Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4491/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3706/2021 nömrəli, 03 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-24/2018 saylı 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə X5 və X2 "xxxx" ASC-nin xeyrinə pul tutulmuş və icraya yönəlmişdir. Bundan sonra Cavabdehlər "xxxx" ASC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə məhkəmə icraatı bitənədək Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətlərin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, qərardadla əriz ə təmin edilmiş və icra hərəkətləri dayandırılmışdır. Məhkəmə qərarları ilə Cavabdeh iddia tələbi təmin edilməmişdir. İddiaçı bundan sonra hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2939 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş edir.
3. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdehlər "xxxx" ASC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 3 6 saylı evin 58 nömrəli mənzilinə dair 26.01.2015-ci il tarixli İ-01/000082 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə məhkəmə icraatı bitənədək Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətlərin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2(001)- 5590/2019 saylı, 20,06.2019-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən, Bakı şəhəri, Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə məhkəmə icraatı bitənədək Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətləri müvəqqəti olaraq dayandırılmışdır. 2(001)292/2020 saylı, 23.01.2020-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər "xxxx" ASC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra, "xxxx" ASC tərəfindən iddianın təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. 2(001)-292/2020 saylı, 31.08.2020-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətlərin davam etdirilməsi müəyyən edilmişdir. İpoteka predmeti olan cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinin bazar qiyməti 280000 manat müəyyən edilmişdir. 2(106)-24/2018 saylı, 13.04.2018-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzili açıq hərracdan satılması məqsədi ilə Hərrac Mərkəzi "xxxx" MMC-yə göndərilmişdir. 2(001)5590/2019 saylı, 20.06.2019-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkə tləri Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən dayandırılmış və nəticədə "xxxx" ASC-yə madadi ziyan dəymişdir. Cavabdeh tərəfindən verilmiş əsassız ərizə və şikayətlərə görə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 24/2018 saylı, 13.04.2018-ci il tarixli icra vərəqəsi bugünədək icra olunmamışdır. 58.785.82 ABŞ dolları məbləğində olan borcun icra tədbirlərinin dayandırılması nəticəsində "xxxx" ASC-yə bu günədək ödənilməmişdir. 58785.82 ABŞ dolları məbləğində vəsaitin illik beş faizi 2939 ABŞ dolları təşkil edir.
4. İddiaçı tələbinin əsası kimi MPM-nin 164-cü və Mülki Məcəllənin 445.7. maddəsinə istinad etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-770/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə iddia tələbini rədd edərkən “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına istinad etmişdir. Məhkəmənin mübahisə ilə bağlı mövqeyi belə olmuşdur ki, iddiaçı ona zərər vurulması halını sübuta yetirə bilməmişdir. 1-ci instansiya məhkəməsi iddiaçının tələbinin qanuni əsasının tapılması ilə bağlı dəyərləndirmə aparmamış, irəli sürülən tələbin həmin normanın (tələbin qanuni əsasını təşkil edən normanın) dispozisiya şərtlərinə uyğunluğunu yoxlamamış və ümumi olaraq iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsini qeyd etməklə iddianı rədd etmişdir.
7. Birin ci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
8. Bakı Apelyasiya Məhkəməsi MK-nın 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Kazımov (sərlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş; Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)- 770/2021 nömrəli qətnaməsi İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və yenə də ümumi olaraq iddiaçının sübutemtə yükünün öhdəsində gələ bilməməs i əsası ilə qətnaməni dəyişdirmçədən saxlamışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 11. ddiaçı İddiaçı ASC kasasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə əsasən, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan təl əb etməyə haqlıdır.
17. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.)
18. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublika sının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
19. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
20. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəy yən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonr a məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə Apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı çıxardığı qət naməni qanuni və əsaslı hesab etmir.
25. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpoz isiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur.
26. İşə baxan nə 1-ci instansiya məhkəməsi və nədə Apelyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin qanuni əsası ilə bağlı heç bir dəyərləndirmə aparmamışlar. Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin səhvini təkrarlayaraq ümumi sözlərlə qətnaməni dəyişdirmədən saxlamışdır.
27. Məhkəmə mübahisə ilə bağlı düzgün qərar qəbul edilməsini təmin etmək üçün ilk növbədə tərəflər arasında mövcud olmuş münasibətləri aydınlaşdırmalı və dəyərləndirməli idi. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh başqa bir mülki mübahisə başlatmaqla ona zərər vurmuşdur. Bunu onunla əsaslandırır ki, həmin mülki işə baxılarkən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını ləngidən hərəkətlərə yol verilmiş və cavabdehin ərizəsi əsasında icra icraatı dayandırılmış, icra sənədi uzun müddət icra edilməmiş qalmış və banka ziyan dəymişdir.
28. İddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə, MM-nin 445.7. maddəsinə istinad etmişdir.
29. İşə baxan məhkəmələr iddia tələbinin qanuni əsasının hansı maddi hüquq norması təşkil etməsi ilə bağlı ümumiyyətlə dəyərləndirmə aparmamışlar.
30. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə məhkəmə qərarının tərtib edilməsi qaydalarına uyğun gəlmir və əsaslı deyil.
31. Məhkəmələr tələbin qanuni əsasını tapmaqda iddiaçının deməsindən asılı deyillər. Hazırkı işdə, yuxarıd a qeyd olunduğu kimi iddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə, MM-nin 445.7. maddəsinə istinad etmişdir. Məhz 445.7. maddəsinə istinad etməklə iddiaçı borc məbləğinə (icra sənədi ilə müəyyən edilmiş borc məbləğinə) görə illik beş faiz pul tələb edir.
32. İşə baxan 1-ci instansiya məhkəməsi bu normaların tələbin qanuni əsasını təşkil edib-etməməsi ilə bağlı yoxlama aparmalı idi. Onda müəyyən edilərdi ki, 445.7. maddəsi tələbin qanuni əsası ola bilməz. Çünki iddiaçının istinad etdiyi həmin normada deyilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
33. Göründüyü kimi həmin nor ma o şəxsə münasibətdə tətbiq olunur ki, şəxs iddiaçı qarşısında borclu olsun və pulun ödənilməsini gecikdirsin. İşin faktiki hallarından görünür ki, hazırkı iş üzrə cavabdeh "xxxx" ASC-nin pul, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi üzrə çıxarılmış qətnamə üzrə verilmiş icra sənədində borclu deyil. Ona görə həmin norma (445.7 maddə) bu əsasla iddiaçının tələbinin qanuni əsası ola bilməz.
34. İddiaçının tələbinin qanuni əsasına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 164-cü maddəsi və Mülki Məcəllənin 21-ci maddəsi uyğun gəlir. 1ci normaya görə iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə ha qlıdır. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Məhkəmələr tələbin qanuni əsasını bu qaydada tapdıqdan sonra faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını yoxlamalı və qərar qəbul etməli idilər. “İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməişdir, cavabdeh məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir” kimi ümumi sözlərlə tərtib edilmiş qərar iddianın hansı əsasla rədd edilməsinə aydınlıq gətirmir. Məhkəmə qərarı konkret olmaqla yanaşı eyni zamanda aydın olmalıdır. Kimin kimdən nə və hansı əsasla tələb etməsinə aydınlıq gətirilməli, irəli sürülən tələb rədd edildikdə də onun hansı əsasla təmin edilmədiyi aydın şərh edilməlidir.
36. Tələbin qanuni əsasnın tapılması ona görə lazım idi ki, çıxarılmış qətnamə qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etməsin. İddia təmin olunmayıb ona görə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Hazırkı tələbin qanuni əsası kimi məs: iddiaçının dediyi kimi 445.7. maddəsi götürülərsə onda belə qənaət hasil olur ki, qətnamə düzgün əsaslandırılmayıbdır. Çünki həmin normaya istinad etməklə tələb olunan beş faizlik məbləği iddiaçının sübut etməsinə zərurət yoxdur. Beləki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında bu barədə geniş şərh verilmişdir.
37. Amma, tələbin qanuni əsası kimi MPM 164-cü və MM-nin 21-ci maddəsi götürüldükdə iddiaçının sübutetmənin öhdəsindən gələ bilməməsi əsası ilə iddianın rədd edilməsi mümkündür.
38. Məhkəmə kollegiyasının hazırkı qətnaməni ləğv etməkdə eyni zamanda məqsədi ondan ibarətdir ki, məhkəmə qərarlarının tərtib edilməsi ilə bağlı vahid bir məhkəmə təcrübəsi yaransın. Elə bir təcrübə yaransın ki, məhkəmə qərarları artıq söz yığını olmadan, qıssa, məntiqi ardıcıllıqla, oxunaqlı, əsaslandırılmış olsun, qərarı oxuyan şəxs mübahisənin mahiyyətini dərk edə bilsin, tələbin hansı əsasla təmin və yaxud rədd edilməsini anlaya bilsin.
39. Məhkəmə kollegiyası qeyd olunan lara yekun vuraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli və mübahisəyə hazırkı qərarda qeyd olunan göstərişlərə uyğun olaraq qiymət verilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3706/2021 nömrəli, 03 may 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.