Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-450/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: öhdəliyin yerinə yetirilməməsi nəticəsində vurulan zərərin ödənilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sür məyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi zərərinin əvəzinin ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 2(103)-4871/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (müştəri) və "xxxx" ASC arasında bağlanmış № BPM**********16 saylı xx.xx.2023-cü il tarixli "Tam kart müqaviləsinin": 13.3-cü maddəsində qeyd edilmişdir ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və bu müqavilənin imzalanması tarixinə qüvvədə olan sonuncu tar ixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə (bundan sonra - Standart Şərtlər) müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. 13.4-cü maddəsində qeyd edilmişdir ki, borc alan bu müqaviləni imzalamaqla tam kart məhsuluna dair bu müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. S tandart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir.
2. Müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin: - 18.9.23-cü və 18.9.24-cü maddələrində qeyd edilmişdir ki, X2 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, Kart/Əlavə kartın istifadəsi və həmin kartlar vasitəsilə aparılan istənilən əməliyyata görə tam məsuliyyət daşımaq, habelə kartların istifadəsi nəticəsində ABB-yə və digər üçüncü şəxslərə dəyən zərərin və bütün növ maliyyə itkilərinin əvəzinin tam həcmdə ödənilməsini həyata keçirmək, bu Standart Şərtlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, X2 tərəfindən qəbul edilən qaydalara əməl etmək müştərinin öhdəliyidir. 19.2.5-ci maddəsində qeyd edilmişdir ki, müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür, buna görə məsuliyyət daşıyır. 19.3.2-ci maddəsində qeyd edilmişdir ki, müştərinin şəxsi imzasının başqa analoqundan istifadə edilməklə “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Bank” vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı ABB-nin təqsiri olmadan yarana biləcək bütün risklərə görə məsuliyyət müştərinin üzərinə düşür və ABB buna görə məsuliyyət daşımır. 20.4-cü maddəsində qeyd edilmişdir ki, müştəri tərəfindən ABB-yə təqdim edilən məlumatlar (telefon nömrəsi, email adresi və s.) əsasında müqavilə(lər)in üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq bağlanma sına görə ABB məsuliyyət daşımır. 20.6-cı maddəsində qeyd edilmişdir ki, X2 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunubolunmamasından asılı olmayaraq, internet vasitəsilə Kartdan istifadə etməklə aparılmış, həmçinin ölkə xaricində aparılmış bütün əməliyyatlar üzrə, habelə Kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (Kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq, beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi təhlükəsizlik kodunu (3D Secure code) digər şəxslərlə paylaşmamaq və s.) ABB məsuliyyət daşımır. 3. "OTP-lərin göndərilməsi barədə çıxarış"dan görünür ki. "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz ****. Tel:937" məz mununda 4 ədəd sms-mesaj xx.xx.2023-cü il tarixlərində 21:50:52, 21:54:28, 21:54:50 və 21:54:56 vaxtlarında **********51 nömrəli mobil nömrəyə göndərilmişdir. 4. "xxxx" MMC tərəfindən təqdim edilən arayışda (çıxarışda) qeyd edilmişdir ki, iddiaçının "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müraciəti əsasında 4127 **** **** 0317 saylı kartın bloklanılması məsələsinə detallı baxılmış və daxili araşdırılma aparılmışdır. Araşdırma nəticəsində daha öncə vətəndaşa da bildirildiyi kimi bloklanma prosesinin VİSA ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun şəkildə aparıldığı müəyyən edilmişdir. Belə ki, prosessinq mərkəzinin sisteminə xx.xx.2023cü il tarixində saat 21:57:52-də kartın bloklanmasından sonra tokenin bloklanması ilə bağlı sorğu daxil olmuş və həmin sorğu icra edilərək saat 21:58:39-da Visa tərəfindən tokenin bloklanması tam yekunlaşmışdır və ümumən sorğunun icrası 47 saniyə almışdır. Vətəndaşın sorğusu dərhal icraata götürülmüş və bloklanma ödəniş sisteminin standartlarına uyğun olaraq aparılmışdır. 5. "xxxx" ASC tərəfindən Bakı səhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı cənab Həmid Ağayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-241/2-9429/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(011)-836/2023 saylı qərarı ilə əlaqədar bildirir ki, İddiaçı məxsus 4127-2044-4731-0317 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə 10.704,83 (on min yeddi yüz dörd manat, 83 qəpik) manat məbləğində pul vəsaiti Ukrayna Respublikası (Vas ylkiv) ərazisində yerləşən “X5.V.” adlı ticarət obyektində “Google Pay” ödəniiş aləti vasitəsilə Posterminaldan ödənişin edilməsi yolu ilə məxaric edilmişdir. 6. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş Departamentinin direktoru cənab Xəyal Babayevə və vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-2/2-1082/2023 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının "xxxx" ASC-yə ünvanladığı 30 oktyabr 2023-cü il tarixli, 6-1-26/2-Ə-21-11404/2023 saylı məktubu ilə bağlı bildirir ki, bank tərəfindən vətəndaş İddiaçı müraciətinə baxılmışdır. Müraciətdə qeyd olunan məsələ ilə bağlı bildirir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilib və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanıb. Bank tərəfindən müştərinin müvafiq mobil nömrəsinə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsinə dair SMS bildiriş göndərilmişdir. Müştərinin "xxxx" ASC-nin Məlumat Mərkəzinə edilən müraciətə əsasən kartın bloklanmasında heç bir çətinlik və ya nasazlıq aşkar edilməmişdir, bloklanma ödəniş sistemlərin tələblərinə tam uyğun olaraq aparılmışdır. Həmçinin bildirir ki, "xxxx" ASC tərəfindən dələduzluq halların qarşısının alınması məqsədilə rəqəmsal kanallar vasitəsilə müştərilərə davamlı məlumatlandırma və geniş maarifləndirmə tədbirləri həyata keçirilir. Qeyd edir ki, müştəriyə qarşı hər hansı bir qanun pozuntusu iddiası olduğu təqdirdə məsələnin daha ətraflı və obyektiv araşdırılması üçün müvafiq Hüquq Mühafizə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin səhvi ucbatından iddiaçının kartından silinmiş 10704.83 manat və həmin məbləğə hesablanmış faizlərin elə bankın özü tərəfindən silinməsini və yaxud ödənilməsini, həmçinin borcun Mərkəzi Kredit Reyestrində olan kredit tarixçəsinə gecikmə kimi düşməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdeh öz üzərinə düşən təhlükəsizlik tədbirlərini yerinə yetirməmiş, Bankın mobil tətbiqi başqa cihazda açılan zaman kartları avtomatik bloklaya, həmçinin ölkə xaricində ödəniş olduğu v ə yetəri qədər yüksək məbləğ olduğu üçün şübhəli əməliyyat kimi bloklaya bildiyi halda, bunu etməmiş, bankın filiallarına və çağrı mərkəzinə müraciəti zamanı həmin kart bank tərəfindən 21:57:52-də bloklanmış, vəsait isə 21:58:32-də kartdan çıxarılmış, beləliklə də həmin məbləğ cavabdehin təqsiri nəticəsində silinmişdir. Eyni zamanda, bank tərəfindən OTP kod onun mobil tətbiqdə qeyd olunmayan nömrəsinə göndərilmişdir.
9. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etməmiş, iddia tələbinin rədd edilməsini xahiş etmiş və məhkəmə çıxışında bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, bildirir ki, iş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Tam kart müqavilə sinin" (№ BPM**********16) 13.3-cü maddəsində qeyd edilmişdir ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və bu müqavilənin imzalanması tarixinə qüvvədə olan sonuncu tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə (bundan sonra - Standart Şərtlər) müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. Həmin müqavilənin 13.4-cü maddəsində qeyd edilmişdir ki, borc alan bu müqaviləni imzalamaqla tam kart məhsuluna dair bu müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtləri ni qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 18.9.23cü və 18.9.24-cü maddələrində qeyd edilmişdir ki, X2 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, Kart/Əlavə kartın istifadəsi və həmin kartlar vasitəsilə aparılan istənilən əməliyyata görə tam məsuliyyə t daşımaq, habelə kartların istifadəsi nəticəsində ABB-yə və digər üçüncü şəxslərə dəyən zərərin və bütün növ maliyyə itkilərinin əvəzinin tam həcmdə ödənilməsini həyata keçirmək, bu Standart Şərtlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, X2 tərəfindən qəbul edilən qaydalara əməl etmək müştərinin öhdəliyidir. Standart Şərtlərin 19.2.5-ci maddəsində qeyd edilmişdir ki, müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür, buna görə məsuliyyət daşıyır. Standart Şərtlərin 19.3.2-ci maddəsində qeyd edilmişdir ki, müştərinin şəxsi imzasının başqa analoqundan istifadə edilməklə “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Ba nk” vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı ABBnin təqsiri olmadan yarana biləcək bütün risklərə görə məsuliyyət müştərinin üzərinə düşür və ABB buna görə məsuliyyət daşımır. Standart Şərtlərin 20.4-cü maddəsində qeyd edilmişdir ki, müştəri tərəfindən ABB-yə təqdim edilən məlumatlar (telefon nömrəsi, email adresi və s.) əsasında müqavilə(lər)in üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq bağlanmasına görə ABB məsuliyyət daşımır. Standart Şərtlərin 20.6-cı maddəsində qeyd edilmişdir ki, X2 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, internet vasitəsilə Kartdan istifadə etməklə aparılmış, həmçinin ölkə xaricində aparılmış bütün əməliyyatlar üzrə, habelə Kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (Kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq, beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi təhlükəsizlik kodunu (3D Secure code) digər şəxslərlə paylaşmamaq və s.) ABB məsuliyyət daşımır. Bu bənddə nəzərdə tutulan əməliyyatlar nəticəsində Müştəri özünə, ABB-yə və digər üçüncü şəxslərə dəymiş zərər, eləcə də bütün növ maliyyə itkiləri və müvafiq zərərin aradan qaldırılmasına sərf olunmuş xərclər (xidmət haqları, komisyon haqlar və s.) həcmində tam məsuliyyət daşıyır. İddiaçı tərəfindən imzalanmış, xx.xx.2023-cü il tarixli "xxxx" ASC Göygöl filialı, Kredit Sifarişi (fiziki şəxslər üçün), Sifarişçi haqqında ümumi məlumat" adlı sənədin "Əlaqə nömrələri" sətrində ********** mobil nömrəsi qeyd edilmişdir. Həmin sənədin ikinci səhifə sində qeyd edilmişdir ki, "Mən aşağıda imza edən yuxarıda qeyd olunan məbləğdə kredit vəsaiti ayırmağınızı sizdən xahiş edirəm. Bu sifarişdə göstərilən bütün məlumatların düzgünlüyünə və həqiqiliyinə zəmanət verir və istənilən mənbələrdən bu barədə istənilən məlumatı yoxlamağa icazə verirəm. Həmçinin onu da başa düşürəm ki, bu sifarişi qəbul etməklə bank göstərilən məbləğdə və şərtlərlə kredit verilməsinə dair öz üzərinə heç bir öhdəlik götürmür". "OTP-lərin göndərilməsi barədə çıxarıs"dan görünür ki. "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz ****. Tel:937" məzmununda 4 ədəd sms-mesaj xx.xx.2023-cü il tarixlərində (müvafiq olaraq saat (dəqiqə və saniyə) 21:50:52, 21:54:28, 21:54:50 və 21:54:56-da) **********51 n ömrəli mobil nömrəyə göndərilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən arayışda (çıxarışda) qeyd edilmişdir ki, iddiaçının "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müraciəti əsasında 4127 **** **** 0317 saylı kartın bloklanılması məsələsinə detallı baxılmış və daxili araşdırılma aparılmışdır. Araşdırma nəticəsində daha öncə vətəndaşa da bildirildiyi kimi bloklanma prosesinin VİSA ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun şəkildə aparıldığı müəyyən edilmişdir. Belə ki, prosessinq mərkəzinin sisteminə xx.xx.2023-cü il tarixində saat 21:57:52-də kartın bloklanmasından sonra tokenin bloklanması ilə bağlı sorğu daxil olmuş və həmin sorğu icra edilərək saat 21:58:39-da Visa tərəfindən tokenin bloklanması tam yekunlaşmışdır və ümumən sorğunu n icrası 47 saniyə almışdır. Vətəndaşın sorğusu dərhal icraata götürülmüş və bloklanma ödəniş sisteminin standartlarına uyğun olaraq aparılmışdır. "VİSA X4" proqram təminatından çıxarışda qeyd edilmişdir ki, "PAN **** **** **** 0317" nömrəli kart üzrə tokenin dayanma (bloklanma, "suspend") vaxtı xx.xx.2023-cü il tarixində saat 09:58:39 PM (21:58:39) olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Həmid Ağayev tərəfindən "xxxx" ASCnin İdarə Heyətinin sədrinə ünvanlanmış ("xxxx" ASC-yə daxil olma tarixi xx.xx.2024-cü il olmuş) xx.xx.2024-cü il tarixli, 55/2-6607 nömrəli məktubda qeyd edilmişdir ki, bank məlumatlarının əldə edilməsinə dair Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(011) -836/2023 saylı Qərarı icra edilməsindən ötrü aidiyyəti əməkdaşa göstəriş verməyiniz üçün göndərilir. İş materiallarında olan, bank məlumatlarının əldə edilməsinə dair Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(011)-836/2023 saylı Qərarın "Müəyyən etdi" hissəsində qeyd edilmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-də vətəndaş ünvan 1 ünvanında yaşayan İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 72B, mənzil 3-də ona məxsus "xxxx" ASC tərəfindən verilmiş 4127-2044-4731-0317 saylı "Tam" kart hesabından 10.705 AZN pulunun kartına müdaxilə olunaraq çıxarıldığını aşkar etmişdir.
10. Məhkəmə tərəfindən "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb ed ilmişdir.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 may 2024-cü il tarixli, e-2(006)-1399/2024 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilməmişdir.
12. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçının "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müraciəti əsasında 4127 **** **** 0317 saylı kartın bloklanılması məsələsi üzrə, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, İddiaçı məxsus 4127-2044-4731-0317 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə 10.704,83 manat məbləğində pul vəsaiti Ukrayna Respublikası (Vasylkiv) ərazisində yerləşən “X5.V.” adlı ticarət obyektində “Google Pay” ödəniş aləti vasitəsilə Po s-terminaldan ödənişin edilməsi yolu ilə məxaric edilmişdir.
13. Həmçinin müəyyən edilmişdir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilmiş və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanmışdır. Bank tərəfindən müştərinin müvafiq mobil nömrəsinə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsinə dair SMS bildiriş göndərilmişdir. Müştərinin "xxxx" ASC-nin Məlumat Mərkəzinə edilən müraciətə əsasən kartın bloklanmasında heç bir çətinlik və ya nasazlıq aşkar edilməmişdir, bloklanma ödəniş sistemlərin tələblərinə tam uyğun olaraq aparılmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində bankın filiallarına və çağrı mərkəzinə müraciəti zamanı vəsait silinən kartın bank tərəfindən 21:57:52-d ə bloklandığını, vəsaitin isə 21:58:32-də kartdan çıxarıldığı bildirildiyini, kart bloklandıqdan 30 saniyə sonra 10.704,83 manat pul vəsaitinin onun iradəsinə zidd olaraq məxaric edildiyini bildirsə də, cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olmasına dair iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir.
15. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus plastik kartlarla əməliyyatların aparılması zamanı “İnformasiya Təhlükəsizliyinin idarə edilməsi Qaydası”na, “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar”ına əməl edilməməsi halı olmamışdır.
16. Belə ki, cavabdeh tərəfind ən təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının banka təqdim etdiyi nömrəyə iddiaçının sifarişi əsasında bank tərəfindən müvafiq OTP kodlar göndərilmiş, iddiaçı bu kodlardan istifadə etmiş, bu hərəkəti ilə iddiaçı müqavilə (standart şərtlər) üzrə tam olaraq özü məsuliyyət daşımış, iddiaçının bu hərəkətinə görə bankın müqavilə (standart şərtlər) üzrə heç bir məsuliyyəti olmamış, iddiaçının kartı üzrə virtual kartdan (tokendən) onun hərəkəti (sərəncamı) əsasında vəsaitlər çıxarılmış, bank tərəfindən kart iddiaçının müvafiq müraciətindən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq eyniləşdirmə və prosedurlar həyata keçirildikdən sonra vaxtında (dərhal) bloklanmış, virtual kartın (tokenin) bloklanması prosesində texniki olaraq prosessinq mərkəzinin, ödəniş sisteminin və to kenin aid olduğu təşkilatın iştirak etməli olduğuna görə prosessinq mərkəzinə bank tərəfindən vaxtında (dərhal) məlumat ötürülmüş, prosessinq mərkəzi də öz növbəsində müvafiq ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun tokenin bloklanmasını həyata keçirmişdir.
17. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin, İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Tam kart müqaviləsi"nə (№ BPM**********16) əsasən iddiaçının müştəri olaraq ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürməsi və buna görə məsuliyyət daşıması ilə xəbərdar edilməsini də diqqətə almaqla yanaşı vurğulayır ki, iddianın əsaslı olması ilə bağlı iddia ərizəsində irəli sürülən dəlillər iddiaçının özünün məsuliyyət dairəsinə düşən hərəkətlərinə görə cavabdehin onun qarşısında mülki məsuliyyət daşıyıcısı olmasına hüquqi əsas yaratmadığı üçün əsassızdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə, “Avşar Türkiyəyə qarşı” işi üzrə qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki-Prosessual Məcəllənin 14.2, 80, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəsaitin kart bloklandıqdan sonra silinməsi işin mübahisəsiz halıdır və məhkəmə bunu şübhə altına almır. Yəni cavabdeh kartı bloklayıb, bundan sonra vəsaitin iddiaçının kartından (hesabından) silinməsinin qarşısını almayıb, amma məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə tərəflər arasında bağlanmış № BPM**********16 saylı xx.xx.2023-cü il tarixli"Tam kart müqaviləsinin" guya cavabdehin məsuliyyətini istisna edən müddəalarına istinad edir. Məhkəmə sanki deyir ki, guya bu Standart Şərtlərə əsasən iddiaçı (bankın hər hansı müştərisi) hər hansı vəzifəsini pozubsa, cavabdehin də parallel olaraq öz vəzifəsini icra etməməsi cavabdehin məsuliyyətini istisna edir. Belə çıxır ki, məsələn, alqı-satqı müqaviləsi üzrə alıcı satış qiymətini vaxtında ödəməyibsə, satıcı ona qüsurlu mal satmaqda haqlıdır. Cavabdehin yol verdiyi pozuntual göz önündədir. Əvvəla, Cavabdeh kartı bloklayıbsa, oradan vəsait necə silinə bilərdi? Cavabdehin buna görə məsuliyyəti yoxdursa, bloklanmanın mənası nədən ibarətdir? Standart Şərtlərin 18.9.18-ci bəndində də qeyd olunur: “Kart/Əlavə kart/ŞEN-kod itirildikdə, oğurlandıqda, məhv olduqda, səlahiyyəti olmayan şəxs tərəfindən qanunsuz istifadə edildikdə, zədələndikdə, h abelə fırıldaqçılıq (fraud) əməliyyatları baş verdikdə, o cümlədən ödəniş kartı vasitəsilə (o cümlədən internet vasitəsilə) əməliyyatların aparılmasızamanı ödəniş kartının rekvizitlərinin üçüncü şəxslərə açıqlanması şübhələri yarandıqda ödəniş kartının bloklaşdırılması üçün dərhal ABB-nin müştəri xidmətinin telefon nömrəsi və ya "xxxx" prosessinq mərkəzinin Ödəniş kartının arxasında göstərilən telefon nömrəsi vasitəsilə müvafiq olaraq ABB-ni və ya "xxxx" prosessinq mərkəzini xəbardar etmək və kartın bloklanılması barədə xidmət göstərən məsul işçinin təsdiqinialmaq; Bu hallarda Müştərinin ABB tərəfindən eyniləşdirilməsi üçün zəruri olan bütün məlumatlar ABB əməkdaşına bildirilməlidir. ABB mobile – Mobil Bank və ABB banking - İnternet Bank xidmətlərinin istifadəçiləri həmin xidmətlərdən isti fadə etməklə də Ödəniş kartını bloklaşdıra bilərlər”. Deməli, cavabdeh bu öhdəliyini icra etməyib. Daha sonra, iddiaçı ABB mobile mobil tətbiqində ********** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir, SMS xəbərdarlıqlar və OTP kodlar həmişə bank tərəfindən yalnız həmin nömrəyə göndərilmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Tam kart müqaviləsi”nin 13.1-ci bəndində də bu nömrə göstərilib, deməli, müqavilənin şərtidir və Cavabdeh ona əməl etməli idi (əməliyyatları sırf bu nömrə əsnasında həyata keçirməli idi). Kibercinayətkarlıq halında isə ********** nömrəsinə SMS göndərilmişdir. Sonuncu nömrə İddiaçı tərəfindən ABB mobile də heç vaxt təsdiqlənməmiş və SMS xəbərdarlığa qoşulmamışdır. Qətnamədə bu məsələyə ümumiyyətlə heç bir münasibət bildirilməyib. Halbuki, cavabdeh öz üzərinə düşən təhlükəsizlik tədbirlərini yerinə yetirməyib. Belə ki, mobil tətbiqin başqa cihazda açılması zamanı kartları avtomatik bloklaya, həmçinin ölkə xaricində ödəniş olduğu və yetəri qədər yüksək məbləğ olduğu üçün şübhəli əməliyyat kimi bloklaya bilərdi. Digət tərəfdən isə Standart Şərtlərin sözügedən bəndlərinin mahiyyəti qətnamədə qeyd olunduğu kimidirsə belə, onların hüquqi qüvvəsi yoxdur. Belə ki, Mülki Məcəllənin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Məcəllənin 420.1-ci maddəsinə görə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etib arsızsayılır: - təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar; - təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti). Standart Şərtlərin cavabdehin məsuliyyətini istisna edən və/və ya məhdudlaşdıran hər hansı müddəası etibarsızdır. Zərər var və onun mövcudluğunda cavabdehin təqsiri var, iddiaçının hərəkətlərindən asılı olmayaraq. 21.İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, iddiaçı ABB mobile mobil tətbiqində ********** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir, SMS xəbərdarlıqlar və OTP kodlar həmişə bank tərəfindən yalnız həmin nömrəyə göndərilmişdir. Kibercinayətkarlıq halında isə ********** nömrəsinə SMS göndərilmişdir. Sonuncu nömrə iddiaçı tərəfindən ABB mobile-də heç vaxt təsdiqlənməmiş və SMS xəbərdarlığa qoşulmamışdır. Mobil tətbiqdə qeydiyyata alınmış nömrənin dəyişdirilməsi üçün bir neçə əməliyyatlar həyata keçirilməlidir. Dərhal həmin nömrə dəyişə bilməz. Eyni zamanda, mobil tətbiq bir neçə nömrəyə də bağlı ola bilməz. Profildə dəyişiklik etmək üçün müəyyən prosedurlar həyata keçirilməlidir. Mobil tətbiqdə qeydiyyata alınan zaman bir nömrə qeyd olunur və həmin nömrə birbaşa müqavilənin şərtlərində əks olunur. Bundan başqa iddiaçı da, cavabdeh də, prosessinq mərkəzi də qəbul edir ki, kart üzrə bloklanma standartlara uyğun olaraq aparılmışdır. İddiaçı tərəf olaraq bildirir ki, sil inmə bloklanmadan sonra olmuşdur. 22.İddiaçı həmçinin bildirdi ki, çıxarışa əsasən 21:57:52-də blok qoyulmuşdur, vəsaitin çıxılması isə 21:58:32-də olmuşdur. O, dəfələrlə banka müraciət etmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı cavabdeh bankın arqumenti o olmuşdur ki, blokun qoyulması VİSA-nın tələblərinə uyğun olmuşdur. Məhkəmə araşdırması uzun müddət baş tutmasına baxmayaraq, qarşı tərəf VİSA-nın tələblərini məhkəməyə təqdim edəcəklərini bildirsələr də, bugünədək təqdim olunmamışdır. Bankdan VİSA-nın tələblərini istədikdə ona bildirdilər ki, bu kommersiya sirridir. Habelə ABB mobile mobil tətbiqində ********** mobil nömrəsi ilə qeydiyyatdan keçməyinə baxmayaraq, kibercinayətkarlıq halında ********** nömrəsinə SMS göndərilmişdir. Kredit sifarişində onun atasının və qrup yold aşının da nömrəsi var. Bir şəxsin adına yüz və daha çox nömrə ola bilər. Boşluq ondadır ki, bank nömrə FİN-ə bağlı olduğu halda onu qəbul edir. Müqavilənin 13-cü bəndində qeyd olunmuşdur ki, yalnız ********** mobil nömrəsi ilə təsdiq olunmuş əməliyyatlar hüquqi qüvvəyə malikdir və nömrə dəyişdirildikdə 5 iş günü ərzində banka yazılı qaydada müraciət olunmalıdır. Bank VİSA-ya müraciət etmişdir. Lakin VİSA məsələni üzərinə götürmədi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, ona məxsus ********** nömrəsini evdəkilər istifadə edirlər və bilmədən OTP kodu yazıblar. Ailə üzvünün “İphone” telefonunda “Apple Pay” proqramı quraşdırılmışdır. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bild irdi ki, iddiaçı kredit sifariş etdikdə özünə məxsus nömrələri qeyd etmişdir. Bank o nömrələri sisteminə daxil edir. Tokenin bloklanması ərəfəsində kartdan pul çıxılıb. Token “Apple Pay” və ya “Google Pay” vasitəsi ilə ödəmədir. Oxşar iş üzrə Ali Məhkəmənin qərarı mövcuddur. Belə ki, bank OTP kodu göndərdikdən sonra məsuliyyətdən azad olunur. OTP-də yazılır ki, kodu kənar şəxsə verməyin. Bank tərəfindən kart 21:57:52-də fiziki olaraq bloklanmışdır. Proses olaraq bank "xxxx" prosessinq mərkəzinə bildirir, onlar VİSA-ya bildirir, o isə öz növbəsində sorğunu “Apple Pay”ə göndərir, 21:58:39-da da token bloklanır. Dələduzlar bilirlər ki, kart fiziki olaraq bloklandıqdan sonra da tokendən pul çıxartmaq olur. OTP kodu veriləndən sonra dələduzlar ABB Mobile tətbiqini ələ keçiriblər. Bu isə o demək dir ki, dələduzlar hər şeyi ələ keçiriblər. OTP kodunu dələduzlara verdikdən sonra iddiaçı banka zəng etmişdir. Artıq proses başlamışdır. Onlar pulu tokendən çıxarırlar. Kart fiziki olaraq iddiaçıda olduğu halda pul Ukraynada çıxarılıb. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, "xxxx" MMC VİSA-nın sertifikatları ilə işləyir. Bank VİSA ilə danışıqlar aparmır, danışıqları "xxxx" MMC aparır. 24.Prosessinq fəaliyyətini həyata keçirən "xxxx" MMC tərəfindən təqdim edilən arayışda qeyd edilmişdir ki, daxili araşdırmanın nəticələrinə əsasən bloklanma prosesinin VİSA ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun şəkildə aparılmışdır. İddiaçı tərəfindən cavabdeh banka xx.xx.2023-cü il tarixində kartın bloklanması ilə bağlı məlumat verilərkən saat 21:57:52-də fiziki kart bloklanmış, kartın bloklanmasından sonra tokenin bloklanması saat 21:58:39-da VİSA tərəfindən tam yekunlaşmışdır. İddiaçının kartın bloklanması ilə bağlı sorğusu dərhal icraata götürülmüş və bloklanma ödəniş sisteminin standartlarına uyğun olaraq aparılmışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4871/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və S.R.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin hallarına əsasən iddiaçıya məxsus kartdan vəsaitinin silinməsi cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olması müəyyən edilmir.
27. Kollegiyanın iclasında iddiaçının ona verilmiş suallara cavabları ilə müəyyən edilmişdir ki, iddiaçının ailə üzvünün istifadəsində olan mobil telefonda “Apple Pay” ödəniş sistemi mövcud olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 386.1, 443.1, 443.7, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında müqavilənin Standart Şərtlərini heç bir təhlil aparmadan birmənalı sübut kimi qəbul edib. Belə ki, məhkəmə heç bir əsas olmadan iddia etmişdir ki, guya token kart daha sonra bloklandığına görə vəsait silinmişdir. Əvvəla, bu faktın heç bir təsdiqi yoxdur. VİSA-dan belə təsdiq yoxdur. Deməli, məhkəmə sübutlara obyektiv qiymət verməmişdir. Digər tərəfdən isə vəsait Cavabdehin sərəncamındadırsa və o, kartı bloklamalı idisə, token kart vasitəsilə vəsait necə silinə bilərdi? Bu sualların cavabı yoxdur. Məhkəmə sadəcə cavabdehin dəlilsiz dediyi arqumentlərə əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 32.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 33.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 35.Ma ddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 36.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 37.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 38.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödə nilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 39.Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ka ssasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəf indən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyab r 2024-cü il tarixli 2(103)-4871/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.