Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4485/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı nümayəndəsi və vəkili xxx oğlu, Cavabdeh2 BYC nümayəndəsi X7, vəkili X8 və üçüncü şəxs X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(103)1532/2019 saylı qətnaməsindən İddiaçı və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(004)5135/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.B.Axundov) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “protokolun, alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(103)1532/2019 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxslərə qarşı “protok olun, alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi” barədə iddia qaldıraraq, “Gəmitəmirçi” bağçılıq yoldaşlığı tərəfindən 25 iyul 1986-cı il tarixdə ona ayrılmış 500 kv.metr sahəsi olan İİ sektorun M-16 saylı bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş “Gəmitəmirçi” bağçılıq yoldaşlığının İdarə Heyətinin 13 iyul 1999-cu il tarixli iclas protokolunun surətinin, eləcə də 05 dekabr 2009-cu il tarixdə Cavabdeh1 adına verilmiş bağçılıq üzvlük kitabçasının, 03 dekabr 2011-ci il tarixində verilmiş çıxarışın, sonuncu ilə Cavabdeh4 arasında notarial qaydada bağlanmış 14 iyul 2012-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında reyestr orqanı tərəfindən sonuncunun adına verilmiş çıxarışın, Cavabdeh4la Cavabdeh3 arasında notarial qaydada bağlanmış 04 mart 2013-cü il tarixl i alqı-satqı müqaviləsinin və onun əsasında sonuncunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdeh “Gəmi Təmirçi” BYC nümayəndəsi xxx və vəkili Zülfiyyə Həşimova məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişlər. Üçüncü şəxs Kəmalə Əhmədova məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-ni n yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Res publikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia tələblərinin təmin edilməsi üçün əsasların olmamasına, iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 375, 377.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir k i, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, “Gəmitəmirçi” bağçılıq yoldaşlığının X9 12 may 1991-ci il tarixli protokoluna əsasən, Cavabdeh1 həmin yoldaşlığa qəbul edilərək ona bağ sahəsi ayrılmış, 13 iyul 1999-cu il tarixli protokola görə isə onun istifadəsində olan İ-İİ saylı bağ sahəsi tamamilə bataqlıqda olduğundan, əvəzinə nisbətən quru yerdə olan 10 ildən çox baxımsız qalan M-16 saylı boş bağ sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra Bakı şəhəri, Sura xanı rayonu, xxx qəsəbəsi, “Gəmitəmirçi” bağçılıq yoldaşlığının M-16 saylı bağ sahəsində yerləşən 0,0474458 ha torpaq sahəsi 03 dekabr 2011-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış və notarial qaydada bağlanmış 14 iyul 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına, 04 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən isə 14 mart 2013-cü il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Daha sonra işə əlavə edilmiş digər sənədlərdən görünür ki, Azərbaycan Dövlət X14nin 26 avqust 2011-ci il tarixli “Gəmiçiliyin gəmi təmiri zavodlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 69 saylı əmrinə görə, tərkibinə “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyi, İ.Allahverdiyev adına gəmi təmir i-gəmiqayırma zavodu və “Zaqfederasiya” adına gəmi təmiri Zavodu daxil olmaqla “Gəmi təmiri və Gəmiqayırma” İstehsalat Birliyi yaradılmışdır. “Azərbaycan X14” QSC-nin 16 aprel 2015-ci il tarixli məktubundan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan X14” QSC-nin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli, 06 saylı və “Azərbaycan X14” QSC-nin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014- cü il tarixli, 213 saylı sərəncamlarına əsasən Azərbaycan X14nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X11 yenidən təşkili yolu ilə “Azərbaycan X14” QSC yaradılmış və həmin müəsissələrin əmlakı, o cümlədən hüquq və öhdəllikləri də Cəmiyyətə keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli, 18 saylı qərarına əsasən təsdiq ed ilmiş Cəmiyyətin strukturunda, həmçinin Cəmiyyətin tabeçiliyində olan qurumların tərkibində “Yelkən” və “Gəmitəmirçisi” bağçılıq cəmiyyətləri, habelə “Gəmi təmiri və Gəmiqayırma” İstehsalat Birliyi yoxdur. Cəmiyyətdə mövcud olan sənədlərə əsasən “Gəmi Təmiri” İstehsalat Birliyinin 19 noyabr 2008-ci il tarixli, 123 saylı əmr ilə ləğv edildiyi məlum olmuşdur. Azərbaycan Dəniz Nəqliyyatı X5 Respublika Komitəsinin 03 dekabr 2015-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan X14” QSCnin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli, 06 saylı sərəncamı ilə “Azərbaycan X14” QSC-i yaradılması və Cəmiyyətdə struktur dəyişilikləri ilə əlaqədar “Gəmi təmiri və Gəmiqayırma” İstehsalat Birliyi fəaliyyət göstərmir. Gəmi təmiri zavodlarının fəaliyyəti dövründə Bakı şəhəri, XDS 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı qərarı ilə zavodların fəhlə və qulluqçuları üçün xxx qəsəbəsi, 200 nəfərlik 12 ha torpaq sahəsi ayrılmış, bağçılıq işlərini tənzimləmək məqsədi ilə 15 may 1986-cı il tarixdə “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti yaradılmışdır; hazırda “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti və Respublika Komitəsi arasında heç bir hüquqi münasibətlər mövcud deyildir. İş materiallarından həmçinin aydın olur ki, “Gəmi təmiri və Gəmiqayırma” İstehsalat Birliyi və “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti barədə nə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində, nə də kommersiya hüquqi şəxslərin dövlət reyestrində hər hansı məlumat aşkar edilməmişdir.Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdır ma və X1 Departamentinin Bağlar təsərrüfatı İnkişafı və X3 rayon Pİ-nin 30-cu PB ünvanladığı 05 oktyabr 2005-ci il tarixli məktubunda iddiaçının adına xxx qəsəbəsi, “Xəzərdənizgəmiçiliyi” idarəsinin nəzdində olan bağ yerlərindən bağ sahəsinin ayrılmadığı göstərilmişdir. İşdən həmçinin aydın olur ki, Cavabdeh2 bağçılıq yoldaşlığının üzvləri İddiaçı və digərlərinin Cavabdeh2 Bağçılıq Yoldaşlığına və Cəmiyyətin sədri xxxa qarşı “Çıxarışa əsasən 02 noyabr 2017-ci il tarixdə 05/ƏN İİ-2-31/3-14 nömrə ilə qeydiyyatdan keçmiş “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin təsis protokolunun, nizamnaməsinin və şəhadətnaməsinin ləğv edilməsi” barədə iddiasına Bakı şəhəri, Yasamal rayon məhkəməsində baxılmış və məhkəmənin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur. Həmin qətnamə ilə Cavabdeh2 bağçılıq yoldaşlığının hüquqi şəxs, iddiaçıların isə yoldaşlığın üzvləri olduğunun təsdiqini tapmadığı müəyyən edilmişdir. Qətnamədən həmçinin aydın olur ki, iddiaçılar sonradan, yəni 02 noyabr 2017-ci il tarixdə qeydiyyata alınmaqla təsis olunmuş Cavabdeh2 Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvləri olduqlarını, həmin cəmiyyətin Cavabdeh2 bağçılıq yoldaşlığının hüquq varisi olduğunu, özlərinin adından istifadə edilərək təsis yığıncağının keçirilməsi ilə yolu ilə qurulduğunu iddia etsələr də, buna dair har hansı sübut təqdim etməmişlər. Eləcə də sözügedən qətnamədə əksini tapmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 02 iyul 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 bağçılıq yoldaşlıq cəmiyyətinin təsis sənədləri ayrı-ayrı vaxtlarda Ədliy yə Nazirliyinə təqdim olunsa da, sənədlər qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün geri qaytarılmışdır. 25 oktyabr 2017-ci il tarixdə qurumun sənədləri yenidən Nazirliyə təqdim olunmuş və qanunvericiliyə uyğun olduğundan qurum 02 noyabr 2017-ci il tarixdə 1117-QK7-0052 nömrə ilə qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçiləri xxx, Kəmalə Əhmədova və Ayxan Əhmədovdur. Qurum 18 oktyabr 2017-ci il tarixdə adıçəkilən şəxslərin iştirakı ilə keçirilmiş təsis yığıncağının qərarına əsasən təsis olunmuş və Nizamnaməsi təsdiq olunmuşdur. İddiaçılar ərizədə Cavabdeh2 bağçılıq yoldaşlığın 1986-cı il tarixdə təsis olunduğunu göstərsələr də, təşkilatın qeydə alınması ilə bağlı Nazirliyə ilk dəfə 23 yanvar 2017-ci il tarixdə xxx, Mahir Mustafayev və Ayxan Əhmədov tərəfındən müraciət olunmuşdur. İdd iaçılar təşkilatın təsis yığıncağında iştirak etdiklərini bildirsələr də, təqdim olunmuş təsis sənədlərində onların həmin yığıncaqda iştirak etməsi barədə heç bir qeyd mövcud deyil. Qurumun arxiv sənədlərində iddiaçılar cəmiyyətin təsisçiləri və ya iştirakçıları kimi qeyd olunmamışlar. Hazırkı işdə də iddiaçı, 1980-ci ildən 2013-cü ilə kimi “Gəmitəmiri və Gəmiqayırma” İBnin zavodunda işlədiyini, Bakı şəhəri, XDS İK-nin 12 oktyar 1985-ci il tarixli, 16/358 saylı qərarı ilə həmin İB-nin işçiləri üçün xxx qəsəbəsi ərazisində bağ torpaq sahəsinin ayrıldığını, bunun üçün 15 may 1986-cı il tarixdə müəssisənin nəzdində “Gəmitəmirçi” bağçılıq yoldaşlığının təşkil olunduğunu və mübahisəli bağ sahəsinin də yoldaşlığın üzvü kimi ona verildiyini, lakin sonradan zəbt olunduğu üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa ç atmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, (affirmanti, non neganti, incumbit probation) sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güc lü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı”i ş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, iddiaçı 1980-cı ildən 2013-cü ilədək “Gəmitəmiri və Gəmiqayirma” İB -nin zavodunda işlədiyini bildirsə də, həmin vaxt onun həmin zavodda işlədiyi, 1980-ci ildə həmin İstehsalat Birliyinin ümumiyyətlə mövcud olmadığı və yalnız 26 avqust 2011-ci il tarixdə keçmiş Azərbaycan Dövlət Xəzər Deniz Gəmiçiliyinin 69 saylı əmri ilə yaradıldığı müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı, onun iddiasının əsası kimi istinad etdiyi Bakı şəhər XDS İK-nin 12 oktyabr 1985-ci il tarixli, 358 saylı qərarı ilə bağ torpaq sahələrinin illər sonra yaranan “Gəmitəmiri və Gəmiqayirma” İB-nə deyil, məhz “Kaspmorsudoremont” SPO (“X17 Təmiri” İB) ayrıldığı aydın olmuşdur. İddiaçı tərəfindən sübut qismində təqdim edilən 15 may 1986-cı il tarixli, 03 saylı protokola münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəla, sözügedən protokolda baş di rektor və Həmkarlar İttifaqının sədri sözlərinin qarşısında həmin vəzifəli şəxslərin imzaları mövcud deyil. Bundan başqa, protokolun 1-ci vərəqinin sonuncu sətrində “KabinetomMinistrovAzerb.Respubliki...” sözləri qeyd edilmişdir ki, 1986-cı ildə Sovet İttifaqı dönəmində Azərbaycan Respublikasının Nazirlər Kabineti adlanan qurum da mövcud olmamışdır. Digər tərəfdən, iddiaçının sübut qismində təqdim etdiyi rus dilindəki həmin sənəd qanunla müəyyən olumuş qaydada təsdiq olunmamışdır. Halbuki, MPM-nin 89.1-ci maddəsinə görə, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Maddənin 3-cü bəndinə görə isə, lazımi sübutların əsli və ya lazımi qay dada təsdiq olunmuş surəti təqdim edilir, əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərini araşıdırıb, iddia ərizəsinə əlavə olunmuş 25 may 2017-ci il tarixli BY40 saylı arayışı, habelə üzvlük kitabçasını mötəbər sübut kimi qəbul etmir. Belə ki, “Gəmitəmiri və Gəmiqayirma” İB 26 avqust 2011-ci il tarixdə keçmiş “Azərbaycan Dövlət X14”nin 69 saylı əmri ilə yaradılmışdır və işin qeyd edilən bu halı iddiaçının 1986-cı ildə mövcud olmayan müəssisənin üzvü olmasını istisna etməkdədir. İddiaçının təqdim etdiyi üzvlük kitabçasını isə sədr qismində Akif Əsədov adlı şəxs imza etsə də, onun 1986-cı ildə deyil, 1994cu ildə sədr olduğu müəyyən edilmişdir. Bu hal Suraxanı rayon 30 saylı Polis Bölməsinin surəti mülki iş materiallarına əlavə edilmiş 27 iyun 2013-cü il tarixli qərarında da öz əksini tapmışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim olunmuş bütün sənədlər, Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli, 06 saylı Sərəncamına əsasən ləğv olunmuş Azərbaycan Dövlət X14, İdarənin tabeliyindəki qurumlar, həmçinin, qeyrihuquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayirma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhüründən istifadə olunaraq onun özü tərəfindən imzalamaqla təsdiq edilmişdir. Digər tərəfdən, iddiaçının adına xxx qəsəbəsi, “X14” İdarəsinin nəzdində olan bağ yerlərində bağ sahəsinin ayrılmadığı X2 və İstismarı Birliyi nin 05 oktyabr 2005-ci il tarixli məktubu ilə təsdiq olunmaqla yanaşı, bu hala həmçinin Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə də hüquqi qiymət verilmişdir. Şərh edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Cavabdeh1 adına verilmiş protokolun, bağçılıq üzvlük kitabçasının və hüquqların dövlət qeydiyyatı haqqında 03 dekabr 2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçının digər, alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş müvafiq çıxarışların etibarsız hesab edilməsi tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamaqla da düzgün nə ticəyə gəlmişdir. Çünki mübahisəli əmlaka dair Cavabdeh1 adına verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının hazırki apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa sahib olması qənaətinə gəlməyə əsas vermir. Şərh olunanlarla yanaşı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı hesab olunsa belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, hələ 2006-cı ildə İddiaçı mətbuat konfransı keçirmiş və həmin konfransda Cavabdeh2 Bağçılıq Cəmiyyəti işçilərinin bağ sahələrini satır başlığı ilə “Olayla r” qəzetinin 28 iyun 2006-cı il tarixli sayında işıqlandırılmış, konfransda iddiaçı, özünə məxsus torpaq sahəsinin Cavabdeh2 Bağçılıq Cəmiyyətinin sədri Kəmalə Əhmədova tərəfindən zəbt olunduğunu qeyd etmişdir. Bundan əlavə iddiaçı, X14 İdarəsinə ünvanladığı 21 oktyabr 2005-ci il tarixli ərizəsində də özünə məxsus torpaq sahəsinin zəbt olunduğunu göstərmiş, torpaq sahəsinin qanunsuz zəbt olunması barədə dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul olunmuş, həmin qərarlarda və digər rəsmi sənədlərdə mübahisəli torpaq sahəsinin ona məxsus olmadığı göstərilmişdir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Mə hkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mö vqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tə tbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(103)-1532/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4485/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4485/2019
14.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver