Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4544/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı X2 və Bərpası Müəssisəsinin vəkili Vəkil, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx"MMC-nin vəkili Kişiyev Vüsal Asəf oğlunun iştirakları ilə, Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx"MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə bax araq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 və Bərpası Müəssisəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vaqif oğluxxxx qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş zərərə görə müştərək qaydada 302469 maxxxxt məbləğində pul vəsaitinin alınıb iddiaçının hesabıxxxx ödənilməsi barədə qətxxxxmə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx"MMC eyni zamanda cavabdeh X2 və Bərpası Müəssisəsinə qarşı “aktın etibarsız hesab edilməsi, dəymiş maddi zərərə görə 9071,36 maxxxxt, işgüzar nüfuza vurulmuş zərərə görə 50000 maxxxxt, cəmi 59101,36 maxxxxt pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət edərək, işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati-İqtis adi Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətxxxxməsi ilə (hakim:S.B.Mehraliyev 2(004)-6030/2018) iddiaçı X2 və Bərpası Müəssisəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vaqif oğluxxxx qarşı "vurulmuş zərərin ödənilməsi tələbinə dair" mülki işin aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair Cavabdeh1 vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci tarixli qərardadı ilə (hakimlər: F.Ş.Talışinski (sədrlik edən və məruzəçi) S.F.Hacıyev və R.Ə.Eyvazov; 2(103)12394/2019) müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx"MMC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərardadından verilmiş apell yasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.K.Dəmirov; 2(102)-774/2019) üçüncü şəxs "xxxx" MMC-nin direktoru Cavabdeh1 və vəkili Kişiyev Vüsal Asəf oğlunun kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu tarixli qərardadı ilə ( hakimlər: R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə. Hüseyn; 2(103)5055/2019) üçüncü şəxs "xxxx"MMC-nin şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx"MMC-nin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətxxxxməsinin ləğv edilməsini və işin həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindəxxxxzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 326.2.1.26.2.2.26.3,269,361,364-cü maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinintələbləri düzgün tətbiq və təfsir edilməmişnəticədə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil kassasiya şikayətinin məzmunuxxxx uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 və Bərpası Müəssisəsinin vəkili Vəkil kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasıxxxx baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasıxxxx gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istixxxxd olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarıxxxx istixxxxd etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıxxxx dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədləri tədqiq edib oxxxx görə şikayəti təmin etmişdirki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fiziki şəxs olduğuxxxx və onların fərdi sahibkar statusu olmadığıxxxx gorə hazırkı işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Beləki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq müxxxxsibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunm ası, vergi və digər müxxxxsibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, vəsatətin rədd edilməsi barədə birinci instansi məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassız olmaqla qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh oluxxxxn hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4544/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4544/2019
01.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver