Məhkəmə qərarları › İş №2(102)-4499/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4499/2021

31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4499/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərrac protokolunun etibarsızlığı ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, İddiaçının vəkili Əhmədova Samirə Sabir qızının iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1154/2021 nömrəli, 03 fevral 20 21-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının mənzili kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edildiyi üçün məhkəmə qətnaməsi əsasında hərraca çıxarılaraq satılmışdır. İddiaçı keçirilmiş hərraclar barədə məlumat verilməməsi, bildirişlərin ünvana göndərilməməsi və əmlakın satılmadığı halda onun dəyərinin ödənilməsi barədə məlumat verilməməsi əsası ilə hərracın nəticələrini mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin satılması ilə bağlı hərracın yekunları barədə 21.01.2020-ci il tarixli, 03/1 saylı protokolun etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: Onunla "xxxx" İKB ASC arasında bağlanmış 16.01.2015-ci il tarixli kredit muqaviləsinin ləğv edilməsi, ondan 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.01.2018-ci tarixə banka yaranan 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə, ümumilikdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildir işin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq “Nikoyl “ İKB ASC-nə ödənilməsi, tutmanın onun mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv/m ümumi, 154 kv/ m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılıb əldə olunan vəsait hesabına borc məbləğinin "xxxx" İKB ASC-nə ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiymətinin 85.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən,179,2 kv/m ümumi,154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 55.000 manat müəyyən olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən 13 iyun 2018-ci il tarixli, 2(009)-428/2018 saylı icra vərəqəsinə əsasən icra üzrə icraat başlanılmışdır. Sə bail rayon İcra və Probasiya Şöbəsi heç bir qiymətləndirmə aparmadan 15 oktyabr 2019-cu il tarixli, 81228/19-16157364 nömrəli məktubla "xxxx" MMC-yə müracət olunaraq Bakı şəhəri,Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı 31,5 k/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin hərraca çıxarılması sifariş olunmuşdur. Bundan sonra həmin əmlak kompleksi açıq hərraca çıxarılmış və 21 yanvar 2020-ci il tarixli,Y-03/1 saylı "xxxx"a əsasən 35 063 manata Yelobank ASC-yə satılmışdır. Hesab edir ki, keçirilmiş hərraclar qanunsuz olub, ona heç bir məlumat verilməyib və bildirişlər ünvana göndərilməmişdir. Həmçinin Əmlak satılmadığı halda onun dəyərinin ödənilməsi barədə məlumat verilməmişdir. İddiaçı göstərilənlərə əsasən hesab edir ki, ”Əmlak İxtisaslaşdırılm ış Hərrac Mərkəzi” MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı 31,5 k/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzili barəsində hərracın yekunları barədə 21.01.2020-ci il tarixli, 03/1 nömrəli protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-869/2021 saylı, 02 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı 31,5 k/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin satılmasına dair “hərracın nəticələri haqqında 21.01.2020-ci il tarixli, 03/1 protokol etibarsız hesab edilmiş; Ödənilmiş 10 manat dövlət rüs umu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416; “İpoteka haqqında” Qanunun 41.1, 42.1, 42.3, 43.7, 43.9, 44-cü maddələrinə istinad etmişdir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi belə olmuşdur ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmadığı üçün hərracın keçirilməsi qaydaları pozulduğundan hərracın nəticələri etibarsız hesab olunmalıdır.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 ASC apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 03.02.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- İ.Şirinov (sərlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) Cavabdeh2 ASC tərəfindən verilmiş a pellyasiya şikayəti təmin olunmamış; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-869/2021 saylı, 02 oktyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Həmin məhkəmənin də mübahisə ilə bağlı mövqeyi 1-ci instansiya məhkəməsinin mövqeyi ilə üst-üstə düşmüşdür.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunmaması barədə q ərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məktubların (bildirişlərin) ünvana çatdırılmamasına görə nə bank, nə hərrac təşkikatı heç bir məsuliyyət daşımır. İddiaçı məhkəmə qətnamələrindən xəbərdar olduğundan, sonunda mənzilin hərraca çıxarılıb satılacağını bilməli idi. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsi tam deyil və anlaşılmazdır. Yəni, Yelo Bank ASC-nin hərracm nəticələrinə haqqında protokolun etibarsız hesab edildikdən sonrakı hərəkətlər, əmlakın yenidən qiymətləndirilibqiymətləndirilməməsi, yaxud hansısa qiymətlə yenidən hərracın keçirilməsi və sair bu kimi hallar qətnamə ilə müəyyən edilməmişdir. Bu isə birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin icrası zamanı anlaşılmamazlıqlara səbəb ola bilər. Həmçinin, bu hal iş üzrə qüvvədə olan digər məhkəmə qətnaməsinin də icrasına maneə olacaq. İddiaçı eyni predmet və əsasla məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC və Yelobank ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, XırdalanBinəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksinin satılması ilə bağlı hərracın yekunları barədə 21.01.2020-ci il tarixli, 02/2 protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)870/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle qiyasmın 03.03.2021-ci il tarixli 2(103)1791/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili Əhmədova Samirə Sabir qızı kassasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

14. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycanq Respublikası Mülki Məcəlləsi:

16. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunverici liklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun:

17. Maddə. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satı şa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

18. Maddə. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol v erilmir.

19. Maddə. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kolle giyası aşağıdakı əsaslara görə mübahisə ilə bağlı apellyasiya instansiya məhkəmsəsinin mövqeyi ilə razılaşmır.

26. İddiaçı yeganə bir əsasla hərracın nəticələrinin etibarsız hesab olunmasını tələb edir. Həmin əsas ondan ibarətdir ki, hərracın vaxtı və yeri barədə ona məlumat verilməmişdir. İşə baxan məhkəmələr də elə həmin əsasla iddianı təmin etmişlər. Məhkəmələr qeyd etmişlər ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya çatmamışdır və hərrac təşkilatı onların çatdırılması üçün bildirişləri Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edə bilərdirlər. Apelyasiya Məhkəməsi bununla bağlı MM-nin 415.2. maddəsinə, “İpoteka haqqında” Qanunun 42.1. maddəsinə istinad etmişdir.

27. Əvvəla, işin sübuta yetirilmiş halı ondan ibarətdir ki, hərracın keçirilməsinə dair bildirişlər hər dəfə si farişli məktubla (qanunda yazılan kimi) iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanına çatdırılmışdır. Hər dəfə iddiaçının həmin ünvanda yaşamadığı aşkar edilmişdir. Belə vəziyətddə qanunverici hərrac təşkilatının üzərinə həmin məktubu mənzilə xidmət göstərən Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edilməsini nəzərdə tutmamışdır.

28. Bundan başqa, Mülki Məcəllənin 415.2. maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı s urətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

29. Məhkəmələr müəyyən etmişlər ki, "xxxx" MMC Səbail rayon İcra Şöbəsinə, "xxxx" İKB ASC -yə, İddiaçı 15 noyabr 2019- cu il tarixli, 1061 saylı bildiriş göndərərək Səbail rayon İcra şöbəsinin 15.10.2019-cu il tarixli sifarişli məktubuna əsasən, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiyməti 85.000 manata satılması üçün açıq hərracın 11 dekabr 2019-cu il tarixə, saat 11:00-a təyin edilməsini məlumat vermişdir.

30. Əmlak haqqında məlumat “Birja yenilikləri” və “Market” qəzetlərinin 15.11.19cu il tarixli nəşrlərində Lot 573/19 nömrə ilə Səbail rayonu, Rəsu l Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzillə bağlı açıq hərracın 11 dekabr 2019-cu il tarixdə keçiriləcəyi qeyd edilmişdir. 31. "xxxx" MMC-nin Səbail rayon İcra Şöbəsinə, "xxxx" İKB ASC-yə, İddiaçı ünvanlanmış 13 dekabr 2019- cu il tarixli, 1203 saylı bildirişindən aydın olur ki, Səbail rayon İcra şöbəsinin 15.10.2019- cu il tarixli sifarişli məktubuna əsasən, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil təkrar hərraca 72250 manata satılması üçün açıq hərrac 25 dekabr 2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” və “Market” qəzetlərinin 13.12.19-cu il tarixli nəşrlərində Lot 573/19/1/2 nömrəsi ilə dərc olunmuşdur.

32. İddiaçı bilirdi ki, onun mənzilinə tutma yönəldilmişdir və hərracda satılmaq üçün çıxarılacaq. Əvvəla, hərracın keçirilməsində onun özü maraqlı idi və yaşayış yerini dəyişdiyi təqdirdə bu barədə icranı həyata keçirən orqana, hərrac təşkilatına məlumat verməli idi. Hansıki, hazırkı işə baxılarkən də iddiaçıya bildirişin təqdim etməyin mümkün olmaması əsası ilə iddia tələbi bir dəfə baxılmamış saxlanmış və sonradan iddiaçı rayonda qardaşının yanında yaşamasını, məhkəmənin vaxtı və yeri barədə məlumatsız olmasını bildirərək icraatın təzələnməsinə nail olmuşdur. Bundan başqa, borcluya bildirişin şəxsən çatdırılmaması əsası ilə hərracın etibarsız hesab olunması təcrübəsi ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satılması imkanlarını heçə endirir, m ülki dövriyyənin sabitliyini pozmuş olur. Beləki, hərrac təşkilatının göndərdiyi bildirişi almaqdan yayınma, əmlakı hərraca çıxarılan borclu üçün əqdin sonradan etibarsız hesab olunması əsasını əldə etmək üçün ən asan çıxış yoludur. Belə təcrübə ipotekanın fəlsəfəsinə, mahiyyətinə uyğun gəlmir. İnkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi o istiqamətdə inkişaf edir ki, öhdəliklər vaxtında icra edilmədikdə onun təminatı kimi çıxış edən ipoteka ilə yüklü edilmiş əmlakların kreditorun mənafeyinə uyğun realizə olunması prosedurları sadələşdirilsin, məhkəmə qərarları olmadan həmin əmlaklara tutma yönəldilsin. Belə təcrübə maliyyəkredit sahəsində münasibətlərin inkişafına, kreditorların mənafelərinin qorunmasına xidmət edir ki, bu sahədə müsbət nəticələr əldə etmək mümkün olsun. Kreditorun təmina tı nə qədər zəmanətli olarsa, kredit alana edilən güzəştlər (məs: müqavilələrin daha sərfəli şərtlərl bağlanması) də bir o qədər əlçatan olar.

33. Qeyd olunanları nəzərə alaraq kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir.

34. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları rəhbər tutaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Apelyasiya Məhkəməsinin qətnaməsi ləğv edilməli və mübahisə ilə bağlı yenidən dəyərləndirmə aparılması üçün mülki iş apelyasiya instansiyası icraatına qaytarılmalıdır.

35. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apel yasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1154/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar