Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4490/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əsassız alınmış pul məbləğinin, real maddi zərərin, əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)2576/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbayca n Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 2006-cı ildə Cavabdeh Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində bir hasarın içində olan iki torpaq sahəsi almışdır. Onlardan 0,06 ha sahəsi olan torpaq X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin sahə 29 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 38000 ABŞ dollarına iddiaçıya satılmışdır. 0,05 sahəsi olan ikinci torpaq sahəsi Səbail rayon Badamdar Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli qərarı ilə X2 adından İddiaçı bacısı X5 adına rəsmiləşdirilmiş və bunun müqabilində iddiaçı tərəfindən 07 avqust 2006-cı il tarixdə cavabdehə 30410 ABŞ dolları ödənilmişdir.
2. Hər iki torpaq sahəsi 2011-ci il tarixə qəd ər iddiaçının real sahibliyində olmuşdur. Sonradan bacısının adına Bələdiyyə qərarı ilə rəsmiləşdirilmiş 0,05 ha torpaq sahəsi ilə bağlı X7 ilə məhkəmə mübahisələri yaranmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qərarı ilə Səbail rayon Badamdar X1 adına verilmiş 07 iyul 2006-cı il tarixli qərarı ləğv edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30410 ABŞ dolları əsas məbləğin, 3000 manat real zərərin, 74183,47 ABŞ dolları əldən çıxmış faydanın, 50000 manat mənəvi zərər məbləğinin və 3 0 manat dövlət rüsumunun, cəmi 104593,47 ABŞ dolları və 53030 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı və cavabdeh tərəfindən imzalanan Aktda təsbit edilmişdir ki, iddiaçı cavabdehə Səbail rayonu Badamdar Bələdiyyəsinin qərarı ilə olan 0,05 ha torpaq sahəsinə görə 30410 ABŞ dolları vermişdir. Cavabdeh həmin torpaq sahəsini satarkən sənədinin qaydasında olmamasını bilmiş və ya bilməli idi. Çünki o, özü də dəfələrlə bildirmişdir ki, torpağı təcili rəsmiləşdirsin ki, sonra problem olmasın. Digər tərəfdən belə görünür ki, cavabdeh özünün olmayan torpaq sahəsini qanunsuz üsulla (mülki hüquqi müqavilə və ya digər hüquqi əsas olmada n) iddiaçıya “satmış” və iddiaçıya böyük maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh heç bir hüquqi (qanuni) əsas olmadan iddiaçının hesabına varlanmışdır. İddiaçı cavabdeh tərəfindən özünə məxsus olmayan və iddiaçıya “satılmış” torpaq sahəsi üzərində hüquqlarını bərpa etmək üçün həmin torpaq sahəsinin digər sahibinə, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iddialar qaldırmış, bir neçə il məhkəmə çəkişmələrində nümayəndə qismində iştirak etmiş, bu yöndə nəqliyyat, kommunikasiya, hüquqi yardıma görə vəkilə və digər hallara görə real xərclər çəkmiş, bu xərclər də indiyə qədər heç kimsə tərəfindən kompensasiya edilməmişdir. Cavabdeh iddiaçının vəsaitindən ən azı 15 il müddətinə fasiləsiz istifadə etmiş və bundan əsassız faydalanmışdır. İddiaçı isə ən azı həmin müddətdə öz vəsaitindən qanunla müəyyən edilən qaydada istifadə etmək və fayda götürmək imkanından məhrum olmuşdur. Azərbaycan Mərkəzi Bankının Statistik Bülletenlərində əks olunmuş əmanətlər üzrə orta illik faiz dərəcəsinə müvafiq olaraq illik faiz gəliri hesablanmaqla, 15 il üçün əldən çıxmış fayda 74183,47 ABŞ dolları təşkil edir. Həmçinin, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla yanaşı böyük miqdarda maddi zərərə uğramış, aldığı torpaq sahəsi əlindən çıxmış, bu zərəri kompensasiya etmək üçün məhkəmələrdə iddialar qaldırmış, real xərclər çəkmiş, məhkəmə işlərinin nəticəsinə görə dərin stress keçirmiş, habelə 2012-ci ildən 2021-ci ilə qədər müxtəlif hüquq mühafizə orqanlarına şikayətlər ünvanlamış, bununla bağlı işindən qalmış və izahatlar vermiş, habelə bir daha stre ss yaşamış, vaxt və zaman itirmiş, qohumları qarşısında pis vəziyyətdə qalmış və bununla da böyük mənəvi zərərə uğramışdır. Göstərilənlərə əsasən iddiaçıya dəymiş mənəvi zərəri 50000 manat dəyərində qiymətləndirir.
5. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan sənədlərə və Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsinə müvafiq olaraq iddiaçının torpaq sahəsinin satın alınması üçün 07 avqust 2006-cı il tarixdə ödəmiş olduğu 30410 ABŞ dolları pulun həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə görə 26988,88 (30410,00 x 0,8875) manat məbləğində pul məvacibinin məhkəmə qərardadının çıxarıldığı 12 iyul 2021-ci il tarixə Az ərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanan faiz məbləği 29767,61 manat müəyyən edilir. Həmçinin 12 iyul 2021-ci il tarixə ABŞ dolarının Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnəsi 1,70 manat müəyyən edilmişdir. Bu səbəbdən 29767,61 manat 17510,36 (29767,61/1,70) ABŞ dolları təşkil edir.
6. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə verərək, iddia müddətinin keçməsini tətbiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli, 2(009)52/2022 nömrəli qətnaməsi ilə (hakim M.Cavabdeh) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2, 375.2-ci maddələrinə, Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “E.S.Həkimovun şikayəti üzrə” 03 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarlarına istinad edərək göstərmişdir ki, iddiaçı 2011-ci ildə torpaq sahəsi ilə bağlı mübahisənin yaranmasını bilmiş, bununla bağlı polis orqanlarına və məhkəməyə müraciət etmiş, qüvvədə olan 25 avqust 2012-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarı ilə Səbail rayon Badamdar X1 adına verilmiş 07 iyul 2006-cı il tarixli qərarı ləğv edilmişdir. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən iddiaçı daşınmaz əmlakla əlaqədar ödəmiş olduğu pul vəsaitinin qaytarılması barədə 13 mart 2013-cü il tarixdən keçən 6 il ərzində, yəni 2019-cu ilin may ayınadək məhkəmədə iddia irəli sürə bilərdi. Bununla yanaşı, yuxarıda göstərilən tələblə iddiaçı məhkəməyə yalnız 01 iyun 2021-ci il tarixdə müraciət etmişdir ki, bu da, onun tərəfindən qanunla müəyyən edilmiş müddətin pozulduğunu təsdiq edir. Bu zaman iddiaçı öz pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə vaxtında müraciət etməməsi səbəblərini göstərməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi ilə bağlı iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən və cavabdeh tərəfındən iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edildiyindən iddia tələbi rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli, 2(009)-52/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-2576/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli, 2(009)52/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və iddiaçının maddi və mənəvi zərərlə bağlı iddia tələbinin daşınmaz əmlakla bağlı deyil, müqavilədən əmələ gəlməyən öhdəl iklə bağlı olduğuna, iddiaçı və cavabdeh arasında yaranmış olan münasibətlərin daşınmaz əmlakla bağlı münasibətlərdən irəli gəlmədiyinə apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, bu hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-2576/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 384-cü, Mülki Prosessual Məcəllənin 77, 88, 217ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddia müddətinin şamil edilməy ən tələblərdən biri mülkiyyətçinin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması ilə bağlı tələblərdir. Apellyasiya məhkəməsi işin faktiki hallarına, işdə olan sübutlara hərtərəfli qiymət verilməmiş, nəticədə tərəflər arasında yaranmış mübahisəyə əsassız olaraq daşınmaz əşyalarla bağlı müqavilədən irəli gələn mübahisə kimi qiymət verilmişdir. Halbuki işin hallarından və işdə olan sübutlardan aşkar görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğləri cavabdehin məhz iddiaçının mülkiyyət hüquqlarını pozaraq, onun hesabına əsassız yerə varlanması nəticəsində yaranmışdır. İddiaçı dəfələrlə hüquq mühafizə orqanlarına müraciətlər etmiş, hər dəfə də müəyyən araşdırmalar aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Aldadıldığını, ona qarşı cinayət törədildiyini və bu na görə də cavabdehin daha ağır cəzalandırılmasını cinayət mühakimə icraatı qaydasında pozulmuş hüquqlarının bərpa olunacağına ümid etmişdir.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
17. Kassator apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdə n çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 1095-ci maddəsinə əsasən əsass ız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazları nı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı nı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayəti üzrə araşdırmalar aparılmış və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi nin dəyərləndirilməsi ilə əsas etibarı ilə razılaşır.
22. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın hüquq əsasını mülki qanunvericiliyin əsassız varlanma təşkil etmişdir. Həmin tələb üzrə iddia müddəti isə Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən iki il təşkil edir.
23. Hazırki işdən müəyyən olunur ki, iddiaçı azı 2013-cü ilin mart ayından (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qərarı 13 mart 2013-cü il tarixdə qəbul edilmişdir) cavabdehin onun hesabına əsassız varlandığını bilmiş, lakin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Hazırki iddia yalnız 01 iyun 2021-ci il tarixdə məhkəməyə verilmişdir.
24. İddiaçının istintaq orqanına müraciəti ilə bağlı məhkəmə kollegiya sı qeyd edir ki, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin qərarı 15 fevral 2015-ci il tarixdə qəbul edilmiş, həmin tarixdən də hesablanmaqla iddia müddəti ötürülmüşdür.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt öt müş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
26. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
27. Məhkəmə kollegiyası həmçinin apelly asiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının digər tələblərinin həlli sübutların qiymətləndirilməsindən asılı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə qəbul etmişdir.
28. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
29. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb i sə əsaslı hesab edilə bilməz.
30. Apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən vurulmuş ziyanla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut verməmişdir.
31. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri formal və əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
32. Göstərilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-2576/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.