Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4500/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Cavabdeh2 qarşı iş üzrə Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və QƏRARİ (Açar sözlər: reqres hüququ əsasında pul tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, X3 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin geriyə tələb edilməsinə” dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3277/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsindən Cav abdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh2 arasında sığorta müqaviləsi bağlanaraq, ** DE *** dövlət qeydiyyat nişanlı, "xxxx" minik markalı avtomobil 4 (dörd) il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil 12 iyul 2018-ci il tarixdə mülkiyyət hüquqi əsasında Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Audi A6” minik markalı avtomobil ilə toqquşmuş, nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. DYPŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh1 yol nəqliyyat hadisəsinin baş verməsində, t əqsirli şəxs kimi tanınmışdır. Sığortalı avtomobilin təmiri, müştərinin, müraciətinə müvafiq olaraq, "xxxx" Şirkətinin Servis mərkəzində həyata keçirilmiş və ** DE *** dövlət qeydiyyat nişanlı, "xxxx" minik markalı avtomobilinə təmiri məqsədi ilə Nurgün Motors MMC-yə 100 (yüz) manat azad olma məbləği tutularaq, 13094.52 (on üç min doxsan dörd) manat məbləğində sığorta ödənişi ödənilmişdir.
2. İş üzrə qəbul edilmiş məhkəmə aktları a Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “ödənilmiş sığorta məbləğinin geriyə tələb edilməsinə” dair məhkəməyə müraciət edərək 13094,52 manat sığorta ödənişi, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpuk bank xidmət haqqı, cəmi 13124,92 (on üç min yüz iyirmi dörd) ma nat pul məbləğinin cavabdeh İsmayılov Ceyhun Rəhim oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır: "xxxx"ASC ilə Cavabdeh2 arasında 28.11.2014-cü il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** DE *** dövlət qeydiyyat nişanlı, "xxxx" minik markalı avtomobil Mİ-012203№-li şəhadətnamə üzrə 4 (dörd) il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil 12 iyul 2018-ci il tarixdə Sabunçu rayonu ərazisində, hərəkətdə olarkən, mülkiyyət hüquqi əsasında Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Audi A6” minik markalı avtomobil ilə toqquşmuş, nəticəsində sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh1 yol nəqliyyat hadisəsinin baş verməsində, təqsirli şəxs kimi tanınmışdır. Həmçinin qeyd olunan hadisə ilə bağlı olaraq, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli 3(008) 618/2019 saylı qərarı ilə X1 hüququ 1 (bir) il müddətinə məhdudlaşdırıİmışdır. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin, müraciətinə müvafiq olaraq, Nurgün Motors” Şirkətinin Servis mərkəzində həyata keçirilmiş və tərtib edilən 29.01.2019-cu il tarixli “Qüsur aktı’na əsasən, avtomobilə dəymiş zərər 13194.52 (on üç min bir yüz doxsan dörd) manat məbləğində müəyyən olunmuşdur. "xxxx" ASC tərəf indən ** DE *** dövlət qeydiyyat nişanlı, "xxxx" minik markalı avtomobilinə təmiri məqsədi ilə Nurgün Motors MMC-yə 100 (yüz) manat azad olma məbləği tutularaq, 13094.52 (on üç min doxsan dörd) manat məbləğində sığorta ödənişi ödənilmişdir və bu ödəniş 20.06.2019-cu il tarixli, 402 №-li ödəniş tapşırığında öz əksini tapmışdır.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-385/2020 saylı, 07 yanvar 2020- ci il tarixli qətnaməsi ilə (hakim. S.Miriyeva) iddia qismən təmin edilmiş, cavabdeh İsmayılov Ceyhun Rəhim oğlundan sığorta ödənişi məbləğinin əvəzi kimi 13094,52 manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi 13124,92 (on üç min yüz iyirmi dörd) manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd ediməls i qət edilmişdir.
6. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1108.3, - 1114.1-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti vermişdir.
8. Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsi MK-nın 10.03.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.İmanov (sərlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-385/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 10.Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsasland ırma ilə razılaşmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir. 12.Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a Kassasiya şikayətinin dəlilləri b Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Həmçinin avtomaşının icbari sığortası olduğunu, dəymiş zərərin 5000 manat miqdarında dəymiş zərəri sığortanı edən sığorta şirkəti tərəfindən ödə nilməli olduğunu qeyd etmişdir. Dəymiş zərərin miqdarı ilə razı deyildir. d Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. 14.Məhkəmə icraatı iştirakçılarının izahatları 15.İddiaçının nümayəndəsi X4 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. 16.Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 17.Tətbiq edilən hüquq: 18.Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ na malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.Maddə. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 22.Ma ddə. 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində vəya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. 23.Maddə. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 24.Maddə. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 25.Maddə. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 26.Maddə. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 27.Maddə. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyəti nin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 28.Maddə. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı mi qdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 29.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 30.Maddə. 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 31.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 32.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 35.Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
36. Kassasiya baxışının hədləri 37.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin oluna bilməz. 40.Məhkəmələr müəyyən etmişdir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış "xxxx" markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində İsmayılov Ceyhun Rəhim oğlunun ida rə etdiyi “Audi” markalı, **-ZZ-***, “Ford Explorer markalı, ** DE *** dövlət nişanlı avtonəqliyyat vasitəsi ilə zərər vurulmuşdur. Sığortalıya məxsus avtomobilə dəymiş zərərə görə 13094,52 manat "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalıya ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə cavabdeh İsmayılov Ceyhun Rəhim oğlu məhkəmənin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrinin idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, X5 90-ZZ477 dövlət qeydiyyat nişanlı, “Audi” A6 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, hadisə baş verən vaxt sükan arxasında İsmayılov Ceyhun Rəhim oğlu olmuşdur. 41.Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, zərəri n əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsi baş verərkən **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Audi” A6 markalı avtomobili İsmayılov Ceyhun Rəhim oğlu idarə etdiyindən onun öhdəsinə qoyulmalıdır. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yolnəqliyyat hadisəsinə görə cavabdeh İsmayılov Ceyhun Rəhim oğlunun təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun da mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC sığortalıya ödədiyi 13094,52 manat məbləğində olan xərci cavabdeh İsmayılov Ceyhun Rəhim oğlundan tələb etməyə haqlıdır. 42.Kollegiya qeyd edir ki, avtomaşının icrabi sığorta olunması və 5000 manat zərərin icbari sığortanı aparmış şirkət tərəfindən ödənilməli olması ilə bağlı sübutları həmin dəlili irəli sürən tərəf təqdim etməlidi r. Nə 1-ci instansiya məhkəməsində və nədə apelyasiya icraatında belə sübutlar təqdim edilməmişdir. Eyni zamanda sığortalı avtomaşhına daha az zərər vurulması ilə bağlı sübutlar təqdim edilməmiş, hesablanmış zərərin hansı əsasla az olması əsaslandırılmamışdır. Qüsur aktında zərərin nədən əmələ gəlməsi, avtomaşının hansı detallarına nə qədər vəsait sərf edilməsi göstərilmişdir. Etiraz edən tərəf həmin qüsurların olmaması, və yaxud daha az olması ilə bağlı dəlillər irəli sürməmiş, zərərin artıq hesablanması barədə bəyanat verməklə kifayətlənir ki, buda keçərli deyil. 43.Eyni zamanda nəzərə almaq lazımdır ki, Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. 44.Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 45.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3277/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.