Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4550/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4550/21 (Açar sözlər: zəbt olunmuş qeyri-yaşayış sahəsinin qaytarılması, maddi və mənəvi zərər) Bakı şəhəri, 31 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X1 nümayəndəsi X2, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-829/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarix li qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X4 Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kv.m olan (9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi) mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi, ona vurulmuş 6000 manat məbləğində maddi zərər, 2000 manat məbləğində mənəvi zərər, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 8030 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edi lməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kv.m olan mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi, ona vurulmuş 6500 manat məbləğində maddi zərər, 3000 manat məbləğində mənəvi zərər, ekspertiza xidməti üçün tərəfindən ödənilmiş xidmət haqqının əvəzi 150 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 9680 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kv.m olan mübahisəli qeyri-yaşayış sah əsinin Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi, cavabdeh tərəfindən ona vurulmuş 29.11.2017-ci il tarixdən 01.02.2020-ci il tarixədək olan dövr ərzində 5600 manat məbləğində, 01.02.2020-ci il tarixdən 31.08.2020-ci il tarixədək olan dövr ərzində 1400 manat məbləğində olmaqla, ümumilikdə 7000 manat zərər, 3000 manat mənəvi zərər olmaqla, ümumilikdə 10000 manat məbləğində zərər, ekspertiza xidməti üçün tərəfindən ödənilmiş xidmət haqqının əvəzi 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 10180 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi, AMPY (5235A) tipli A180844461M187428 nömrəli sayğacın mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kvdratmetr olan qeyri-yaşayış sahəsinin elektrik təchizatının bərp ası üçün quraşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kvdratmetr olan qeyri-yaşayış sahəsinin hərrac yolu ilə satılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 19.09.2017-ci il tarixində keçirilmiş hərracda iştirak edərək hərracın qalibi olmuşdur və bu barədə 19.09.2017-ci il tarixli 33/04 nömrəli hərrac protokolu imzalanmışdır. Sonradan, qanunvericiliyə uyğun olaraq sözügedən qeyri-yaşayış sahəsini alaraq Çıxarış sənədi əldə etmişdir. Həmin çıxarış sənədinə əsasən sözügedən mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ 29.11.2017-ci il tarixdən etibarən ona məxsus olmasına baxmayaraq, həmin ilin dekabr ayında qeyri-yaşayış sahəsindən istifadə üçün onun yerləşdiyi yerə getsə də, qapısı kilidli olduğu üçün daxil ola bilməmişdir. Həmin ay Cavabdeh ilə görüşərək müvafiq Çıxarış sənədini ona göstərib həmin obyektin mülkiyyət hüququnun ona məxsus olduğunu və buna görə də sözügedən obyektin ona təhvil verilməli oldiuğunu bildirsə də, cavabdeh qapının kilidinin açarının onda olduğunu etiraf etsə də, obyekti, habelə qapının kilidinin açarını ona verməkdən imtina etmişdir. Ona məxsus olan obyektin təhvil verilməsini cavabdehə dəfələrlə bildirsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh sözügedən mübahisəli qeyri-yaşayış sahəsini 19.09.2017-ci il tarixdən hazırkı vaxtadək olan bütün dövr ərzində qanunsuz olaraq zəbt edərək indiyədək oradan istifadə etməyinə imkan verməmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində, həmçinin bir çox mənfi psixi təsirlərə məruz qalmış, davamlı mənəvi sarsıntı və iztirab keçirmişdir ki, buna görə də, ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 sentyabr 2020-ci il tarixli 2(010)-1323/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia tələbi qismən təmin edilərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 17,2 kv.m olan qeyriyaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, 15 manatının isə Cavabdeh tutular aq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin kimə məxsus olması ilə bağlı məhkəmə mübahisələri yaranmışdır. Əvvəlki məhkəmə aktları ilə ididaçının mübahisəli əmlaka mülkiyyət hüququ tanınmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabeh əmlakı qanunsuz olaraq özündə saxlayır və qaytarmaqdan imtina edir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, o məhkəmə aktları ilə əmlakın iddiaçıya məxsus olması qət ediləndən sonra əmlakı qaytarmağa hazır olmuşdur, lakin iddiaçı əmlakı qəbul etmir. Məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli qeyri-yaşayış sahəsinin aidiyyəti üzrə iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır. İddia tələbinin maddi və mənəvi ziyan tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilm əsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi 29.11.2017-ci il tarixdən etibarən əmlakın cavabdehin qanunsuz sahibliyində olması müddətinə görə ona vurulan maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Bu tələblə bağlı məhkəmə qeyd edir ki, işin halları və tərəflərin izahatlarından görünür ki, mübahisəli əmlak qeyd edilən dövrdə, yəni hərracın nəticələri məhkəmədə mübahisələndirilən dövrdə cavabdehdə olsa da, istifadə edilməmiş, hər hansı gəlir əldə edilməmişdir. Bunda n başqa Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarından görünür ki, əmlak İddiaçı tərəfindən əldə edilməmişdən qabaq Cavabdeh qanuni istifadəsində olmuşdur. Həmin qərarda qeyd edilir ki, Həmin Birlik (Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi) ilə iddiaçı Cavabdeh arasında bağlanmış 15.06.2016-cı il tarixli “İstismar yığımı müqaviləsi”nə əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 17,5 kv.m təşkil edən qeyriyaşayış sahəsi illik 10,50 manat hesablanmaqla istifadəyə verilmişdir.Birlik tərəfindən ƏMDK-nə ünvanlanmış 30.12.2016-cı il tarixli məktuba əsasən, mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh adına icarə müqaviləsinin bağlanmasına və özəlləşdirilməsinə etirazları yoxdur. Bundan sonra isə, hazırkı mübahisə ilə bağlı məhkəmə iclaslarında cavabdeh iş üzrə hazırlıq iclası mərhə ləsindən əmlakın iddiaçıya qaytarılmasına etiraz etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin vicdansız davranma faktı müəyyən edilmir. Maddi ziyan tələbi əsaslı olmadığına görə cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə, həmçinin iddiaçı tərəfindən iş üzrə verilmiş ekspertiza rəyinin dəyərinin əvəzinin cavabdehdən tutulmasını əsassız hesab edir. Çünki, tələbin bu hissəsi müstəqil olmayıb, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan tələbinin davamı kimi çıxış edir. Tələbin həmin hissəsi təmin edilmədiyinə görə ekspertiza xərcinin tutulması da əsaslı deyildir. İddia tələbinin AMPY (5235A) tipli A180844461M187428 nömrəli sayğacın mülkiyyət hüququ ona məxsus olan, ünvan 2 ünva nında yerləşən, ümumi sahəsi 17,2 kvdratmetr olan qeyri-yaşayış sahəsinin elektrik təchizatının bərpası üçün quraşdırılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı ona məxsus əmlakdan elektrik sayğacı çıxarılıbsa bu tələbini cavabdehə qarşı yox, müvafiq dövlət orqanına qarşı irəli sürə bilər. Çünki, iddiaçının öz izahatından da müəyyən edildiyi kimi, sayğac cavabdeh tərəfindən çıxarılmamışdır. Göstərilənlərə əsasən məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.5.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədə n narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində saxlanılmaqla, təmin edilməyən hissəsində ləğv edilməsi və iddianıntam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov- sədrlik edən və məruzəçi, Elmira Nağıyeva, Elşən Kazımov) 2(103)-829/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli qətnaməsinin zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində və məhkəmə xərclərinə aid hissədə ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi barədə tələbin qis mən təmin edilməsi, maddi zərərin əvəzi kimi 6.400 manatın, mənəvi zərərin əvəzi kimi 500 manatın, cəmi 6.900 manatın Cavabdeh alınaraq iddiaçı X3 verilməsi, zərərin əvəzinin ödənilməsi barədə tələbin qalan hissəsinin rədd olunması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın¸ apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manatın, qiymətləndirmə xidmətinə görə ödənilmiş haqqın əvəzi kimi 150 manatın, cəmi 195 manatın Cavabdeh alınaraq iddiaçı X3 verilməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maddi zərərlə bağlı qeyd edilməlidir ki, bu tələbi birinci instansiya məhkəməsi ona görə rədd edi b ki, sahə cavabdehdə olsa da sahədən istifadə edilməmiş, hər hansı gəlir əldə olunmamışdır. Bu, düzgün əsaslandırma deyil. Əldən çıxmış fayda hüquq pozan şəxsin (sahəyə qanunsuz sahiblik edənin) əmlakdan gəlir əldə edib-etməməsi ilə deyil, hüququ pozulan şəxsin əgər hüququ pozulmasayıdı (sahə onun sahibliyində olsayıdı) adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlə müəyyən olunur. Odur ki, əldən çıxmış fayda kimi 6.400 manat tutulmalıdır. Belə ki, sahə 32 ay cavabdehin qanunsuz sahibliyində olub. Bu dövr 29.11.2017-ci il tarixdən (iddiaçının sahə üzərində mülkiyyət hüququnun qeydə alındığı tarixdən) başlayır və 31.08.2020-ci il tarixdə (iddianın dəyişdirilməsi barədə ərizədə göstərilən tarxdə) bitir. Bu tarixdən 1 ay sonra - 10.10.2020-ci il tarixdə sahə cavabdeh tərəfindən boşa ldılaraq iddiaçıya təhvil verilib. Bunu apelyasiya şikayətində iddiaçının özü etiraf edib. Sahənin orta aylıq icarə haqqı 200 manat təşkil edir. Bu, qiymətləndirici tərəfindən iddiaçıya verilmiş arayışla müəyyən olunur (iş v. 86). Cavabdeh bu məlumatın həqiqiliyini təkzib edən heç bir sübut təqdim etməyib. Sahənin qanunsuz sahiblikdə olduğu müddəti (32 ayı) sahənin bir aylıq orta icarə haqqına (200 manata) vurduqda 6.400 manat əmələ gəlir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, əldə çıxmış fayda kimi 6.400 manat məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Mənəvi zərərlə bağlı qeyd edilməlidir ki, cavabdehin sahəni 32 ay müddətində qaytarmaqdan boyun qaçırması iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, mənəvi zərərin əvəzi ödnilməlidir. Mənəvi zərərin əvəzinin 500 manat müəyyən edilməsi ağlabatandır. Sayğacla bağlı qeyd edilməlidir ki, AMPY (5235A) tipli, A180844461M187428 nömrəli sayğacın olduğu yerdən çıxarılmasına cavabdehin aidiyyətinin olduğunu və ya sayğacın cavabdehin sahibliyində olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməyib. Ona görə də həmin sayğacın əvvəlki yerinə quraşdırılması (yəni iddiaçının sahibliyinə qaytarılması ) barədə tələb Mülki Məcəllənin 164.2-ci maddəsinin göstərişinə görə təmin edilə bilməz. Məhkəmə xərcləri ilə bağlı isə qeyd edilməlidir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat¸ apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat, qiymətləndirmə xidmətinə göröə ödənilmiş haqqın əvəzi kimi 150 manat, cəmi 195 manat Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinin göstərişinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və apelyasiya şikayətinin təmin edilməməsi barə də yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi məhkəmələrin mübahisə predmeti olmuş və o, axıra qədər həmin sahəyə dair mülkiyyət hüququnun kimə məxsus olması bəlli olmamış, öz mülkiyyət hüququnun bərpasına ümidli olmuşdur. Məhkəmələrdə mübahisə olduğuna görə o, həmin əmlakı öz əmlakı hesab etmişdir. Hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququnun tanınmasına dair məhkəmə aktlarının qanunsuz və əsassız olması və həmin əmlakın əslində ona məxsus olması mövcud olmuşdur. Hazırki iş üzrə o, iddiaçıya heç bir ziyan vurmamış, həmin əmlakı heç kimə icarəyə verməmiş, əmlak icarəyə yararlı vəziyyətdə deyildir. Birinci instansiya məhkəməsində o, əmlakı iddiaçıya qaytarmağa hazır olduğunu bildirmiş, iddiaçı əmlakı təh vil almaqdan imtina etmişdir. İddiaçı əmlakın icarəyə verildiyini iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqənin olmasını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mənəvi ziyan hissəsində də rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçı hazırki iddia tələbinin əsasını əmlak hüquqlarının pozulması ilə əlaqələndirdiyindən, digər əsaslarla ona mənəvi ziyan vurulmasına dair sübut təqdim etmədiyindən bu halda mənəvi zərər vurulması istisna olunur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanl ayaraq bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə ona satılmış, 29.10.2017-ci ildən onun mülkiyyətində olmuş, lakin cavabdeh əsassız olaraq hərracın nəticələrini mübahisələndirmiş, yalnız Sabunçu Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli qətnaməsindən sonra, 10.10.2020-ci ildə qeyri-yaşayış sahəsini boşaldaraq ona təhvil verməyə razı olmuşdur. Hazırda cavabdehin kasasiya şikayəti əsassızdır. Ona görə də kasasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415. 3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı X1 nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş o lsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən maddi və mənəvi zərərin tutulması hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd edilən hissələr də yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin maddi zərərlə bağlı dəlilləri üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, əldən çıxmış fayda hüquq pozan şəxsin (sahəyə qanunsuz sahiblik edənin) əmlakdan gəlir əldə edib-etməməsi ilə deyil, hüququ pozulan şəxsin əgər hüququ pozulmasa yıdı (sahə onun sahibliyində olsayıdı) adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlə müəyyən olunur. Göründüyü kimi, burada pozulmuş hüququn bərpasından söhbət gedərkən məsələnin həlli hüququ pozan şəxsin gəlir əldə edib-etməməsi ilə deyil, hüququ pozulmayacağı təqdirdə mülkiyyətçinin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlə şərtləndirilmişdir. Hazırki halda cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini icarəyə vermədiyini, icarə üçün yararsız olduğunu, iddiaçının həmin sahənin icarəyə verilməsi ilə bağlı sübut təqdim etmədiyini əsas kimi göstərsə də, bu hal iddiaçının maddi zərərlə bağlı tələbinin təmin edilməsindən imtina üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə məlumatlı olmuş, həmin sahə si qaytarmaqdan imtina edərək, hərracın nəticələrini mübahisələndirməklə əmlakı iddiaçıya təhvil verməkdən yayınmış, bununla da iddiaçının əmlak hüquqlarını pozmuşdur. Mənəvi zərərlə bağlı kasasiya şikayətinni dəlilləri üzrə isə qeyd edilməlidir ki, apelyasiya kollegiyası iddiaçının xeyrinə mənəvi zərərin vurulması ilə əlaqədar pul vəsaitinin tutulması qənaətinə gələrkən də düzgün hüquqi mövqedə olmuşdur. Belə ki, cavabdehin sahəni 32 ay müddətində qaytarmaqdan boyun qaçırması iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Ona görə də Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarına uyğun olaraq iddiaçının xeyrinə mənəvi zərər tutulması əsaslı olmuş, bu zaman hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin bu barədə dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-829/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.