Məhkəmə qərarları › İş №2(102)-4511/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4511/2021

11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4511/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-872/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin baş direktoru Cavabdeh1 arasında bağlanmış 07.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 07.07.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44200 manat; 10.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 10.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33150 manat; 11.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 11.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44200 manat; 14.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 14.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33150 manat; 15.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 15.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33150 manat; 21.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 21.07.2018-ci il tarixədək qaytarmaq şərti i lə 33150 manat; 29.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 29.06.2018-ci il tarixədək qaytarmaq şərti ilə 17000 manat olmaqla, cəmi 7 ədəd borc müqaviləsi üzrə 07.05.201829.05.2018-ci il tarixədək olan müddətdə İddiaçı cavabdeh "xxxx" MMC-yə ümumilikdə 238000 manat borc vermişdir. Daha sonra, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2019-cu il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 28.02.2019-cu il tarixədək qaytarmaq şərti ilə 34680 manat borc vermişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və “X1” MMC-yə qarşı iddia ərizəsi ilə 08.04.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ümumilikdə 272680 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli 2(006)-3101/2019 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC 28.11.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli 2(006)-3101/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli 2(006)-2044/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli 2(006)-3101/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilmiş və mülki iş üzrə icraat təzələnmişdir. Cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh1 04.02.2020-ci il tarixdə vəsatətlə məhkəm əyə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə "xxxx" MMC-nin hüquqi ünvanı üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 2(006)-2044/2020 nömrəli qərardadı ilə mülki iş aidiyyəti baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində göstərilən 272680 manat borcdan 11.02.2019-cu il tarixli borc müqavilə 34680 manat pulu Cavabdeh1 verdiyini, qalan 7 müqavilə üzrə cəmi 238000 manat vəsaiti isə Cavabdeh1 simasında “X1” MMC-yə verdiyini qeyd edərək, iddia tələbində göstərilən 272680 manat borcun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq ona ödənilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qonşusu və yaxın tanışıdır. Cavabdeh1 "xxxx" MMC-nin direktoru olaraq, kommersiya və nəşriyyat fəaliyyəti ilə məşğuldur. Cavabdeh1 söhbət əsnasında ona bildirmişdir ki, işlədiyi MMC-nin fəaliyyətini genişləndirilməsi, əlavə avadanlıqların alınması və daha artıq qazanc əldə edilməsi üçün onun əlavə pul vəsaitinə ehtiyacı var. Bu məqsədlə Cavabdeh1 ondan borc pul istəmişdir. O, Cavabdeh1 vicdanlı şəxs kimi tanıdığına görə ona maddi köməklik göstərmiş, ona borc verməyə razılaşmışdır. Nəticədə 07.05.2018-11.02.2019-cu il tarixə kimi onunla Cavabdeh1 direktoru olduğu "xxxx" MMC-nin arasında 7 ədəd borc müqaviləsi, Cavabdeh1 özü ilə 1 ədəd borc müqaviləsi bağlanmaqla, cavabdehlərə ümumilikdə 272680 manat borc vermişdir. Belə ki, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 07.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 07.07.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44200 manat; 10.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 10.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33150 manat; 11.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 11.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44.200 manat; 14.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 14.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33150 manat; 15.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 15.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33150 manat; 21.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 21.07.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat; 29.05.2018-ci il tarixli borc müqaviləsinə əsasən 29. 06.2018-ci il tarixədək qaytarmaq şərti ilə 17000 manat olmaqla, cəmi 7 ədəd borc müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-yə 238000 manat borc vermişdir. Həmin müqavilələrin icra müddətləri bitməsinə baxmayaraq, "xxxx" MMC-nin direktoru Cavabdeh1 borcu qaytarmamışdır. Daha sonra, Cavabdeh1 ona bildirmişdir ki, "xxxx" MMC üçün sifariş etdiyi avadanlıqlar artıq xaricdən gətirilmişdir, DGK-dən avadanlıqları təhvil alan kimi, onun bütün borclarını ödəyəcəkdir. Lakin həmin avadanlıqların gösmükdən götürüləsi üçün ona əlavə pul lazımdır. O, əvvəl verdiyi borcun qaytarılması üçün məcbur olaraq 11.02.2019-cu il tarixdə Cavabdeh1 ilə borc müqaviləsi bağlamış və 28.02.2019-cu il tarixədək qaytarması şərti ilə ona 34.680 manat borca vermişdir. Cavabdeh1 gömrükdən malları götürdükdən sonra, çap edilmiş ki tabların dəyəri olaraq 216.000 manat vəsait Təhsil Nazirliyi tərəfindən "xxxx" MMC-nin hesabına keçirilsə də, Cavabdeh1 vədinə əməl etməmiş, ondan aldığı borcu qaytarmamışdır. Bundan sonra onun Cavabdeh1 olan inamı itmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcun ödənilməsini təmin etməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 2(005)2203/2020 saylı 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr ü zrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, aldıqları borcu müəyyən edilmiş müddətdə iddiaçıya qaytarmamışdır. Ona görə də, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 07 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər borc müqaviləsində göstərilən şərtl ərlə razılaşaraq həmin müqaviləni bağlamışlar. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, aldıqları borcu müəyyən edilmiş müddətdə iddiaçıya qaytarmamışdır. Cavabdeh apellyasiya şikayətində qətnamə ilə müəyyən edilmiş 238000 manat borc pulun 50000 manatı müxtəlif vaxtlarda İddiaçı tərəfindən ödənilməsini qeyd etsə, də bu halı təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Cavabdeh1 (Vəkil Vəlıi oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq no rmalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxış ının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq poz untusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-872/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar