Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4522/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, X9 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan qeyriyaşayiş sahəsindən sahibkarliq fəaliyyətini həyata keçirməsinə yararan maneələrin aradan qaldırılması və sahibkarlıq fəaliyyətinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən veril miş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyətdə olan qeyri-yaşayiş sahəsindən sahibkarliq fəaliyyətini həyata keçirməsinə yararan maneələrin aradan qaldırılması və sahibkarlıq fəaliyyətinin bərpa edilməsi barədə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərəfindən 07 noyabr 2012-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1/4 hissəsi İddiaçı mülkiyyətində olan, Şəki şəhəri Salman Mümtaz küçəsində 154 ünvanında 0,0204 hektar tor paq sahəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 588,4 kvadrat metr olan, tikintialtı sahəsi 204 kvadrat metr olan qeyriyaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, İddiaçı həmin qeyri-yaşayış sahəsinə köçürülməsi, İddiaçı həmin qeyri-yaşayış sahəsindən mülkiyyətçi kimi istifadə etməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və İ.Quliyev) Şəki Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 30 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.İbayev, hakimlər A.Kalbalıyev və S.Hacıyev) Şəki Apellyasiya Məhkəməsinin MK-nın 04 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Mahmudov, hakimlər E.Hüseynov və V.Məlikov) Şəki Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi qismən - “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 noyabr 2012-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1/4 hissəsi İddiaçı mülkiyyətində olan, Şəki şəhəri Salman Mümtaz küçəsi ndə 154 ünvanında 0,0204 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 588,4 kvadrat metr olan, tikintialtı sahəsi 204 kvadrat metr olan qeyri-yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2ünvan 2 ünvanda, 0,0204 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 588,4 kvadrat metr olan, tikintialtı sahəsi 204 kvadrat metr olan qeyriyaşayış sahəsindən çıxarılması” hissəsində təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdehlər Cavabdeh1, Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətlərini onunla əsasla ndırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı mülkiyyətdə olan qeyri-yaşayiş sahəsindən sahibkarliq fəaliyyətini həyata keçirməsinə yararan maneələrin aradan qaldırılması və sahibkarlıq fəaliyyətinin bərpa edilməsi tələbinə dair iddia verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət k omitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 07 noyabr 2012-ci il tarixdə verilmiş RX seiyalı 0057657nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinfən çıxarışa əsasən ¼ hissəsi onun mülkiyyətində olan, Şəki şəhəri Salman Mümtaz küçəsində 154 ünvanında 0,0204 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli,ümumi sahəsi 88,4 kvadrat metr olan, tikintialtı sahəsi 204 kvadrat metr olan “Dörd Qardaş” adlı ticarət obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, onun həmin ticarət obyekindən sahibkarliq fəaliyyəti ilə istifadə etməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, onun həmin ticarət obyekindən sahibkarliq fəaliyyətinin bərpa edilməsi, həmçinin, ticarət obyektinin anbarına cav abdehlər tərəfindən qanunsuz olaraq vurulmuş qıfılların sökülməsi barədə qətnamə çixarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materaillarından görünür ki, 07 noyabr 2012-ci il tarixli çıxarışa əsasən Şəki şəhəri Salman Mümtaz küçəsində 154 ünvanında 0,0204 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 588,4 kvadrat metr olan, tikintialtı sahəsi 204 kvadrat metr olan qeyri-yaşayış binasının 1/4 hissəsi İddiaçı, 3/4 hissəsi isə X3, X4 və X1 ümumi birgə mlkiyyətindədi r. Hazırki işə baxılan zaman paylar real (naturada) ayrılmamışdır. İşin bu halı tərəflər arasında mübahisəsizdir. Həmçinin müəyyən edilir ki, mübahisəli əmlakda xeyli sayda olmaqla, müxtəlif çeşiddə tikinti materialları mövcuddur və həmin tikinti materiallarının satışı ilə cavabdeh tərəf məşğul olur. İddiaçı tərəf yerli baxış zamanı həmin əmlakda onun da payının olmasını bildirməklə yanaşı, ona məxsus tikinti materiallarının da həmin obyekdə olmasını, dəyərinin 480.000 manat təşkil etdiyini bildirmiş, lakin işə baxan məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq buna dair hər hansı mötəbər sübut təqdim etməmiş, həmin malların harada və nədən ibarət olmasını sübut edə bilməmiş, bunu öz izahatı ilə əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəf isə yerli baxış zamanı iddiaçının ¼ payının olm asını mübahisələndirməmiş, lakin həmin obyektdə cavabdehə məxsus heç bir malmülkün (tikinti materiallarının) olmamasını, bütün malların özlərinə məxsus olamasını və hazırda obyekdən onlar tərəfindən istifadə edildiyini bildirməklə sahibkarlıq fəaliyyətini həyata keçirdiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ya ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Göründüyü ki mi iddiaçı mübahisəli əmlakın paylı mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin iddiaçı mübahisəli əmlakın paylı mülkiyyətçisi olsa da, cavabdeh tərəfin maneə və müdaxiləsi nəticəsində pay hüququndan (əmlakından) istədiyi kimi istifadə edə bilmir. Cavabdeh tərəfin hansı əsaslarla qeyd olunan əmlakdan istifadə etməsinə, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, iddiaçı həmin əmlaka pay hüququ olan şəxs kimi maneəsiz qaydada daxil olmaq, öz pay hissəsindən qanunvericiliklə müəyyən olunmuş qaydada istədiyi kimi istifadə, sahiblik etmək, həmçinin payı barəsində sərəncam vermək hüququna malikdir. Lakin nə qədər ki, palyar naturada müəyyən edilməyib, həm iddiaçının, həm də mülkiyyətçilər sırasına daxil olan mübahisə predm eti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin bütünlükdə əmlakın hər bir hissəsində mülkiyyət hüquqları mövcuddur və onlar bərabər hüquqludurlar. Bu baxımdan iddiaçının qeyri-yaşayış sahəsinə köçürülməsi, qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində iddia tələbləri əsaslıdır, iddiaçı həmin tələblərə dair subyektiv hüquqa malikdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respubli kası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdilimədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4522/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4522/2019
12.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver