Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4500/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli 2(103)1766/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, iş № 2(011)-73/2018) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı barəsində yaydığı əxlaqsız həyat tərzi sürməsinə dair məlumatların yalan məlumatlar olması müəyyən edilmiş və Cavabdeh üzərinə iddiaçının yaşadığı ünvana həmin məlumatların təkzib edilməsi və ondan üzr istəməsi barədə məktub göndərmək vəzifəsi qoyulmuşdur. Həmin qətnamə ilə eyni zamanda cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 2000 manat tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.A.Məmmədova və X.Ə.Sarıyev) Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi mənəvi ziyanın məbləğinə aid hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 5000 manat tutulması qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 0 1 oktyabr 2005-ci il tarixdə rəsmi nikaha girmiş, həmin nikahdan iki uşaqları olmuşdur. 2017-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əri Cavabdehlə 4 ilə yaxın müddət ərzində ailə münasibətlərinin pozulmaqla bununla əlaqədar nikahlarının pozulması üçün məhkəməyə müraciət etməsini, Xətai rayon məhkəməsinin qətnaməsi ilə cavabdehə məxsus mənzilə istifadə hüququnun tanınmasını, bundan sonra cavabdehin onun barəsində əxlaqsız həyat tərzi keçirməsi barədə məlumatlar yaymaqla onun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verməsini, cavabdeh tərəfindən təqdim olunmuş şəkillərdəki qadının onun əksi olmamasını və s. əsas göstərməklə cavabdehin onun barəsində yaydığı əxlaqsız həyat tərzi keçirməsinə dair məlumatların həqiqətə uyğun olmaması, cavabdehin üzərin ə onun yaşadığı mənzilə həmin məlumatları təkzib edən məktub göndərilməsi və ondan üzr istəməsi barədə vəzifənin qoyulması və vurduğu mənəvi ziyana görə cavabdehdən onun xeyrinə 7000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən kassasiya şikayəti verərək iddiaçının əxlaqsız hərəkətlərinə dair təqdim etdiyi şəkilləri internetdən əldə etməsini və həmin şəkillərdə əks olunan qadının İddiaçı olmasını, bunu inkar edən ekspert rəyinin həqiqətə uyğun olmamasını, qətnamənin ziddiyyətli və həqiqətə uyğun olmayan sübutlar əsasında, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin İddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı, nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakir ə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının əxlaqsız həyat tərzi keçirməsini təsdiq edən sübut kimi məhkəməyə internet saytından əldə etdiyi şəkilləri təqdim etmişdir. İddiaçı isə həmin şəkillərdəki əksin ona məxsus olmasını qəti inkar etmiş və hesab etmişdir ki, cavabdeh onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun şərəf və ləyaqətini ləkələmiş, ona mənəvi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. (23.1.) Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiy a vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.(23.2.) Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. (23.4) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli 4 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məc mu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı barəsində yayılmış məlumatlar onun şərəf və ləyaqətini ləkələyən məlumatlar olmaqla cavabdeh tərəfindən onların həqiqətə uyğun olması sübuta yetirilməmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi barədə verilmiş rəylərdən görünür ki, cavabdeh tərəfindən yayılmış fotoşəkillərdə əks olunmuş qadın iddiaçı deyildir. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı barəsində, onun əxlaqsız həyat tərzi keçirməsi barədə məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələməklə onlar yayılm ış və cavabdeh onların doğruluğunu sübuta yetirə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir və hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İşin müəyyən olunmuş yuxarıda göstərilən hallarına və tətbiq olunmuş maddi hüquq normalarına əsasən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətlərinin dəlilləri onun ləğ v edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4500/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4500/2019
25.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver