Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4556/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiyanın mümkünlüyü) 18.11.2020 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş üzrə mübahisə abonent adının düzəldilməsi tələbi ilə ba ğlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin elektron bazasında yol verilmiş yanlışlığın aradan qaldırılması və **********00094 saylı abunə kodu üzrə abonentin adının "X1" olaraq düzəldilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsi, habelə hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumunun xxxx” ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx.xx.2019-cu il tarixli, 2(006)-5367/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” ASC-nin elektron bazasında yol verilmiş yanlışlığın aradan qaldırılması və **** ******00094 saylı abunə kodu üzrə abonentin adının "İddiaçı" olaraq düzəldilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, 520,28 manat borcun əsassız hesab edilərək İddiaçı **********00094 nömrəli abunə hesabından silinməsi, vəkilin göstərdiyi yardıma görə 300 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı ilə apelyasiya qeyri-mümkün hesab edilərək, apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə qayt arılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qətnamənin surəti xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-yə poçt vasitəsilə göndərilmiş, iş materiallarında olan poçt qəbzinə (xəbərnaməyə) əsasən xx xxxxxx 2019-cu il tarixdə təhvil alınmışdır. Apelyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə poçta təqdim edilmişdir (şikayət vermə müddətinin bitməsindən 01 gün sonra). Şikayət qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, ona prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll olunmadığından apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. C avabdeh kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə alınmış, şikayətin verilməsi müddəti xx.xx.2020-ci il tarixində bitməli olduğu halda, həmin tarix X3 təsadüf etdiyindən şikayət cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə poçta təhvil verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbə bləri barədə məlumat verməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
13. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
14. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Ap ellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
15. Maddə
360. Apelyasiya şikayəti məhkəmə qətnaməsirəsmi qaydada verildiyigündən 1 ay müddətində verilə bilər.
16. Maddə 366.2. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 20. “xxxx” ASC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini xx xxxxxx 2019-cu il tarixdə alması işin mübahisəsiz halıdır. Belə olan halda, cəmiyyətin həmin qətnamədən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş bir aylıq müddətin son günü 2020-ci ilin yanvar ayının 20-dir. Həmin gün isə qeyri-iş (Ümumxalq Hüzn) günü olduğu üçün, ondan sonrakı iş günü, yəni xx.xx.2020-ci il (saat iyirmi dördə qədər) müddətin qurtardığı gün olmuşdur (§ 12-14). 21. “xxxx” ASC isə kassasiya şikayətinə əlavə etdiyi poçt qəbzinə istinadən (səh. 96) bildirir ki, apellyasiya şikayətini məhz xx.xx.2020-ci il tarixdə rabitə orqanına təqdim etmişdir. Belə olan halda, məsələyə apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılmaqla apelyasiya şikayətinin mümkünlüyünə hüquqi qiymət verilməlidir.
22. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə almışdır ki, müddətin bir gün keçibkeçməməsi müvafiq məhkəmə iclası təyin edilməklə tərəflərin iştirakı ilə də araşdırıla bilərdi.
23. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, M əhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. “xxxx” ASC-nin apelyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.