Məhkəmə qərarları › İş №2(102)-4553/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4553/2022

21.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4553/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4553/22 (Açar sözlər: ipoteka predmeti olan əmlaka dair hərracın keçirilməsi qaydası, hərracın nəticələrinə dair protokolun etibarsızlığı, ipotekaya xitam verilməsi əsasları) Bakı şəhəri, 21 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "X4 Edilməsi Agentliyi" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3288/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə (bundan sonra – icra sənədi) əsasən X1 (bundan sonra - borclu) 173.200 manat əsas, 115.005 manat faiz, 3000 manat dəbbə pulu olmaqla, cəmi 291.205 manat; 120.500 ABŞ dollar əsas, 78.937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 201.467 ABŞ dolları borc və 30 manat dövlət rüsumu “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (bundan sonra – Bank) xeyrinə tutulmalı, tutma İddiaçı tərəfindən ipotekaya qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə (bundan sonra – ipoteka predmeti olan əmlak) yönəldilməli, həmin ev ipoteka qoyandan alınaraq açıq hərracda satılmalı, evin ilkin satış qiyməti 250.000 manat müəyyən edilməli, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməli, evə tutma yönəldildikdə və o satıldıqda X2 və İddiaçı (bundan sonra – iddiaçı və ya ipoteka qoyan) ən geci bir ay müddətində həmin evdən çıxarılmalıdır.

2. Qeyd olunan icra vərəqəsi əsasında Xəzər rayon İcra şöbəsi (bundan sonra – İcra şöbəsi) tərəfindən icraata başlanılmış və ipoteka predmeti olan əmlakın hərracdan satılması "xxxx" MMC-yə (bundan sonra – Hərrac Mərkəzi) sifariş olunmuşdur.

3. Hərrac Mərkəzi tərəfindən 2016-cı ildə keçirilmiş ilk və təkrar hərrac baş tutmamış, bundan sonra, ipoteka predmeti xx.xx.2016-cı il tarixli məktubla “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ipoteka saxlayana - Banka təklif olunmuşdur.

4. İpoteka predmeti Bank tərəfindən əldə edilmədiyindən Hərrac Mərkəzi xx.xx.2017-ci il tarixli məktubla İcra şöbəsinə əmlakın hərracda satılmasının baş tutumadığı barədə məlumat ve rmiş və İcra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 8606/3171 saylı məktubla icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır.

5. Bankla Maraqlı şəxs1 QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Bankın problemli aktivlərinin tələb hüququ sonuncuya ötürülmüş və xx.xx.2018-ci il tarixli, S-FK-1179 saylı təhvil-təslim aktına əsasən X2 tərəfindən götürülmüş kredit borcuna dair sənədlər Maraqlı şəxs1 QSCyə təhvil verilmişdir.

6. Bundan sonra, İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 26/3İH saylı məktubla icra sənədi təkrar hərrac keçirilməsi üçün hərrac təşkilatına göndərilmiş, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixə təyin edilmiş ilk hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15% aşağı salınaraq 212.500 manat müəyyən olunmaqla, xx.xx.2019-cu il tarixə təyin edilmiş təkrar hərracda əmlak Maraqlı şəxs2 tərəfindən əldə olunmuş, həmin tarixdə bu barədə Y-187 saylı hərracın yekunları barədə protokol tərtib edilməklə alqı-satqı müqaviləsi bağlanmış və əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ipoteka predmeti olan əmlakın ipotekasına xitam verilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması, Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 arasında tərtib olu nmuş Y-187 saylı protokolun etibarsız hesab edilməsi, həmin protokol əsasında daşınmaz əmlakın dövlət reyestrindən sonuncunun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, 2016-cı ildə keçirilmiş hərrac üzrə Bank ipoteka predmetini əldə etmədiyindən ipoteka qoyan kimi onun “İpoteka haqqında” Qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İcra şöbəsi isə qanuna zidd olaraq xx.xx.2019-cu il tarixli məktubla ipoteka predmeti ilə bağlı təkrar hərrac keçirilməsi barədə yenidən sifariş vermiş və hərrac təşkilatı da həmin sifariş əsasında xx.xx.2019-cu il tarixdə ilkin və xx.xx.2 019-cu il tarixdə təkrar hərrac keçirmişdir. Nəticə etibarı ilə, ipoteka predmeti qeyri-qanuni olaraq xx.xx.2019-cu il tarixli hərracın nəticələri barədə protokolla Maraqlı şəxs2 satılmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracın keçirilməsi qanuna zidd hesab edilməlidir.

9. Bank 04 oktyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən problemli kreditlər üzrə tələb hüququnu “Aqrarkredit“QSC-yə güzəşt etdiyini bildirmiş, özünün əsl cavabdeh Maraqlı şəxs1 QSC ilə əvəz edilməsini xahiş etmişdir. 04 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nü mayəndəsi ərizənin təmin olunmasına etiraz edərək, Bank tələb hüququnu versə belə, əmlakın sənədlərdə onun adına yüklü olunduğunu bildirmişdir. Cavabdehin əsl cavabdehlə əvəz olunmasına iddiaçının razılığı olmadığından məhkəmə tərəfindən ərizə təmin olunmamışdır.

10. Cavabdeh "X4 Edilməsi Agentliyi" MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, onlarda 2016-cı ildə keçirilmiş hərraclar barədə heç bir sənəd yoxdur. Yalnız 2019-cu ildə keçirilmiş hərraclar barədə sənədlər mövcuddur. Əmlak hərracda satılmış və borcun müəyyən hissəsi ödənilmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-2300/2021 nömrəli, 16 noyabr 2021-cu il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia qismən t əmin edilərək, ipotekaya xitam verilməsi, Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 arasında tərtib olunmuş Y-187 saylı protokolun və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanunda yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır.

13. Hazırkı mülki iş üzrə iddia tələbləri bir-biri ilə bağlı olan tələblər olduğu üçün qeyd edilən tələbə, yəni alğı-satqı müqaviləsinin etibarsızlığının nəticələri ilə bağlı 1 illik müddət şamil edilməməlidir.

14. Məhkəmə, həmçinin hesab etmişdir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı qətnamənin surətini əldə edərək ipoteka üzərində dövlət qeydiyyatının ləğvi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə müraciət etməli, əgər inzibati orqan bundan imtina edərsə, onun üzərinə müvafiq vəzifə qoyulması ilə bağlı inzibati icraat qaydasında iddia qaldıra bilər. Eyni qaydada, hazırkı qətnamə ilə ipoteka müqaviləsinə xitam verildiyindən sənədlərin geri qaytarılması ilə bağlı Banka müraciət edilməli, əgər bundan imtin a edilərsə müvafiq iddia qaldırılmalıdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317, 416-cı, “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“ 28 oktyabr 2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. 8. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehlər Bank və Cavabdeh2 MMC ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

17. Qətnamə ilə maraqlarına toxunan şəxs Ma raqlı şəxs1 QSC və Maraqlı şəxs2 da ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3288/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Banka yönələn hissəsi ilə bağlı qeyd etmişdir ki, Bank tələb hüququnu “Aqrarkredit“QSC-yə güzəşt etdiyindən iş üzrə cavabdeh məhz həmin QSC-dir. Bank cavabdehin əvə z edilməsi ilə bağlı ərizə vermiş, lakin məhkəmə ərizəni nəzərə almamışdır. Halbuki, hər hansı iddia tələbi yalnız həmin iddiaya cavab verməli olan şəxsə qarşı irəli sürüldükdə təmin edilə bilər. Əgər iddia əsl olmayan cavabdehə qarşı verilmişdirsə, birinci instansiya məhkəməsi bu zaman həmin hüquqi məsələni tərəflərlə müzakirə edərək iddiaçının razılığı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll edə bilər. İddiaçı buna razı olmadıqda isə məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır (MPM-in 54-cü maddəsi). Hazırkı işdə iddia əsl olmayan cavabdehə qarşı verilmiş, məhkəmə isə bu məsələni tərəflərlə müzakirə etmədən prosessual hüquq normalarını pozmaqla əsl olmayan cavabdehə qarşı verilmiş iddianı təmin etmişdir. Odur ki, iddia buna cavab verməli olmayan şəxsə qarşı ve rildiyi üçün həmin hissədə rədd edilməlidir.

20. Məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı halda ipoteka müqaviləsinə xitam verilməsi üçün ümumiyyətlə əsas yoxdur. Belə ki, Hərrac Mərkəzinin xx.xx.2016-cı il tarixli, 2427 nömrəli bildirişindən müəyyən edilir ki, Banka ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə məlumat verilərək, xx.xx.2016-cı il tarixədək əmlakın alınmadığı halda işin sifarişçi İcra şöbəsinə qaytarılacağı bildirilmiş, Bank tərəfindən isə xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı qiymətlərlə alınmasına heç bir etiraz yoxdur, alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat ve rilməsi xahiş edilir. X6 tərəfindən Banka hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı müqavilə göndərilməmişdir. Göründüyü kimi, Bank “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka predmetinin əldə olunması ilə əlaqadər öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi halda, Hərrac Mərkəzi və ya icra məmurunun hərəkətsizliyi nəticəsində bunun baş verməməsi ipoteka saxlayanın ziyanına təfsir edilərək ipotekaya xitam verilə bilməz. Bu baxımdan, sonrakı hərracların keçirilməsi iddiaçının deyil, tələbkar olaraq ipoteka saxlayan Bankın (hazırkı halda isə Maraqlı şəxs1 QSC-nin) hüquqlarının pozulması ilə nəticələnmiş olur.

21. Digər tərəfdən, Maraqlı şəxs1 QSC tərəfindən Bankdan problemli aktivlərin satın alınması ilə bağlı borcluya dair sənədlər təhvil alındıqd an sonra xx.xx.2018-ci il tarixdə QSC-nin törəmə müəssisəsi olan Cavabdeh2 MMC tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli icra sənədi icra edilməmiş və İcra şöbəsi tərəfindən “İcra Haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. İcra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq, borclu tərəfindən heç bir üzrlü səbəb olmadan sözügedən qətnamə icra edilməmişdir. Adı çəkilən MMC xx.xx.2018ci il tarixli, 1472 nömrəli məktubla məhkəməyə müraciət edərək, sözügedən icra vərəqəsinin təkrarən icraya yönəldiməsini xahiş etmiş və məhkəmə tərəfindən icra vərəqəsi yenidən icraya yönəldilmişdir.

16. Bundan başqa, birinci instansiya məhkəməsi hərracın yekunları barədə Y187 saylı protokolun və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməklə ləğv e dilməsi nəticəsinə gələrkən nəzərə almamışdır ki, iş üzrə belə bir tələb olmamışdır. Tələb hərrac protokolunun və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə olmuşdur. Əqdin etibarsızlığının və ləğvinin hüquqi nəticələrinin fərqli olmasına baxmayaraq, məhkəmə bu hala ümumiyyətlə aydınlıq gətirməmişdir. Halbuki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

23. Məhkəmə kollegiyası vurğulamışdır ki, qanunvericiliyin tələbi baxımından ipoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. De məli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə, ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir.

24. Kollegiya, həmçinin qeyd etmişdir ki, Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərrac qanunsuz hesab edilmiş olsa belə, Maraqlı şəxs2 mənzili əldə etməsi qanunsuz hesab edilə bilməz, ona görə ki, həmin şəxsin hərracın qanunsuz olub-olmamasından məlumatı ola bilməzdi. Odur ki, Maraqlı şəxs2 hazırki işin halları baxımından vicdanlı əldə edən şəxs olduğundan onunla Hə rrac Mərkəzi arasında tərtib olunmuş Y-187 saylı protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilə bilməz. Belə olan halda, həmin protokol əsasında daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğvi üçün də hər hansı əsas mövcud deyil.

22. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin kredit borcunun güzəşt edilməsinə görə Bankın hazırkı iddia üzrə cavabdehlik daşımaması barədə mövqeyi əsassız olmuşdur. Belə ki, iddia tələbi kredit borcunun si linməsi ilə deyil, ipotekaya xitam verilməsi ilə bağlı olduğundan və dövlət reyestrində ipoteka saxlayan kimi Bank qeydiyyata alındığından məhz Bank özü bu tələb üzrə cavabdehlik daşıyır.

27. Digər tərəfdən, məhkəmə X3 təklifinə cavab məktubunu əsas götürərək, onun tərəfindən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinin pozulmadığını bildirsə də, Qanunun 46.1-ci maddəsində “ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə olunması” anlayışına izah verilmişdir. Normadan da göründüyü kimi, “ipoteka predmetini əldə etmək” termini məhz alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunması və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun imzalanmasını ehtiva edir. Bankın formal olaraq təklif ə bu formada cavab yazması ipoteka predmetinin əldə olunması kimi başa düşülə bilməz. Bu, həm də hüquqdan sui-istifadədir. Belə ki, Bankın kifayət qədər vaxtı olsa da, yekun protokolun bağlanması üçün heç bir təşəbbüs göstərməməsi, əksinə hərəkətsizlik nümayiş etdirməsi ancaq hüquqdan sui-istifadə ola bilər.

28. Apellyasiya məhkəməsinin hərrac təşkilatını və icra məmurunu hərəkətsizlikdə ittiham etməsi də tamamilə absurd yanaşmadır. Əvvəla, Hərrac Mərkəzinin təklif məktubunu göndərməsi ilə kredit borcunun Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsi arasında 1 ildən çox vaxt olmuşdur ki, bu müddət ərzində Bankın hər hansı səlahiyyətli nümayəndəsinin hərrac təşkilatına gedə bilməməsi inandırıcı deyil. İcra məmuruna gəldikdə isə, nə hərracın nəticələrinə dair yekun protokola, nə də yekun alqı-satq ı müqaviləsinə icra məmuru imza etmir. İcra məmuru yalnız hərracın sifarişçisidir, onun hərracla bağlı məsuliyyəti yalnız bundan ibarətdir.

29. Bundan başqa, məhkəmə qətnamədə Mülki Məcəllənin 324.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, əgər əsas öhdəliyə xitam verilməyibsə, əlavə öhdəliyə də xitam verilə bilməz. Göründüyü kimi, məhkəmə əsas diqqəti yenə də iddia tələbinin mahiyyətindən yayındırmışdır. Halbuki, iddia tələbinin mahiyyəti “İpoteka haqqına” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi barədə olmaqla, borclunun kredit öhdəliklərini vaxtında və lazımınca icra etmədiyini heç kim, eləcə də iddiaçı tərəf təkzib etmir.

30. Həmçinin, apellyasiya məhkəməsi Maraqlı şəxs2 əmlakı vicdanlı əldə edən kimi təqdim etsə də, məhkəmə iclasında tərəfindən həmin şəxsin Bankla və ona aidiyyəti şəxslə bağlılığı haqqında məlumat verilmiş, lakin məhkəmə kifayət qədər ciddi olan bu fakta heç bir əhəmiyyət verməmişdir. Eyni zamanda, Bankın xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubunun surəti məhkəməyə təqdim olunmamış, məhkəmə isə kifayət qədər ciddi prosessual pozuntuya yol verərək, həmin məktubu sübut kimi qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər Bank və Cavabdeh2 MMC, üçüncü şəxslər Maraqlı şəxs1 QSC və Maraqlı şəxs2 ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğvi üçün əsas təşkil etmədiyini bildirmişlər.

31. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Mad də 41.2.“Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

33. Maddə 41.3.“Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

34. Ma ddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əl də etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

35. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində“və özünün rəsmi internet saytında“məlumat dərc etdirir: 1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 2. hərracın iştirakçısı olmadıqda; 3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Ma ddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

37. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

38. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20“təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

39. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulm uş qaydada keçirilir.“Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

40. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

41. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipote ka saxlayan ipoteka predmetini təkrar hərracdakı“ilkin“satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

42. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

43. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

36. Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“28 oktyabr 2014-cü il tarixli Qərarı: 44. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

46. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli Qərardadı

47. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün i poteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. 48. “İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. 49. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xita m verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. 50. “Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bankın iddiası üzrə kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra keçmiş mülkiyyətçinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə oradan məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 2016-cı ildə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, tələbkar da onu əldə etməmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixli məktubla icra vərəqəsini “İcra haqqında” Qanunun 23.1.5-ci və “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır.

60. Bank qeyd olunan icra vərəqəsi üzrə tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, bundan sonra həmin QSC-nin müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla icra sənədi hərrac keçirilməsi üçün hərrac təşkilatına göndərilmiş, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixə təyin edilmiş ilk hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15% aşağı salınaraq 212.500 manat müəyyən olunmaqla, xx.xx.2019-cu il tarixə təyin edilmiş təkrar hərracda əmlak Maraqlı şəxs2 tərəfindən əldə olunmuş, həmin tarixdə bu barədə Y-187 saylı hərracın yekunları barədə protokol tərtib edilməklə alqı-satqı müqaviləsi bağlanmış və əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir.

61. Hazırda iddiaçı - ipoteka qoyan 2016-cı ildə keçirilmiş hərracın baş tutumamış elan edilməsindən sonra ipoteka predmetin tələbkar – ipoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş müddət ərizində əldə olunmadığını və eyni əmlakla bağlı 2019-cu ildə yenidən keçirilmiş hərracın qanunsuz olduğunu bildirərək, həmin hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və ipoteka xitam verilməsi barədə mübahisə açmışdır.

62. Cavabdeh Bankın iddaya qarşı etirazları həmin icra sənədi üzrə tələb hüququnu güzəşt etdiyindən iş üzrə əsl cavabdeh olmadığı və 2016-cı ildə keçirilmiş hərrac baş tutmadıqdan sonra hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifinə qanunla müəyyən edilmiş müddətdə razılıq məktubu göndərməsinə baxmayaraq, hərrac təşkilatının hərəkətsizliyi ucbatından müqavilə bağlanmasının mümkün olmadığı yönündə olmuşdur.

63. Apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazları ilə razılaşaraq, iddianı rədd edərkən hazırkı iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına, Bank 2016-cı ildə keçirilmiş hərrac üzrə “İpoteka haqqında” Qanunun 43.8ci maddəsinə uyğun olaraq ipoteka predmetinin əldə olunması ilə əlaqadər öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi, alqı-satqı müqaviləsinin Hərrac Mərkəzi və ya icra məmurunun hərəkətsizliyi nəticəsində bağlanmadığına istinad edərək, hazırkı halda ipoteka xitam verilməsi üçün ümumiyyətlə əsaslar olmadığı, sonrakı hərracların keçirilməsinin isə iddiaçının deyil, tələbkar olaraq ipoteka saxlayan Bankın (hazırkı halda isə Maraqlı şəxs1 QSC-nin) hüquqlarının pozulması ilə nəticələnmiş olması nəticəsinə gəlmişdir.

64. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

65. İlk növbədə qeyd olunmalıdır ki, MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

66. Həmin Məcəllənin 54.1 və 54.2-ci maddələrinə görə, i ddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

67. İddiaçı hazırda daşınmaz əmlakın dövlət reystrində ipoteka saxlayan kimi Bankın qeyd olunduğuna istinad edərək, ipotekaya xitam verilməsi tələbini ona qarşı, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbini isə Hərrac təşkilatına qarşı qaldırmışdır.

68. Apellyasiya məhkəməsi Bankın tələb hüququnu “Aqrarkredit“ QSC-yə güzəşt etdiyinə istinad edərək iş üzrə əsl cavabdehin həmin QSC olduğunu bildirsə də, nəzərə almamışdır ki, i poteka məhdud əşya hüququ olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla əmələ gəldiyindən, reyestrdə bununla bağlı dəyişiklik edilənədək adına qeydiyyat aparılan şəxs həmin hüququn sahibi olmaqla, bu hüquqla bağlı qaldırılmış istənilən iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir.

69. Baxılan işdə Bankın tələb hüququn güzəşt edilməsindən sonra ipotekaya dair adı çəkilən QSC-nin xeyrinə dövlət reyestrində qeydiyyat aparılıb-aparılmadığı istiqamətində hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız cavabdeh Bankın etirazının dəlillərini əsas götürməklə ipoteka xitam verilməsi tələbinin əsl olmayan cavabdehə qarşı qalıdırıldığı qənaətinə gəlmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur.

70. Həmçinin qeyd olunmalıdır ki, A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.443.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən ipoteka haqqında qanunvericilikdə yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin qanuna zidd hesab edilməlidir. Bəzən təcrübədə müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təsadüf edilir. Plenum, bununla bağlı qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur.“Belə ki, təkrar hərracın baş“tutmama sı“ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət Qanunun 43.8-ci“maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir.“Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar.

71. Hazırkı işdə 2016-cı ildə keçirilmiş iki hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə tələbkar tərəfindən əldə edilməmiş və icra sənədi icra olunmadığından məhkəməyə geri qaytarılmışdır. Lakin 2019-cu ildə icra sənədi yenidən icraya yönəldilərək, ipoteka predmeti üzrə yeni hərraclar keçirilməklə, əmlak satılmışdır ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqelərə ziddir.

72. Bu qənaə tə gələrkən, Kollegiya onu da vurğulayır ki, eyni ipoteka predmetinə dair iki hərracın keçirilməsindən sonra yeni hərracın nəticələri yalnız o halda etibarlı hesab edilə bilər ki, əvvəl keçirilmiş hərraclar etibarsız olmuş olsun. Baxılan işdə isə ipoteka saxlayan tərəfindən nə əvvəllər bu istiqamətdə hər hansı məhkəmə mübahisəsi açılmamış, nə də ona qarşı yönəlmiş ipoteka xitam verilməsi barədə hazırkı iddiaya qarşı tələb və ya etiraz olaraq bu istiqamətdə hər hansı dəlillər irəli sürülməmişdir. Belə ki, Bankın etirazının dəlilləri 2016-cı ildə keçirilmiş hərracların qanuni olub-olmadığı ilə deyil, Hərrac təşkilatının bundan sonrakı hərəkətləri ilə bağlı olmuşdur.

73. Məhkəmə kollegiyası 2016-cı ildə keçirilmiş hərrac baş tutmamış hesab edildikdən sonra ipoteka saxlayanın ipoteka predmetin i qanunla müəyyən edilmiş müddətdə əldə edib-etmədiyi barədə mübahisənin maddi hüquqi həlli ilə bağlı isə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan Qərardadındakı hüquqi mövqelərə əsasən bildirir ki, qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.

74. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşk ilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Baxılan işdə olduğu kimi, əgər ipoteka saxlayan əmlakın əldə edilməsinin qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmadığına istinad edirsə, belə hallarda ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. 76....İpoteka saxlayan protokolun i mzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz.

77. Apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd edərkən, həm də ipoteka predmetini 2019-cu ildə keçirilmiş təkrar hərracdan əldə etmiş Maraqlı şəxs2 vicdanlı əl də edən olmasına istinad etmiş, lakin bu hissədə də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

78. Belə ki, Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində reyestr məlumatlarının həqiqiliyinə güvənməklə əşya hüquqlarını vicdanlı əldə edən şəxsin qorunduğu açıqca təsbit olunmuşdur. Həmin maddələrə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya d aşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

79. Göründüyü kimi, vicdanlılıq reyestr məlumatlarına güvənərək əşya hüququ qazanan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmişdir. Hazırkı halda isə əldə edən reyestr məlumatlarına deyil, hərrac təşkilatı tərəfindən keçirilən hərracın qanuniliyinə güvənərək hüquq əldə etmişdir ki, bu halda hərracın məhkəmə tərəfindən etibarsız hesab edilməsi onun vicdanlı əldə edən kimi tanınmasını istisna etməklə, etibarsız əqdin nəticələrinin tətbiq olunması və düşdüyü zərərin əvəzini tələb etmək hüquqlarını əmələ gətirir.

80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

81. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə müvafiq araşdırma aparılmalı və düzgün məhkəmə aktı qəbul edilməlidir.

82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

75. Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3288/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar