Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4543/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin əhəmiyyətsiz hesab edilməsi, əqdin etibarsızlığının hüquqi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1414/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, tərəflər arasında 05 fevral 2020-ci il tarixli podrat müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdeh öz materiallarından istifadə etməklə xxx ünvanında yerləşən tikinti sahəsi 150 kv.m təşkil edən 8.20 metr hündürlüyü, birinci mərtəbəsində və ikinci mərtəbəsində 3.10 metr tavan hündürlüyü olan olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə iddiaçıya təhvil verməyi, iddiaçı isə isə həmin fərdi yaşayış evini qəbul edərək 38.000 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin məbləğin 8.000 manatı iddiaçı tərəfindən cavadehə ödənilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən X3 300 manat, X4 464 manat, bələdiyyəyə əmlak vergisi olaraq 150 manat və "xxxx" MMC-yə 100 manat, ümumilikdə 1014 manat məbləğində ödəniş edilmişdir.
3. Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş 15 mart 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında X və X adlı maklerlərə evinin satılması üçün müraciət etdiyini, xxx qəsəbəsində yerləşən evini satmaq istədiyini, qeyd edilən evi 45.000 manata satışa qoymasını, daha sonra onların müştəri qismində X” adlı şəxsi evə gətirdiklərini, X evi 38.000 manata razılaşdıqlarını, daha sonra X və X iştirakı ilə ev alqısatqı ofisində X ona 2.000 manat beh verdiyini, bundan sonra ondan 6.000 yenə istədiyini, çünki ona 8.000 manat lazım olduğunu, daha sonra X, X və X ilə 43 saylı notariusa yaxınlaşdıqlarını, burada aralarında podrat müqaviləsi bağlandığını, notariusun yaxınlığında olan bankdan X vasitəsilə əlavə 6.000 manat pulu götürdüyünü, bundan sonra aralarında problem yaranmağa başladığını, belə ki, onun evə çəkdiyi qazı X bəyənmədiyini, X öz ərazisi üzrə qaz hesabı istədiyini, bundan sonra X evi almamaq qərarına gəldiyini, artıq ondan verdiyi 8.000 manat pulu geri istədiyini, lakin qeyd edilən məbləği X sifarişi üzrə tikinti işlərinə xərcləməsini, evin işlərinin bitməsinə 10 gün qalmış X bu cür hərəkət etdiyini, qeyd edilən 8.000 manat pulu X yalnız evi başqa müştərilərə satdıqdan sonra verə biləcəyini qeyd etmişdir.
4. Qeyd olunan qərardan həmçinin görünür ki, İddiaçı izahatında göstər mişdir ki, əsas şikayəti 43 saylı notariusda Cavabdeh verdiyi 8.000 manat pulla bağlıdır, nəticə olaraq 8.000 manat pulu geri tələb edir, əlavə ödənən 1014 manat xərclərlə bağlı narazılığı yoxdur. X2 izahatından görünür ki, iddiaçı ona əmək haqqı qismində 300 manat pul vermişdir. X5 isə izahatında bildirmişdir ki, iddiaçı 464 manat məbləğində dövlət rüsumu ödəmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş 05 fevral 2020-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin sonuncu vərəqəsində Cavabdeh imza etməklə qeyd etmişdir ki, bu müqavilədə nəzərdə tutulmuş 8.000 manat puldan 1.800 manatı İddiaçı vermiş, qalan 6.200 manatı 6 ay müddətində qaytarmağa söz vermişdir. İddiaçı da imza etməklə qeyd etmişdir ki, Cavabdeh 1.800 manat almış, qalan 6.200 manatın 6 ay müddət inə ödənilməsinə etiraz etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında notarial qaydada 05 fevral 2020-ci il tarixdə bağlanmış podrat müqaviləsinin ləğvini, həmin müqaviə ilə Cavabdeh verdiyi 8.000 manat pul vəsaitini, cavabdehin günahi ucbatından əlavə xərclədiyi 1.114 manatın, cəmi 9.114 manat pul vəsaitinin Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 25 yanvar 2020-ci il tarixdə özünə ev almaq məqsədi ilə xxx yerləşən ev alqı-satqısı ofisinə gəlmiş, həmin ofisin maklerləri X və X adlı şəxslərlə görüşüb ev almaq istədiyini bildirmişdir. Onlar ona bildirmişlər ki, xxx qəsəbəsində X və X adlı şəxslər ev tikib satmaqla məşğuldular. Onlar onu xxx qəsəbəsində yeni tikilmiş bir evin həyətinə gətirdilər. X X gəlmişdilər. Onlar birlikdə evə baxış keçirib qiymət danışdılar. X X bildirmişdir ki, evi tam təmir etdirib qaz, su, işıq və s. çəkdirib, 38.000 manata ona satacaqlar. O, evin sənədinin olub-olmaması barədə maraqlananda onlar bildirmişlər ki, Xocəsən Bələdiyyəsində birbaşa onun adına torpaq sənədi alıb verəcəklər. X və X iştirakı ilə X X 2.000 manat beh vermişdir. X X isə 300 manat zəhmət haqqı olaraq vermişdir. Bir neçə gündən sonra X ona bildirmişdir ki, evin təmiri üçün əlavə 6000 manat pul verməlidir. Onlar razılaşaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində saylı notarial kontoruna gəlmiş, aralarında notarial qaydada 8.000 manat pul məbləğini cavabdehə ödəməklə podrat müqaviləsi bağlamışlar və o, 8.000 manatı sayaraq cavabdehə vermişdir. Əvvəl beh olaraq verdiyi 2.000 manat məbləğində pulu həmin 8.000 manatdan cavabdeh ona geri qaytarmışdır. Bir neçə gündən sonra X ona zəng edib bildirmişdir ki, evin qaz xətti çəkilib və sayğac quraşdırılıb, gedib baxa bilər. O, sayğaca baxdıqda görmüşdür ki, sayğac köhnədir, üstündə kod var. O, həmin kodu götürüb birbaşa qaz idarəsinə getmiş və orda ona məlum olmuşdur ki, həmin kod X qəsəbəsində yaşayan başqa bir qadın abonentinin adınadır. O, həmin qadının nömrəsini tapıb, zəng edərək sayğacını geri götürməsini tələb etmiş, cavabdeh isə onun bu hərəkətindən əsəbləşərək bildirmişdir ki, altı ay həmin qadına aid olan koddan istifadə etməlidir, daha sonra ona ko d veriləcək. O, cavabdehin bu hərəkətlərindən şübhələnərək sənədlə bağlı birbaşa Bələdiyyəyə getmiş və Bələdiyyə binasının həyətindən telefonla zəng edərək X, X və X ora dəvət etmişdir. Sonra onu X5 adlı bələdiyyə işçisinin yanına dəvət etdilər. X bildirdi ki, o, 2018, 2019 və 2020-ci illərin kommunal xərclərini ödəməlidir. O isə bildirmişdir ki, ev hələ təzə tikilmişdir və o, orada yaşamamışdır. X bildirmişdir ki, onlar ona kupça (çıxarış) verəcəklər, ona görə də başqa cür mümkün deyil. O da 250 manat pulu qəbzlə ödəmişdir. Sonra X bildirmişdir ki, o, evin eksiz layihəsinin hazırlanması üçün ona 464 manat pul verməlidir. O da 464 manat pulu X vermişdir. X, X və X getdikdən sonra o, bələdiyyədə bir işçiyə yaxınlaşıb başına gələnləri danışmış və bildirmişdir ki, onlar ona torpaq sənədi verm əlidirlər. Onlar ona bildirmişdir ki, X, X xxx qəsəbəsində özbaşına torpaq zəbt edib ev tikib satmaqla məşğuldular. X X anasıdır, X onlarla əlbirdir, ona heç bir sənəd verməyəcəklər, özlərinin tanış firması var orada da ona kupça (çıxarış) əvəzi evin eskiz layihəsini çəkdirib verəcəklər. O, həmin dəqiqə Daxili İşlər Nazirliyinin 102 xidmətini yığmış və bu olanlar haqqında məlumat vermişdir. Onlar onu Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə getməyini məsləhət bilmişlər. Polis bölməsində təhqiqat aparıldıqdan sonra cavabdehlə onun arasında notarial qaydada podrat müqaviləsi olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ona verərək, mülki qaydada məhkəməyə müraciət etməsini bildirmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir.
8. Daha sonra Cavabd eh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 fevral 2020-ci il tarixli podrat müqaviləsinin ləğvi nəticəsində, sifarişçinin sifarişdən imtina etməsi nəticəsində müqavilə üzrə ona vurulmuş 31.800 manat məbləğində maddi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun və 1.000 manat mənəvi zərərin X1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, sözü gedən yaşayış sahəsini yaşayış üçün tam hazır vəziyyətə gətirməsinə baxmayaraq sifarişdən əsassız olaraq imtina etmişdir. Cavabdehin ilkin iddia ərizəsində qeyd etdiyi xüsusatların heç biri podrat müqaviləsi üzrə ü zərlərinə götürdükləri öhdəliklərin icrası ilə bağlı olmamışdır. Belə ki, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirərək evi tikib tam hazır vəziyyətdə təmirli olaraq İddiaçı təqdim etmiş, lakin İddiaçı müqavilə üzrə öhdəlik daşımadığı bir sıra məsələləri işıqlandıraraq sifarişi təhvil almaqdan və ödənişi etməkdən imtina etmişdir. Müqavilənin 1ci maddəsindən də görüldüyü kimi öz materiallarından istifadə etməklə o, evi tikmiş və təmir edərək yaşayış üçün tam hazır vəziyyətə gətirmişdir. İddia ərizəsindən də aydın şəkildə görünür ki, ev tam təmir edilmişdir. Belə ki, cavabdehin sifarişi əsasında 150 kv metr də 8.20 metr hündürlüyündə 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini tikmiş və həmin evin tikintisində dəyəri 2.500 manat olan kombi, 8 ədəd istilik qovşağı (radiatr), ümum i dəyəri 900 manat olan 6 ədəd qapı, dəyəri 1.440 manat olan kafel-metlax, 1 kv metr 5 manat olmaqla dəyəri 40 manat olan 8 metr Prila, 3.400 manat molyar pulu, 250 manat dəyərində istilik polu, 1.400 manat santexnik, ümumi dəyəri 1.600 manat olan 2 hamam və tualet, bütün otaqların santexniki, 4 otağın oboyu, 2 kolidor, 2 mətbəx, oboy üçün kley 25 ədəd – 175 manat, 400 manat qaz çəkilişi, 120 manat su sayğacı, 250 manat işıq sayğacı, 180 manat dəyərində aksessuarlar, 180 manat dəyərində 2 ədəd unitaz, 153 manat univalnik, 1-ci mərtəbəyə mebel plastik qapı - 250 manat, həyətin abrisofkası - usta pulu 200 manat, 2-ci mərtəbənin polu 200 manat, lak, dolğu, şkulka, kist, rolik 280 manat və digər bir sıra xərclər çəkmiş, evin əsaslı təmirində İddiaçı mütəmadi olaraq gəlib öz zövqü ilə qapı və d igər avadanlıqların alınmasında, quraşdırılmasında öz tapşırıqlarını vermiş, hətta tərəfindən alınmış ağ qapıları belə onun istəyi ilə sonradan dəyişdirmişdir. Göründüyü kimi İddiaçı onun bu qədər vəsait sərf etməsinə və xərc çəkməsinə baxmayaraq sonradan müqavilədə nəzərədə tutulmayan öhdəliklərin icra edilməməsində onu günahkar görmüşdür. İddiaçı müqavilədə belə bir öhdəlik götürməməyinə baxmayaraq onu qaz xəttinin çəkilişindəki qüsurlarda ittiham edir. Aralarında bağlanmış müqavilədə onun belə bir öhdəliyi olmamışdır ki, o, sifarişçinin adına qaz xətti çəkməlidir. Bu əlavə tapşırıqdır və bunun üçün nə onlar razlığa gəlmiş, nədə ki sifarişçi tərəfindən ona hər hansı bir əlavə ödəniş olunmuşdur. Sifarşçi evi tam əsaslı təmir etdirərək sonradan müxtəlif bəhanələr ilə ödənişi etməkdən imtin a etməsi ona əsaslı şəkildə zərər vurmuşdur. Sifarişçi ondan irəli gəlməyən səbəblərdən sifarişi qəbul etməmiş, təqsir onun özündə olmuş, o, üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, buna baxmayaraq sifarişçinin əlavə müqavilə bağlanmadan və əlavə ödəniş olunmadan ondan müqaviləni ləğv etməsi üçün qərəzli olaraq müqavilədə nəzərdə tutulmamış öhdəliklərini icra etməsini tələb etmişdir. Bu isə qanunsuzdur, onun bu hərəkətləri ona əsaslı şəkildə maddi zərər vurulması ilə nəticələnmişdir.
10. Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(001)-3263/2020 nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia qismən təmin edilmiş, Cavabdeh 6.200 (altı min iki yüz) manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manatının İddiaçı xeyrinə tutulması, iddianın dig ər hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən podrat müqaviləsi bağlanarkən cavabdehin niyyəti faktiki sahiblik etdiyi evi təmir edərək iddiaçıya satmaq, iddiaçının niyyəti isə həmin evi almaq olmuşdur. Tərəflərin razılığına əsasən evin dəyəri 38.000 manata qiymətləndirmiş və həmin məbləğin 8.000 manatı iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Qeyd olunan hallar tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə, həmçinin Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində verilmiş izahatlarla təsdiqini ta pmışdır.
12. Göründüyü kimi, tərəflər arasında bağlanmış podrat müqaviləsi başqa əqdi, yəni daşınmaz əmlakın alqı-satqısını pərdələmək üçün bağlanmışdır. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi, belə əqd yalan əqd olmaqla əhəmiyyətsizdir, həmin əqd hüquqi nəticələrə səbəb olmur və tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır.
13. Ona görə də məhkəmə cavabdeh tərəfindən 8.000 manat vəsaitdən 1.800 manatın iddiaçıya ödənildiyini nəzərə alaraq belə hesab edir ki, Cavabdeh qalan 6.200 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır
14. Məhkəmə iddia tələbinin “05 fevral 2020-ci il tarixli podrat müqaviləsinin ləğvedilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, həmin müqavilə bağlandığı andan e tibarsız hesab olunduğundan və hüquqi nəticələrə səbəb olmadığından, onun ləğv edilməsidə qeyri-mümkündür.
15. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi də qeyri- mümkündür. Belə ki, iş materiallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti olan xxxx qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi özbaşına tikintidir və hər hansı hüquqmüəyyənedici sənədi yoxdur.
16. Mülki qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onuntikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə aid olan qaydaları da tətbiq edilə bilməz
17. Məhkəmə iddia tələbinin “1.114 manat məbləğində əlavə xərclərin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. İş materiallarından da göründüyü kimi, həmin məbləğ 1.114 manat deyil, 1014 manatdır. Bundan əlavə, həmin məbləğ cavabdehə deyil, digər şəxslərə ödənilmişdir. Qanunvericiliyin yuxarıda istinad edilən tələblərindən də göründüyü kimi, cavabdeh əqd üzrə aldıqlarını iddiaçıya qaytarmalıdır. Eyni zamanda, iddiaçı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində verilmiş izahatında özü də bildirmişdir ki, əsas şikayəti cavabdehə verdiyi 8.000 manat pul ilə bağlıdır, əlavə ödənən xərclərlə bağlı narazılığı yoxdur.
18. Məhkəmə qarşılıqlı iddia tələbinin 31.800 manat məbləğində vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
19. Belə ki, cavabdehin təmir edərək iddiaçıya satmaq istədiyi ev onun öz istifadəsində qalmışdır. Yəni, cavabdehə hər hansı zərər dəyməmiş, o, öz evinin təmirinə sərf etdiyi vəsaitdən özü faydalanmaqdadır. Eyni zamanda, cavabdeh Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində vermiş izahatında iddiaçıdan aldığı 8.000 manatı qaytarmağa razı olduğunu bildirmiş və iş məhkəmənin icraatında olduğu müddətdə həmin məbləğin 1.800 manatını iddiaçıya qaytarmış, qalan məbləği isə 6 ay müddətində qay taracağını vəd etmişdir.
20. Məhkəmə qarşılıqlı iddia tələbinin 1.000 manat məbləğində vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, cavabdeh ona mənəvi zərərin vurulması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 337, 340.2, 14.3, 139.1, 144.1, 144.2, 146.1, 178.1, 180, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1414/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov (sədr lik edən və məruzəçi), E.Nağıyeva və E.Kazımov) apellyasiya şikayəti rədd olunmuş, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, podrat müqaviləsi əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 752.1-ci maddəsində qeyd olunub ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, podrat müaviləsinin predmeti işdir. Podrat müqaviləsi o zaman etibarlı sayıla bilər ki, sifarişçi həmin işi sifariş vermək, podratçı isə onu icra etmək hüququna malik olsun. İddiaçı torpaq sahəsində ev tikilməsini sifariş etmək, ca vabdeh isə torpaq sahəsində ev tikmək hüququna malik olmayıb, çünki torpaq sahəsi tərəflərin heç birinin mülkiyyətində deyil və ya torpaq sahəsinə dair onların heç birinin istifadə və ya icarə müqaviləsi yoxdur. Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişi də onu təsdiq edir ki, podrat müqaviləsi əhəmiyyətsizdir. Belə ki, həmin maddədə qeyd olunub: “Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.” Cavabdeh əvəz edilən əşya (ev) hazırlamışdır, lakin ona alqı-satqı qaydalarının tətbiq edilməsi mümkün deyil, çünki özbaşına tikinti obyektidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə özb aşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Cavabdeh tikdiyi evi iddiaçıya verə bilməz, çünki evə dair əqd bağlamaq ixtiyarı yoxdur.
25. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Odur ki, podrat müqaviləsi əhəmiyyətsiz əqddir. Cavabdeh həmin əqdə əsaslanaraq iddiaçıdan pul tələb edə bilməz. Cavabdehin qarşılıqlı iddiası əhəmiyyətsiz əqdə əsaslandığına görə birinci instansiya məhkəməsi düzgün olaraq onu rədd edib. İddiaçı isə həmin əqdə əsasən verdiyi pulu geri tələb etməyə haqlıdır. İddiaçı cavabdehə 8.000 manat pul verib, sonradan cavabdeh hə min pulun 1.800 manatını qaytarıb, 6.200 manat isə qalıb. İşin bu hal birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının ilk iddiasını qismən təmin edib, 6.200 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını qət edib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin ha llarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiy a baxışının hədləri
31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxla nılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
35. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)
36. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)
37. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. (ma ddə 14.3)
38. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. (maddə 139.1)
39. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. (maddə 144.1)
40. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verm əsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. (maddə 144.2)
41. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). (maddə 146.1)
42. Tikinti məqsədləri üçün ayrı lmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. (maddə 180)
43. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
44. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (maddə 337.3)
45. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4)
46. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda ) onun dəyərini pulla ödəməlidir. (maddə 337.5)
47. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. (maddə 340.2) Mülki Prossesual Məcəllə
48. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
49. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
50. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
51. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə k ollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1414/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.