Məhkəmə qərarları › İş №2(102)-4506/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4506/2019

01.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4506/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun “YYY” kiçik müəssisəsinin təsisçiliyindən çıxması, “YYY” kiçik müəssisəsində olan payının və həmin paya mütənasib olan əmlak və əmlak hüquqlarının naturada ayrılması, kiçik müəssisənin əmlaklarının və onun ə razisinin ayrı-ayrı şəxslərə istifadəyə verilməsindən əldə edilən gəlirlərin müəyyən olunması və həmin gəlirlərdən payına düşən pul vəsaitinin ödənilməsinin təmin olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli 2(103)-378/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “YYY” kiçik müəssisəsinin təsisçiliyindən çıxarılması, “YYY” kiçik müəssisəsində olan payının və həmin paya mütənasib olan əmlak və əmlak hüquqlarının naturada ayrılması, kiçik müəssisənin əmlaklarının və onun ərazisinin ayrı-ayrı şəxslərə istifadəyə verilməsindən əldə edilən gəlirlərin müəy yən olunması və həmin gəlirlərdən payına düşən pul vəsaitinin ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli 2(001)-9586/2016 saylı qətnaməsi ilə (hakim T.S.Kərimov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun “YYY” kiçik müəssisəsinin təsisçiliyindən çıxması, “YYY” kiçik müəssisəsində olan payının və həmin paya mütənasib olan əmlak və əmlak hüquqlarının naturada ayrılması, kiçik müəssisənin əmlaklarının və onun ərazisinin ayrı-ayrı şəxslərə istifadəyə verilməsindən əldə edilən gəlirlərin müəyyən olunması və həmin gəlirlərdən payına düşən pul vəsaitinin ödənilməsinin təmin olunması tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı “YYY” kiçik müəssisəsinin təsisçiliyindən çıxarılması, “Y YY” kiçik müəssisəsinin təsis sənədlərində müvafiq dəyişikliklərin edilməsi, İddiaçı “YYY” kiçik müəssisəsinin nizamnamə kapitalındakı üçdə bir hissədə payının kiçik müəssisənin təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyən edilərək bölünüb İddiaçı verilməsi, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2017-ci il tarixli 2(103)-523/2017 (hakimlər Vəliyev İsmayıl Şamil oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X6) qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2016cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2017-ci il tarixli 2(102)-4862/17 saylı (hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X9) qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli 2(103)-378/19 saylı (hakimlər Sarıyev Xəyal Əjdər oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X7) qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(001)-9586/2018 saylı qətnaməs inin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi və İddiaçı “YYY” kiçik müəssisəsinin təsisçiliyindən çıxarılması, “YYY” kiçik müəssisəsinin təsis sənədlərində müvafiq dəyişikliyin edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli 2(103)378/2019 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 96.1 -ci maddəsini tətbiq etməklə qətnaməni onunla əsaslandırmışdır ki, “qanunverici hüquqi şəxsin sahibkarlıq fəaliyyətinə xələl gəlməməsi üçün ayrılan təsisçiyə payının dəyərinin ödənilməsi qaydasını müəyyən etdiyindən iddia tələbi nizamnamə kapitalında olan paya uyğun şəkildə əmlak və əmlak hüquqlarının naturada bölünməsi hissəsində təmin edilə bilməz”. Bununla bağlı qeyd edilmişdir ki, təsisçilikdən çıxan hər bir təsisçinin payına uyğun şəkildə əmlak dəyəri ödənilməlidir. İddia tələbinin nizamnamə kapitalındakı paya uyğun əmlak hissəsinin naturada bölünməsi olmasını əsas gətirərək məhkəmənin belə qənaətə gəlməsi əsassızdır. İşin mübahisəsiz halına görə təsisçilikdən çıxan hər bir iştirakçı nizamnamə kapitalına uyğun şəkildə əmlak payına sahibdir. İstər naturada, istərsə də əmlakın dəyərinin ödənilməsi formasında iddiaçıya pay ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cəmiyyətin əmlaklarının qiymətləndirilməsinə dair ekspertiza keçirilmiş, lakin heç bir nəticə olmamışdır. Qətnamədə də qeyd olunduğu kimi ekspert rəyində qeyd olunmuşdur ki, əmlaklara dair sənədlər təqdim edilmədiyindən balansda olan əmlaklar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh3nə 2004-cü il tarixdə alqı-satqı yolu ilə torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinin dəyərinin ekspert tərəfindən müəyyən edilməsi mümkün olduğu halda, ona da qiymət qoyulmamışdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə gəldiyi nəticə əsassız və qanunsuz sayılmalıdır, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmişdir, maddi və prosessual hüquq n ormalarının tələbləri pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X2 və Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azər baycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş materiallarından müəyyən olunur ki, 20 iyun 1994-cü il tarixdə tərəflər arasında “YYY” kiçik müəssisəsinin təsis edilməsinə dair müqavilə bağlanmışdır. 26 iyul 1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “YYY” kiçik müəssisəsi qeydə alınmış və “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında” 111saylı şəhadətnamə verilmişdir. 29 oktyabr 1997-ci il tarixdə həmin müəssisə Statistika Komitəsi tərəfindən Dövlət reyestrinə daxil edilmiş və bu barədə “uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə müəssisənin təşki lati-hüquqi forması kimi “Şərikli tam ortaqlı müəssisə” göstərilmişdir. 26 iyul 1994-cü il tarixdə 111saylı şəhadətnamə ilə qeydə alınmış "YYY" kiçik müəssisəsinin nizamnaməsinə əsasən müəssisənin təsisçiləri və əmlakın mülkiyyətçiləri İddiaçı, Cavabdeh1 və Cavabdeh2dur. müəssisənin təsisçilərinin birgə razılığına əsasən nizamnaməyə əlavələr və dəyişikliklər edilə bilər (1.4-cü bənd), müəssisənin yerləşdiyi ünvan Binəqədi qəsəbəsi, 3- cü mədən, hərbi komissarlığın yanıdır (1.5-ci bənd). Nizamnamənin 4-cü bəndinə əsasən müəssisənin idarəedici ali orqanı müəssisə şurasıdır, şuranın tərkibinə direktor və əmək kollektivindən ibarət nümayəndələr daxildirlər, şura beş il müddətinə seçilir. Müəssisənin nizamnaməsində dəyişikliklər aparılması, təsis müqavilələrinin dəyişdirilməsi, müəssisənin lə ğv olunması və başqa məsələlər haqqında qərar qəbul edilməsi və sair məsələlər şuranın səlahiyyətlərinə daxildir. Nizamnamənin 5.1-ci bəndinə əsasən müəssisənin əsas və dövriyyə fondunu onun avadanlığı və materialları, maliyyə ehtiyatları təşkil edir. Bütün bunlar müəssisənin sərbəst balansında əks olunur. İşin materiallarında olan X4 04 noyabr 2004-cü il tarixli 1250 saylı sərəncamının surətindən görünür ki, "YYY" kiçik müəssisəsinə 4650 kv.metr torpaq sahəsi ayrılmışdır. İşin materiallarında olan iddiaçı "YYY" kiçik müəssisəsinin təsisçisi İddiaçı tərəfindən digər təsisçilərə ünvanlanaraq sonunculara təqdim edilmiş 20 aprel 2016-cı il, 02 may 2016-cı il və 17 may 2016-cı il tarixli bildirişlərdən görünür ki, iddiaçı "YYY" kiçik müəssisəsinin təsisçiliyindən çıxması barədə fikrini bildirə rək təsis payına mütənasib olaraq əmlak payının könüllü ayrılmasının təmin edilməsi, eləcə də təsis sənədlərində müvafiq dəyişikliklərin edilməsi məqsədilə “YYY” kiçik müəssisəsinin təsisçilərinin növbədənkənar iclasının keçirilməsinə digər təsisçiləri dəvət etmiş, lakin hal-hazırki vaxtadək iddiaçının müraciətinə cəmiyyətdə baxılmamışdır. İşin materiallarından görünür ki, iddiaçı "YYY" kiçik müəssisəsinin təsisçiliyindən çıxarılması barədə tərəflər arasında mübahisə olduğuna, onun cəmiyyətdən çıxma barədə ərizəsinə ağlabatan müddətdə baxılmadığından iddiaçı cəmiyyəti tərk etməsinə dair məhkəməyə müraciət edərək müəssisədə olan payının və həmin paya mütənasib olan əmlak və əmlak hüquqlarının naturada ayrılması, kiçik müəssisənin əmlaklarının və onun ərazisinin ayrı-ayrı şəxslərə istifadəyə verilməsindən əldə edilən gəlirlərin müəyyən olunması və həmin gəlirlərdən payına düşən pul vəsaitinin ödənilməsinin təmin olunmasını iddia etmişdir. Apellyasiya instansiya məhkəməsi ilk növbədə müəssisənin hüquqi statusu ilə bağlı bu qənaətə gəlmişdir ki, hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və (və ya) hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssisənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi müə ssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Şərik müəssisədən çıxdıqda öz payını geri alır. Şəriklərin razılığı ilə həmin pay müəssisənin şəriklərinə və ya kənar şəxslərə satıla, verilə bilər. Müəssisənin. şərikləri payın alınmasında üstün hüquqlara malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır. Müəssisənin şəriklərindən biri (bir neçəsi) vəfat etdikdə, hüquqi şəxs olan şərik isə ləğv edildikdə onun (onların) varisi şərik kimi müəssisəyə qəbul edilir. Bütün hallarda payın bir mülkiyyətçidən digərinə keçməsi notarial qaydada təsdiq edilməlidir. Müəssisənin şəriki olan hər bir hüquqi şəxs öz hüquqi şəxs statusunu saxlayır. Apellyasiya instansiyası məhk əməsinin qənaətinə görə mövcud münasibətləri tənzimləyən maddi hüquq normasında müəssisəsinin təsisçiliyindən çıxarılma və çıxan təsisçinin payının ayrılması qaydası müəyyən olunmadığından, mübahisəyə qanunun analogiyası üzrə oxşar münasibətləri tənzimləyən Mülki Məcəllənin məhdud məsuliyyətli cəmiyyətlərə dair normaları tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçı “YYY” KM-də (“Şərikli tam ortaqlı müəssisə”də) təsisçi olmaqla 1/3 pay hüququna malik olmasını qeyd etsə də, hazırki halda iddiaçının “YYY” kiçik müəssisəsində olan payının və həmin paya mütənasib olan əmlak və əmlak hüquqlarının naturada ayrılmasını tələbinin əsassız olmasını onunla əsaslandırmışdır ki, qanunverici çıxan iştirakçıya əmlak hissəsinin ödənilməsini əmlakın dəyəri formasında müəyyən etmişdir. Əgər cəmiyyət ilə razılaşma olarsa, əmlakın dəyərinin əvəzi, əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Göründüyü kimi, qanunverici hüquqi şəxsin sahibkarlıq fəaliyyətinə xələl gəlməməsi üçün, ayrılan təsisçiyə payının dəyərinin ödənilməsi qaydasını müəyyən etmişdir. Belə ki, MM-nin 96.1-ci maddəsi xüsusi norma olaraq, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya payının ödənilməsi qaydasını müəyyən etmişdir. Həmin normaya görə, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının "YY Y" kiçik müəssisəsinin təsisçiliyindən çıxarılma hissəsində iddia tələbini əsaslı hesab edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 96.1-ci maddəsinə istinad etsə də, onun tələblərinə əməl etməyərək mübahisəni tam həll etməmiş, əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarının tələblərinə tam əməl etməyərək gəldiyi nəticə isə hüquqi müəyyənlik prinsipinə uyğun olmamışdır. Belə ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altı na alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə əsl cavabdehin hüquqi şəxs olan "YYY" kiçik müəssisəsi olduğunu müzakirə etməmişdir. Belə ki, iddiaçı "YYY" kiçik müəssisəsinin təsisçiliyindən çıxarılması, "YYY" kiçik müəssisəsində olan payının və həmin paya mütənasib olan əmlak və əmlak hüquqlarının naturada ayrılması, "YYY" kiçik müəssisəsinin əmlaklarının və onun ərazisinin ayrı-ayrı şəxslərə istifadəyə verilməsindən əldə edilən gəlirlərin müəyyən olunması və həmin gəlirlərdən payına düşən pul vəsaitinin ödənilməsinin təmin ol unmasını xahiş etmişdir. İkincisi, əvvəlki apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, məhkəmə kiçik müəssisəsinin nizamnamə kapitalındakı payların, müəssisənin balansındakı əmlakın nədən ibarət olmasını müəyyən etməmiş, mücərrəd, məlum olmayan payın verilməsini qət etməklə tərəflər arasında yeni bir mübahisənin yaranmasına zəmin yaratmışdır. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, tərəflər arasında oxşar mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5091/2015 saylı 26 noyabr 2015-ci il tarixli qərarından görünür ki, X4 04 noyabr 2004-cü il tarixli 1250 saylı sərəncamına əsasən "YYY" kiçik müəssisəsinə 5050 kv metr torpaq sahəsi ayrılmışdır. Cavabdehlərin məhkəməyə ünvanladıqları ərizələ rdən, məhkəmə iclaslarındakı çıxışlarından və kassasiya şikayətinin məzmunundan görünür ki, "YYY" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsi 5050 kv metr olmuş, 400 kv metr torpaq sahəsi qanunsuz yolla ayrılıb satılmış, həmin hissədə 260 kv metr ofis sahəsini iddiaçı sataraq təsisçilik hüquqlarında sui-istifadə etmişdir. Həmin məsələ ilə bağlı Binəqədi rayon Pİ-nin İstintaq şöbəsində aparılan araşdırmaların nəticələrinin hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməsi məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Göstərilən faktla bağlı cinayət işinin başlanmasının rədd olunmasına dair Binəqədi rayon Pİ İstintaq şöbəsinin 23 yanvar 2016-cı il tarixli qərarı Binəqədi rayon prokuroru tərəfindən 17 avqust 2016-cı il tarixdə ləğv edilməklə material əlavə araşdırma aparılması üçün Binəqədi rayon Pİ-nin İstintaq şöbəsinə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş kiçik müəssisəsinin balansındakı əmlakın nədən ibarət olmasını müəyyən etməmiş, iş materiallarında olan X4 04 noyabr 2004-cü il tarixli 1250 saylı sərəncamının surətində qeyd edilən “YYY” kiçik müəssisəsinə 5050 kv.m və ya 4650 kv.m torpaq sahəsi ayrılması ilə bağlı araşdırma aparmayaraq həmin əmlakın hazırda mövcudluğu, kimin istifadəsində və sahibliyində olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi barədə sözügedən Bələdiyyəyə heç bir sorğu verməmiş, sadalananları araşdırdıqdan sonra həmin əmlakın hazırda kiçik müəssisəyə aidiyyatı təsdiq edildiyi halda onun dəyərini müəyyən etmək üçün müvafiq ek spertizanın bir daha təyin edilməsinin zəruriliyini müzakirə etməmiş, 4650 kv metr torpaq sahəsinin ayrılmasına dair sərəncamın saxta olmasına dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma aparmayaraq onlara müfəssəl hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi özünün təyin etdiyi ekspertiza ilə bağlı qiymətləndirici orqanın qərardadı icra edilmədən geri qayt arılması ilə bağlı məhkəməyə ünvanladığı məktubun məzmununda Cavabdeh1 “YYY” kiçik müəssisəsinin yerləşdiyi sahəyə qiymətləndiricini dəvət edərək orada olan tikililəri, bu sahədən də kənarda da onlara məxsus torpaq sahəsinin olmasını, həmin sahədə tikili olduğunu, lakin təsis sənədlərinin onlarda olmadığını, tikililərdən başqa əmlakların olmadığını, tikililərə və torpaq sahəsinin mülkiyyətdə olmasını təsdiq edici sənədlərin olmadığını bildirməsinə diqqət yetirməmişdir. Qiymətləndiriciyə rəsmi müraciətindən sonra sözügedən cavabdeh tərəfindən X4 04 noyabr 2004-cü il tarixli 1250 saylı sərəncamının surəti təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “YYY” kiçik müəssisəsinin əmlakının müəyyən edilməsi ilə bağlı araşdırma aparılarkən tələb olunan sənədlərin təqdim edilməməsi, eləcə də, təyin edilmiş ekspertizanın cavabdeh tərəfindən buna müvafiq şərait yaradılmaması səbəbi ilə baş tutmaması halında mübahisəyə Azərbaycan Respublikasının MPM-nin 97.5-ci maddəsi tətbiq edilməsi müzakirə edilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.2). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi i şdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (maddə 184.2). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilən qərarda həmçinin göstərilir ki, məhkə mə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayı la bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün q iymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli 2(103)378/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar