Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-451/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ( X23 və X27 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyas iya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(103)-4597/2024 nömrəli qətnaməsindən X24 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1680/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və X25 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3482/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qətnamədə aşağıdakılar öz əksini tapmışdır: 2.1. Azərbaycan Mühəndis-İnşaat İnstitutunun (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin) "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı əsasında X5 Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi ayrılmış və həmin protokol əsasında axırıncının adına 0590/21 saylı order verilmişdir. 2.2. “Coşqun” Bağçılıq Yoldaşlığının 17/03 nömrəli “Bağçının üzvlük kitabçası”dan görünür ki, 1997-ci ildən Azərbaycan Mühəndis-İnşaat İnstitutunda işləyən Orucova X21 yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2 nömrəli qərarına əsasən bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş v ə ona, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1342 nömrəli Sərancamına uyğun olaraq, Nardaran qəsəbəsindən şimal-qərbdə yerləşən “Coşqun” Bağçılıq Yoldaşlığından sahəsi 1000 kv.m olan 20/21 nömrəli bağ sahəsi ayrılmışdır. 2.3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1040 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair Cavabdeh adına və X10 adına order arxiv qovluğunda aşkar edilməmişdir. 2.4. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********20 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X16 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmi ş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki, X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun” X16 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası arxiv qovluğunda mövcuddur. 2.5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 456208 nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Elektron Çıxarışa görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi X17 mülkiyyətindədir. 2.6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubda göstərilmişdir ki, arxiv qovluğunda saxlanılan sənədlərə əsasən "Coşqun" bağçılıq yoldaşlığının Ləhiş bağlar massivi sahəsində yerləşən 21 saylı bağ sahəsi Cavabdeh, 20 saylı bağ sahəsi isə bağçılıq yoldaşlığının digər üzvü X18 ayrılmış, sonradan sonuncunun razılığı ilə 20 saylı bağ sahəsi də Cavabdeh adına keçirilmişdir. Belə ki, "Coşqun” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 20/21 (1000 kv.m) saylı bağ sahəsinin ayrılmasına dair Cavabdeh adına üzvlük kitabçası verilmişdir. Daha sonra Cavabdeh və ailə üzvlərinin razılıq ərizələri əsasında 20/21 saylı bağ sahəsi X17 adına keçirilmişdir və onunla xx.xx.2005-ci il tarixli 35741 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 20/21 saylı 0,10 ha bağ sahəsi xx.xx.2014-cü il tarixdə X17 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il il tarixdə isə təqdim edilmiş layihə əsasında torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 100.2 kv.m olan bağ evi ilə birlikdə vahid əmlak olaraq 20/21 saylı bağ evi kimi onun adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. 2.7. Bakı şəhəri 12 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2003-cü ildə vəfat etmiş X4 vərəsəsi - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 164-də yaşayan yoldaşı İddiaçı1, övladları İddiaçı3, İddiaçı2dur və onlar miras əmlakdan bərabər payda irs almalıdır. 2.8. Azərbaycan Mühəndis İnşaat Unversitetinin Həmkarlar Komitəsi sədri S.Əliyevin xx.xx.2021-ci il tarixli, 09 saylı məktubunda göstərilmişdir ki, "Coşgun" X16 Azərbaycan Mühəndis İnşaat Unversitetində 1989-cu ildə müəllim və işçilərin təşəbbüsü ilə ictimai təşkilat kimi onların iştirahətini təşkil etmək məqsədi ilə yaradılmış, aparılmış araşdırma nəticəsində "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasın qərarı ilə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi X5 ayrıldığını, həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsi aşkar edilməmişdir. "Coşgun" Bağçılıq öz fəaliyyətini dayandırmışdır. 2.9. Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Əcnəbi dillər kafedrasında hər il müqavilə əsasında bir tədris ili müddətinə müəllim vəzifəsində işləmiş, xx.xx.2003-cü ildə seçki yolu ilə müsabiqədən keçərək xx.xx.2003-cü il tarixli 369 saylı əmrlə bağlanmış əmək müqaviləsinə əsasən 5 il müddətinə Əcnəbi dillər kafedrasına ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.2008ci il tarixdə ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6227/2017 nömrəli iş üzrə 29 iyun 2017 ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiasının təmin edilməsi, cavabdeh X17 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindı Azərbaycan Mühəndis-İnşaat İnstitutunun "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0.05 ha olan 21 saylı bağ sahəsinin özəlləşməsinin etibarsız hesab edilməsi və bunun əsasında sonuncunun adına verilmiş RX seriyali ******* saylı çıxarışın 21 saylı bağa münasibətdə ləğv edilməsi, cavabdeh X17 həmin ərazidən çıxarılması, bağ sahəsinin onun qeyri-qanuni sahibliyindən götürülməsi və onun tərəfindən orada inşa edilmiş tikilinin onun hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, məhkəmənin “Coşqun” bağçılıqyoldaşlığına dair arxiv qovluğunda bağçılıq-yoldaşlığı üzvlərinin ilkin siyahılarında X4 adı göstərilmiş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi haqqında digər bir sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 08 iyul 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıq-yoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-c i il tarixdə təsdiq edilmiş siyahısında X4 adı göstərilməmişdir və həmin siyahı qüvvədə olan əsas sıyahı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-2345/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. 4. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsinə görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi X27 tərəfindən X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massi vində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinə dair Cavabdeh adına "Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 X12 ilə xx.xx.1970-ci ildə rəsmi nikaha girməklə ailə həyatı gurmuş, birgə nikah münasibətlərindən 5 övladları anadan olmuşdur. Bu müddət ərzində X5 əməkdaşı olduğu Azərbaycan Mühəndis-İnşaat İnstitutunun (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin) "Coşqun" bağçılıq yoldaşlığınnın ümümi yığıncağının xx.xx.1989-cu il tarixli 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 6/255 saylı qərarı əsasında Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massiv ində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi ayrılmış və həmin protokol əsasında da axırıncının adına 0590/21 saylı müddətsiz order verilmişdir. xx.xx.2003-cü il tarixdə X12 vəfat etmiş, axırıncı vəfat edən günədək həmin bağ sahəsi onun ailə üzvləri ilə birlikdə istifadəsində olmuş, iddiaçı övladları ilə birlikdə mərhumdan miras qalmış əmlaka vərəsə tanınmışdır. X4 vəfatından sonra onlar bir müddət İddiaçı1 xəstəliyi ilə əlaqədar bağ sahəsindən istifadə edə bilmədilər. Daha sonra bağa gəldikdə bağdan X28 adında bir şəxsin istifadə etdiyinin şahidi oldular, axırıncı ilkin olaraq həmin bağa dair X9 və İstismarı Birliyi ilə aralarında xx.xx.2005-ci il tarixli, 35741 saylı icarə müqaviləsinin bağlandığını, daha sonra isə bağ sahəsini özəlləşdirərək öz adına RX seriyalı ******* saylı reystrdən çıxarış aldığını bildirmişdir. Bu hal iddiaçılara məlum olduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində X26 qarşı bağ sahəsindən çıxarılma, bağın özgənin qeyri-qanuni sahibliyindən götürlməsi və qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 6227/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X19 adına Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində Azərbaycan Memarlıq və İnşaat Üniversitetinln "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilmiş, həmin özəlləşdirmə əsasında axırıncının adına verilmiş RX seriyalı ******* saylı reystrdən çıxarış 21 saylı bağa münasibətdə ləğv edilmiş, cavabdeh X19 həmin ərazidən çıxarılması, bağ sahəsinin axırıncının qeyri-qanuni sahibliyindən götürüməsi və həmin sahədə inşa edilmiş tikililərin onun hesabına sökülməsi qət edilmişdir. İstinad edilmiş qətnamədən cavabdeh X19 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-9936/2017 saylı qətnaməsi ilə təmin edilmiş, iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-6227/2017 saylı qətnaməsi ləğv edilmiş, cavabdeh X26 qarşı irəli sürülmüş tələb təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-2345/2018 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tar ixli, 2(103)-9936/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İstinad edilən məhkəmə qərarlarında göstərilmiş halları əsas götürməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti və X13 qarşı "icarə müqaviləsinin etibarsız hesab edilməsinə" dair iddia qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1680/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İstinad edilən qanuni qüvvəsini almış yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr məlum nəticəyə gələrkən mübahisə edilən bağ sahəsinin özəlləşdirilməsi DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən aparıldığını, torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi tələbləri buna cavab verməli olmayan şəxsə qarşı qaldırıldığını, lakin həmin orqan iş üzrə cavabdeh qismində cəlb edilmədiyini, X19 həmin tələb üzrə cavabdeh şəxs olmadığını, eyni zamanda həmin mübahisə ilə bağlı DƏDRX-in xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli məktublarında bağ sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə Cavabdeh adı göstərildiyini, axırıncının və onun ailə üzvlərinin razılığı ilə həmin bağa dair xx.xx.2005-ci il tarixdə X3 və İstismarı idarəsi ilə X19 arasında icarə müqaviləsinin bağlandığını, X14 əvvəl isə 21 saylı bağ sahəsinə Cavabdeh sahiblik etdiyi müəyyən edildiyini, onun adına həmin bağ sahəsinə dair üzvlük kitabçasının verildiyi, lakin onun adına olan sənədlərin mübahisələndirilmədiyini, birbaşa X19 adına olan özəlləşdirilmənin etibarsız hesab edil məsi tələb edildiyini əsas götürmüşlər. Eyni zamanda vəkil sorğusuna cavab olaraq verilmiş DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********20 saylı məktubu ilə də bildirilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X16 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçini bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki, X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X16 üzvülərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvüiük kitabçası aşkar edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haq qında" Qanunun 8.0-ci maddəsinin tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqa şəxsə keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur..." 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, üzvlük kitabçaları və ya üzvlərin iclasının protokolundan çıxarışlar. Cavabdeh adına "Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası o halda əsaslı sayıla bilərdi ki, ən azından üzvlük kitabçası verildiyi tarixdə o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı olardı. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2022-ci il tarixli 31/148 saylı məktubu ilə də vəkil sorğusuna cavab olaraq göstərilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Memarlıq və İnşaat Universitetin əcnəbi dillər kafedrasında hər il müqavilə əsasında bir tədris ili müddətində müəllim, xx.xx.2003-cü ildə bağlanmış müqaviləyə əsasən 5 il müddətinə əcnəbi dillər kafedrasında ingilis dili müəllimi vəzifəsində işləmiş, xx.xx.2008- ci il tarixdə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilmiş məktubdan məlum olduğu kimi, Cavabdeh adına mübahisə edilən bağ sahəsinə dair Universitetin “Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci i l tarixli, 2 saylı protokola əsasən üzvlük kitabçası verilərkən o, Azərbaycan Memarlıq və İnşaat Universitetin əməkdaşı olmamış, bu hal həmin üzvlük kitabçasının saxta olmasına dəlalət edir. Həmin üzvlük kitabçasının qeyri-qanuniliyi onunla subuta yetirilir ki, Cavabdeh adına üzvlük kitabçası verilən tarixə "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli, 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989- cu il tarixli, 6/255 saylı qərarı əsasında X4 adına həmin bağ sahəsinə dair verilmiş 0590/21 saylı order qüvvədə olmuşdur. Məlum məsələdir ki, Cavabdeh adına verilmiş həmin üzvlük kitabçası ona və ailə üzvlərinə mübahisəli bağ sahəsinin X19 icarəsinə verilməsinə, onunla icarə müqaviləsinin bağlanmasına razılıq verməsinə hüquq verməmişdir.
7. Cavabdeh (nümayə ndəsi və vəkili Vəkil2) iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkməyə müraciət edərək, etirazını belə əsaslandırmışdır ki, üzvlük kitabçası hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçıların belə bir tələblə məhkəməyə müraciət etməsi də əsassızdır. Cavabdeh 2005-ci ilə kimi ailəsi ilə birlikdə həmin bağ sahəsində yaşayıb. Cavabdeh bildirir ki, həmin bağ sahəsi boş olub, baxımsız olub və cavabdeh tərəfindən baxımlı hala gətitilib, hasara alınıb, yaşayış sahəsi tikilərək həmin ünvanda (Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində yerləşən, sahəsi 0,005 ha olan 21 saylı bağ sahəsi) yaşayıblar. Daha sonra isə həmin bağ sahəsini satıblar. Göründüyü kimi, iddiaçılar həçmin bağ sahəsinə dair mübahisə qaldırsalarda, əslində bağ sahəsində yaşam ayıblar, ona dair hər hansı qulluq göstərdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməyiblər. Halbuki, istənilən X16 üzvlərinin əsas tələbi bağ sahəsinə baxmaqla bağlı öhdəliklərin icrası ilə bağlı olur. İş materialları ilə sübut olunur ki, cavabdehlər nəinki, Cavabdeh tərəfindən bağ sahəsinə dair sahiblik və istifadə edilən müddətdə, eləcədə ondan sonrakı dövrlərdə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində yerləşən, sahəsi 0,005 ha olan 21 saylı bağ sahəsində olmayıblar. Əgər olsaydılar bunu təsdiq edən sübutları olardı və ya həmin bağ sahəsinə dair hər hansı mübahisə olardı. Cavabdeh tərəfindən bağ sahəsinə dair sahiblik və istifadə qanuni əsaslarla və mübahisəsiz olub. İddia ərizəsindən də göründüyü kimi, iddiaçılar təxminən 30 ildən sonra əsassız və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddətidə ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində qeyd edilir ki, Mülki Məcəllənin 373- cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. Belə çıxır ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilib. Həmçinin iddia tələbinin özü belə tam aydın deyil. Bu tələbin təmin edilməsi mümükünsüzdü və təmin edilsə belə heç bir hüquqi nəticə yarada bilməz. Çünki, torpaq sahəsi özgəninkiləşdirilib və bununla bağlı çoxsaylı mübahisə predmeti olsda hazırkı iddiaçıların iddia tələbləri təmin edilməyib. Bu o anlama gəlir ki, iddia tələbi bilavasitə hüquqi əsas olmadan verildiyi üçün rədd edilməlidir.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 mülki hüququn həyata keçirilməsi müddətinin ötürülməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəməyə bildirmişdir ki, əgər hazırkı iş icraata götürülübsə, deməli məhkəmə 2 saylı protokola akt kimi deyil, məhz əqd kimi yanaşmış, sözügedən protokol əsasında cavabdehə verilmiş üzvlük kitabçası da bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə uyğun olaraq cavabdeh ilə “Coşqun” X16 arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəlmiş iradə ifadəsi kimi nəzərə alınmışdır. İddia ərizəsindən isə belə nəticəyə gəlmək olar ki, iddiaçılar həmin əqdin əhəmiyyətsiz əqd olduğunu iddia edir. Qanunvericilik tərəflərə yalnız əqdi ləğv etmək və ya dəyişdirmək səlahiyyəti verib. Əqdin etibarsızlığı o deməkdir ki, əqd qanunu pozmaqla bağlanıb, əqdin qanunu pozmaqla bağlandığını müəyyənləşdirmək və onun nəticələrini tətbiq etmək səlahiyyətini isə qanunvericilik məhkəməyə verib. Nəticə etibarilə bu tələbi məhkəmədə irəli sürmək müddəti bitəndə mülki hüquq xitam olunur.
9. Eyni zamanda mütəqil tələb irəli sürməyən üçüncü şəxs X27 iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi 24 avqust 2005-ci ildə Bakı şəhəri, Nardaran qəsəbəs i, Ləhiş bağlar massivində yerləşən sahəsi 0.5 ha olan 21 saylı bağ sahəsinə dair X6 və İstismarı idarəsi ilə onun arasında qanunvericiliyin tələblərinə uyğun olaraq 35741 saylı icarə müqaviləsi bağlanmış və daha sonra tərəfindən qanuni əsaslarla həmin bağ sahəsi özəlləşdirilmiş və adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir. Göründüyü kimi göstərilən daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini qanuni əsaslarla icarə müqaviləsi bağlayaraq icarəyə götürmüş, bir müddət icarəsində qalmış daha sonra, oradakı bağ sahəsini alğı-satqı edərək almış, sonralar uzun müddət mülkiyyətində olan bu torpaq sahəsində qanuni əsaslarla mülkiyyətində torpaq sahəsi olan hər bir v ətəndaş kimi onun da imkanı olduqca burada abadlaşdırma işləri aparmış, əlavə tikililər tikmişdir. Nəhayət, 31 may 2021-ci il tarixdə X23 ilə arasında AN10859879 nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən qanuni əsaslarla mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ sahəsi 20/21 ünvanında yerləşən 0.1 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100.2 kv/m olan bağ evini X2 və hazırda qeyd olunan daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyildir. Həmçinin 21 saylı bağ sahəsinin X20 istifadəsinə, daha sonra mülkiyyətinə verilməsinin qanuna uyğun olması preyudisial əhəmiyyət dasıyan məhkəmə qətnamələri ilə öz təsd iqini tapmış və bu faktın başqa məhkəmə prosesində mübahisələndirilməsi yolverilməzdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1067/2024 saylı, 15 may 2024- cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbi təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında illərdir davam edən mübahisə üzrə qəbul edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarından və hazırkı işin materiallarından göründüyü kimi, Nardaran qəsəbəsində yerləşən, “Coşqun” bağçılıq-yoldaşlığına aid olan və sahəsi 0,05 ha olan torpaq sahəsi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (Azərbaycan Memarlıq və İnşaat Universiteti) bağçılıq yoldaşlığının ümumi iclası (protokol № 2, xx.xx.1989-cu il tarixli) və Bakı Şəhər Sovet inin 6/255 qərarı əsasında 21 nömrə ilə X5 ayrılmış və buna dair 0590/21 saylı order verilmişdir. Buna baxmayaraq faktiki olaraq xx.xx.1998-ci il tarixdən Azərbaycan Memarlıqİnşaat İnstitutunda işləyən Cavabdeh həmin torpaq sahəsinə dair bağçılıq cəmiyyətinə bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1997- ci il tarixli 2№-li protokoluna əsasən “Coşqun” bağçılıq yoldaşlığının 17/03 saylı “Bağçının üzvlük kitabçası” verilmiş və kitabçada Cavabdeh 1997-ci ildən Azərbaycan Memarlıq-İnşaat İnstitutunda işləməsi qeyd olunmuşdur. Cavabdeh həmin üzvlük kitabçasına əsaslanaraq mübahisəli bağ sahəsinin başqa şəxsin adına keçirilməsinə razılığını vermiş və bağ sahəsi nəticə etibarilə özgəninkiləşdirilmişdir. İddiaçı(lar) bağ sahəsinə münasibətdə icra edilmiş hərəkətləri/bağlanmış əqdləri/qəbul edilmiş akt ları mübahisələndirsələr də, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə on(lar)a ilkin olaraq Cavabdeh verilmiş sənədin mübahisələndirilməli olması izah edilmişdir. 12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adın ın siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz.
13. Da şınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X16 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş; Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki,X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası aşkar edilmişdir.
14. Göründüyü kimi, hazırkı vəziyyətdə “Coşqun” bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2 №-li protokolu qəbul edilərək, üzvlük kitabçası verilən zaman Cavabdeh Azərbaycan Memarlıq-İnşaat İnstitutunda işləmədiyi iş materiallarında olan sənədlərlə öz əksini tapır, bunun əksi olaraq isə - üzvlük kitabçasının həmin (xx.xx.1997-ci il) tarixə olan kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilməsi iş materialları ilə təsdiq edilmir.
15. Məhkəmə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin “Coşqun" bağçılıq-yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasının qərarı ilə X5 ayrıldığını və həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsinin mövcud olmadığını; “Coşqun” bağçılıq-yoldaşlığının 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda müəllim və işçilərin təşəbbüsü i lə ictimai təşkilat kimi onların istirahətini təşkil etmək üçün yaradılmasını; Cavabdeh həmin təhsil müəssisəsində xx.xx.1998-ci il tarixdən işləməsinə baxmayaraq, üzvlük kitabçasının ona xx.xx.1997-ci il tarixli, 2 №-li protokola əsasən verilməsini və kitabçada onun Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 1997-ci ildən işləməsini; həmçinin Cavabdeh adının xx.xx.1997-ci il tarixə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında olmasını təsdiq edən hər hansı sənədin iş materiallarında olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh adına AzMİU “Coşqun” bağçılıq-yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokoluna əsasən verilmiş üzvlük kitabçası etibarsız hesab edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nət icəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin lə ğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. Hazırkı işdə iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq, məhkəmə işə baxaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Bu zaman mülkiyyətçi tərəfdən təqdim edilmiş 1989-cu ildə verilmiş sənədlərə istinad etmişdir ki, bu da natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edilməsi ilə nəticələnmişdir. Cavabdeh verilən üzvlük kitabçasının əsasını təşkil "Coşqun” X16nin xx.xx.1997-ci il tarixli 2 saylı protokol inzibati akt hesab olunmalı olduğundan sözügedən protokol əsasında verilən üzvlük kitabçasının etibarsız hesab edilməs inə dair mübahisəyə müvafiq inzibati məhkəmədə baxılmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindəki hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, dövlət ali təhsil müəssisəsi olan Azərbaycan Mühəndis İnşaat Universitetində yaradılmış "Coşqun" bağçılıq yoldaşlığı dövlət mülkiyyətində olan torpaq sahələrini fiziki şəxslərə ayırmaqla faktiki olaraq inzibati orqan səlahiyyətlərini yerinə yetirmiş və sözügedən 2 nömrəli protokol da ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaqla və ünvanlandığı fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaratmaqla (istifadə hüququnun əldə edilməsi kimi) inzibati akt rolunu oynamışdır. İnzibati Prosesual Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilir. İnzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxıldığından, hazırki mübahisəyə müvafiq qaydada inzibati məhkəmədə baxılmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindəki hazırki iş üzrə icraata isə xitam verilməli idi. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsini qətnaməsinin əsaslandırıcı hissəsində qeyd etsə də, sonda gəldiyi nəticə müvafiq maddənin tələbi ilə ziddiyət təşkil etdiyindən qanunsuz hesab edilməlidir. Bu mənada birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilən və iş üzrə materiallarda öz əksini tapan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə habelə mübahisələndirilən qətna mədə qeyd olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 08 iyul 2016-cı il tarixli məktublarının əlaqəli təhlili məhkəmə tərəfindən müvafiq norma tələbinin pozulmasını anlamaq üçün yetərli olacaqdır. Belə ki, birinci sorğuya cavab olaraq göndərilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X16 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş; Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki, X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası aşkar edilmişdir. 08 iyul 2016-cı il tarixli məktubda isə arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıq-yoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş siyahısında X4 adı göstərilmədiyi və həmin siyahının qüvvədə olan əsas sıyahı hesab edilməsi qeyd olunmuşdur. Yuxarıda göstərilmiş məktublar bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında Musayev Zülümxanın adının qeyd olunmadığını, Cavabdeh adının qeyd olunduğunu təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsini işin müvafiq faktiki hallarına tətbiq etdikdə asanlıqla bu nəticəyə gəlmək olar ki, daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün üzvlük kitabçası və ya üzvləri n iclas protokollarından çıxarış yetərli olmamaqla birlikdə bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adın qeyd olunması zəruridir. Hətta birinci instansiya məhkəməsi öz qətnaməsinin əsaslandırıcı hissəsində bu məqama toxunmuş, hətta bununla bağlı qeyd etmişdir ki, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməs ini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyəti olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Maraqlı məqam bundan ibarətdir ki, məhkəmənin gəldiyi nəticə özünün bu əsaslandırması ilə ziddiyət təşkil edir. Belə ki, iddiaçılar Zülümxan Musayevin mübahisəli torpaq sahəsinə hüququnun olmasına iddia edərək, Cavabdeh verilmiş üzvl ük kitabçasının etibarsız hesab edilməsini tələb etsələr də, Zülümxan Musayevin hüququnu təsdiq etmək üçün zəruri əsas olan və Qanunda öz əksini tapan bağçılıq-yoldaşlığı siyahısında adının qeyd olunması əsası mövcud deyildir. Bu da belə bir əsas olmadan digər sənədlərinin (order, protokoldan çıxarış və üzvlük kitabçası) hüquqa iddia üçün yetərli olmadığını, əksinə cavabdehin orderi olmasa belə, siyahıda adının qeyd olunduğundan üzvlük kitabçasının qanuni qüvvədə olmasını, iddia tələbinin təmin edilməsinin tamamilə qanunsuz və əsassız olmasına dəlalət edir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4597/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin edilməməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə atlarının məzmunundan bəlli olur ki, iddiaçılar 2017-ci ilin əvvəllərdən başlayaraq mübahisə predmeti olan bağ(torpaq) sahəsi ilə bağlı hazırkı iş üzrə 3-cü şəxs qismində iştirak edən X25 qarşı 3 dəfə müxtəlif məzmunlu iddialarla məhkəməyə müraciət etmiş və hər üç iddia təmin edilməmişdir. Hazırkı 4-cü iddianın irəli sürülməsinin səbəbi isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1 03)-3482/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsində məhkəmə tərkibinin gəldiyi qənaəti əsaslandırmaq yaxud möhkəmləndirmək üçün göstərdikləri, yəni iddiaçılar X15 əvvəl mübahisəli 21 saylı bağ sahəsinə sahiblik etmiş Cavabdeh adına olan sənədləri mübahisələndirmədən X8 adına olan özəlləşdirməni etibarsız hesab edilməsini və sonradan icarə müqaviləsinin etibarsızlığını mübahisələndirmişdir məzmunlu arqumentləri olmuşdur.
21. Əlbəttə ki, iddiaçıların məhkəmə müdafiəsi hüququndan istifadə etməsinə hər hansı bir məhdudiyyət ola bilməz. Lakin Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnamələrində göstərilənlər o mənanı kəsb etmir ki, hazırkı Cavabdeh qarşı olan iddia əsaslı olub və mütləq təmin edilməli idi. Belə ki, iddiaçıların yuxarıda qeyd olunan iddialarının uğursuz olma sı mahiyyət etibarı ilə hazırkı iddianın da uğursuz olmasını labüd etmiş olur. Ancaq birinci instansiya məhkəməsi bu halları nəzərə almadan iddianı təmin etmişdir.
22. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsində (i.v.61; 2-ci abzas)göstərilir ki, məhkəmənin “Coşqun” bağçılıq-yoldaşlığına dair arxiv qovluğunda bağçılıq-yoldaşlığı üzvlərinin ilkin siyahılarında X4 adı göstərilmiş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi haqqında digər bir sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 08 iyul 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıq-yoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, b ağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş siyahısında X4 adı göstərilməmişdir və həmin siyahı qüvvədə olan əsas sıyahı hesab edilir.
23. Göründüyü kimi Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin “Coşqun" bağçılıq-yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasının qərarı ilə X5 ayrılsa da və həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılığı mövcud olmamışdırsa, onda hansı səbəbdən arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıq-yoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş, qüvvədə olan əsas siyahısında X4 adı göstərilməmişdir. Əlbətdə ki, bu ritorik sual kimi səs lənsə də iddiaçılar qeyd olunan bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş üzvlük kitabçasının etibarsızlığını tələb etməzdən əvvəl bu məsələyə, yəni bağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş, qüvvədə olan əsas siyahısında X4 adının göstərilmədiyinin səbəblərini özləri üçün müəyyən etməli idi. Başqa sözlə, “Coşqun” bağçılıq-yoldaşlığının 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda müəllim və işçilərin təşəbbüsü ilə ictimai təşkilat kimi onların istirahətini təşkil etmək üçün yaradılmasına baxmayaraq, sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş, qüvvədə olan əsas siyahısında X4 adının olmaması iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlarının olmadığına dəlalət edir.
24. Bundan əlavə, Cavabd eh həmin təhsil müəssisəsində xx.xx.1998-ci il tarixdən işləməsi, üzvlük kitabçasının ona xx.xx.1997-ci il tarixli, 2 №-li protokola əsasən verilməsi və kitabçada onun Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 1997-ci ildən işləməsinin qeyd olunması həqiqi olsa belə hazırkı iddianın əsaslı olduğuna dəlalət etmir. Əvvəla, apellyasiya baxışında cavabdeh İnstitutda 1997-ci ildən saat hesabı işlədiyni, eləcə də bağ sahəsini Rafiq Rəhimovdan aldığını, Rafiq Rəhimova isə məhz Zülumxan Musayevin satdığını göstərdi. Cavabdehin bu məlumatı işin hallarına da uyğundur, əks halda bağçılıqyoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş, qüvvədə olan əsas siyahısında X4 adı çıxarılmazdı. İkincisi, cavabdehin bağçılıq-yoldaşlığa üzv qəbul edilməsinin 21 oktyabr 1997-ci ildə n sənədləşdirilməsi onun həmin yoldaşlığın üzvü olmasının qanunsuz olması kimi qiymətləndirilə və üzvlük kitabçasının etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. Çünki nə mərhum X4, nə də onun vərəsələri olan iddiaçıların həmin bağ sahəsi ilə hər hansı formada sabit əlaqəsi və bağlılığının olmasına dair işdə heç bir sübutlar mövcud deyil. Buna görə də, uzun illər sonra, həmçinin ayrı-ayrı şəxslərin qanuni istifadəsində və sahibliyinə keçmiş, sonradan isə üzərində mülkiyyət hüququ qeydə alınmış bağ torpaq sahəsinə dair 25 ildən artıq müddətdə verilmiş üzvlük kitabçasının mübahisələndirilməsi açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşıyır.
25. Bundan başqa, birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsinə istinad etsə də sonda gə ldiyi nəticə həmin maddənin tələbi ilə ziddiyət təşkil edir. Belə ki, DƏDRX-in Bakı Ərazi İdarəsinin mübahisə predmeti olan bağ torpaq sahəsi ilə bağlı rəsmi məlumatlarında bildirilir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X16 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki, X10 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası aşkar edilmişdir. 08 iyul 2016-cı il tarixli məktubda isə arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıqy oldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş siyahısında X4 adı göstərilmədiyi və həmin siyahının qüvvədə olan əsas sıyahı hesab edilməsi qeyd olunmuşdur. Demək ki, qeyd olunan İdarənin məktublarında bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında Musayev Zülümxanın adının qeyd olunmadığı, Cavabdeh adının qeyd olunduğu təsdiq edilir. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün üzvlük kitabçası və ya üzvlərin iclas protokollarından çıxarış yetərli olmamaqla birlikdə bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adın qeyd olunması zəruridir. Birinci instansiya məhkəməsi özü də qeyd edir ki, bu sənədlər ko llektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq tə sərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyəti olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Lakin cavabdehin adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmasa da sonradan həmin siyahıya daxil edilmiş, əksinə Zülümxan Musayevin adı həmin siyahıdan çıxarılmışdır. Ona görə də iddiaçılar Zülümxan Musayevin mübahisə predmeti olmuş torpaq sahəsinə hüququnun olmasına iddia edərək, Cavabdeh verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsini tələb etsələr də, Zülümxan Musayevin hüququnu təsdiq etmək üçün zəruri əsas olan və qanunda öz əksini tapan bağçılıq-yoldaşlığı siya hısında adının qeyd olunması əsası mövcud deyildir. Bu hal, yəni siyahıda adın qeyd olunmaması digər sənədlərin(order, protokoldan çıxarış və üzvlük kitabçası) qeyd olunan torpaq sahəsinə iddia etmək üçün kifayət etmirdi, əksinə cavabdehin orderi olmasa belə, siyahıda adının qeyd olunması üzvlük kitabçasının etibarlı olduğunu təsdiq edir.
26. Məhkəmə öz mövqeyini 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44-cü, 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1. 82.3. 217.2, 217.3. 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və o na qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı Özçelebi-İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4597/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mübahisə ilə bağlı çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1067/2024 saylı qətnaməsinin qüvvədə saxlanılması haqda qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti olan bağ sahəsi həyat yoldaşı Azərbaycan Memarlıq-İnşaat İnstitutunda elmlər doktoru, professor X5 həmin İnstitutda yaradılmış “Coşqun" bağçılıq-yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasının qərarı əsasında 0590/21 saylı order verilmiş, qeyd edilmiş order b u günədək qüvvədə olduğu halda “Coşqun” X16 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən İnstitutun 1997-ci ildə əməkdaşı olmayan Cavabdeh adına həmin bağa dair “Coşqun” X16 üzvüləri tərəfindən tərtib edilmiş tarixi, ili və günü müəyyən edilmiş sonuncu siyahıda Cavabdeh adı yazılması və həmin siyahı əsasın da onun adına üzvlük kitabçasının verilməsi qanunsuz və əsassız olmasına əhəmiyyət və düzgün hüquqi qiymət verilməmişdir.Bununlada məhkəmə Azərbaycan Respublikası MM-nin 152.1- ci maddəsi ilə qorunan hüquqlarını pozmuşdur.
20. Məlum məsələdir ki, “Coşqun” X16 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən Cavabdeh adına həmin bağa dair bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı əsasında verilmiş üzvlük kitabçası o halda əsaslı sayıla bilərdi ki, C avabdeh həmin Protokol tərtib olunan tarixdə, yəni xx.xx.1997-ci ildə, İnstitutun əməkdaşı və rəsmi işçisi olmuş olsun. İş materialları ilə müəyyən edilmişdir ki,Cavabdeh İnstitutda 1998-ci ildə illik, 2003-cü ildən isə beş illik müqavilə bağlamaqla həmin İnstitutda işləmişdir. Məhkəmə kollegiyası iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hala düzgün hüquqi qiymət verməmiş və Azərbaycan Respublikası MMnin 139.1.1.7-ci maddənin tələblərini və Daşınmaz əmlakın dövlət reyestri haqqında”Qanunun 8.0ci maddəsinin tələblərini pozmuşdur.
21. İş materialları ilə müəyyən edilmişdir ki,apellyasiya məhkəməsi iş üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan rəsmi sənədlərə düzgün hüquqi qiymət verməmiş xx.xx.1998-ci il tarixdən Azərbaycan Memarl ıq-İnşaat İnstitutunda müddətli müqavilələr bağlamaqla işləmiş Cavabdeh həmin İnstitutda fəaliyyət göstərmiş “Coşqun” bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2№-li protokoluna əsasən üzvlük kitabçasının verilməsinin, günü,tarixi və ili məlum olmayan sonuncu siyahıya axırıncının adının salınmasının səbəblərini araşdırmamışdır.Bununla da Azərbaycan Respublikası MPM-nin 14.1-ci mad. tələblərini pozmuşdur.
22. Mübahisəlibağla bağlı qanuni qüevvəsini almış məhkəmə qətnamə və qərarları ilə müəyyən edilmişdir ki, arxiv qovluğunda olan axırıncı siyahıda Zülümxan Musayevin adının olmaması “Coşqun" bağçılıq-yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasının qərarı ilə X4 adına verilmiş 0590/21 saylı order etibarsız olması və ya qüvvədə olmamasına istinad edilmə miş, sadəcə olaraq iddiaçılar tərəfindən Cavabdeh adına verilmiş üzvlük kitabçasını mübahisələndirməməsinə istinad edilməmişdir. Apellyasiya instansiya məhkəməsi məlum nəticəyə gələrkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hallara düzgün hüquqi qiymət verməmiş və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddələrinin də tələblərini pozmuşdur.
23. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.- 1.1.7, 152.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, Azərbaycan Respublikasının MPM-in 14.1, 82.3-cü maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (1 sentyabr 2000 -ci ilədək qüvvədə olan)
25. Maddə
44. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi 26. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (24 fevral 2015-ci il tarixli 1197-İVQD nömrəli Az ərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 254) ilə 139-1.1.7-ci maddəyə “orderlər” sözündən sonra “, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” sözləri əlavə edilmişdir). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 28. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəf indən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış ( 24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 255) ilə 8.0.7-ci maddəyə “orderlər” sözündən sonra “kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” sözləri əlavə edilmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normala rına uyğun çıxarılmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxış ının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəld iyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 7 oktyabr 2024-cü il tarixli 2(103)-4597/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.