Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4552/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: sübutetmə yükü, faktın etirafı, öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4, vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cava bdeh4 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2928/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı və ya şirkət) 27 oktyabr 2006-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Şirkətin Nizamnaməsinə əsasən, Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədləri müxtəlif növ məhsulların istehsalı və realizasiya edilməsi, xidmətin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmini, Cəmiyyətin fəaliyyətindən gəlir əldə edilməsi və Cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına Cəmiyyətin, Cəmiyyətin işçilərinin və təsisçilərinin iqtisadi maraqlarını təmin etməkdən ibarətdir. Şirkətin qanuni təmsilçisi (direktoru) X5r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı baxılan iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh2 1470 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən şirkətdən müxtəlif istiqamətlə rdə səfərlərin həyata keçirilməsi məqsədilə aviabiletlər, eyni zamanda, xarici ölkələrə səfər etmək üçün vizaların alınması və gecələmək üçün otel otaqları sifariş verilmişdir. Şirkət sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerlərini vaxtında təqdim etmişdir. Şirkət cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, sonuncular bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İcra olunmuş sifarişlərə görə şirkət tərəfindən ödənilmiş pul vəsaitləri cavabdehlər tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq, şirkət həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər hansı çətinlik yaratmamışdır. Lakin cavabdehlər tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına və bununla da şirkətə maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək, etiraz ərizəsi və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etmiş və izahatında bildirmişdir ki, iddia tələbləri əsassızdır və hər hansı faktla təsdiq olunmur. Belə ki, iddiaçı ilə cavabdehlər arasında sonradan haqqını ödəmək şərti ilə hər hansı nisyə aviabiletlər almaq, xarici ölkələrə səfər etmək üçün viz alar təşkil etmək və gecələmək üçün otellərdə yerlər kirayələmək barədə müqavilələr yoxdur. İddiaçı tərəfindən belə bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər şirkətin xidmətlərindən istifadə etmişlər, lakin qabaqcadan bütün sifarişlərin dəyəri tərəflərindən ödənilmişdir. Şirkətin guya cavabdehlərə nisyə xidmət göstərməsi və bu barədə aralarında müqavilə olması barədə dəlilləri əsassızdır. Cavabdehlər heç vaxt İddiaçı-dən aviabilet almamışlar, belə bir şirkət tanımamışlar, onlar yalnız xxxu tanımışlar (onun soyadını da bilməmişlər, iddia ərizəsindən öyrənmişlər). Tərəflərindən iddiaçıya hər hansı zərər vurulmamış, göstərilən bütün xidmətlərin haqqı qabaqcadan ödənilmiş, ona görə də iddia tələbi əsassız və qanunsuzdur. Bundan başqa iddia ərizəsində qeyd olunan turist səfərlər i 2019-cu ilin birinci yarısında təşkil edilmişdir. İddiaçı tələbində qeyd etdiyi halların baş verdiyini bilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada hər hansı tələb irəli sürməmiş və bununla da iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş İddiaçı-nin çıxarışlarında qeyd olunmuşdur ki, 2016-2017-ci illər üzrə göstərilən xidmətlərin ümumi dəyəri Cavabdeh1 görə 6555 ABŞ dolları, Cavabdeh4 görə 6245 ABŞ dolları, X3 görə 4170 ABŞ dolları, Cavabdeh2 görə 1470 ABŞ dolları təşkil edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-838/2020 nömrəli iş üzrə 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticən i onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra olunmuş sifarişlərə görə heç bir ödəniş həyata keçirməmişlər. Cavabdehlərin istinad etdiyi hallar isə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2, 21.1, 324.6, 329.3, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 445.2, 739.1, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əs aslandırmışdır. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdehlər apellyasiya şikayətilərini onunla əsaslandırmışlar ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş almamışlar və onların məhkəmədə iştirakı təmin olunmamışdır. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, cavabdehlər İddiaçı-yə deyil, xxxxadlı şəxsə müraciət etmişlər. Onların arasında xidmət göstərilməsinə dair razılaşma olmamışdır. Bilet alınarkən sənədləri və ödənişi də xxxxx adlı şəxsə vermişlər. 2016-2017ci illərdən bu günədək onlara ödəniş barədə hər hansı müraciət olunmamışdır. Uzun müddətdən sonra məhkəməyə müraciət edilməsi anlaşılan deyil. Bundan başqa, iddiaçı onlarla aralarında xidmət göstərilməsinə da ir şifahi müqavilə olmasını iddia etsə də, məhkəmə qətnamədə borc müqaviləsinin normalarına istinad etmişdir. Halbuki, iddiaçı ilə onların arasında borc münasibətləri olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5035/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətləri təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə və həmin cavabdehlərə münasibətdə rədd edilmiş, qətnamə qalan hissədə - Cavabdeh2 1470 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərlə aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia etsə də, bunu təsdiq edən yazılı müqaviləni nə birinci instansiya məhkəməsinə, nə də apellyasıya baxışı zamanı təqdim etməmişdir. Halbuki, iddiaçı tələbini cavabdehlərə turizm xidməti göstərməsi ilə əsaslandırmış, cavabdehlər isə belə xidmətlə bağlı iddiaçı ilə yazılı razıla şma olmadığını bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, apellyantlara münasibətdə ləğv olunmalı və iddia həmin cavabdehlərə münasibətdə rədd olunmalıdır. Kollegiya iddia müddətinin tətbiqinə dair cavabdehlərin ərizəsi ilə bağlı qeyd etmişdir ki, ərizədə Mülki Məcəllənin 848 və 846-cı maddələrinə istinad olunmuşdur, lakin həmin maddələrdə nəzərdə tutulmuş müddət (1 ay) daşıyıcı üçün deyil, sərnişin üçün nəzərdə tutulmuş pretenziya müddəti olduğundan hazırkı iddiaya tətbiq oluna bilməz. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 329.1, 329.2, 337.1, 385.1, 386.1, 389.1, 405.1, 406.1, 407.2, 862.1-ci, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Turizm haqqında” Qanun) 1, 9.1-ci, MPM-in 14.2, 77.1, 78. 1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Cavabdehlərə turizm xidmətlərinin göstərilməsi iş materiallarında olan sübutlarla, eyni zamanda cavabdehlərin vəkillərinin aşağı instansiya məhkəməsində vermiş olduqları ifadələrlə təsdiq edilmişdir. Onlar turizm xidmətlərindən istifadə etdiklərini heç vaxt inkar etməmişlər. Həmçinin aviaşirkətlərdən əldə edilmiş sorğuların cavabı olaraq alınmış məktublar da bir daha təsdiq edir ki, həqiqətən cavabdehlər həmin turizm xidmətlərindən istifadə etmişlər. Cavabdehlərin hər birin ə hər uçuşa görə elektron bilet verilmişdir. «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2007-ci il tarixli 94 saylı qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, adi bilet (sərnişin bileti və baqaj qəbzi) - vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşıması şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron bilet daşıyıcının kompüter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə hesab edilən, adi aviabiletin elektron analoqudur. Bu bilet v ərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir. Hər bir cavabdehə hər uçuşa görə verilmiş elektron bilet artıq onlar arasında müqavilənin bağlanması hesab olunur ki, bu da tərəflər arasında öhdəliklərin yaranmasına səbəb olmuşdur. Apellyasiya məhkəməsi elektron bileti müqavilə hesab etməmiş, həmçinin cavabdehlərin iddiaçı tərəfindən təşkil edilmiş turizm xidmətlərindən istifadə etdiklərini həm yazılı, eyni zamanda şifahi formada təsdiq etmələrini, bununla yanaşı aviaşirkətlərdən alınmış rəsmi məktubları nəzərə almamışdır. Cavabdehlər göstərilmiş turizm xidmətinə görə heç bir ödəniş etməmişlər. Bununla bağlı da aşağı i nstansiya məhkəmələrində heç bir sübut təqdim edilməmişdir. Hətta birinci instansiya məhkəməsində cavabdehlərin vəkili pulu onların çalışdıqları şirkətin hesabından İddiaçı-nin bank hesabına vurduqlarını bildirmişdir. Lakin bununla bağlı yenə də heç bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində isə cavabdehlər həmin ifadəyə zidd olaraq pulu şirkətin direktoru olan xxxxa verdiklərini bildirmişlər. Bu kimi təzadlı ifadələr cavabdehlərin pulu ödəmədiklərini və özlərini müdafiə üçün yalan ifadə verdiklərini bir daha təsdiq etmiş olur. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan arqumentləri təkzib edən əlavə sübutları apellyasiya instansiya məhkəməsinə təqdim etsələr də, məhkəmə həmin sübutları qəbul etməkdən imtina etmişdir. Halbuki həmin sübutlar, yəni preten ziya məktubları, eyni zamanda cavabdehlərlə olan səs yazısı bir daha sübut edir ki, cavabdehlərlə iddiaçı arasında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yaranmışdır və onlar göstərilmiş turizm xidmətlərinə görə ödəniş etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5171/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, İddiaçı-yə ödənilməsi hissəsində ləğv olunması, iddianın həmin hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd olunması hissəsində ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehlərin adına yazılmış çoxsaylı elektron aviabiletlər, xidmət vauçerləri təqdim etmiş və bununla yanaşı müvafiq aviaşirkətdən bəzi aviabiletlərin cavabdehlər tərəfindən istifadə edilməsini təsdiq edən məktuba istinad etmişdir. Cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda və müvafiq apellyasiya şikayətlərində isə onların fərqli mövqedən çıxış etmələri aşkar müəyyən olunur. Belə k i, etirazı imzalamış cavabdehlər birinci instansiya məhkəməsində iddiaçı olan hüquqi şəxslə xidmət göstərilməsi ilə bağlı münasibətlər olduğunu qəbul etmişlər və xidmətlərin əvəzinin ödənildiyini göstərmişlər. Lakin apellyasiya şikayətlərində iddiaçı ilə aralarında hər hansı müqavilə münasibətlərinin olmamasını qeyd edərək, hüquqi şəxsin təsisçisi olan XXXla münasibətlərinin olduğunu, göstərilmiş xidmətlərin dəyərinin həmin şəxsə ödənildiyini bildirmişlər. Belə olan halda apellyasiya instansiyası məhkəməsi yaranmış ziddiyyətlərin aydınlaşdırılması üçün cavabdehlər tərəfindən hüquqi şəxsin təsisçisi kimi göstərilən XXX adlı şəxsin şəxsiyyətini müəyyən edərək onu prosesə üçüncü şəxs kimi cəlb etməli və anlaşılmazlığın aradan qaldırılmasını təmin etməli idi. Kassasiya məhkəməsi daha sonra qey d etmişdir ki, hər bir halda cavabdehlər onlara turizm xidmətlərinin göstərilməsini qəbul etmişlər. Beləliklə, aşkar olaraq müəyyən olunmuşdur ki, cavabdehlərə turizm xidmətləri göstərilmişdir. Müəyyən edilməli olan hal isə xidmətin hüquqi şəxs və ya onun təsisçisi olaraq adı çəkilən şəxs tərəfindən göstərilməsinin müəyyən olunması ilə bağlı olmalıdır. Lakin apellyasiya məhkəməsi göstərilən halı da faktiki olaraq araşdırmamışdır. Cavabdehlər onlara xidmət göstərilməsini qəbul edərək dəyərinin ödənildiyi bildirsələr də, bununla bağlı hər hansı sübuta istinad etməmişlər. Apellyasiya məhkəməsi isə bu istiqamətdə hər hansı araşdırma aparılmasına cəhd göstərməmiş, yalnız cavabdeh tərəfin səsləndirdiyi formal mülahizələrlə kifayətlənmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraa t Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2928/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, iddiaçıya ödənilməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd olunmuşdur. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən, turizm məhsulunun satışı barədə yazılı formada müqavilə bağlanmalıdır. Lakin hazırki iş üzrə tərəflər arasında yazılı formada müqavilə bağlanmamış, iddiaçının nümayəndəsi də bu faktı öz izahatları ilə təsdiq etmişdir. Belə ki, iddiaçı tərəfindən bildirilmişdir ki, onlar uzun illərdir eyni qaydada fəaliyyət göstərirlər və heç vaxt müştərilər ilə aralarında müqavilə bağlanmamışdır. İddiaçı iddia ərizəsində sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirdiyini və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və hətta otel vauçerlərini də vaxtında təqdim etdiyini, beləliklə də, cavabdehlərlə aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia etmişdir, lakin bunu təsdiq edən yazılı müqaviləni nə birinci instansiya məhkəməsinə, nə də apellyasıya baxışı zamanı təqdim etməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfin sübut kimi təqdim etdiyi qəbzlərdən, ödəniş tapşırıqlarından iddia edilən vəsaitlərin şirkətin hesabından deyil, X4 şəxsi hesabından ödənildiyi aydın olur. Belə olan halda şirkətin həmin ödənişləri geri tələb etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa, iddiaçı tərəfindən aviabiletlərin dəyərinin ödənilməsi barədə hesabdan çıxarışlar təqdim olunsa da, həmin çıxarışlarda məhz cavabdehlərə aid aviabiletlərin dəyərinin ödənilməsi müəyyən edilmir. Belə ki, həmin çıxarışlardan görünür ki, şirkət tərəfindən 2016-2017-ci illərdə bir çox ödənişlər edilmiş, lakin həmin ödənişlərin təyinatı barədə yetərli məlumat qeyd edilməmişdir. İddiaçı şirkətin bir neçə ildən sonra qaldırdığı iddia qanun normalarına zidd olmaqla yanaşı, həm də mülki dövriyyənin bərabər hüquqlu iştirakçıları arasında bir tərəf üçün əsassız üstün şərait və sui-istifadə hallarına zəmin yaradır ki, bu da yolverilməzdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri əsasən əvvəlki kassasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, Ali Məhkəməni n qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə almamış, göstərişlərini yerinə yetirməmiş, beləliklə MPM-in 420-ci maddəsinin tələbini pozmuşdur. Ali Məhkəmənin qərarında cavabdehlərə turizm xidmətlərinin göstərilməsinin təsdiq olunması qeyd edilmişdir. Bundan başqa, məhkəmə MPM-in 4.1-ci maddəsini tətbiq etməklə kobud yanlışlığa yol vermişdir. Belə ki, iddia ərizəsində tələb olunan məbləğ aviabiletlərə görə və otel xidmətlərindən istifadəyə görədir. Təqdim edilən sübutlardan görünür ki, aviabiletlərə görə ödənişlərin hamısı İddiaçı-nin rəsmi bank hesabından edilmişdir və bütün ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir. İddia tələbinin kiçik bir hissəsini təşkil edən otel xidmətlərinə görə isə (təxminən 1440 ABŞ dolları) ödənişlərin bir hissəsi MMC-nin rəhbərliyinin şəxsi hesa bından ödənilmişdir. Məhz otellərə görə edilmiş ödənişlərin kiçik bir hissəsinin MMC-nin deyil, şirkətin rəhbərliyinin şəxsi hesablarından edilməsinə istinadla iddianın tam şəkildə rədd olunması tamamilə əsassızdır. Aviabiletlərin dəyərinin ödənilməsi barədə hesabdan çıxarışlarda məhz cavabdehlərə aid aviabiletlərin dəyərinin ödənilməsinin müəyyən edilməməsi ilə bağlı məhkəmənin mövqeyinə münasibətdə şikayətdə qeyd olunmuşdur ki, cavabdehlərin istifadə etdikləri elektron biletin kağız forması təqdim edilmişdir. X6 Assosiasıyasının “X9” haqqında çıxarışlarında həmin biletlərin nömrələri və ödəniş məbləğləri qeyd olunmuş və markerlə işarələnmişdir. İddiaçı tərəfindən aviabiletlərə görə ödənişlər həftəlik (dekada) olaraq ödənilir. Ona görə də, həmin çıxarışlarda bir çox biletlərə görə ödənişl ər əks olunmuşdur. Lakin, hazırkı iş üzrə olan aviabiletlər aydın olması üçün markerlə işarələnmişdir. Kassasiya şikayətinə əlavədə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən öz qənaətini Mülki Məcəllənin 862.1-ci və “Turizm haqqında” Qanunun 9.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Sonuncu maddənin mahiyyətindən görünür ki, turizm xidməti dedikdə məcmu halda turist xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Belə ki, tur paketdə həm aviabilet, eyni zamanda otel nömrəsi sifariş edilməlidir. Yalnız belə olduğu təqdirdə tur paketin satışını həyata keçirən təşkilatla turist xidmətlərindən istifadə edən şəxs arasında müqavilə bağlanması zəruridir. Lakin, yalnız aviabilet satışının həyata keçirilməsi zamanı qanunvericilikdə (Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 11 iyun 2007-ci il tarixli, 94 saylı qərarının 2-ci bəndi və Mülki Məcəllənin 842.2-ci maddəsi) elektron biletdən başqa əlavə müqavilənin bağlanması tələb olunmur. İddia tələbinin yalnız 10%-ni təşkil edən otel rezervasiyaları ilə iddia məbləğinin 90%-ni təşkil edən aviabiletin satış tarixlərinə diqqət etdikdə müəyyən olunur ki, onlar ayrı-ayrılıqda satılmışdır. Biletlə otel nömrələrinin satışı məcmu halda həyata keçirilmədiyindən məhkəmənin qeyd olunan maddələrə istinadla iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etməsi qanunsuzdur. Şikayətin əsası kimi Mülki Məcəllənin 385.1, 389.1, 425.1, 425.2, 442.1, 842.2-ci maddələrinə, həmçinin “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən şirkətin direktoru (eyni zamanda üçüncü şəxs) və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdehlərin vəkili apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə 49.1. Hüquqi şə xslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.5. Əq d etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə
862. Turist xidmətlərinin göstərilməsinə dair müqavilə 862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 862.2. Turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir: 862.2.1. qidalanma; 862.2.2. mehmanxanalarda yerləşdirmə; 862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:...turizm məhsulu - turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, eksku rsiya, həmçinin bələdçi (bələdçitərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər); Maddə
9. Turizm məhsulu satışının təşkili qaydaları
1. Turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. MPM 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi əvvəlki qərarında eyni nəticəyə gəlmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş və konkret göstərişlərlə işi yeni məhkəmə baxışına göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Lakin apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı işə yenidən baxmış Məhkəmə kollegiyası MPM-in 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişini yerinə yetirməmiş və ya həmin hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırmamışdır. Əvvəlki kassasiya icraatı üzrə qəbul edilmiş məhkəmə qərarında da qeyd edildiyi kimi işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdehlərdən ikisi verdikləri yazılı etirazda, habelə cavabdehlərdən üçünün birgə verdikləri apellyasiya şikayətində iddiaçının xidmətlərindən istifadə etdiklərini, lakin qabaqcadan bütün sifarişlərin dəyərini ödədiklərini bildirmişlər. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçının tələbini əsaslandırdığı faktları cavabdehin yazılı etiraf etməsi iddiaçını bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan əgər iddiaçı cavabdehə göstərdiyi xidmətlərin dəyərinin ödənilməsini tələb edirsə və cavabdeh həmin xidmətlərin keyfiyyətinə irad bildirmədən ondan istifadə etdiyini yazılı etiraf edirsə, iddiaçı artıq həmin xidmətlərin göstərildiyini sübut etmək yükündən azad olur və MPM-in 77.1-ci maddəsinə əsasən xidmətin dəyərinin ödənildiyini (etirazı) sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməsi olan MPM-in 77.1 və 106.3-cü maddələri mübahisəyə tətbiq edilməmişdir. Cavabdehlərin apellyasiya şikayəti, həmçinin onunla əsaslandırılmışdır ki, onlar iddiaçı ilə deyil, XXX XXXla danışıqlar aparmış, ödənişləri ona ödəmişlər və hesab edirlər ki, sonuncu aldığı pulları cəmiyyətin hesabına keçirməyib və uzun müddətdən sonra direktoru olduğu cəmiyyətin adından pul tələbinə dair əsassız iddia qaldırıb. Qeyd olunmalıdır ki, baxılan iş üzrə XXX XXXun iddiaçı hüquqi şəxsin təsisçilərin dən biri və qanuni təmsilçisi (direktoru) olduğu mübahisəsiz haldır. İddia ərizəsini də iddiaçının adından qanuni təmsilçi qismində həmin şəxs imzalamışdır. Mülki Məcəllənin 49-cu maddəsinə əsasən hüquqi şəxslər digər mülki dövriyyə iştirakçıları ilə hüquq münasibətlərinə öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə daxil olur, mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Bu zaman hüquqi şəxsin adından hüquq münasibətlərinə daxil olan təmsilçi öz vəzifələrinin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Eyni zamanda Mülki Məcəllənin 433-cü maddəsinə əsasən borclunun öz öhdəliyini qanunla icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödənilməsi öhdəliyin icrası sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və y a ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Beləliklə, əgər hazırkı iş üzrə cavabdehlər göstərilmiş xidmətin dəyərini iddiaçıya deyil, onun direktoruna ödədiklərini, lakin sonuncunun həmin vəsaiti hüquqi şəxsə ödəmədiyini hesab edirlərsə, həqiqətən də ödənişin hüquqi şəxsin adından ixtiyarlı şəxs kimi çıxış etmiş şəxsə ödədiklərini sübut etməlidirlər. Qanuna əsasən belə ödəniş zamanı ödənişi qəbul edən şəxsdən sübutların tələb edilməməsinin riskini də ödəyən şəxs daşıyır. Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi “Turizm haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddianı rədd etsə də, turizm məhsullarının satışı üzrə yazılı müqavilə şərtini nəzərdə tutan həmin norma ilə Mülki Məcəllənin belə yazılı müqavilə şərti tələb etməyən 862-ci maddəsinin (turizm xidmətləri müqaviləsi) tənzimlədiyi hüquq münasibətlərinin predmetinin eyni olub-olmadığı, eyni olduğu halda həmin normalar arasında kolliziya olub-olmadığı, kolliziya müəyyən edildiyi halda hansı normanın tətbiq edilməli olduğu, yaxud tərəflər arasında tapşırıq hüquq münasibətlərinin yaranıbyaranmadığı barədə məsələlər üzrə işin müəyyən edilmiş faktiki halları baxımından hər hansı hüquqi dəyərləndirmə aparmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta əgər işə baxan məhkəmə iddia tələbinin əsasını təşkil edən tərəflər arasında bağlanmış müqavilənin qanunla müəyyən edilmiş forma tələbinə riayət edilmədiyi üçün etibarsız (əhəmiyyətsiz) olduğu barədə qənaətə gələrsə, onda mübahisəyə Mülki Məcəlləni n 337.5-ci maddəsinin tətbiqi mümkünlüyünü də müzakirə etməlidir. Belə ki, istinad olunan maddəyə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş və MPM-in 420-ci maddəs inə əsasən işə yenidən baxan məhkəmə üçün məcburi olan göstərişləri, habelə bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2928/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.