Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4507/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Mustafayev Rafiq Həmid oğlu, “xxxx” MTK-nın vəkili İsmayılova Samir Bəyistan oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevr al 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh2nə və Səbail rayon Polis İdarəsinə qarşı “sökülmüş evin tikilib bərpa edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 iyul 2018-cı il tarixli qətnaməsi ilə (sədrlik edən N.Bağırov, iş 2(009)-979/2018) iddianın qismən təmin edilməsi, dəymiş maddi ziyana görə 90.000 (doxsan min) manat, səkkiz aylıq dövr üçün aylıq 400 (dörd yüz) manat kirayə haqqının əvəzi, cəmi 3200 (üç min iki yüz) manat, mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat, ümumilikdə 94.200 (doxsan dörd min iki yüz) manat cavabdeh “x xxx” MTK-dan İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pulun 100 manat hissəsi İddiaçı, 150 manat hissəsi isə cavabdeh “xxxx” MTK-dan tutulub, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), hakimlər M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)-417/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “xxxx” MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi maddi zərərin tutulmas ı hissəsində qismən təmin edilməsi, dəymiş maddi zərərə görə 75450 (yetmiş beş min dörd yüz əlli) manatın cavabdeh “xxxx” MTK-dan İddiaçı xeyrinə tutulması, iddia tələbinin maddi zərərin məbləği ilə bağlı qalan hissədə təmin edilməməsi, qətnamənin 94200 (doxsan dörd min iki yüz) manat cəmi məbləğin tutulması hissəsində dəyişdirilməsi, cəmi məbləğ 79650 (yetmiş doqquz min altı yüz əlli) manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə - 3200 (üç min iki yüz) manat kirayə haqqının, 1000 (min) manat mənəvi zərərin və ekspertiza tədqiqatları dəyərinin tutulması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yo l vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Mustafayev Rafiq Həmid oğlu oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. “xxxx” MTK-nın vəkili İsmayılova Samir Bəyistan oğlu izahatında göst ərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun poz ulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında mənzili onun razılığı və ya digər qanuni əsas olmadan 18 noyabr 2017-ci il tarixdə axşam saatlarında sökülmüş və həmin mənzilin, eləcə də həmin binada yerləşən digər mənzillərin söküntüsü cavabdeh “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Bu xüsusat iddiaçının izahatı ilə yanaşı, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” DLl-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 11 may 2016-cı il tarixli “ünvan 1 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında” aktla, Cavab deh2 Başçısının 02 sentyabr 2016-cı il tarixli, 120 №-li Sərəncamı ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Hüquqi dövlətdə və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyası 13 və 29-cu mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifad ə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-nin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Cavabdehlər tərəfindən iddiaçının mənzilinin yerləşdiyi binanın sökülməsi əsası kimi həmin binanın qəzalı vəziyyətdə olması göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Mənzil Məcəlləsinin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəs ində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Yuxarıda qeyd olunan hallar hazırki işə baxılarkən müəyyən olunmamışdır. Cavabdeh “xxxx” MMC- nin təqsirlə əhatə olunan yuxarıda qeyd olunan əməli hüquqa zidd olmaqla, iddiaçının mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilə təşkil etmiş və iddiaçının maddi ziyan çəkməsi ilə nəticələnmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh “xxxx” MMC İddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxil ə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Cavabdeh “xxxx” MMC tərəf indən həyata keçirilmiş söküntü işləri nəticəsində İddiaçı mülkiyyət hüququ pozulmuş, iddiaçının öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də, mütənasib olması məhkəmə tərəfindən müəyyən edilmədi. O da nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuli yyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 21 1-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, “cavabdehlər “xxxx” MMC -nin, Cavabdeh2 və Səbail Rayon Polis İdarəsinin birgə iştirakı ilə heç bir qanuni əsas olmadan hər hansı məhkəmə qərarı verimədən mülkiyyətimdə olan ünvan 3 ünvanda olan mənzilim bina ilə birlikdə uçurulub məhv edilmişlər. Belə ki, 18 noyabr 2017-ci il tarixdə saat 21-00 24-00 radələrində cavabdehlərin adamları tərəfindən mənzilimə quldurcasma basqın edilmiş, qeyri iş vaxtı qaranlıq və yaxışlı hava şəraitində mən və ailə üzvlərim mənzildən zorla çıxarılaraq bayıra atılmışıq, mənzildə olan əşyalarımız cavabdehlər tərəfindən dağıdılmış və yük maşına yüklənərək başqa yerlərə daşınmışdır. Bundan sonra ağır texnika nın vasitəsi bina uçurulub məhv edilmişdir. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində ( mülki delikt) mənə maddi və mənəvi ziyan vurulmuşdur. Maddi ziyanın ödənilməsi məsələsinə gəldikdə isə nəzərə alınmalıdır ki “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin qiymətləndirmə hesabatına (mütəxəssis rəyi) əsasın uçurulmuş mənzilin real bazar dəyəri - 101 000 manat təşkil etmişdir. Cavabdehin törətdiyi mülki delikt nəticəsində mən və ailəm yaşayış sahəsiz qalmışıq və buna görə öz vəsaitimiz hesabına kirayə mənzil yaşamağa məcbur edilmişik. Qiymətləndirmə aparmış ekspertlərin rəyinə görə həmin ərazidə oxşar mənzillərin kirayə haqqı 400 manat təşkil edir. Biz 15 aydan artiqdır ki kirayədə yaşayırıq və kirayə haqqının əvəzi kimi cavabdehlərdən 6 000 manat pul tutulmalıdır.” Məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlillərini, o cümlədən mənzilin dəyərinin müəyyən edilməsi, kirayədə yaşamanın müddəti nəzərə alınmaqla məbləğin hesablanması və mənəvi zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilməsində apelyasiya instansiyası məhkəməsinin səhvə yol verməsi ilə razılaşır. Hesab edir ki, qeyd olunan mənzilin real bazar dəyəri (yəni oxşar şəraitli mənzil almaq üçün tələb olunan məbləğ), kirayə yaşamaq üçün sərf olunan məbləğ, mülkiyyət hüququna müdaxilə ilə bağlı iddiaçının məruz qaldığı mənəvi sarsıntılar baxımından ədalətli şəkildə dəyərləndirilməlidir. Ona görə də kassasiya şikayəti təmin olunaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib, iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesa b edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4507/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4507/2019
28.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver