olduğu halda, bu cərrahiyyə əməliyyatının tibbi tədbir kimi aparılması gecikdirilmiş, nəticədə X19nın poliarqan çatışmamazlığından ölüm hadisəsi baş vermişdir. Qeyd edilən poliarqan çatışmamazlıq prosesinə vaxtında müdaxilə edildiyi anda bu fəsad aradan qaldırıla bilinərdi. Lakin Cavabdeh2 tibb müəssisəsi olaraq bu tədbirləri vaxtında təşkil etməmiş, tədbirin keçirilməsinə müvafiq ixtisaslı həkim personalını müalicə prosesinə vaxtında cəlb edə bilməmiş, yəni təxirəsalınmaz tədbir kimi bu prosesi təşkil edə bilməmişdir. Cavabdeh konkret halda X19nın müalicəsi, doğuşla bağlı və üzərində aparılmış "kesar kəsiyi" cərrahiyyə əməliyyatı və əməliyyat sonrakı təxirəsalınmaz tibbi tədbirlərin, cərrahiyyə əməliyyatlarının yaranmış şəraitə uyğun vaxtında aparılmasını təşkil etməmişdir. Beləliklə hər 3 cavabdeh X19nın üzərində aparılmış cərrahiyyə əməliyyatı nəticəsində ölməsində bilavasitə təqsirlidirlər və onlar müştərək qaydada mülki məsuliyy ətə cəlb edilməlidirlər. Qeyd etdiklərindən də açıq-aşkar müəyyən olunur ki, X19nın ölümü ilə bağlı cavabdehlərin hər biri tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi sübut olunur. İddiaçı Qanuni nümayəndə və iddiaçı olan uşaqlarının ailə başçısı olan X19nın ölümü nəticəsində onlara dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. Qanuni nümayəndə uşaqları X19nın öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, Qanuni nümayəndə özü isə əmək qabiliyyətli şəxsdir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanunu ilə Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat müəyyən edilmişdir. X19 rəsmən işləyib əmək haqqı almadığına görə cavabdehlər tərəfindən vurulmuş maddi zərərin məbləğini ölkə üzrə qanunla hər ay üçün müəyyən edilmiş 180 manat yaşayış minimumu ilə hesablamışlar. Hər ay üçün dəyən maddi zərərin məbləği əgər Türkan Məmmədova sağ olsa idi, 2 uşaq və Türkan Məmmədova daxil olmaqla 3 nəfərə düşən 180 manat yaşayış minimumu hazırda Türkan Məmmədovanın dünyasını dəyişməsi nəzərə alınaraq əmək qabiliyyətli olmayan uşaqların hər birinə münasibətdə 180 manat yaşayış minimumunun 1/3 hissəsi olan 60 manat, iddiaçı Qanuni nümayəndə münasibətdə isə əmək qabiliyyətli olduğundan 180 manat yaşayış minimumunun 1/4 hissəsi olan 45 manat təşkil edir. Belə ki, əgər Türkan Məmmədova sağ olsa idi 2 uşaq, ataları Qanuni nümayəndə və Türkan Məmmədova daxil olmaqla 4 nəfərə düşən 180 manat yaşayış minimumu 45 manat təşkil edəcəkdir. Bu səbəbdən də Qanuni nümayəndə ona dəyə n maddi ziyan şəklində cavabdehlərdən hər ay 45 manatın ona ödənilməsini tələb edir. Bu hesabla Qanuni nümayəndə uşaqlarının hər birinə hər bir cavabdeh tərəfindən dəyən maddi zərərin məbləği 1 il üçün 720 manat, 18 il üçün isə 12960 manat, iddiaçı Qanuni nümayəndə dəyən maddi zərərin məbləği 1 il üçün 540 manat, 18 il üçün isə 9720 manat təşkil edir. Həmçinin Qanuni nümayəndə uşaqlarına dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 və Cavabdeh2 hər birindən hər bir uşağı üçün 10000 manat, Cavabdeh3 Hüseyinovnadan hər bir uşaq üçün 25000 manat, iddiaçı Qanuni nümayəndə özünə dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnanın hər birindən ayrı-ayrılıqda 20000 manat tələb edirlər. Həmçinin iddiaçı Qanuni nümayəndə mərhumun dəfn və yas mərasimlərinə 3000 manat xərci çıxmışdır. Beləliklə, hər 3 cavabdehə qarşı iddia tələblərinin məbləğinin cəmi 256977 manat təşkil edir. Hesab edir ki, Qanuni nümayəndə uşaqlarının anası olan həyat yoldaşının ölümü nəticəsində 2 körpə uşağı yetim qalmış, körpə uşağı ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi, körpə olaraq anasız bir zamanda mərhumiyyətlərə məruz qalmışdır. Qanuni nümayəndə özü və uşaqları vahid ailədə yaşamaq kimi mənəvi, əxlaqi, hüquqi və maddiyyatlardan məhrum olmuşlar. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

8. Birinci instansiya məhkəməsində cavabdehər iddianı qəbul etmədiklərini bildirmişlər

9. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)-1320/2019 saylı, 19 avqust 2019-cu il tarixli qərardadı ilə (ha kim E.M. Mehdiyev) Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(107)-78/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək Şəki Rayon Məhkəməsinin icraatında olan X17, X13 və Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnaya qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(075)-1320/2019 saylı iş üzrə icraatın dayandırılması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsinin 2(075)-33/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim E.M. Mehdiyev) icraatın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı üçün işin icraatının təzələnməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsinin 2(075)-33/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.M. Mehdiyev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Cavabdeh1” X27 iddiaçı X9 vurulmuş maddi ziyanın əvəzi olaraq 12960 manatın, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın, iddiaçı X14 vurulmuş maddi ziyanın əvəzi olaraq 8136 manatın, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın, iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manatın, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh3 vəzifəli şəxs olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh2 Hamiləliyin patologiyası şöbəs inin müdiri vəzifəsində işləməklə və 04 sentyabr 2017-ci ildən xx.xx.2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar cərrahiyyə əməliyyatı etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X7 ölümünə səbəb olm uşdur. Bunun da nəticəsində iddiaçılar X17 və X13 analarından, iddiaçı Qanuni nümayəndə isə həyat yoldaşından məhrum olmaqla ailə başçılarını itirmişlər. Nəticədə iddiaçılara maddi və mənəvi zərər dəymişdir.

13. Məhkəmə iddiaçıların tələb irəli sürdüyü Cavabdeh2 ayrıca hüquqi şəxs olmamaqla cavabdeh “Cavabdeh1” X23 tərkib hissəsi olmasını, həmin tələbə cavabdeh “Cavabdeh1” X23 cavab verməli olmasını və cavabdeh “Cavabdeh1” X23 hazırki iş üzrə cavabdeh olmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbinin cavabdeh Şəki X6rşı olan hissəsi təmin edilməməlidir.

14. Məhkəmə hesab etmişdir ki, zərərçəkmiş şəxs X7 ölümünə səbəb Cavabdeh3 səhlənkarlıq edərək işinə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasın ın, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməməsi olsa da, X2 ölümü ilə bağlı delikt nəticəsində iddiaçılara dəymiş olan maddi və mənəvi zərər Cavabdeh3 deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbindən də göründüyü kimi Cavabdeh3 Hüseyinovnanın həmin vaxt işlədiyi cavabdeh “Cavabdeh1” X20 alınaraq iddiaçılara verilməli və iddia tələbi Cavabdeh3 Hüseynovaya da münasibətdə təmin edilməməlidir. Cavabdeh “Cavabdeh1” X23 də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinin tələbi baxımından ödənilmiş əvəz miqdarında Cavabdeh3 Hüseynovaya qarşı geriyə tələb (reqres) hüququnun olması nəzərə alınmalıdır.

15. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab etmişdir ki, iddiaçılarla cavabdehlər arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçıların ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntuları (deliktlər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir.

16. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçılar X17 və X13 anaları olan zərərçəkən X7 (ailə başçısının) öldüyü günədək onun himayəsində olmuş və öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərdir və onların zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. Həmçinin, zərərçəkən X7 (ailə başçısının) ölümündən sonra onun himayəsində olmuş və onun on dörd yaşına çatmamış uşaqları olan iddiaçılar X17 və X9 hazırda da qulluq etməklə məşğul olan və işləməyən valideyn kimi iddiaçı Qanuni nümayəndə da əmək qabiliyyətindən asılı olmayaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Lakin, iddiaçılar X17, X13 və Qanuni nümayəndə iddia tələblərində onlara ödənilməli olan maddi zərərin hər birinə münasibətdə 18 il müddətində hesablanmalı olmasını tələb etsələr də, məhkəmə iddiaçılar X17 və Qanuni nümayəndə münasibətdə həmin müddətlərlə razılaşmır. Çünki, qanunvericiliyin normalarından da görünür ki, zərərin əvəzi yetkinlik yaşına çatmayanlara-on səkkiz yaşına çatanadək, ölənin himayəsində olmuş uşaqlarına qulluq etməklə məşğul olan valideynlərdən birinə ərə-qulluq etdikləri on dörd yaşına çatanadək ödənilir.

17. Buna görə də, uşaqlardan 28 mart 2018-ci il təvəlüdlü X13 anadan olduqdan cəmi üç gün sonra anası vəfat etdiyindən məhkəmə iddiaçı X9 münasibətdə maddi zərərin əvəzinin 18 il müddətində hesablanmasını, 18 iyul 2011-ci il təvəllüdlü X10 18 yaşının tamam olmasına 11 il 3 ay 18 gün qalmasını nəzərə alaraq, məhkəmə iddiaçı X14 münasibətdə maddi zərərin əvəzinin 11 il 3 ay 18 gün müddətində hesablanmasını, mərhumun himayəsində olmuş uşaqlara qulluq etməklə məşğul olan iddiaçı Qanuni nümayəndə isə onlara 14 yaşına çatanadək qulluq etməli olmasını nəzərə alaraq, iddiaçı Qanuni nümayəndə münasibətdə maddi zərərin əvəzinin 31 mart 2018-ci il tarixdən sonra 14 il müddətində hesablanmasını daha doğru hesab etmişdir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X11 əmək fəaliyyəti ilə məşğul olmamış və onun qazancı olmamışdır. Buna görə də məhkəmə cavabdeh tərəfindən vurulmuş maddi zərərin məbləğini ölkə üzrə qanunla hər ay üçün müəyyən edilmiş yaşayış minimumu ilə hesablanmasını ağlabatan hesab etmişdir.

19. Birinci instansiya məhkəməsi mərhum X1 işləməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməsə də, onun sağlığında yaşayış minimumu kimi müəyyən edilmiş məbləği almaq hüququ olması ilə bağlı hesab etmişdir ki, iddiaçılar uşaqlara dəyən maddi ziyan kimi analarına çatmalı 180 manatın analarının payına çatmalı 1/3 hissəsi istisna olmaqla yerdə qalan 2/3 hissəsini, iddiaçı Qanuni nümayəndə münasibətdə isə anaları, uşaqları və iddiaçı Qanuni nümayəndə daxil olmaqla 180 manatın ¼ hissəsini tələb etməkdə haqlıdırlar.

20. X2 əmək qabiliyyətli olmayan uşaqları olan iddiaçılar X17 və X8 hər birinə hər ay üçün dəyən maddi zərərin məbləği hər birinə münasibətdə 180 manat yaşayış minimumunun 1/3 hissəsi olan 60 manat, iddiaçı Qanuni nümayəndə münasibətdə isə əmək qabiliyyətli olduğundan 180 manat yaşayış minimumunun 1/4 hissəsi olan 45 manat təşkil edir. Bu hesabla 28 mart 2018-ci il təvəllüdlü X9 dəyən maddi zərərin məbləği hər ay 60 manat olmaqla 1 il üçün 720 manat, 18 il üçün isə 12960 manat, 18 iyul 2011-ci il təvəllüdlü X14 dəyən maddi zərərin məbləği hər ay 60 manat olmaqla 1 il üçün 720 manat, 11 il 3 ay 18 gün üçün isə 8136 manat, iddiaçı Qanuni nümayəndə dəyən maddi zərərin məbləği hər ay 45 manat olmaqla 1 il üçün 540 manat, 14 il üçün isə 7560 manat təşkil edir.

21. Mə hkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçılar X17, X13 və Qanuni nümayəndə ailə başçıları olan X11 cavabdeh “Cavabdeh1” X24 həkim-cərrah işləmiş Cavabdeh3 Hüseyinovnanın həkim səhvi nəticəsində ölməsi iddiaçılar üçün yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur.

22. Məhkəmə hesab etmişdir ki, analarının və həyat yoldaşının vəfat etməsi nəticəsində iddiaçıların çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və ailə başçıları olan X7 həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə onlar təsəlli ala bilərlər.

23. Məhkəmə cavabdeh “Cavabdeh1” X27 alınaraq iddiaçılara verilməli kompensasiyanın məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin diqqətə layiq mənafelərini nəzərə alaraq, kompensasiya məbləğ ini hər iddiaçıya münasibətdə ayrıayrılıqda 8000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68.1, 68.4, 71.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.2, 1112, 1114.1, 1121.1.1, 1121.1.3, 1121.3.1, 1122.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü, “İnsan Hüquqlarının və Əsas azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın 41-ci maddələri, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərar ı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Cavabdeh “Cavabdeh1” X29 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına düzgün qiymət verilmədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan qəbul edilmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, müəy yən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir.

27. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), İ.H.Şükürov, A.A.Mahmudov) 2(107)-449/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və cavabdehin (nümayəndəsinin) apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdi m etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

29. Məhkəmə kollegiyasının apelyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

30. Cavabdeh1 X29 kasasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – M.T.Əhmədova (sədrlik edən və məruzəçi) İ.K.Xəlilov və Ə.Ə.Əliyev) 2(102)-6774/2021 nömrəli 7 dekabr 2021-ci il tarixli qərarı ilə c avabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilmiş və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

32. Kassasiya instansiyası məhkəməsi ilkin olaraq kasasiya şikayətinin Cavabdeh1 X23 hər hansı cavabdehliyinin olmaması və mənəvi zərərin tutulması hissəsi üzrə qeyd edilməlidir ki, göstərilən hissələr üzrə kasasiya yoxlaması həyata keçirilərkən apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfində n verilmiş 29 aprel 2017-ci il tarixli, 864-K nömrəli əmrə əsasən Cavabdeh1 Cavabdeh2 X4 həkim mama-ginekoloqu Cavabdeh3 əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə 01 may 2017-ci il tarixdən X4 şöbə müdiri (həkim mama-ginekoloq) vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 04 sentyabr 2017-ci il tarixli, 2653-K nömrəli əmrə əsasən Cavabdeh1 Cavabdeh2 X4 şöbə müdiri (həkim mama-ginekoloq) Cavabdeh3 Cavabdeh2 direktoru vəzifəsini müvəqqəti icrası 04 sentyabr 2017-ci il tarixdən 3 ay sınaq müddətinə həvalə edilməsi və ona əmək haqqı arasında olan fərq ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 31 mart 2018-ci il tarixli, 38 nömrəli əmrə əsasən Cavabdeh3 intizam məsuliyyətinə cəlb edilməsi haqqında 31 mart 2018-ci il tarixdə baş vermiş ana ölümü hadisəsini nəzərə alaraq 31 mart 2018-ci il tarixdə X18 Mərkəzdə baş vermiş ana ölümü hadisəsi ilə əlaqədar Məhkəmə Tibbi Ekspertizanın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Doğuşa Yardım Komissiyasının” rəyləri və bu iş üzrə hüquq mühafizə orqanlarında aparılan istintaq prosesinin yekun nəticələri məlum olanadək Cavabdeh2 Patalogiya Şöbəsinin müdiri (direktor vəzifəsini müvəqqəti icra edən) Cavabdeh3 31 mart 2018-ci il tarixdən işindən uzaqlaşdrılmışdır. Buradan da aydın olur ki, əməliyyat zamanı ananın ölümünə səbəb olmuş və cinayət məsuliyyətinə cəlbə edilmiş Cavabdeh3 məhz Cavabdeh1 müvafiq əmrləri əsasında vəzifələrə keçirilmiş, ananın ölümünə səbəb olmasına görə də Cavabdeh1 müvafiq əmri ilə işdən uşaqlaş dırılmışdır. Hazırkı kassatorun cavabdehliyi iş materiallarında olan qeyd edilən sübutlarla öz təsdiqini tapdığından onun qeyd edilən dəlili apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ona aid hissə üzrə ləğv edilməsinə əsas ola bilməz.

33. İddia tələbinin mənəvi zərərin tutulması ilə bağlı hissəsi üzrə isə qeyd edilməlidir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş ana ölümü nəticəsində onun ailə üzvlərinin, yəni ərinin və övladlarının mənəvi zərər məruz qalması mübahisəsiz hal olaraq müəyyən edilməli və mütləq nəzərə alınmalıdır. Bu hissə üzrə kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən başqa bir şey deyildir. Baş vermiş bədbəxt hadisəyə görə hazırkı iddiaçıların mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməsi onların təbii haqlarıdır. Ona görə də apell yasiya kollegiyası iddiaçıların xeyrinə mənəvi zərərin əvəzinin tutulmalı olması ilə bağlı düzgün nəticəyə gəlmiş və maddi hüquq normalarının tələblərinə riayət etmişdir. Belə olan halda bu hissə üzrə də kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

34. Kasasiya şikayətinin maddi zərərin tutulması hissəsi üzrə dəlilləri ilə bağlı isə qeyd edilmişdir ki, kasasiya kollegiyası bu hissədə kasasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, apellyasiya kollegiyası bu hissədə qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə əsaslandırmışdır ki, həmin normada ailə başçısının ölümünə görə maddi zərərin tutulmasından bəhs edir.

35. Kollegiya qeyd etmişdir ki, apellyasiya kol legiyası maddi zərərlə bağlı hissədə iddia tələbini qismən təmin edərkən yalnız iddiaçının maddi zərəri müəyyən etdiyi qaydaya uyğun təmin etsə də, ölən şəxsin ailənin təminatçısı olub-olmadığını araşdırmamış, hansı əsasla iddiaçı tərəfin müəyyən etdiyi qaydaya uyğun maddi zərərin tutulmalı olmasını qəbul etdiyi qətnamədə əsaslandırmamışdır.

36. Kollegiya həmçinin qeyd etmişdir ki, işdən də məlum olur ki, iddiaçı olan mərhumənin əri fəaliyyət qabiliyyətli şəxsdir. Belə olan halda apelyasiya kollegiyası mərhumənin ölümündən əvvəl ailənin maddi cəhətdən təminatçısı olub-olmadığını, fəaliyyət qabiliyyətli ərin onun təminatı altında yaşayıb-yaşamadığını, ərə münasibətdə hansı əsasla maddi zərərin tutulmalı olub-olmadığını araşdırmamışdır.

37. Bundan əlavə, baş vermiş bu tip bədbəxt hadisəyə gö rə maddi zərərin yaranması və maddi zərərin tutulması iddiaçı tərəfin doğal haqqı olsa da, iddiaçı tərəf bu hissə üzrə mütləq məhkəməyə sübutlar təqdim etməlidir ki, apelyasiya kollegiyası maddi zərərlə bağlı sübutların təqdim edilib-edilməməsi ilə bağlı da hər hansı məhkəmə araşdırmasını həyata keçirməmiş, bu hissə üzrə iddia tələbini hansı sübutlara istinadən qismən təmin etdiyini əsaslandırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər- M.A.Əsədli (sədrlik edən və məruzəçi) V.İ.Məlikov, G.İ.Cavadova) 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 X29 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi “iddiaçı Qanuni nümayəndə vu rulmuş maddi ziyanın əvəzi olaraq 7560 manat ziyanın tutulması” hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir.

39. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ailə başçısının ölümünə görə maddi zərərin tutulmasından bəhs edir.

40. Məhkəmə kollegiyasınn araşdırması zamanı müəyyən edilmişdir ki, vəfat etmiş şəxs X7 həyat yoldaşı (iddiaçıların atası) fəaliyyət qabiliyyətli şəxsdir. Həmçinin müəyyən edilir ki, mərhumənin ölümündən əvvəl ailənin maddi cəhətdən təminatçısı onun əri olmuş, ailə ərin təminatı altında yaşamışdır. Baş vermiş bədbəxt hadisəyə görə maddi zərərin yaranması və maddi zərərin tutulması iddiaçı tərəfin hüququ olsa da, iddiaçı tərəf bu hissə üzrə məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişlər.

41. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab etmişdir ki, Cavabdeh1 X29n apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(075)-33/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə yəni, “iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manat ziyanın tutulması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı Qanuni nümayəndə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhk əməsinin 18 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ona münasibətdə həmin məhkəmənin 26 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi qətnamə çıxararkən həmçinin Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-6774 nömrəli, 07 yanvar 2022-ci, il tarixli qərarında şərh edilənlər üzrə hər hansı bir araşdırma aparmamışdır, həmin halların mövcudluğunu, mövcud olduğu halda həmin halların mübahisənin düzgün həlli üçün hansı bir əhəmiyyət daşıdığını işdə olan sübutlar əsasında yoxlamamış, obyektiv hüquqi qiymət verməmiş, mübahisənin sübutetmə predmetini düzgün müəyyən etməmişdir, buna görə də mübahisənin iddiaçı Qanuni nümayəndə aid maddi zərərin əmələ gəlməsi və ödənilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Həmçinin məhkəmə mübahisənin sübut etmə predmetini düzgün müəyyən etməmişdir. Sübutetmə predmetinə daxil olan məsələ ölənin himayəsində olan, lakin fəaliyyət qabiliyyəti olmayan uşaqlara qulluq etmə faktıdır. Bu faktın mövcudluğu barədə işdə sübutlar mövcuddur. Vəfat etmiş şəxs X7 həyat yoldaşının (iddiaçıların atası) fəaliyyət qabiliyyətli şəxs olması, həmçinin mərhumənin ölümündən əvvəl ailənin maddi cəhətdən təminatçısı onun əri, yəni iddiaçının olması, ailənin iddiaçının təminatı altında yaşayıb-yaşamaması ilə bağlı hallarla bağlı sübutların iddiaçı olaraq tərəfindən təqdim etməməsi ilə bağlı prosessual qanun pozuntusu hesab edi lməsi barədə dəlilləri mübahisə predmetinə daxil olmayan hallarla bağlıdır ki, bunların da işin düzgün həlli üçün heç bir əhəmiyyəti yoxdur. Maddi zərərin ödənilməsi tələbinin əsasını uşaqlara qulluq etmə faktı çıxış edir. Məhkəmələr 1121-ci maddəni düzgün tətbiq etməmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 44. “Cavabdeh1” X29 ərizə ilə müraciət edərək, Ali Məhkəmənin çıxaracağı qərara etirazının olmadığını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

46. Maddə 21.2. Zərər dedikdə, hüququ poz ulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

47. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

48. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aş ağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:

49. Maddə 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əv əzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı Qanuni nümayəndə maddi ziyan tələbinin təmin edilməməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

62. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən mərhumun ailə başçısı, ailəni dolandıran şəxs olması müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının mərhum arvadının ölümü nəticəsində Azərbaycan Respublikası MM-nin 1121-ci maddəsi ilə zərər tələb etmək hüququ mövcud deyildir. Digər əsaslarla vurulmuş maddi zərərlə bağlı isə iddiaçı məhkəmələrə sübut təqdim etməmişdir.

63. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndiirlən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qanuni nümayəndə kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-386/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar