Məhkəmə qərarları › İş №2(102)-451/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-451/2021

01.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-451/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Vəkilutvalı oğlunun cavabdehlər Cavabdeh, “xxxx” MMC-yə, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-451/21 (Açar sözlər: hüquqi şəxsin təsisçisi üzərinə direktorun təyin edilməsi, direktorun fəaliyyətinə mane olmamaq vəzifəsinin qoyulması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunu n katibliyi, iddiaçı Vəkilutvalı oğlunun nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Vəkilutvalı oğlunun cavabdehlər Cavabdeh, “xxxx” MMC-yə, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “hüquqi şəxsin direktoru təyin edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4086/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Vəkilutvalı oğlunun kassasiya şikayətinə 01 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Vəkilutvalı oğlu cavabdehlər Cavabdeh, “xxxx” MMC-yə, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə Binəqə di rayon Məhkəməsinə müraciət edərək, X1 “xxxx” MMC-nin qanuni təmsilçisi və direktoru kimi fəaliyyət göstərməsinə maneçilik törədilməsinin təsisçi Cavabdeh və digər şəxslərə qadağan edilməsi, Y.Əhmədovun MMC-yə qanuni təmsilçi seçilməsi ilə bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Y.Əhmədovun MMC-nin qanuni təmsilçisi olması barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-112/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edil məmişdir. (hakim F.Hətəmzadə) İddiaçı Vəkil qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4086/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-112/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata iddia tələbinə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxılarkən iddiaçı Vəkilutvalı oğlunun nümayəndəsi və vəkili X4 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, kassasiya şikayətini geri götürdüyünü bildirərək, imtinanın qəbul edil məsini və kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin geri götürülməsi barədə ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etm əyə haqlıdır. Mülki Prosessual Məcəllənin 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəflərin kassasiya şikayəti olmadığı üçün qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4086/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Vəkilutvalı oğlunun kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməldir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Vəkilutvalı oğlunun kassasiya şikayətlindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4086/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Vəkilutvalı oğlunun kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar