Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4484/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7297/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 09.07.2015-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində X1 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.07.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə müəyyən edilmişdir ki, X3 09 iyul 2015-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını kü çəsində hərəkətdə olan zaman "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etmək hüququ, yəni müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus "Daewo" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 172 saylı xətt avtobusunu şəhərdən saatda 35 km sürətlə idarə edərkən, həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni onun qarşısına digər avtomaşının çıxması halında avtomaşını tam dayanma həddinə çatdırmalı olduğu halda bunu etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla avtobusun sükanını yolun sol hissəsinə çəkməsi nəticəsində həmin küçədəki 444 nömrəli evin qarşısında əks istiqamətdən hərəkət edən, mərhum həyat yoldaşı sürücü X1 idarə etdiyi “VAZ-21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində “VAZ21013” markalı avtomaşının sürücüsü Ramiz İsmayılova canlı şəxslərdə ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. ASC "xxxx" Sığorta Şirkəti tərəfindən mərhum X1 qanun üzrə vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. X13 birinci dərəcəli 3 vərəsəsi qalmışdır: arvadı İddiaçı (hazırki iş üzrə iddiaçı), 10.05.2005-ci il təvəllüdlü X10 və 05.12.2006-cı il təvəllüdlü X7. 12.10.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlar X1 vərəsələri kimi tanınmış və hər birinin 5000 manat sığorta məbləğinin 1/3 hissəsinə pay hüququ olduğu təsbit edilm işdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kompensasiya olaraq vurulmuş maddi ziyana görə 82600 manat, vurulmuş mənəvi ziyana görə 20000 manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin tam təmin edilməsi və ödənişlərin üç il ərzində ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı rəsmi işləməsə də, fərdi işlərlə, ev tikmək, tikinti-quraşdırma işləri ilə məşğul olmuşdur və aylıq qazancı 700 manatdan çox olmuşdur. Hesab edir ki, uşaqlarının yetkin lik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər aya 700 manat məbləğində kompensasiya hesablanmaqla (05.12.2006+18 yaş=05.12.2024-cü ilə kimi) hadisə baş verən andan - 09 iyul 2015-ci il tarixdən 05 dekabr 2024-cü il tarixə kimi olan müddət üçün birdəfəlik = 9 il (108 ay) x 700 manat =82600 manat pul və vurulmuş mənəvi ziyana görə 20000 manat pul cavabdehdən alınaraq yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün ona ödənilməlidir Cavabdeh nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, 09 iyul 2015-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı onlara məxsus “Daewo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 127 saylı xətt avtobusunu idarə edən X3 onların rəsmi işçisi olmamışdır. Həmin avtobusun sü rücüsü maşını qeyri-rəsmi idarə etmək üçün ona vermişdir. T.Allahverdiyevin nəinki mikroavtobusu idarə etmək üçün sənədi, hətta sürücülük vəsiqəsi də olmamışdır. Bununla yanaşı, mərhum X4 da sərxoş vəziyyətdə maşını idarə etmiş və qəza şəraiti yaratmışdır. Mərhumun həyat yoldaşı indiyədək kompensasiya verilməsi üçün şirkətə müraciət etməmişdir. Ona görə də mərhumun ailə üzvlərinin vəziyyətindən onların xəbəri olmamışdır. İddiaçı sığortadan 5000 manat məbləğində sığorta ödənişi almışdır. Onlar da iddiaçının himayəsində uşaqlarının olmasını və heç yerdə işləməməsini nəzərə alıb, ümumilikdə 5000 manat pul verə bilərlər. İddianın qalan hissədə rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Rəşad Cavadzadə, iş № 2(004)4032/20) 30 avqust 2019-ci il tarixli qətnaməs i ilə iddia qismən təmin edilərək ailə başçısı X1 ölümü ilə əlaqədar dəymiş maddi zərərə görə 19440 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 20440 manat məbləğində pul vəsaitinin 03 il müddətində ödənilməklə, cavabdehdən alınaraq, iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbindən görünür ki, iddiaçı ailə başçısının ölümü ilə əlaqədar ona vurulmuş maddi zərərə görə 82600 manat məbləğində kompensasiya tələb edir və bunu mərhum ərinin aylıq qazancının 700 manat olması ilə əlaqələndirir. İddiaçı mərhum ərinin aylıq qazancı ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə iddianın maddi ziyanla bağlı hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddianı qismən qəbul edərək, kompensasiya qismində iddiaçıya ümumilikdə 5000 manat məbləğində pul ödəməyə razılıq versə də, minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 08.02.2019-cu il tarixli Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir. Odur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi 2015-ci il tarixdən iddiaçının hər iki uşağı yetkinlik yaşına çatanadək, yəni 2024-cü ilin dekabr ayınadək olan 9 il (108 ay) müddət üçün hər aya 180 manatdan kompensasiya hesablanmaqla cəmi 19440 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsində hesab etmişdir ki, iddiaçı ona hansı məbləğdə mənəvi ziyan vurulmasına dair məhkəməyə sü but təqdim etmədiyi üçün, digər tərəfdən, iddiaçının himayəsində 2 uşağın olması, onun heç yerdə işləməməsi və ailə başçısının ölümü ilə əlaqədar dəymiş maddi zərərə görə cavabdeh tərəfindən ona kompensasiyanın ödənilməməsi iddiaçının mənəvi sarsıntılar, əsəb keçirməsinə səbəb ola bildiyindən mövcud reallıq və təcrübə nəzərə alınaraq iddia bu hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərər qismində ağlabatan məbləğdə - 1000 manat məbləğində pul alınaraq, iddiaçıya verilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisənin baş verməsinə əsas səbəb bir tərəfdən zərərçəkmiş şəxsin hadisə zamanı sərxoşluğunun təsiri nəticəsində avtomobili idarə edə bilməməsi olub. Digər tər əfdən də, hadisə vaxtı “Daewo BS 090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X5 Cavabdeh MMC-nin rəhbərliyindən icazə almadan avtobusu 172 saylı xətt üzrə idarə etmək üçün öz tanışı X2 vermişdir. Telman Allahverdiyev avtobusu idarə edərkən hadisə baş vermişdir. Bu səbəbdən hadisə nəticəsində VAZ-21013 markalı avtomobilin sürücüsü X1 vəfat etməsi nəticəsində dəymiş maddi və mənəvi ziyana görə məsuliyyət avtobusun yüksək təhlükəli mənbəyi kimi məxsus olduğu Cavabdeh MMC yox, həmin avtobusun sürücüsü X8 və hadisəni törmiş X3 daşımalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyas iya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, hadisə baş verən vaxtı X13 yüngül dərəcəli sərxoşluq vəziyyətində olması hadisəyə görə yalnız onun təqsirkar olması qənaətinə gəlmək üçün əsas vermir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən yol nəqliyyat hadisəsinin baş verməsində MMC-yə məxsus avtobusu idarə etmiş Telman Allahverdiyev təqsirli sayılmış və məhkum edilmişdir. Apellyasiya şikayətinin avtobusun Telman Allahverdiyev tərəfindən MMC-nin razılığı və xəbəri olmadan idarə edilməsi ilə bağlı dəlilini də məhkəmə əsassız hesab edərək qeyd etmişdir ki, 18.07.2018-ci il tarixli məhkəmə hökmünün məzmunundan görünür ki, Telman Allahverdiyev məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən öz ifadəsində göstərmişdir ki, o, MMC-yə məxsus 172 saylı xətt avtobusunu təkcə hadisə baş verən gün d eyil, hələ hadisəyə qədər 5 (beş) ay da idarə etmişdir. Məhkəmə qeyd etmişdir ki, 5 ay ərzində avtobusun kənar şəxs (Telman Allahverdiyev) tərəfindən idarə olunmasından bir mülkiyyətçi kimi MMC-nin xəbəri olmaması ağlabatan və inandırıcı deyil və sağlam məntiqə sığmır. Bu hal cinayət işinin istintaqı zamanı qəbul edilmiş 27.05.2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla da təkzib olunur. Həmin qərardan görünür ki, istintaq zamanı Telman Allahverdiyevin 172 saylı avtobusunu idarə etməsindən Cavabdeh MMC-nin rəhbərliyinin xəbəri olmuşdur. Məhz buna görə də istintaq orqanı Cavabdeh MMC-nin rəhbərliyinin barəsində inzibati təsir tədbiri görülməsi üçün qərarın surətini X9 göndərmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlillərinin özünü müdafiə, məsuliyyətdən yaxa qurtar maq məqsədi daşıdığını qeyd etməklə hesab etmişdir ki, həmin dəlillər mübahisəyə Mülki Məcəllənin 1108.1-ci maddəsini tətbiq etməklə iddianın rədd olunması və eləcə də qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosess ual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan bax ılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddə sində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkən ə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsd ir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşa ğıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; şəxsin ölümündən sonra doğulmuş uşağı; ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: yetkinlik yaşına çatmayanlara on səkkiz yaşına çatanadək; on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; əlillərə - əlillik müddəti üçün; ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və y a almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Maddə 1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7297/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4484/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4484/2021
11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver