Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4503/2021 16.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, maraqlı şəxs ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(103)-2105/2021 saylı iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 nömrəli evin 3 otaqlı 51 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 2. "xxxx" ASC-nin cavabdehlər X4 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı 02.05.2018 qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X4 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3553/2019 saylı 27.03.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh R.Salahov tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.09.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. 3. "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinə, tələbkar "xxxx" ASC-yə, borclular X2, İddiaçı bildirişlər göndərilmiş, hərrac təşkilatı tərəfindən həm borclu, həm tələbkara ilkin və təkrar hərracların keçirilməsi barədə rəsmi məlumatlar verilmişdir.
4. Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri 6 sa ylı Vəkil Bürovunun vəkili Vəkil ünvanlanmış 18.04.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılması mümkün deyildir. 5. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 30.04.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, icra sənədinin icrası ilə əlaqədar hərraca çıxarılmış İddiaçı mülkiyyətində olan Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinin açıq hərracdan alınması ilə bağlı təklifini qəbul etmişlər. 6. "xxxx" tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 01.05.2019-cu il tarixli Y-136 N-li protokola əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)936/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 04/31 saylı, 11.01.2019-cu il tarixli sifariş məktubunun icrası ilə bağlı İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (Köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili ilkin satış qiyməti 75.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 47813 manata "xxxx" ASC-yə təklif olunmuşdur. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili 47813 manata "xxxx" ASC-yə satılmışdır.
7. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili ilkin satış qiyməti 110.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 70.125 manata "xxxx" ASCyə təklif olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 08.05.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili 70.125 manata "xxxx" ASC-yə satılmışdır. a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi barədə mülki iş üzrə kassasiya şikayəti hazırda Ali Məhkəmənin icraatındadır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almadığı vaxtlarda cavabdeh "xxxx" MMC tərəfindən 25.01.2019-cu il tarixli və 01.03.2019-cu il tarixli bildiriş göndərilmişdir. 25.01.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinin 58 saylı 15.01.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak açıq hərraca çıxarılmışdır:
1. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 51, əmlakın ilkin satış qiyməti 75.000 manat;
2. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 42, əmlakın ilkin satış qiyməti 80.000 manat. Bundan başqa, 01.03.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17/685294- 30 saylı, 31.01.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır - Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 57, mənzil 34, əmlakın ilkin satış qiyməti 110.000 manat. Qətnamənin qanuni qüvvəsini almadığı və qətnamədən apellyasiya instansiya məhkəməsinə şikayət verildiyindən cavabdeh "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada məlumat verilərək bildirilmişdir ki, qətnamədən apellyasiya şikayəti verildiyindən hərracın keçirilməsinin dayandırılması xahiş olunmuşdur. Göstərilənlərə baxmayaraq cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq 01.05.2019-cu il tarixdə və 08.05.2019-cu il tarixdə hərraclar keçirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-136 nömrəli 01.01.2019-cu il tarixli və Y-140 nömrəli 08.05.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqısatqısı barədə 2019-cu il və 08.05.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Z.Abdullayev) 15.09.2020-ci il tarixli 2(009)-753/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərrac təşkilatı icra məmurunun sifariş əsasında hərracı keçirdiyi üçün yalnız sifarişçinin ona ünvanlandığı tələbləri yerinə yetirməkdə məsuldur. Yəni nə tələbkarın, nə də borclunun tələbi və ya xahişi ilə hərracın keçirilməsinin dayandırılması qanunla müəyyən edilməmişdir. Hərrac o halda qanunsuz hesab edilə bilər ki, o, mülki qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilsin. Lakin iş materiallarından və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hərrac təşkilatına hərracın keçirilməsinin dayandırılması ilə bağlı sifarişçi tərəfindən hər hansı məktub daxil olmamışdır. Məhkəmə eyni zamanda onu qeyd edir ki, icra məmuru tərəfindən hərrac təşkilatına hərracın dayandırılması üçün heç bir əsas da olmamışdır. Belə ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürovunun vəkili Vəkil ünvanlanmış 18.04.2019-cu il tarixli məktubuna əsasən iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılmasının mümkün olmaması bildirilmişdir. M əhkəmə hesab etmişdir ki, sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilmədiyi üçün, eyni zamanda hərrac təşkilatının ipoteka qoyanın tələbi ilə hərracın dayandırılması qanunla müəyyən edilmədiyindən, iddiaçının hərracların etibarsızlığı ilə bağlı tələbi əsassızdır və təmin edilməməlidir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1-ci maddələrinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddələrinə istinad etmişdir.
12. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli 2(009)-753/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2105/2021 saylı mülki iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli 2(009)-753/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, nə tələbkarın, nə də borclunun tələbi və ya xahişi ilə hərracın keçirilməsinin dayandırılması qanunla müəyyən edilməmişdir. Hərrac o halda qanunsuz hesab edilə bilər ki, o, mülki qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilsin. Lakin iş materiallarından və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hərrac təşkilatına hərracın keçirilməsinin dayandırılması ilə bağlı sifarişçi tərəfindən hər hansı məktub daxil olmamışdır. Məhkəmə eyni zamanda haqlı olaraq qeyd etmişdir ki, icra məmuru tərəfindən hərrac təşkilatına hərracın dayandırılması üçün heç bir əsas da olmamışdır. Belə ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürovunun vəkili Vəkil ünvanlanmış 18.04.2019-cu il tarixli məktubuna əsasən iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılması mümkün olmamas ı bildirilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilmədiyi üçün, eyni zamanda hərrac təşkilatının ipoteka qoyanın tələbi ilə hərracın dayandırılması qanunla müəyyən edilmədiyindən, iddiaçının hərracların etibarsızlığı ilə bağlı tələbi əsassızdır və haqlı olaraq təmin edilməmişdir.
15. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 34.1.1, 41.1, 41.2, 41.3, 41.5, 42.1, 42.5, 42.6, 42.3, 43.4, 43.8-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1, 62.2-ci maddələrinə v ə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü maddəsinə istinad etmişdir.
16. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2105/2021 saylı 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun araşdırma aparmadan yalnız birinci instansiya məhkəməsinin qətnaməsi nə əsaslanan qətnamə qəbul etmişdir. Belə ki, "xxxx" MMC tərəfindən ona əmlakın açıq hərraca çıxarılması barədə bildiriş göndərilərkən yazılı şəkildə hərrac mərkəzinə müraciət edərək məhkəmə qətnaməsinin qanuni qüvvəsi almadığını, məhkəmə qətnaməsindən müvafiq olaraq yuxarı instansiya məhkəməsinə müraciət etdiyini ona görə də, məhkəmə qətnaməsinin qanuni qüvvəsini alanadək hərracın təxirə salınmasını xahiş etmişdir. Hərrac mərkəzi isə qanunvericiliyin tələblərini pozaraq yazılı xəbərdarlığa əhəmiyyət verməyərək hərracı keçirmişdir. Bundan başqa, hərracın keçirilmə vaxtlarına və Ali Məhkəmənin qərarına baxsaq görərik ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan qanunsuz və əsassız olaraq bildirişlər göndərilmiş, “Market” qəzetində elan verilmiş və hərraclar keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 fevral 2021ci il tarixli qətnaməsində də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 may 2018-ci il tarixli qətnaməsinə istinad edərək, guya cavabdehin qanuna uyğun olaraq hərrac keçirilməsini göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1861/2020 saylı 19 iyun 2020-ci il tarixli qərarı qəbul edilmişdir. Məhkəmənin yekun qərarı 19 iyun 2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq "xxxx" tərəfindən Y-136 nömrəli 1 may 2019-cu il tarixli və Y-140 nömrəli 8 may 2019-cu il tarixli hərracın nəticələri barədə protokollar tərtib edilərək iddiaçıya məxsus əmlaklar qanunsuz olaraq "xxxx" ASC-nin balansına keçirilmişdir. Kassator kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 88, 418.1, 418.2-ci maddələrinə istinad etmişdir.
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri razılaşmadıqlarını bildirirək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə k ollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
21. Maddə 17.1.7 İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.
22. Maddə 19.1.6 Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək icraat dayandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 77.3 İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
30. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçü n əsasdır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§27).
32. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§28).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§27). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini istədiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası t ərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Odur ki, qətnamə ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
36. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin təmin edilməsi əsası ondan ibarətdir ki, hərracların keçirilməsi üçün əsas olmuş məhkəmə qətnaməsindən kassasiya şikayəti verildiyi üçün hərrac təşkilatı hərracların keçirilməsini dayandırılmalı idi. Lakin onlar tərəfindən hərrac təşkilatına və icra qurumuna bu barədə məlumat verilsə də, hərraclar keçirilmiş və mülkiyyətində olan əmlaklar satılmışdır. Bu səbəbdən iddiaçı hesab edir ki, hərrac qanunun tə ləblərini pozmaqla keçirildiyi üçün etibarsız hesab edilməlidir.
37. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “Market” qəzetində elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakları qəbul edərək balansına götürmüşdür. İpoteka ilə yüklü edilmiş İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili və İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilmədiyi üçün, eyni zamanda hərrac təşkilatının ipotekaqoyanın tələbi ilə hərracın dayandırılması qanunla müəyyən edilmədiyindən, iddiaçının hərracların etibarsızlığı ilə bağlı tələbi əsassızdır və haqlı olaraq təmin edilməmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya v ə kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır (§21). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək icraat dayandırılır (§22).
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya kollegiyası nəzərə almamışdır ki, hərracın keçirilməsi üçün əsas olan "xxxx" ASC-nin cavabdehlər X2 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və istifadə hüququnun itirilməsi” barədə iddia tələbinə dair mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini almamışdır. Belə ki, iddiaçının mübasiləndirdiyi "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-136 nömrəli 01.01.2019cu il tarixli və Y-140 nömrəli 08.05.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə 2019-cu il və 08.05.2019-cu il tarixli müqavilələri Ali Məhkəmənin Mülki kollegiyasının 19.06.2020-ci il tarixli qərarından əvvəl bağlanmışdır.
40. Məhkəmə kollegiyası hərrac mərkəzi tərəfindən qanunvericiliyin tələbləri pozularaq hərrac keçirilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan hərrac barədə bildirişlərin göndərilməsi, “Market” qəzetində elan verilməsi və hərrac keçirilməsi “İcra haqqında” Qanununun yuxarıda qeyd edilən tələblərinə uyğun deyildir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə mövcud deyildir.
42. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§30).
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (§29).
44. Məhkəmə kol legiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün yuxarıda qeyd edilən bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2105/2021 saylı iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş ye ni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.