Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-45/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 Zülfüqar oğlu və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın həbsdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(103)3594/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayə tləri üzrə işə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1 ilə X11 arasında nikah 02 dekabr 1997-ci il tarixdə bağlanmışdır.
2. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2007-ci il tarixli, 076 saylı Sərəncamından Çıxarışa əsasən Bakı şəhəri, Novxanı bağları ərazisində yerləşən, 1000 kv.metrlik, 1621 saylı bağ sahəsi Novxanı kənd sakini X7 adından İddiaçı1 adına keçirilmişdir.
3. Abşeron rayon X5 30 aprel 2007-ci il tarixli, 06 saylı iclasının Qərarından Çıxarışa əsasən, İddiaçı1 bələdiyyənin inzibati ərazisi olan bağlar massivində bağ evi tikmək üçün 0.04 ha torpaq sahəsi satılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən bağ evi 08 aprel 2010-cu il tarixdə mülkiyyət hüququ üzrə tam şəkildə İddiaçı1 adına qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin 25 oktyabr 2016-cı il tarixli qərarına əsasən, X2 Azərbaycan Respublikası CM-nin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur.
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 1621 saylı bağ evi X8nun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünün X2 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1621 saylı bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Bank "xxxx" ASC-nin 20 iyun 2019-cu il tarixli, İH-2019/3130 saylı məktubundan görünür ki, ünvan 1 bağ evi 02 iyun 2010-cu il tarixli, 238/ZB saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və hal-hazırda da Bankın xeyrinə ipot eka ilə yüklüdür.
9. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-1446/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0.14 ha sahəsi olan 1621 saylı bağ sahəsi və orada yerləşən sahəsi 169.1 kv.metr olan bağ evində İddiaçı2 ¾ hissədə və cavabdeh İddiaçı1 ¼ hissədə payları müəyyən edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 07 iyul 2022-ci il tarixli məktubuna əsasən, əmlakın təhvil-təslim edilməsi vaxtının 11 avqust 2022-ci il, saat 11:00-da təyin edildiyi göstərilərək 10 avqust 2022-ci ildə evin boşaldılaraq təhvil verilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 (üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu, X8, X6 X20) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində, 0.14 ha torpaq sahəsində yerləşən, 1621 saylı bağ sahəsi və orada yerləşən sahəsi 169.1 kv.metr olan bağ evinin həbsdən azad olunması və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi, 0.14 ha torpaq sahəsində yerləşən 1621 saylı bağ sahəsi və orada yerləşən sahəsi 169.1 kv.metr olan bağ evinin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/2018 saylı icra sənədinin icra edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddi açı2 və İddiaçı1 02 dekabr 1997-ci ildən rəsmi nikahdadırlar. 08 aprel 2010-cu il tarixli, MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, İddiaçı1 adına qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi, 0,14 ha torpaq sahəsində yerləşən, 1621 saylı bağ sahəsi və orada yerləşən sahəsi 169.1 kv.metr olan bağ evi İddiaçı1 və İddiaçı2 birgə nikah dövründə əldə edilmiş əmlakı olduğundan iddiaçıların birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2007-ci il tarixli, 076 saylı Sərəncamından Çıxarışa əsasən X7 adından İddiaçı1 adına keçirilmişdir. İddiaçılar birgə nikah dövründə əldə edilmiş vəsaitlərini toplayaraq həmin sahəni yaxşılaşdırmış, o cümlədən bağ evinin inşa edilməsi və təmiri üçün xeyli vəsait sərf etmişlər. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(102)-1446/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi, 0,14 ha torpaq sahəsində yerləşən 1621 saylı bağ sahəsi və orada yerləşən sahəsi 169.1 kv.metr olan bağ evi üzərində birgə mülkiyyətçilər İddiaçı2 ¾ hissədə və İddiaçı1 ¼ hissədə payları müəyyən edilmişdir. 18 iyul 2022-ci ildə İddiaçı1 adına göndərilmiş Nəsimi Rayon İcra Şöbəsinin 07 iyul 2022-ci il tarixli məktubunda Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/2018 saylı icra sənədinə əsasən Abşeron rayonu, Novxanı kəndi Bağlar massivi, 0.14 ha torpaq sahəsində yerləşən torpaq sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu, X6 X18 05 iyul 2022-ci il tarixli məktub unda əmlakın təhvil-təslim edilməsi vaxtının 11 avqust 2022-ci il, saat 11:00-da təyin edildiyi göstərilərək 10 avqust 2022-ci ildə evin boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Halbuki, məktubda istinad edilən Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/2018 saylı icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün nə İddiaçı1 ilə, nə də İddiaçı2 ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmü ilə İddiaçı1 qardaşı X8 Azərbaycan Respublikası CM-nin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə, həmin hökmlə bir sıra digər əmla klarla yanaşı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi, 0.14 ha torpaq sahəsində yerləşən 1621 saylı bağ sahəsi və orada yerləşən sahəsi 169.1 kv.metr olan bağ evinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən iddiaçılara məxsus əmlakın xüsusi müsadirəsi cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 1-1(103)-40 saylı qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmündən məhkum X8 tərəf indən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə təmin edilməmişdir. İddiaçı1 mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə Ali Məhkəmənin 20 may 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X8 tərəfindən Ali Məhkəmənin Hərbi Kollegiyasına kassasiya şikayəti verilmişdir və ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarından X8 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmə nin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmişdir. İddiaçı1 və İddiaçı2 məxsus əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda iddiaçılar həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüququnu müdafiə etmək imkanından məhrum edilmişlər. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququndan da məhrum edilmişlər. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. İddiaçılar əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına cəlb edilməmiş, onların izahatları alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırkı mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Habelə, bağ sahəsinin satılması ilə bağlı hərracın keçirilməsi və onun nəticəsi barədə də iddiaçılara heç bir məlumat verilməmiş, qəflətən bildiriş göndərilərək əmlakın boşaldılması tələb edilmişdir. Qanuni mülkiyyətçi olan iddiaçılar cinayət törətməmiş, əmlakı cinayət yolu ilə əldə etməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə ünvan 2 ünvanda yerləşən bağ sahəsinin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaka münasibətdə Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/2018 saylı icra sənədi üzrə icra icraatına xitam verilməlidir.
13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu iddia ərizəsinə etiraz bildirərək belə əsaslandırmışdır ki, Baş Prokurorluğun “X13”na əsasən Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin vəzifələrinə cinayət yolu ilə əldə olunan əmlakın aşkar edilməsi, izlənməsi, qiymətləndirilməsi, üzərinə həbs qoyulması, xüsusi müsadirənin təmin edilməsi, üzərinə həbs qoyulmuş əmlakların əsassız olaraq qaytarılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi, eləcə də əmlakın həbsdən azad edilməsi ilə bağlı işlərə məhkəmələrdə baxılmasında prokurorluğun iştirakını təmin etmək daxildir. Baş Prokurorluqda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləmiş X9, həmin idarənin rəis müavini vəzifəsində işləmiş X8 və qeyriləri barədə istintaqı aparılmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmü ilə təqsirləndirilən şəxs Fizuli Əliyevə məxsus digər əmlaklarla bərabər, ibtidai istintaq dövründə üzərinə həbs qoyulmuş Abşeron rayonu, Novxanı kəndində, 0.14 ha torpaq sahəsində yerləşən 1261 saylı bağ evinə də xüsusi müsadirə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiya sının 08 fevral 2019-cu il tarixli, 1-1(103)-01 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1-(102)-2/202-saylı qərarları ilə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünün Fizuli Əliyevə məxsus Abşeron rayonu, Novxanı kəndində, 0.14 ha torpaq sahəsində yerləşən 1261 saylı bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin bağ evinin qiymətləndirilməsi təmin edilmiş və xüsusi müsadirəsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərə n “X6” X18ə müraciət olunmuşdur. Müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Abşeron rayonu, Novxanı kəndində, 0.14 ha torpaq sahəsində yerləşən 1261 saylı bağ evinin üzərindən həbsin götürülməsi və icra sənədinin icra edilməməli olması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Hazırkı mülki işdə Baş Prokurorluq iş üzrə mənafelərinə toxunan şəxs hesab edilir. Belə ki, mübahisələndirilən əmlak üzərinə həbsin qoyulması məhz Baş Prokurorluq tərəfindən icraatında istintaq olunan cinayət işi üzrə verilmiş vəsatət və təqdimat əsasında təmin edilmişdir.
14. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(009)1820/2022 saylı qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia rədd edilmişdir.
15. Məhkəmə, mövqeyini onunla əsasl andırmışdır ki, əmlaklar üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Həbsdən azad edilməsi xahiş olunan əmlakın məhz təqsirləndirilən şəxs Füzuli Əliyevin törətdiyi və cinayəti yolu ilə əldə etmiş əmlak hesabına əldə olunduğu mülki iş materialları ilə öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarı ilə artıq qiymət verilərək üzərinə həbs qoyulmuş əmlakların bəzilərinin üzərindən həbs götürülsə də, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünün Füzuli Əliyevə məxsus Abşeron rayonu, Novxanı kəndində 0.14 ha torpaq sahəsində yerləşən 1621 saylı bağ evinin xüsusi müsadirə edilm əsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
16. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 248.1.1, 248.3, 253, 299.3.2-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. İddiaçılar apellyasiya şikayətlərini, iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişlər ki, məhkəmə iddianın təmin olunmaması qənaətinə gələrkən iddiaçılar tərəfindən təqdim edilmiş sübutlar qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr əsasında qətnamə qəbul etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(103)-3594/2023 saylı qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(009)-1820/2022 saylı q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan məhkəmə aktlarından göründüyü kimi həbsdən azad edilməsi xahiş olunan bağ sahəsi faktiki olaraq təqsirləndirilən şəxs X2 məxsusluğu cinayət işində müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ilə artıq qiymət verilərək, üzərinə həbs qoyulmuş əmlakların bəzilərinin üzərindən həbs götürülsə də, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünün təqsirləndirilən şəxs X3 məxsus Abşeron rayonu, Novxanı kəndində, 0.14 ha torpaq sahəsində yerləşən 1621 saylı bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi də yişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda iddiaçıların tələbinə preyudisiyaya dair müddəalar nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.
21. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar tələbin faktik əsası kimi, onların birgə mülkiyyətində olan və qanuni üsullarla əldə etdikləri bağ sahəsinin X8nun cinayət işi üzrə cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş hesab edilərək üzərinə qanunsuz olaraq həbs qoyulduğunu bildirirlər. Təqsirləndirilən şəxs X8nun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən və iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçının nümayəndə-vəkilinin izahatından məlum olmuşdur ki, İddiaçı1 həmin cinayət işi üzrə şahid qismində dindirilmiş, cinayət işi üzrə icraatda iştirak etmişdir. Qeyd olunan hökmlə iddiaçıl arın hazırda mübahisələndirdiyi bağ sahəsinin təqsirləndirilən şəxs X4 faktiki olaraq məxsusluğu müəyyən edilmiş və sonda dəyərə görə müsadirə olunmuş və hökm qanuni qüvvəyə minmişdir. Sözügedən bağ sahəsi ümumi mülkiyyətdə olsa da, onun cinayət yolu ilə əldə olunduğu sübut olunduğu üçün, üzərinə həbs qoyularaq, xüsusi müsadirə qaydasında dövlət nəfinə müsadirə olunmuşdur.
22. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Hərbi Məhkəməsinin qeyd edilən hökmü iddiaçılara münasibətdə onların hazırda mübahisələndirdiyi məsələdə preyudisial əhəmiyyət kəsb etmişdir.
23. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, qeyd olunan məhkəmələ rin qəbul etdiyi qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli və ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.3, 248.1.1, 248.2, 248.3, 253, 299.3.2-cu maddələrinin, MPM-in 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarının, “Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçılar ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
26. İddiaçı2 kassasiya şikayəti (Vəkil2) iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının birgə nikah dövrü ndə əldə olunmuş əmlakın bölgüsü ilə bağlı müraciəti zamanı mülkiyyət hüququndan istifadə edə bilməməsi kobud pozuntudur. Məhkəmə kollegiyası nəzərə almayıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması iddiaçılara nisbətdə maraqlı şəxsə yox, yəni əmlakların sahibi iddiaçı və cavabdehdir. Məhkəmə kollegiyası milli qanunvericiliyin tələblərini pozmaqla yanaşı, qanunvericilik sisteminin tərkib hissəsi olan beynəlxalq müqavilələrin də tələblərini pozmuş, iddiaçının öz mülkiyyətindən dinc istifadəsinin qarşısını almaqla yanaşı, heç bir hüquqi əsas olmadan onu əmlakından məhrum etmişdir. Məhkəmə kollegiyası iddiaçının konstitusion mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən, onun qanuni mənafeyini heçə sayaraq, sanki mübahisəli əmlakları n sahibi maraqlı şəxsdir görüntüsü yaratmaqla qərəzli, əsassız və qanunsuz qərar qəbul etmişdir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Lakin, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları öz qətnaməsində qeyd etməli, onlara hüquqi qiymət verməli və rədd etdiyi halda bunu əsaslandıracaq dəlilləri qeyd etməli idi. Məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş sübutlara yalnız iddiaçıların mənafeyi hissəsində qiymət vermişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması qənaətinə gələrkən iddiaçının tərəfindən təqdim edilmiş sübutları qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr irəli sürülmüşdür.
27. İddiaçı1 kassasiya şikayəti (Vəkil1) iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, üzərinə həbs qoyulan əmlak digər iddiaçı ilə birgə nikah dövründə əldə olunmuş əmlakdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, o cümlədən milli qanunvericilikdən irəli gələn tələbləri pozmaqla qətna mə qəbul etmişdir və qətnamə düzgün əsaslandırılmamış, yalnız işdə olan sənədlərin siyahısı göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətlərində göstərilənlərin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
29. Maddə 12.3. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.
30. Maddə 248.1.1. Əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzə rdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd olunan maddədə əmlak üzərinə həbs qoyulmasını şərtləndirən tələb həm də ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Əmlak üzərinə həbs qoyulmasının əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir.
31. Maddə 248.2 Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxs in, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur.
32. Maddə 248.3 Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur.
33. Maddə
253. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.
34. Maddə 299.3.2. Məhkəmənin hazı rlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmas ına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarı: 35. “...Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir..... Cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayəthüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür..” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri qismən təmin edilməlidir.
49. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi, 0.14 ha torpaq sahəsində yerləşən, 1621 saylı ba ğ sahəsi və orada yerləşən sahəsi 169.1 kv.metr olan bağ evi mülkiyyət hüququ üzrə İddiaçı1 Zülfüqar oğlunun adına qeydə alınıb və bu barədə sonuncunun adına reyestr orqanı tərəfindən 08 aprel 2010-cu il tarixli Çıxarış verilib.
50. Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 145.3, 178.3.1, 178.3.2-ci və sair maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı sözügedən bağ sahəsi xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunub və həmin cinayət işi üzrə İddiaçı1 Zülfüqar oğlu şahid qismində dindirilib. İddiaçı1 hökmün bağ sahəsinin xüsusi müsadirə olunması hissəsindən apellyasiya şikayəti versə də, Ba kı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilib.
51. Bundan sonra, məhkum X10 Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm sözügedən bağ sahəsinin xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilmədən saxlanılıb.
52. Daha sonra, işdən görünür ki, İddiaçı1 mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsini xahiş edib və hə min ərizəyə Ali Məhkəmənin 20 may 2019-cu il tarixli məktubu ilə cavab verilərək qeyd olunub ki, məhkum X1 qərardan Ali Məhkəmənin Hərbi kollegiyasına kassasiya şikayəti verib və ərizəçiyə məxsus əmlaklarla bağlı dəlillər də qiymətləndirilərək nəticəsi barədə məlumat veriləcəkdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ilə məhkum X8nun kassasiya şikayəti qismən təmin edilərək, bir sıra əmlaklar həbsdən azad edilsə də, Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarı sözügedən bağ sahəsinin xüsusi müsadirə edilməsinə aid hissəsində dəyişdirilmədən saxlanılıb.
54. Eyni zamanda, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli qərardadı ilə İddia çı1 Zülfüqar oğlunun Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və digərlərinə qarşı “xüsusi müsadirə edilmiş bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin bağ sahəsi üzərində onun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə yaradılan məhdudiyyətlərə son qoyulması” iddiasına dair mülki iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilib.
55. Hazırda iddiaçılar, cavabdehlərə qarşı iddia qaldıraraq sözügedən bağ sahəsinin xüsusi mülkiyyətlərində olduğunu əsas tutub, həmin bağ sahəsinin həbsdən azad olunmasını və məhkəmə aktı üzrə verilmiş icra sənədinin icra edilməməsini” iddia edirlər.
56. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən sözügedən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünə istinad edər ək, həbsdən azad olunması iddia olunan bağ sahəsinin məhkum X2 məxsus olduğunu, həmin bağ sahəsinin cinayət yolu ilə əldə olunduğu üçün dövlət nəfinə xüsusi müsadirə edildiyini, bu faktın artıq cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğunu, yəni Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ilə xüsusi müsadirə edilmiş bəzi əmlakların üzərindən həbs götürülsə də, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünün sözügedən bağ sahəsinin xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilmədən saxlanıldığını qeyd etdiyi halda, digər tərəfdən işin icraatına xitam vermək əvəzinə, hazırkı işə mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxla maqla ziddiyyətli nəticəyə gəlib və bununla da Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin normanın mənasına görə, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
57. Digər tərəfdən, kassasiya şikayətinin dəlillərindən və mülki iş materiallarından görünür ki, İddiaçı1 sözügedən cinayət işində şahid qismində dindirilib və onun Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünün mübahisələndirilən hissəsindən verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsindən isə şikayət vermək hüququna malik olmadığı üçün imtina edilib.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CİM-nin 183.2-ci maddəsinin, CPM-nin 142.1, 383.1, 408.3-cü maddələrin in və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli və “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 06 oktyabr 2023-cü il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunulan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar.
59. Qeyd edilməlidir ki, cinayət prosesində iştirak edən digər şəxs olaraq şahidin hüquqi vəziyyəti Cinayət-Prosessual Məcəlləsinin 95-ci maddəsi i lə müəyyən edilib. Həmin maddə həmin Məcəllənin “Cinayət prosesində iştirak edən digər şəxslər” adlanan X fəslinə daxil edilib. Qeyd edilən maddədə şahidin cinayət prosesini həyata keçirən vəzifəli şəxslərin qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ birbaşa göstərilməsə də, həmin Məcəllənin 95.6.12-ci maddəsində onun bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüququ müəyyən edilib.
60. Məlum olduğu kimi, apellyasiya icraatı qaydasında məhkəmə qərarlarına yenidən baxılması yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin olduğu halda mümkündür və belə şikayətlə müraciət etmək hüququ olan şəxslərin dairəsi Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsi ilə müəyyən edilib. Qanunverici apellyasiya şikayəti vermək hüququ olan ş əxsləri yalnız cinayət prosesinin tərəfləri, yəni cinayət prosesinin iştirakçıları ilə məhdudlaşdırmışdır ki, bu da birinci instansiya məhkəməsinin hökmü ilə hüquq və qanuni maraqlarına toxunulmuş cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) pozulmuş hüquqlarının müdafiəsi imkanından kənar qalması ilə nəticələnir.
61. Bu baxımdan cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmə qərarı ilə hüquq və azadlıqları pozulan, yaxud üzərinə əlavə öhdəliklər qoyulan şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidirlər.
62. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkə mə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir.
63. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirərək bildirmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir.
64. Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.
65. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir.
66. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
67. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi v ə bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir.
68. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.
69. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkə mə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.
70. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməli və iddiaçılara sözügedən hökmün onların hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozan hissəsindən şikayət vermək hüquqları izah edilməlidir.
71. Nəzərə alınmalıdır ki, iddiaçıların həbsdən azad olunmasını iddia etdikləri bağ sahəs i qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə dövlət nəfinə xüsusi müsadirə olunub və həmin hökmün bağ sahəsinin müsadirə olunması hissəsinin əsaslılığı isə məhkum X10nun kassasiya şikayətinə əsasən kassasiya qaydasında yoxlanılıb.
72. Kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2018-ci il tarixli qərardadı ilə İddiaçı1 Zülfüqar oğlunun Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və digərlərinə qarşı “xüsusi müsadirə edilmiş bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin bağ sahəsi üzərində onun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə yaradılan məhdudiyyətlərə son qoyulması” iddiasına dair mülki iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasına görə xi tam verilməsini və həmin qərardadın Ali Məhkəmənin Mülki Kollegiyasının 15 may 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən, İddiaçı1 kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını da nəzərə alır.
73. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
74. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(103)-3594/2023 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul olunsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə və digərlərinə qarşı “bağ sahəsinin həbsdən azad olunması və məhkəmə aktı üzrə verilmiş icra sənədinin icra edilməməsi” iddiasına dair mülki iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.