Məhkəmə qərarları › İş №2(102)-4549/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4549/2022

17.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4549/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx sədri X1 Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı xxx sədri X1 Cavabdeh2 qarşı “nizamnamənin ləğv edilməsi və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9970/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "Gəmi təmirçisi” xxx sədri X3 Cavabdeh2 qarşı iddia ərizəsi (iddianın dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək: 1.1 Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin İddiaçı Bağçılıq Yoldaşlığı Cəmiyyəti adlandırılan qurumun xx.xx.2011ci il tarixli Nizamnaməsinin ləğv edilməsi və nəticələrinin etibarsız hesab edilməsi; 1.2 cavabdehin ləğv olunmuş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin İddiaçı bağçılıq yoldaşlığı adlandırılan qurumun idarə heyətinin sədri səlahiyyətlərinin (funksiyaların icrası) qeyri-qanuni həyata keçirərək, adından çıxış və təmsil edib, habelə ləğv edilmiş müəssisənin möhür və ştampından istifadə edərək hazırlanan sənədlərin qəbul olunmasına qadağa qoyulması; 1.3. idarənin tabeliyindəki qeyri-hüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin İddiaçı Bağçılıq Yoldaşlığı adlandırılan qurumun möhür, ştamp və bağçılıq yoldaşlığına aid sənədlərin xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1117-QK7-0052 saylı, Dövlət Qeydiyyatından keçmiş İddiaçı xxx sədri X2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(005)-2693/2019 nömrəli, 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Pərviz Zamanlı) Apellyasiya instansiyası məhkəməsindəki ic raat

3. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9970/2019 nömrəli, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qətnamədən cavabdeh 22 aprel 2022-ci il tarixdə kassasiya şikayəti və şikayətlə yanaşı ötürülmüş müddətin bərpası barədə ərizə verərək, ötürülmüş müddəti xəstəliyinin ağır keçirməsi, COVİD-19 pandemiyası və qətnamənin ona gec təqdim edilməsi ilə əsaslandırmışdır.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9970/2019 nömrəli, 08 iyun 2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(103)-9970/2019 nömrəli, 22 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün bura xılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 ərizəsi təmin edilməmiş, onun tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəbl ər kimi qəbul edilir. Hazırkı işin halları baxımından isə belə hallar mövcud deyildir və cavabdeh bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, cavabdeh COVİD-19 pandemiyasına istinad etsə də, iddiaçı tərəfindən təqdim edilmiş, cavabdehin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsində yazdığı izahatdan görünür ki, cavabdeh Xətai Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsinə dair verilmiş icra vərəqəsindən narazı olmuş və həmin qətnamədən apellyasiya şikayətini verəcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh Xətai Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsindən məlumatlı olmuş, qeyd edilən qətnamədən apellyasiya şikayəti verəcəyini bildirsə də, izahat yazıldığı tarixə qədər cavabd eh birinci instansiya məhəkməsinin qətnaməsindən 06 iyun 2019-cu il tarixdə apellyaisya şikayəti vermişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, barəsində şikayət verilən qətnamə cavabdehin ünvanına göndərilsə də, “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılıb. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9970/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi cavabdehin ünvanına çatdırılmasa belə, birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra cavabdehin icra şöbəsində yazdığı 19 fevral 2020-ci il tarixli izahatından qeyd olunan qətnamədən məlumatlı olması öz təsdiqini tapmışdır, lakin cavabdeh qətnamədən kassasiya şikayətini 22 aprel 2022-ci il tarixdə vermişdir.

10. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, cavabdeh məhkəmə aktı ndan şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilməsi üçün müvafiq sübutlar təqdim etmədiyindən, eləcə də cavabdehin barəsində kassasiya şikayəti vermək istədiyi 22 iyul 2019-cu il tarixli qətnamədən 19 fevral 2020-ci il tarixdə yazdığı izahatla məlumatlı olması müəyyən edildiyindən, ötürülmüş müddət üzrlü hesab edilə bilməz.

11. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatdırıb ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqları n məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 128.1, 133.1, 405.0.1 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməklə bərpa edilməsi, iş üzrə kassasiya şikayəti əsasında işin icraata götürülməklə baxılması və iddia tələbinin rədd edilməsi ya da işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələbindən müəyyən edilir ki, tərəfin xəstə olması halında məhkəmə buraxılmış müddətin bərpa edilməsini təmin etməlidir. Bu barədə iş materiallarında xəstəlik barədə arayışlar təqdim edilmişdir. Məhkəmənin həmin halı nəzərə almaması əsassızdır. Qətnamənin alınması 2020-ci ildən 2021-ci ilin avqustuna kimi pandemiya dövründə mümkün olmamışdır. Belə ki, qətnamənin təqdim edilməsi üçün iki dəfə yazılı formada məhkəməyə müraciət edilmişdir. Eyni zamanda, cavabdeh onkoloji xəstə olmuş və xəstəliyini ağır keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassas iya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

18. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən qətnamə cavabdehə poçt vasitəsilə göndərilmiş, post zərfi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra cavabdehin icra şöbəsində yazdığı 19 fevral 2020-ci il tarixli izahatından qeyd olunan qətnamə dən məlumatlı olması öz təsdiqini tapmışdır, lakin cavabdeh qətnamədən kassasiya şikayətini 22 aprel 2022-ci il tarixdə vermişdir.

21. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, cavabdeh COVİD-19 pandemiyasına istinad etsə də, müvafiq sübutlar təqdim etmədiyi üçün müddət bərpa edilə bilməz.

22. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh müddəti üzrlü səbəbdən buraxmasını Covid-19 pandemiyası ilə izah etsə də, istinad etdiyi bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 7-11-ci bəndlərinə əks edilən mövqeyi ilə razılaşır.

23. Məhkəmə kollegiyası cavabdehin xəstəliyi barədə ar ayışların təqdim edilməsinə baxmayaraq məhkəmənin bunları nəzərə almaması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər iş materialları təkzib edilir və məhz həmin sənədlərin olmamasına görə apellyasiya instansiyası məhkəməsi müddəti bərpa etməmişdir.

24. Məhkəmə kollegiyası müddətin bərpası ilə bağlı məsələlər üzrə diqqəti “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarına da çəkir.

25. Konstitusiya Məhkəməsinin həmin Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdə n heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.

26. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıd ır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.

27. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(103)-9970/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar