Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4489/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4489/21 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, X1, İddiaçı, vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2820/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 2335 manat maddi ziyanın, eyni zamanda 2000 manat məbləğində mənəvi zərərin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ona dəymiş 3272.5 manat maddi ziyanın, eyni zamanda 2000 manat məbləğində mənəvi zərərin, məhkəmə üçün ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın vurulması ilə bağlı Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmiş, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı F.Muradovun 30.10.2019-cü il tarixli qərarı ilə onun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. O, Xəzər rayonu Türkan qəsəbəsində özünə məxsus torpaq sahəsində tikinti işlərinə başlamışdır. Onun istifadəsində olan torpaq sahəsi Cavabdeh məxsus olan torpaq sahəsi ilə bitişikdir. Onun tapşırığı əsasında ustalar ona məxsus olan torpaq sahəsində evin tikilməsinə başlamışlar. Həmin vaxt Cavabde h ona məxsus torpaq sahəsində tikilmiş evin söküntüsünə başlamış və bu hərəkətini tikintinin bir hissəsinin ona məxsus torpaq sahəsində aparılması ilə əsaslandırmışdır. Həmin vaxt usta X5 Cavabdeh hərəkətinin qarşısını almağa çalışmış, eyni zamanda ona zəng vuraraq Cavabdeh qanunsuz hərəkətləri barədə ona məlumat vermişdir. 2019-cu ilin fevral ayında o, Moskva şəhərində olduğundan oradan Cavabdeh zəng vuraraq, Bakıya gələcəyini və bu problemin onun iştirakı ilə həll olunmasını cavabdehdən xahiş etmişdir. Lakin, Cavabdeh ona məxsus evi tam olaraq dağıtmadığını bildirib, hadisə yerini tərk etməyəcəyi ilə onu hədələmişdir. Cavabdeh qanunsuz hərəkətləri ilə ona 400 manat dəyərində maddi ziyan vurmuşdur. Eyni zamanda cavabdehin hərəkətlərinə görə ona məxsus 1342,50 manat dəyərində tikinti mater ialı oğurlanmışdır. Bundan başqa Abşeron rayon İcra Hakimiyyəti tərəfindən bir neçə ay əvvəl sökülən ona məxsus evdən qalan tikinti materiallarını Cavabdeh öz tanışı ilə ona məxsus torpaq sahəsindən çıxarıb apararaq təhlükəsiz və güvənli bir yerdə saxlanılmasını ona demiş, bu günədək həmin tikinti materiallarının saxlandığı yeri barədə ona məlumat vermir. O, Türkiyədə olarkən Cavabdeh dəfələrlə tikinti material almaq üçün pul göndərmiş, cavabdeh həmin pula material almış ona görə də cavabdeh həmin tikinti materialı üçün məsuliyyət daşımışdır. Bundan başqa Cavabdeh tərəfindən 830 manat dəyərində şifer, 520 manat dəyərində seyf qapı, 250 manat dəyərində qapının çərçivəsi, 40 manat dəyərində qapının qıfılı, 312 manat dəyərində iki kub lövhələr, 80 manat dəyərində düşərqə, 140 manat dəyərində iki dəmir çərçivə, 160 manat dəyərində plastik qapı, 40 manat dəyərində plastik pəncərə, 88 manat dəyərində armatur cavabdeh tərəfindən ona məxsus torpaq sahəsindən çıxarılaraq naməlum istiqamətə aparılmışdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri ilə ona mənəvi ziyan da vurmuşdur. Ona dəymiş mənəvi ziyanı o, 2000 manat məbləğində qiymətləndirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 noyabr 2020-ci il tarixli 2(001)-5094/2020 nömrəli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 3272,50 manat dəyəri ndə maddi ziyan vurulmasını iddia etsə də, bu halı məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının inşa etdiyi tikilinin sökülməsi nəticəsində ona vurulan maddi ziyanın tutulması barədə məhkəmə aktı qəbul edilmiş, bundan başqa iddiaçıya və cavabdehə məxsus tikinti materiallarının oğurlanmasına görə cinayət təqibi başlanmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçıya məxsus tikinti materiallarının qalıqları iddiaçının da tanıdığı Vəli və Ağa adlı şəxslərin həyətyanı sahəsinə yığılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09.04.2019-cu il tarixli 2-1(085)-79/2019 saylı qərarından müəyyən olunur ki, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nət icəsində İddiaçı vurulmuş ziyana görə 13850 manat məbləğində kompensasiyanın Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən dövlət büdcəsi hesabına İddiaçı ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-825/2019 saylı 25.09.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X8, X6, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X4 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.01.2019-cu il tarixli qərarı X3 aid hissədə ləğv edilərək cinayət işinin apellyasiya instansiya məhkəməsində həmin hissədə yenidən baxılmasının təyin edilməsi qərara alınmışdır. Qə rardan daha sonra müəyyən olunur ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərə İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ərazisində yeləşən sahədən dəyəri 450 manat olan darvazanın, dəyəri 250 manat olan tikinti materiallarının oğurlanmasına görə ittiham elan olunmuşdur. Məhkəmə iddiaçının vurulmuş mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan vurulmasını sübuta yetirə bilməyən iddiaçı cavabdehin hərəkətləri nəticəsində keçirə biləcəyi iztirabların və sarsıntıların nədən ibarət olmasına, nədə öz əksini tapmasına dair sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə b ilmədiyindən onun cavabdehə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi əsassızdır, ona görə də təmin edilmir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov- sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 2(103)-2820/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5094/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan işdə İddiaçı cavabdehin hərəkətləri nəticəsində maddi zərərə düşdüyünü təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya vurğulayır ki, mübahisə edilən davranış ancaq başqasına zərər verərsə təzminatdan söhbət gedə bilər. Dolayısı ilə, hüquqa zidd hərəkət edən şəxs yalnız həmin hərəkətin doğurduğu (artıq baş vermiş) zərərlərə görə cavabdehdir (mülki hüquqda) və mülki hüquq pozuntusuna görə məsuliyyətin məqsədi hüquqa zidd davranışı hər hansı formada cəzalandırmaq deyil, zərər çəkənin zərərini qarşılamaqdır. İddiaçı isə, cavabdehin ona zərər vurmasını sübuta yetirə bilməmişdir. Baxılan işdə iddiaçının təzminat tə ləbinin təmin olunma bilməsi üçün ilk növbədə ona maddi ziyan vurduğunu iddia etdiyi hüquqa zidd əməllərin (ona məxsus tikintinin qanunsuz sökülməsi və əvvəlki söküntüdən qalan tikinti materiallarının aparılması) cavabdeh tərəfindən törədilməsi təqsdiq olunmalıdır. İddiaçı bu faktın təsdiqi kimi, şahid ifadələrinə və whatsapp yazışmalarına istinad edir. Kollegiya, ilk növbədə qeyd edir ki, işdə olan whatsapp yazışmalarından çıxarışlar mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, həmin yazışmaların aidliyini, yəni həqiqətən də cavabdeh tərəfindən icra olunduğunu müəyyən etmək mümkün deyil. Cavabdeh isə, bunu təkzib edir. Şahid ifadələrinə münasibətdə isə, Kollegiya, hesab edir ki, iddiaçı tərəfindən məhkəmə iclas zalına dəvət olunmuş şahidlərin ifadələri də onun cavabdehin hüquqa zidd əməli nəticəsində zərərə düşməsi qənaətinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. Çünki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər ifadələrində yalnızca İddiaçı məxsus torpaq sahəsində tikinti apardıqlarını, cavabdehin isə gələrək, tikintiyə təpik vurmaqla mane olduğunu bildirmişlər. Göründüyü kimi, şahidlər tikintinin cavabdeh tərəfindən sökülməsini deyil, davam etdirilməsinə maneə yaradıldığını bildirmişlər. Belə olan halda, baxılan işdə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulması sübuta yetirilməmişdir Beləliklə, iddiaçı, mülki hüquq pozuntusunun iki əlamətini – zərərin mövcudluğunu və həmin zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqəni təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, apelya siya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu təsdiqləyən bütün sübutları məhkəməyə təqdim etmişdir. Birincisi, məhkəmə zamanı dindirilmiş şahidlər izahatları ilə təsdiq etmişlər ki, cavabdeh tərəfindən iddiaçıya 400 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa, cavabdehlə WhatsApp vasitəsilə söhbəti edəndə zamanı o, tikinti materialını götürüb gizlətdiyini etiraf e tmişdir. Həmin SMS və səs yazısı məhkəməyə təqdim olunmuş, lakin məhkəmə həmin SMS və səs yazısını sübut kimi qəbul etməmişdir. Məhkəmə işə baxarkən şahidlərin verdikləri ifadələri təhrif etmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə qətnaməsində “Şahid ifadələrinə münasibətdə isə, Kollegiya, hesab edir ki, iddiaçı tərəfindən məhkəmə iclas zalına dəvət olunmuş şahidlərin ifadələri də onun cavbadehin hüquqa zidd əməli nəticəsində zərərə düşməsi qənaətinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz qənaətinə gəlmişdir. Çünki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər ifadələrində yalnızca İddiaçı məxsus torpaq sahəsində tikinti apardıqlarını, cavabdehin isə gələrək, tikintiyə təpik vurmaqla mane olduğunu bildirmişlər. Göründüyü kimi, şahidlər t ikintinin cavabdeh tərəfindən sökülməsini deyil, davam etdirilməsinə maneə yaradıldığını bildirmişlər. Belə olan halda, baxılan işdə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulması sübuta yetirilməmişdir”. Məhkəmənin bu dəlilləri ilə tamamilə razılaşmırıq. Belə ki, cavabdehin iddiaçıya zərər vurması tam təsdiq olunmuşdur. Aydın olur ki, Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, maddi və prosessual hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə kas asiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddən 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri ü zrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiy a şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində onun tərəfindən məhkəməyə cavabdeh tərəfindən ona maddi ziyan vurulmasına dair bütün sübutları təqdim etməsinə, təqdim etdiyi SMS və səs yazısının sübut kimi qəbul edilmədiyinə istinad etmişdir ki, kasasiya yoxlaması nəticəsində iddiaçının tələbini təsdiq edə biləcək hər hansı mötəbər sübutun məhkəməyə təqdim edildiyi və həmin sübuta qiymət verilmədiyi kimi hal müəyyən edilməmişdir. Daha sonra iddiaçı şahid ifadəsinin təhrif edilməsinə istinad etmişdir ki, bu hal da iş materialları ilə öz təsdiqi tapmamışdır. Hətta iddiaçı şahid ifadəsinin təhrif olunması ilə əlaqədar işə mahiyyəti üzrə baxmış məhkəməyə protokola qeydlər verilməsi ilə bağlı ərizə ilə müraciət etməmiş, dolayısı ilə şahid ifadəsi ilə razılaşmışdır. Ümumilikdə kasasiya yoxl aması nəticəsində də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2820/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.