Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4491/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçıların vəkili Aşirov Kənan Şərif oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: xxxx Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (M.Ə.Qasımov, iş № 2(057)-53 /2018) iddiaçılar X15, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı iddiası təmin edilmiş, “xxxx” firmasının xx xxxxxxxx 1996-cı il tarixli Nizamnaməsi və Təsis Müqaviləsində göstərilən, Nizamnamə fonduna daxil olan əmlak və avadanlıqlarında mərhum Şahin Abbasovun payının dəyəri olan 222 manatın hər birinə ayrı-ayrılıqda 37 manat olmaqla Cavabdeh, 3-cü şəxslər X23, X26 və X16 ödənilməklə X5 xx xxxxxx 2010-cu il tarixdən xxxx Firmasındakı təsisçiliyinə xitam verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi: N.F.Mirzəyev, Q.B.Kərimov, Z.B.Babayev, iş № 2(106)-292/2019) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, xxxx Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Azrbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər G.Quliyev, Ə.Mirzəliyev və T.Qoldman, iş No 2(102)-3472/19 saylı mülki iş) Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Abbasov (sədrlik edən, məruzəçi), T.Heydərov və İddiaçı3, 2(106)-128/2020 saylı mülki iş) hazırkı iş üzrə xxxx Rayon Məhkəməsinin 2(057)-53/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, “xxxx” firmasının xx xxxxxxxx 1996-cı il tarixli Nizamn aməsi və Təsis Müqaviləsində göstərilən, Nizamnamə fonduna daxil olan əmlak və avadanlıqlarının ümumi dəyəri olan 264000 (iki yüz altmış dörd min) manatın 10 faizi məbləğində, yəni mərhum Şahin Abbasovun payının dəyəri olan 26400 (iyirmi altı min dörd yüz) manatın hər birinə ayrı- ayrılıqda 5280 (beş min iki yüz səksən) manat olmaqla Cavabdeh, X11, X17, X18 və X16 ödənilməklə X5 xx xxxxxx 2010-cu il tarixdən xxxx Firmasındakı təsisçiliyinə xitam verilməsi, iddianın qalan hissədə təmin edilməmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” firmasının əmlakında mülkiyyətçilərin paylarının naturada ayrılması, bu mümkün olmadıqda, payların qiymətləndirilməsi, mərhum X2nun qanun üzrə vərəsəsinə (vərəsələrinə) əml akdan çatası dəyərin pulla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə prosesinin gedişində iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinə əlavə, iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, X2nun ölümü ilə əlaqədar olaraq onun “xxxx” Firmasındakı nizamnamə fondundakı 2110,04 manat dəyərində əmlakının gələcəkdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada vərəsə hesab edilənlərdən birinə ödəməklə xx xxxxxx 2010-cu il tarixdən xxxx firmasındakı təsisçiliyinə məhkəmə qaydasında xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, müxtəlif qiymətləndirmə hesabatla rı arasında böyük ziddiyyətlər vardır. Bu hallarla bağlı əlavə ekspertiza təyin olunması işin obyektiv, hərtərəfli və tam araşdırılması üçün zəruri olmuşdur. Bu barədə verilmiş vəsatətlərinə münasibət bildirilməmişdir. Əmlakın dəyəri real bazar dəyərindən atıq qiymətləndirilmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili Aşirov Kənan Şərif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxı lmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaş maq olmaz. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozmuş, xxxx rayonu, Bakı-Astara magistralı, Avtovağzal ərazisi ünvanında yerləşən “xxxx” Firmasının balansında olan əmlak və avadanlıqların (X6) hazırki bazar qiymətini (likvid qiymətini) müəyyən etməli olduğu halda, yalnız “xxxx” Firmasının xx xxxxxxxx 1996-cı il tarixli Nizamnaməsi və Təsis Müqaviləsində göstərilən, həmin tarixə Nizamnamə fonduna daxil olan əsas vəsaitlərinin siyahısını əsas götürmüş və müvafiq ekspert rəyi əsasında mərhum X-In payının dəyərini 222,2 manat müəyyən edərək, həmin pul vəsaitinin vərəsələrə ödənilməklə, X5 “xx xxxxxx 2010-cu il tarixdən xxxx Firmasındakı təsisçiliyinə xitam verilməsini qət etmişdir. “xxxx” firmasının direktoru X1 9 xxxx rayonu, Qalalı kəndində yaşayan Cavabdeh ünvanladığı məktubdan görünür ki, “xxxx” firmasının X14 xx xxxxxxxx 1996-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Reyestrlər kitabına 2 saylı 35 nömrə ilə qeydiyyata alınmaqla Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir. xx xxxxxxxx 1996-cı il tarixdə “xxxx” firmasının təsis yığıncağının qərarı ilə firmanın nizamnaməsi təsdiq edilmişdir. Nizamnamənin 1.4-cü bəndinə əsasən müəssisənin təsisçiləri və müəssisə əmlakının mülkiyyətçiləri İddiaçı1, İddiaçı2, X12, İddiaçı3 olmuşlar. “xxxx” firmasının xx xxxxxxxx 1996-cı il tarixdə təsdiq edilmiş təsis müqaviləsinin 3.5-ci bəndinə əsasən təsisçilərdən biri təsisçilikdən çıxdıqda o, müəssis ənin əmlakında olan payını nanunvericliklə nəzərdə tutulmuş qaydada (payının bir hissəsini) digər təsisçilərə və yaxud başqa hüquqi və ya fiziki şəxslərə satmaq və ya bağışlamaq hüququna malikdir. Həmin müqavilənin 3.6-cı bəndində əsasən təsisçilərdən biri vəfat edərsə qanunvericlikdə nəzərdə tutulmuş qaydada vərəsə hesab edilənlərdən biri müəssisənin tam səlahiyyətli təsisçisi hesab edilir. Əgər vərəsə təsis müqaviləsinin və müəssisənin nizamnaməsinin şərtlərini qəbul etməzsə müəssisənin əmlakından ona çatası payın dəyəri pulla ödənilir. X2 xx xxxxxx 2010-cu il tarixdə ölmüşdür. O, öləndən sonra vərəsə kimi o və onun uşaqları təsisçi hesab edilmək üçün qanunvericlikdə nəzərdə tutulmuş qaydada vərəsə hesab edilənlərdən biri müəssisənin tam səlahiyyətli təsisçisi hesab edilir. Əgər vərəsə t əsis müqaviləsinin və müəssisənin nizamnaməsinin şərtlərini qəbul etməzsə müəssisənin əmlakından ona çatası payın dəyəri pulla ödənilir. X2 xx xxxxxx 2010-cu il tarixdə ölmüşdür. O, öləndən sonra vərəsə kimi o və onun uşaqları təsisçi hesab edilmək üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariat kontoruna müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almamışdır. Ona təklif olunmuşdur ki, 10 gün müddətində “xxxx” firmasının təsisçisi olmuş əri X5 vərəsəsi olmağı barədə şhadətnaməni “xxxx” firmasına təqim etsin. Əks təqdirdə ölməsi ilə əlaqədar olaraq X12 təsisçiləri sırasından çıxarılacaqdar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İddiaçı1 və başqalarına ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli bildirişdən görünür ki, xxxx rayonu, Ələt Astara yolu, Avtovağzalın yanı ünvanında tərəflərindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 45000 manat təşkil edən 3000.0 kv.metr torpaq sahəsi satın alınması və ya satın alma hüququ ilə icarəyə götürülməsi üçün onlara təklif olunur. Torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirdiyi halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəkdir. Bildirişin təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina etdikdə, habelə bu təkliflərə göstərilən müddətdə münsaibət bildirilmədikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılacaqdır. Azərbaycan Respublikası Əmlak Məs ələləri Dövlət Komitəsinin xxxx firmasına ünvanladığı bildirişdən görünür ki, 1986-cı il tarixdə istismara verilmiş 2 ədəd metal çən, 1996-cı il tarixdə istismara verilmiş 8.4 kv.m operator binası, 1986-cı il tarixdə istismara verilmiş “Nara” yanacaq paylayıcı kalonka 1 ədəd, 1986-cı il tarixdə istismara verilmiş 3 ədəd 10 kub.m yanacaq çənləri, 1986-cı il tarixdə istismara verilmiş 1 ədəd “Rekord-312” televizor, 1988-ci il tarixdə istismara verilmiş 1 ədəd BK 2300 kondisioner, 1978-ci il tarixdə istismara verilmiş 1 ədəd yağın şiti, 1976-cı il tarixdə istismara verilmiş 1 ədəd 10 kub.m yağ çəni, 1976-cı il tarixdə istismara verilmiş 5,18 kub.m su hovuzu, 1976-cı il tarixdə istismara verilmiş 1 ədəd şimşək ötürücü, 1976-cı il tarixdə istismara verilmiş 3 ədəd projektor, 1994-cü il tarixdə istismara verilmiş nasos qurğusu, 1986-cı il tarixdə istismara verilmiş 2 ədəd yanacaq paylayıcı kalonka, 1996-cı il tarixdə istismara verilmiş ayaq yolu “xxxx” firmasının təsisçiləri İddiaçı1, İddiaçı2, X20, İddiaçı3 tərəfindən özəlləşdirilmiş xxxx rayonu, Bakı-Astara magistralı, Avtovağzal ərazisi ünvanında yerləşən xxxx Neftbazasının 2 nömrəli X6 əmlakının tərkibinə daxil olan əsas vəsaitlərdir. xxxx rayon Arbatan kənd İnzibati Ərazi X1 verdiyi xx xxxxxxxx 2017-ci il tarixli arayışından görünür ki, onun atası X12 xx xxxxxx 2010-cu il tarixdə ölmüş, onların daimi yaşayış yeri xxxx rayonu, Arbatan kəndi olmuş, vərəsələri arvadı Cavabdeh, oğlu X23, oğlu X26 və oğlu X21r. Qeyd olunandan başqa vərəsələri yoxdur. “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən gö rünür ki, xx xxxx 1985-ci il tarixdə doğulmuş X3 Yelena Nikolayevnadan doğulmuş X22 atası hesab edilmişdir. Doğum haqqında arayışdan görünür ki, X26 xx xxxxxxx 1988-ci il tarixdə X12 və Cavabdeh birgə nikahlarından doğulmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, X7 xx xxxxxx 1991 -ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, X8 xx xxxx 2002-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 rayonu, Arbatan kəndində qeydiyyatdadır. “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki “xxxx” firmasının xx xxxxxxxx 1996-cı il tarixli Nizamnaməsi və Təsis Müqaviləsində göstərilən, Nizamnamə fonduna daxil olan ********* AZM dəyərində olan əmlak və avadanlıqların (yerində aşkar edilənlərin) hazırki bazar dəyəri 2895 manat, “xxxx” firmasının xx xxxxxxxx 1996-cı il tarixli Nizamnaməsi və Təsis Müqaviləsində göstərilən, Nizamnamə fonduna daxil olan ********* AZN dəyərində olan əmlak və avadanlıqların hazırki bazar dəyərinin 10,1 %-i 292 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, 2 ədəd metal çən 5 kub metr 1986-cı il istehsalı yararsız çürümüş halda 1 ədədinin qiyməti 100 manat, cəmi 200 manat, 3 ədəd yanacaq çəni 10 kub metr yararsız halda 1 ədədinin qiyməti 200 manat, cəmi 600 manat, 1 ədəd yanğın şiti 1978-ci il istehsalı yararsız halda qiyməti 25 manat, 1 ədəd yağ çəni 10 kub metr 1976-cı il istehsalı yararsız halda qiyməti 200 manat, 3 ədəd projektor 1994-cü il istehsalı hər birinin qiyməti 30 manat, cəmi 90 manat, 1 ədəd nasos qurğusu 1994-cü il istehsalı qiyməti 40 manat, 1 ədəd şimşək ötürücü (uzunluğu 20 m) diametri 100 mm (10m) diametr 75 mm (10 mm) qiyməti 350 manat təşkil edir. Ümumilikdə 7 adda müxtəlif malların istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti təxminən 1505 manat, 10,1 faizi 152 manat müəyyən edilmişdir. Su hovuzunun qiymətinin müyyən edilməsi ekspert əmtəəşünasın səlahiyyətinə aid deyildir. “xxxx” firmasının iş materiallarına əlavə edilmiş Nizamnaməsinin 1.4-cü bəndində müəssisənin təsisçilərinin və müəssisə əmlakının mülkiyyətçilərinin İddiaçı1, İddiaçı2, X20 və İddiaçı3 olduğu göstərilmişdir. Müəssisənin Nizamnaməsinin 3.1-ci bəndində müəssisənin təsisçiləri tərəfindən ********* (yüz dörd milyon yüz doxsan doqquz min) manat məbləğində nizamnamə fondunun yaradıldığı, İddiaçı1 72519213 (yetmiş iki milyon beş yüz on doqquz min iki yüz on üç) manat dəyərində əmlakın, nizamnamə fondunun 69,65 %-nin, İddiaçı2 10550213 (on milyon beş yüz əlli min iki yüz on üç) manat dəyərində əmlakın, nizamnamə fondunun 10,1 %-nin, X9 10550213 (on milyon beş yüz əlli min iki yüz on üç) manat dəyərində əmlakın, nizamnamə fondunun 10,1 %-nin, İddiaçı3 10550213 (on milyon beş yüz əlli min iki yüz on üç) manat dəyərində əmlakın, nizamnamə fondunun 10,1 %-nin ona məxsus olduğu göstərilmişdir. Müəssisənin Nizamnaməsinin 6.3-cü bəndində müəssisənin əmlakını onun əsas fondu, dövriyyə vəsaiti və müəssisənin müstəqil bansında olan başqa qiymətli şeylərin təşkil etdiyi, müəssisənin əmlak ının təsisçilərin mülkiyyəti olub, təsərrüfatın tam idarə edilməsi üçün onlara məxsus olduğu göstərilmişdir. Nizamnamənin 7.2-ci bəndində müəssisənin İdarə Heyətinin onun sərəncam verici orqanı olduğu, təsisçilərin təsis müqaviləsində nəzərədə tutulmuş qadada İdarə heyətini və onun səlahiyyətlərini müəyyən etdiyi, İdarə heyətinin səlahiyyətləri, keçirilməsi qaydası ayrıca razılaşma ilə də müəyyən edildiyi göstərilmişdir. «xxxx» firmasının Təsis Müqaviləsinin 3.5-ci bəndinin tələbinə görə təsiçilərdən biri təsisçilikdən çıxdıqda o, müəssisənin əmlakında olan payını qanunvericilikdə nəzərədə tutulmuş qaydada (payının bir hissəsini) digər təsisçilərə və yaxud başqa hüquqi və ya fiziki şəxslərə satmaq və ya bağışlamaq hüququna malikdir. Bununla yanaşı iddiaçıların nümayəndəsinin iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə əlavə etdiyi qiymətləndirici rəyindən görünür ki, “xxxx” Ekspertiza və Hüquq Şirkəti baxışa təqdim edilmiş 4 adda avadanlıqların orta bazar qiyməti ilə ümumi dəyərini 8900,00 (səkkiz min doqquz yüz) manat məbləğində qiymətləndirmişdir. İddiaçıların nümayəndəsinin “xxxx” MMC-nin rəyini mübahisələndirərək təkrar ekspertiza təyin olunması barədə vəsatətini də nəzərə almaqla təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsinin həvalə edildiyi “xxxx” MMCnin xx xxxxxx 2020-ci il tarixli rəyi ilə xxxx rayonu, Bakı-Astara magistralı, Avtovağzal ərazisi ünvanında yerləşən “xxxx” Firmasının balansında olan əmlak və avadanlıqların (X6) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan hazırki qiymətinin 351750 manat; likvid qiymətinin 264000 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1 -ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. İş üzrə bir neçə və bir-birinə zidd olan ekspert rəyləri olduğu üçün Apellyasiya məhkəməsi həmin rəyləri dəyərləndirməklə yekun nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli və “xxxx” Ekspertiza və Hüquq Şirkətinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəylərini “xxxx” Firmasının balansında olan əmlak və avadanlıqların (X6) hazırki qiymətinə uyğun hesab etmir. Belə ki, həmin cəmiyyətlərin və Mərkəzin ekspetləri tərəfindən yalnız “xxxx” firmasının xx xxxxxxxx 1996cı il tarixli Nizamnaməsi və Təsis Müqaviləsində göstərilən, həmin tarixə Nizamnamə fonduna daxil olan əsas vəsaitlərinin siyahısını əsas götürərək müəyyən etmişlər. Halbuki, apelyasiya baxışı zamanı tərəflərin izahatı və cavabdeh tərəfindən təqdim edilmiş CD diskinə baxış zamanı müəyyən edilmişdir ki, “xxxx” Firmasının balansında olan X6 yerində müasir tipli yeni X14 inşa edilmiş və həmin X6 xx.xx.1998-ci il tarixdə təsisçilərin iştirakı ilə açılışı edilməklə, həmin vaxtdan YDM-i fəaliyyətə başlamışdır. Ona görə apellyasiya baxışı zamanı təyin olunmuş və “xxxx” MMC-nin ekspertinin müəyyən etdiyi 264000 manat qiymət (likvid qiyməti) əmlakın real qiyməti kimi qəbul edilmişdir. Həmin rəy in əmlakın real qiymətini əks etdirməməsi barədə irəli sürülmüş dəlillərlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermiş (MPM-nin 102.2-ci maddəsi), kollegiya bu hüququndan istifadə etməklə müvafiq rəyləri əldə etmiş, ağlabatan mühakimə əsasında həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir. İşin faktiki hallarına aid həmin məsələlərlə bağlı sübutların təqdim edilməsi və araşdırılması üçün kifayət qədər şərait yaradılmışdır. Kassasiya məhkəməsi hazırkı icraatda işin hallarının kifayət qədər araşdırılmaması ilə bağlı dəlilləri yoxlamır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4491/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4491/2020
25.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver