Məhkəmə qərarları › İş №2(102)-4549/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4549/2020

01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4549/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh3 Həsən oğlunun, onun və digər Cavabdeh1 vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)2056/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Həsən oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Niza mi rayon Məhkəməsinin (hakim M.Sadıqov) xx.xx.2019-cu il tarixli, 2(007)-551/2019 nömrəli qərardadı ilə İddiaçı ilk iddiasının “Cavabdeh2 ondan alınmış 1000 manat pulun alınaraq ona verilməsi” tələbinə dair hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim M.Sadıqov) xx.xx.2019-cu il tarixli, 2(007)-551/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3 Həsən oğluna, Cavabdeh1 və üçüncü şəxs “X2” MMC-yə qarşı “pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, evin təmiri zamanı vurulmuş maddi ziyana görə 1500 manatın, mənəvi ziyana görə 1000 manatın, cəmi 2500 manat məbləğində pulun Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinə ai d olan, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pulun Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) xx.xx.2020-ci il tarixli, 2(103)-2056/2020 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən sax lanması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Həsən oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3 Həsən oğluna, Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs “X2” MMC-yə qarşı “pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ev alqı-satqısı zamanı Cavabdeh3 Həsən oğlundan ondan artıq alınmış 20000 manat pulun, evin təmiri zamanı ona vurulmuş maddi ziyana görə Cavabdeh3 Həsən oğlundan və Cavabdeh1 müştərək olaraq 4000 manat pulun, Cavabdeh2 ondan alınmış 1000 manat pulun, ona vurulan mənəvi ziyana görə Cavabdeh3 Həsən oğlundan və Cavabdeh1 müştərək olaraq 20000 manat pulun alın araq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 Mirzəbər oğlu cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 1554 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəblu edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Qətnamədən və iş materiallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında mənzilin təmiri barədə razılıq əldə edilmiş, cavabdeh tərəfindən razılaşdırılmış işlər həyata keçirilmiş və iddiaçı tərəfindən ona 3500 manat məbləğində pulun ödənilməsi etiraf olunmuşdu r Bundan əlavə, iddiaçının ilkin iddia ərizəsinə nəzər salsaq görərik ki, iddiaçı ümumiyyətlə Cavabdeh1 tərəfindən aparılan təmir işlərinin həcminin 15.000 manat təşkil etdiyini göstərmişdir. Belə olan halda, müəyyən edilir ki, iddiaçı müxtəlif bir-birinə zidd fikirlər irəli sürərək məhkəməni yanıltmağa çalışmış, məhkəmə də (istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi) iddiaçının təxəyyülünün məhsulu olan əsassız tələbi heç bir araşdırma aparmadan təmin etmişdir. Belə ki, işə baxan məhkəmələrin də müəyyən etdiyi kimi iş materiallarından Cavabdeh1 tərəfindən iddiaçıya nə maddi, nə də mənəvi zərər vurulması heç bir sübutla öz təsdiqini tapmır. Məhkəmələrin yeganə istinad etdikləri hal, heç kimə məlum olmayan Cavabdeh1 vəkilinin iddianı etiraf etməsidir ki, məhkəmələr işin nəticəsində maraqlı olduqlarını gizlətməyə çalışaraq belə bir addım atmış və nəticədə qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul etmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məh kəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə nəzər salsaq, vəkilin ümumiyyətlə iddianı etiraf etmək kimi səlahiyyəti nəzərdə tutulmamışdır. Hətta, elə bir hüququ olsa belə iddianın etirafı yazılı formada olmalı və ya protokola qeydiyyatın aparılması ilə rəsmiləşdirilməliydi. Bu səbəbdən də hesab edirlər ki, məhkəmələr Cavabdeh1 vəkilinin iddianı 1500 manat məbləğində etiraf etməsini qəbul edərək iddianı təmin etməkdə haqlı olmamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi hətta araşdırmamışdır ki, əgər cavabdeh həqiqətən də iddianı etiraf edir və öz ünün iddiaçıya 1500 manat məbləğində borcunu qəbul edirsə, 1554 manat tələbinə dair qarşılıqlı iddia ərizəsindən hansı səbəbə imtina etməmişdir. Digər tərəfdən, işə baxan məhkəmələr tərəfindən qarşılıqlı iddianın rədd edilməsinin yeganə səbəbi Cavabdeh1 vəkilinin guya məhkəmə iclasında ilk iddianı qismən etiraf etməsi olmuşdur. Bu səbəbdən də, məhkəmələr iş materiallarında olan ekspert rəyinə də qiymət verməmiş, iddiaçının ilk iddiasında təmirin səviyyəsi barədə göstərdiklərinə də, göz yummuşlar. Belə ki, iddiaçı iddia ərizəsində də, qarşılıqlı iddia ərizəsinə etirazda da Cavabdeh1 tərəfindən mənzildə təmir işlərinin aparılmasını təsdiq edir. Hətta ilk iddia ərizəsindən fərqli olaraq, 15.000 manatlıq təmir əvəzinə etirazında 2680 manatlıq işin görülməsini və bunun müqabilində, nədənsə Ca vabdeh1 3.500 manat ödədiyini də etiraf edir. Ekspert rəyindən görünür ki, ekspert mənzildə aparılan təmir işlərinin deyil, iddiaçının bildirdiyi və guya cavabdeh tərəfindən aparılan təmir işlərinin qiymətləndirilməsini aparmışdır. Lakin, iş materiallarında qarşılıqlı iddia ərizəsində göstərilən və ekspert rəyində əksini tapmayan təmir işlərinin başqa şəxs tərəfindən aparılması öz əksini tapmır, tapsa belə, ekspertin belə bir araşdırma aparmaq hüququ olmamışdır. Ekspert qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən qarşısına qoyulan suallara tam cavab verməlidir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən natamam ekspert rəyi ilə razılaşmamalarının səbəbləri qətnamədə öz əksini tapmamış və əsaslandırılmamışdır. İşə baxan məhkəmələr tərəfindən Cavabdeh1 vurduğu maddi və mənəvi ziyana görə pulun tutulması qət edilsə də, onun hansı əməlinin delikt hesab edildiyi əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarına istinad etməmiş, apellyasiya instansiya məhkəməsi isə həmin qətnaməni köçürməklə ümumi sözlərdən istifadə edərək ilk iddianı qismən təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Göründüyü kimi, hazırki işə baxan məhkəmə kollegiyası işə səthi yanaşmış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə araşdırmanı iddiaçının mövqeyindən aparmış, kassator Cavabdeh1 qanunvericiliklə qorunan hüquqlarını pozmuşdur. Qətnamədən də göründüyü kimi, işə baxan məhkəmə iş üzrə toplanmış sənəd və sübutlara qiymət verməmişdir. İşin bütün hallarını araşdırmaq məhkəmənin, tələb və etirazlarını sübut etmək tərəflərin vəzifəsi olduğu halda, nə iddiaçı öz tələbini əsaslandırmış, nə də, məhkəmə işin bütün hallarını araşdırmamışdır. Hətta məhkəmələr daha da irəli gedərək iddianı etiraf etmək hüququ olmayan şəxsin adından guya belə bir etiraf etdiyini əsas gətirərək ilk iddia tələbini qismən təmin etmişlər. Bu da, bir daha sübut edir ki, məhkəmə kollegiyası hazırki işə səthi yanaşaraq iddiaçının formal mülahizələrini iş materiallarında olan digər sübutlardan üstün tutmuş və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)2056/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edlməsini xahiş etmi şlər. Cavabdeh3 Həsən oğlu və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamədən və iş materiallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında mənzilin təmiri barədə razılıq əldə edilmiş, cavabdeh tərəfindən razılaşdırılmış işlər həyata keçirilmiş və iddiaçı tərəfindən ona 3500 manat məbləğində pulun ödənilməsi etiraf olunmuşdur. Nə iddia ərizəsində, nə də qarşılıqlı iddia ərizəsinə etirazında iddiaçı Cavabdeh3 mənzilin təmirində hansı formada iştirak etdiyini qeyd etməmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiya məhkəməsi qətnaməsində Cavabdeh3 təmirdə iştirakının iş materialları ilə təsdiqləndiyini qeyd etmişlər. Lakin, həmin halın nə ilə təsdiqləndiyi nə iş materiallarından, nə də proses iştirakçılarının izahatlarından görünmür. Cava bdeh3 tərəfindən iddiaçıya hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində ziyan vurulmasını sübut etmək vəzifəsi qanunvericiliklə nə cavabdehin, nə də məhkəmənin deyil, iddiaçının üzərinə qoyulmuşdur. Göründüyü kimi, Cavabdeh3 iddiaçının iddia tələbinə cavab verməli olmayan şəxs olduğundan ona münasibətdə iddia tələbi rədd edilməli idi. Lakin, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxan zaman bu halları araşdırmadan, birinci instansiya məhkəməsi qətnaməsinin mətnini qətnaməsinə köçürməklə Cavabdeh3 iddiaçıya hansı hərəkət və ya hərəkətsizliyi ilə maddi və mənəvi ziyan vurmasını müəyyən etməmiş və birinci instansiya məhkəməsinin gəldiyi qanunsuz və ədalətsiz nəticəsinə göz yummuşdur. hazırki işə baxan məhkəmə kollegiyası işə səthi yanaşmış, maddi və prosessual h üquq normalarının tələblərini pozmuş, iş üzrə araşdırmanı iddiaçının mövqeyindən aparmış, kassator Cavabdeh3 Həsən oğlunun qanunvericiliklə qorunan hüquqlarını pozmuşdur. Qətnamədən də göründüyü kimi, işə baxan məhkəmə iş üzrə toplanmış sənəd və sübutlara qiymət verməmişdir. İşin bütün hallarını araşdırmaq məhkəmənin, tələb və etirazlarını sübut etmək tərəflərin vəzifəsi olduğu halda, nə iddiaçı öz tələbini əsaslandırmış, nə də, məhkəmə işin bütün hallarını araşdırmamışdır. Bu da, bir daha sübut edir ki, məhkəmə kollegiyası hazırki işə səthi yanaşaraq iddiaçının formal mülahizələrini iş materiallarında olan digər sübutlardan üstün tutmuş və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixl i, 2(103)-2056/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh X1, 3-cü şəxs “X2” MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Həsən oğlu və vəkili V kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili V ka ssasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etmə məsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilkin iddiaçı ona məhz 4000 manat maddi ziyan vurulmasını təsdiq edən sübutunu təqdim etməmişdir, evin təmiri ilə bağlı işləri həyata keçirmiş cavabdehlərdən Cavabdeh1 evin təmiri zamanı ilkin iddiaçıya 1500 manat maddi ziyan vurulmasını etiraf edir, digər Cavabdeh3 isə məhkəmə iclaslarına gəlmədiyi üçün onun iddianı rə dd və ya etiraf etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin mənzildə təmir işlərinin hər iki cavabdeh tərəfindən birlikdə həyata keçirildiyi öz təsdiqini tapmışdır. Ekspertin rəyinə gəldikdə, işə baxan məhkəmə həmin rəyi məhkəmə tədqiqi zamanı müəyyən edilmiş sübutlarla birlikdə qiymətləndirərək qeyd etmişdir ki, rəylə mənzildə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 2555 manat kimi müəyyən olunmuşdur, həmin məbləğ mənzilin təmiri zamanı ilkin iddiaçıya vurulmuş maddi ziyanın məbləği kimi qəbul edilə və qiymətləndirilə, iddia təmin edildiyi halda isə maddi ziyanın məbləği 2555 manat məbləğində müəyyən oluna bilməz. Ona görə ilkin iddia həmin hissədə etiraf olunan 1500 manat məbləğində pulun ilkin iddiaçının xeyrinə tutulması yolu ilə, qismən təmin olunmuşdur. Eyni zamanda apel yasiya kollegiyası hesab etmişdir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 İddiaçı məxsus mənzilin təmiri zamanı yol verdikləri hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə o, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən apelyasiya kollegiyası hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi ilkin iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehlərdən müştərək qaydada 1000 manatın alınıb, ilkin iddiaçıya verilməsini məqsədəmüvafiq hesab etmişdir və mənəvi zərərin məbləğinin 20.000 manat müəyyən edilməsi üçün əsaslar yoxdur. İşə baxan birinci instansiya məhkəməsi Cavabdeh1 qarşılıqlı iddi a tələbinə münasibətdə qeyd etmişdir ki, həmin iddiaçı tələbini cavabdeh İddiaçı mənzilində aparılan təmir işləri zamanı mənzil sahibinin ona razılaşdıqları pulun 1554 manat hissəsini ödəmədiyi ilə əsaslandırmışdır. Hansı ki, qarşılıqlı iddiaçı tələbinin əsasını təşkil edən hər hansı sübutunu təqdim etməməklə yanaşı, əksinə, məhkəmə tədqiqi zamanı mənzilin təmiri zamanı vurulmuş maddi ziyan qismində 1500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilkin İddiaçı xeyrinə tutulmalı olunması ilə bağlı hüquqi nəticəyə gəlinmişdir. Cavabdeh1 tərəfindən iddia həmin hissədə etiraf olunmuşdur. Bu səbəbdən qarşılıqlı iddia haqlı olaraq təmin edilməmişdir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq ilkin olaraq Cavabdeh1 kasasiya şikayətinin dəlilləri əsasında kasas iya yoxlamasını həyata keçirərək bildirir ki, iş materiallarından görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmə instansiyaları birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili olmuş Vəkil2 cavabdehin iddiaçıya 1500 manat ödəməyə hazır olmasına istinad edərək, iddianın Cavabdeh1 tərəfindən etiraf olunması qənaətinə gəlinmişdir. Lakin iş materialları ilə Cavabdeh1 vəkili olmuş Vəkil2 iddianı etiraf etmək səlahiyyətinin olması müəyyən edilmir. Qeyd edilməlidir ki, iddianın etiraf edilməsi mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəməyə cavabdeh tərəfindən yazılı formada təqdim edilməli və ya bu barədə protokola qeyd edilməklə protokol imzalanmalıdır. Vəkilin hüquq və vəzifələri sırasında isə iddianın etiraf edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 iştirak etmiş olduğu məhkəmə iclaslarında ilkin iddiaya etiraz etmiş, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya məhkəməsi qeyd edilən halları nəzərə almayaraq prosessual pozuntuya yol verməklə cavabdehin vəkilinin izahatını cavabdehin ilkin iddianı etiraf etməsi kimi qiymətləndirmişdir. Digər tərəfdən iş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından (səh 81) görünür ki, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Nizami rayonu, A.Manafov və E.Süleymanov küçələrinin kəsişməsi, 2436-cı məhəllədə yerləşən, “xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasının ümumi sahəsi 160 kv.m təşkil edən 4 otaqlı, 212 nömrəli mənzilində təmin işləri aparılmışdırmı, müsbət halda həmin təmir mənzilin hansı sahələrində aparılmışdır, mənzilin təmiri üçün görülmüş işlərin xərci hazırki bazar qiymətlərinə uyğun olaraq nə qədər təşkil edir sualı qoyulmuş, xx.xx.2019-cu il tarixli rəydə (səh 100) Bakı şəhəri, Nizami rayonu, A.Manafov və E.Süleymanov küçələrinin kəsişməsi, 2436-cı məhəllədə yerləşən, “xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasının 212 saylı mənzili üzrə cavabdeh tərəfindən yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin 2555 manat məbləğində müəyyən olunması göstərilmişdir. Halbuki, adı çəkilən qərardaddan görünür ki, ekspert qarşısında ümumi mənzildə həyata keçirilmiş təmir işlərinin olub-olmaması, olmuşdursa, ümumi təmir işinin bazar qiymətinə hansı məbləğinin təşkil ed ilməsi sualı qoyulmuş, ekspert qarşısında qoyulan sualdan kənara çıxaraq cavabdeh tərəfindən həyata keçirilmiş təmir işlərinə dair xərci müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 63.2-ci maddəsinə əsasən ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşmasını əsaslandırmamış, apelyasiya kollegiyası da bu hala əhəmiyyət verməmişdir. Digər Ca vabdeh3 Həsən oğlunun kasasiya şikayətinin dəlillərinə gəldikdə isə kasasiya kollegiyası qeyd edir ki, qeyd edilən kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilir ki, apelyasiya kollegiyası Cavabdeh3 Həsən oğlunun iddiaçının mənzilində təmirdə iştirak etməsinin iş materialları ilə təsdiqləndiyini qeyd etsə də, həmin halın nə ilə təsdiqləndiyi nə iş materiallarından, nə də proses iştirakçılarının izahatlarından görünmür. Ümumilikdə hər iki kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdehlərin iddiaçıya qarşı hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində ziyan vurmaları, onların əməllərində delikt olub-olmaması araşdırılmamış, apelyasiya kollegiyası obyektiv həqiqətə nail olunması üçün ədalətli məhkəmə araşdırmasını tam həyata k eçirməmiş, səthi olaraq birinci instansiya məhkəməsinin qənaətinin haqlı olmasını qeyd etməklə məhkəmə araşdırmasını yekunlaşdırmışdir. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən ed ildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van d e Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli ol an nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin kasasiya şikayətlərində göstərilmiş hallarının tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məq sədilə kasasiya şikayətləri təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)2056/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Həsən oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2056/2020 nömrəli qətnaməsi ləğ v edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar