Məhkəmə qərarları › İş №2(102)-4560/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4560/2020

28.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4560/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X131 oğlunun katibliyi ilə, İddiaçılar X32, İddiaçı2, onların vəkili Vəkil, iddiaçı X16 və cavabdehin vəkili X5nun iştirakları ilə, İddiaçılar İddiaçı5 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının X69rşı mülkiyyət hüququnun pozuntusunun tanınması və kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 13 mart 2020-ci il tarixl i qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı5 və qeyriləri (81 nəfər) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə (hazırda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə) qarşı mülkiyyət hüququnun pozuntusunun tanınması və kompensasiya ödənilməsitələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara mülkiyyətlərində olan torpağın hər sotuna görə 1000 manat kompensasiya ödənilməsi, cavabdeh tərəf göstərilən məbləğdə kompensasiya ödəməyə razı olmadıqda isə torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsasland ırılmışdır ki, Qusar rayon Kuzun kəndində torpaq islahatları keçirilərkən iddiaçıların hər birinə və onların ailə üzvlərinə birgə pay torpaqları verilmişdir. Həmin pay torpaqları dövlət aktlarında qeyd olunan miqdarda Kuzun kənd ərazisində onların mülkiyyətindədir. Həmin torpaq sahələri ümumilikdə 77 hal təşkil edir. Pay torpaq sahələrində onlar kartof əkməklə dolanmışlar. Üç ildən artıqdır ki, həmin torpaq sahələri onların əlindən alınmış, əvəzində onlara nə pay torpaq sahələri, nə də kompensasiya ödənilmişdir. Mədəniyyət və Turizm Nazirliyindən onlara Qusar rayon Kuzun kənd ərazisində inşa olunan Şahdağ X73 tikintisi altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiyaların ödənilməsinə başlandığını, hazırda 32 pay torpaq sahəsindən ikisinin əvəzi ödənildiyini, 16 mülkiyyətçi i lə alqı-satqı müqaviləsi yekunlaşmaq üzrə olduğunu, qalan 14 ailə tərəfindən mülkiyyətlərində olan torpaq sahələrinin satıb-alınması üçün tələb olunan sənədlərin toplanması prosesi davam etdirildiyini, sənədləşmə prosesi başa çatdıqdan sonra vətəndaşlara məxsus torpaq sahələri üzrə müvafiq kompensasiyaların ödənilməsinə başlanılacağını bildirmişlər. Hazırda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən kompensasiya olaraq torpaq sahələrinin 0,01 ha 24 manat ödənilməsini bildirmişlər. Qiymət isə onları qane etmir. Belə ki, torpaq sahəsinin hər sotunun hazırkı bazar qiymətlərinə uyğun olaraq 1000 manat təşkil edir. Onlar kəndlərində Şahdağ X73 tikintisini alqışlayır, buna dəstək olaraq torpaq sahələrini dövlətə satmağa razıdırlar. Lakin torpaq sahəsinin dəyəri hazırkı bazar q iymətlərinə uyğun olaraq onlara ödənilməlidir. Həmçinin hesab edirlər ki, mülkiyyətçilərin razılığı olmadan torpaq sahələrinin onların mülkiyyətindən alınması tam qanunsuzdur. Qusar rayon məhkəməsinin 06 iyun 2014-cü il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) Qusar rayonu Kuzun kəndi ərazisində inşa edilən Şahdağ X73 tikintisi altına düşmüş torpaq sahələrinin mülkiyyətçiləri olan iddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Mehti qızına, İddiaçı11, İddiaçı12, X12, İddiaçı13, İddiaçı14, İddiaçı15, X78, İddiaçı16, X47, X2, X3, X8, X22, X17, X18, X23, X33, X58, X4, X24, X100, X101, X48, X19, X49, X50, X51, X25, İddiaçı1, X59, X60, X61, X79, X52, X26, X20, X34, X35, X27, X13, X9, X10, X5, X11, X1, X36, X70, X37, X71, X38, X88, X28, X14, İddiaçı2, X39, X15, X53, X21, X89, X62, X29, X63, X72, X80, X40, X41, X6, X7, X30, X42, X43, X81, X64, X90 və X82 mülkiyyətlərində olan torpaq sahələrinin əvəzi olaraq hər 1 hektar torpaq sahəsinə 2500 manat dəyərində kompensasiya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.Qafari - sədrlik edən və məruzəçi, Ş.Abasov və T.Məmmədov) 13.03.2020-ci il tarixli, X520 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 tərəfindən verilmişapellyasiya şikayəti təmin edilməyərək Qusar Rayon Məhkəməsinin 06 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Vəkil kasasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 13 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kasasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə “Azər Expert” tərəfindən birinci instansiya məhkəməsinə txxxxim olunmuş rəydən görünür ki, Qusar rayon Kuzun kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 hektarının 2008-ci il tarixinə bazar dəyəri 2500 manat təşkil edir. İş üzrə “xxxx” MMC tərəfindən verilmiş 23 dekabr 2011-ci il tarixli rəydən görünür ki, həmin cəmiyyət Qusar rayon Kuzun kənd ərazisində yerləşən fiziki şəxslərə məxsus torpaq sahələrinin qiymətləndirilməsini həyata keçirmiş, torpaqların qiymətləndirilməsi 20 dekabr 2011-ci il tarixdə aparılmışdır. Müəyyən edilmişdir ki, həmin ərazidə tor paq sahəsinin 1 (bir) hektarının real bazar dəyəri 2400 manat təşkil edir. Həmin ekspert rəylərinin qərəzli və torpaq sahələrin real qiymətinin əks etdirməməsi aydın görünür. Belə ki, ekspert tərəfindən müəyyən edilmiş qiymətlə cavabdehin təklif etdiyi qiymətin eyni olması şübhə yaradır. Həmçinin neçə illər keçməsinə ölkə üzrə inflyasiya olmasına baxmayaraq torpaq sahəsinin qiymətinin qalxamaması, hətta enməsi inandirici görünmür. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında İddiaçı2 Nühüb oğlu və kassatorların vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı X54 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayara q işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X5 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilm iş işin faktiki halları ondan ibarətdir ki, iddiaçılar özlərinə məxsus pay torpaq sahələrinin Şahdağ X73 tikintisi altına düşdüyünü, həmin torpaq sahələri əvəzinə 0,01 hektarına 1000 manat olmaqla kompensasiya tələb etdiklərini, lakin cavabdehlərin hektara 24 manat ödənilməsini bildirdiklərini və həmin məbləğlə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. “Azər Expert” tərəfindən Qusar rayon Kuzun kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 hektarının 2008-ci i tarixinə bazar dəyəri 2500 manat müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən Qusar rayon Kuzun kənd ərazisində yerləşən fiziki şəxslərə məxsus torpaq sahələrinin qiymətləndirilməsi həyata keçirilmiş, torpaqların qiymətləndirilməsi 20 dekabr 2011-ci il tarixdə aparılmışdır. Müəyyən edilmişd ir ki, həmin ərazidə torpaq sahəsinin 1 (bir) hektarının real bazar dəyəri 2400 manat təşkil edir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 06 iyun 2014-cü il tarixli məktubundan görünür ki, Şahdağ X73 yerləşdiyi ərazidə torpaq sahəsinin mülkiyyətçilərindən satın alınması üçün dövlət tərəfindən vəsaitin ayrılıb-ayrılmaması ilə bağlı məhkəmənin sorğusuna əsasən torpaqların alınması zərurəti yarandıqda qanunvericiliyə uyğun olaraq aidiyyəti orqanlar tərəfindən qiymətləndirildikdən sonra vəsaitin ayrılması ilə bağlı müvafiq razılaşmaların aparıldığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçılara məxsus pay torpaq sahələrinin Şahdağ X73 tikintisi altına düşdüyünü, keçirilmiş ekspert rəyi ilə Qusar rayon Kuzun kənd ərazisində yerləşən kənd təsərrüf atı təyinatlı torpaq sahələrinin bir hektarının bazar dəyəri 2500 manat təşkil etməsi ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən kompensasiya məbləğinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin edilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumata əsasən tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının və s. daşınmaz obyektlərin bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı sual əmlak birjalarından konkret məlumatın əldə edilməsinə aid olduğundan mərkəzdə bu sual üzrə ekspertiza tədqiqatı aparılmadan “Dövlət Məhkəmə Ekspertiza Fəaliyyət i Haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq icrasız saxlanılaraq mülki iş geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab etmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahələri üzrə kompensasiyanın müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyləri alınmış və həmin rəylərə əsasən mübahisəli torpaq sahəsinin bazar qiymətləri “Azər Expert” tərəfindən verilmiş rəyə əsasən 01 (bir) hektar üçün 2500 manat, “xxxx” tərəfindən verilmiş mütəxəssis rəyində isə 01 (bir) hektar üçün 2400 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə həmin rəylərdə göstərilən kompensasiya məbləğinin daha yüksəyini, yəni 01 hektarına 2500 manat məbləğində müəyyən edilməsini el mi tədqiqatlara əsaslandığı üçün daha mötəbər sübut kimi qəbul edərək iddiaçılara kompensasiya şəklində ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. Kassasiya şikayətinin dəlillərindən görünür ki, kassatorlar Şahdağ X73 tikintisi altına düşən və onlara məxsus torpaq sahəsinə görə onlara ödənilən kompensasiyanın məbləğindən narazıdırlar və kassasiya şikayətində iş üzrə alınmış qiymətləndirmə rəylərində göstərilən 1 ha torpaq sahəsinin dəyərinin 2400-2500 manat müəyyən edilməsini inandırıcı hesab etmirlər. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddia çılara məxsus torpaq sahələrinin onlardan alındığı dövrə bazar qiyməti barədə iki ekspertiza rəyi txxxxim edilmiş, həmin ekspert rəylərindəki qiymətlər bir-birinə yaxın olmuşdur. İddiaçılar onlara məxsus torpaq sahələrinin həmin dövrdə real bazar qiymətinin daha yüksək olması ilə bağlı kassasiya şikayətinə heç bir sübut əlavə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətlən dirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı2 və İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MP M-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 13 mart 2020-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı2 və İddiaçı1 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar