Məhkəmə qərarları › İş №2(102)-4560/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4560/2021

18.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4560/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü. İddianın predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1067/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları ünvan kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış, bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(076)–334/2018 saylı qətnaməsi ilə JN-1994A saylı Şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gələn arxdan suyun keçməsinə Cavabdeh tərəfindən qoyulmuş manelərin aradan qaldırılması qət olunmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiiyasının 05 aprel 2019-cu il tarixli 2(104)-130 6/2019 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 17.10.2018-ci il tarixli 2(076)-334/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək hər həftənin bazar günü saat 18:00-dan 19:30-dək olan müddət ərzində JN-1994A saylı Şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən torpaq sahəsinə gələn arxdan suyun istiqamətinin dəyişdirilməsi Cavabdeh qadağan olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.10.2019-cu il tarixli 2(102)-5913/2019 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 05.04.2019-cu il tarixli 2(104)-1306/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı su yolunun açılması və həyətyanı torpaq sahəsinə gələn su arxı boyunca gediş-gəlişə qoyulan manelərin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Seriya RX ******* saylı dövlət reyestrindən Çıxarış əsasında ona məxsus olan 0,22 ha həyətyanı torpaq sahəsi ilə həmsərhəd olan, istifadə etdiyi bələdiyyəyə məxsus torpaq sahəsinin içərisi ilə onun torpaq sahəsinə gələn (əvvəllər kənd sakinlərinin ümumi istifadəsinə verilmiş) su keçidinin üzərinə məftil hasar çəkərək su yolunu bağlamış və onu həmin su arxı boyunca əkin sahəsinə gələn suya nəzarət etməsinə imkan verməmişdir. O, suyun kəsildiyini görüb uzaq məsafədən qonşu torpaqlara baxa-baxa gələnədək bir saat yarımlıq suva rma müddətinin vaxtı bitir və əkinini suvara bilmir. Digər qonşular su arxının üzəri ilə (su yolu) getməyinə heç bir maneçilik törtəməsələr də, cavabdeh su yolunu kəsmiş və su arxı boyunca hərəkət etməyinə maneə yaratmışdır. Dəfələrlə bu barədə Şəmkir Rayon İcra Hakimiyyətinə və X2 müraciət etmiş, onlar tərəfindən cavabdehə xəbərdarlıqlar edilsə də, sonuncu su yolunu bağlamaqda davam etmişdir. Odur ki, ona məxsus olan həyətyanı torpaq sahəsinə gələn su yolunun açılması və cavabdeh tərəfindən su arxı boyunca gediş-gəlişə qoyulan maneənin aradan qaldırılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, öz torpaq sahəsində olan su keçidinin üzərinə məftil setka çəkmiş və iddiaçının onun torpaq sahəsinə keçməsinə razı deyildir. Hazırda iddianı qəbul etmir və rədd olunmasını istəyir. Şəmkir Rayon Məhkəməsinin (hakim Zaman İmanov) 2(076)-1832/2020 saylı mülki iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan, ünvan kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə gələn su yolunun açılması və Cavabdeh tərəfindən həmin həyətyanı torpaq sahəsinə gələn su arxı boyunca gediş-gəlişə qoyulan maneənin aradan qaldırılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinə gələn su yolu cavabdeh tərəfindən bağlanmış, nəticədə iddiaçıya məxsus torpaq sahəsinə gələn su arxı boyunca gediş-gəlişə maneə yaradılmışdır. İddiaçı dəfələrlə həmin torpaq sahəsinə su a rxı boyunca gediş-gəlişə mane olmamasını cavabdehə təklif etmiş, lakin cavabdeh iddiaçının təklifinə məhəl qoymamışdır. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır və tələbi əsaslıdır. İddiaçı mübahisəli torpaq sahəslərnin mülkiyyətçisidir və onun mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən müdafiə olunur və toxunulmazlığa təminat verilir. Cavabdeh apellyasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinə oxşar iddiaya əvvəllər də məhkəmədə baxılmış və iddia qismən təmin edilmişdir. Belə olan halda eyni predmet üzrə oxşar müraciətlərə məhkəmənin yenidən baxıb iddi anı təmin etməsi qanunsuzdur. Bundan başqa məhkəmə işə baxan zaman mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması məsələsinə 3-cü şəxsin, yəni bələdiyyənin məhkəmədə iştirakını təmin etməklə aydınlıq gətirə bilərdi. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ədil Məmmədov sədrlik edən və məruzəçi, Rəhman Muradov, Fikrət Mehtiyev) 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin hazırki iş üzrə 15.07.2020-ci il tarixli qərardadı ilə hazırki tələb üzrə qanuni qüvvədə olan əvvəlki məhkəmə qətnaməsi olduğundan iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermiş, şikayətə baxan Gəncə Apelyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh və üçüncü şəxs X1rşı su yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin digər mümkünlük şərtlərinin yoxlanması və işin icraata qəbul edilməsi məsələsinin yenidən baxrılması üçün Şəmkir Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qərardadında göstərmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə istinadən hazırki iş üzrə icraata xitam verməkdə düzgün nəticəyə gəlinməmişdir. Bundan sonra bir inci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmış və nəticədə iddia tələbini təmin etmişdir. Hazırda cavabdeh şikayətində yenə də məhkəmənin bu tələbə baxmalı olmadığını göstərmişdir. Göründüyü kimi cavabdehin bu dəlilinə Gəncə Apelyasiya Məhkəməsinin iş üzrə əvvəlki - 26 avqust 2020-ci il tarixli qərardadı ilə qiymət verilmiş və məhkəmə bu dəlilin əsassız olduğu nəticəsinə gəlmişdir. Ona görə də bu dəlil üzrə yenidən qiymətləndirmə aparılması yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğ v edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. İş üzrə icraata xitam verilməli o lduğu halda hər iki məhkəmə işə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüq uqunun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 151.1 İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2.1 ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 261.0.1 iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşü lür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fizik i və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-nin 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-nin 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı ona məxsus torpaq sahəsin ə su yolunun açılması və həyətyanı torpaq sahəsinə gələn su arxı boyunca gediş-gəlişə qoyulan maneənin aradan qaldırılması tələbini irəli sürmüşdür. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında bundan əvvəl məhkəmə mübahisəsi olmuşdur. Belə ki, əvvəlki mübahisə üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gələn su arxının keçməsinə Cavabdeh tərəfindən qoyulmuş maneənin aradan qaldırılması barədə tələb irəli sürmüş və tələbi təmin edilərəkı qətnamə qanuni qüvvəsini almışdır. Hazırki işə baxılakrən tərəflər arasında əvvəlki iddia üzrə məhkəmə mübahisəsinin olduğunu əsas gətirən cavabdeh hər iki iddia tələbinin predmetinin eyni olduğunu qeyd etmiş və hazırki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu məsələyə dair qərardad olduğunu əsas gətirərək apellyasiya şikayətini rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq olduğu üçün iddiaçının tələb etdiyi konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi və sairlə eyniləşdirilə bilməz. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri bax ımından qiymət verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan hər iki mübahisənin predmeti iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gələn su arxının keçməsinə Cavabdeh tərəfindən edilən manelərin aradan qaldırılması barədə olmuşdur. Hazırkı iş üzrə iddiaçının tələblərində irəli sürülən, ona məxsus torpaq sahəsinə su yolunun açılması və həyətyanı torpaq sahəsinə gələn su arxı boyunca gediş-gəlişə qoyulan maneənin aradan qaldırılması məsələsi tərəflər arasında əvvəlki mübahisə üzrə qəbul edilmiş Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiiyasının 05 aprel 2019-cu il tarixli 2(104)-1306/2019 saylı qətnaməsinə izah verilməsi yolu ilə aradan qaldırılması mümkün olan məsələdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən hallara huquqi qiymət vermədən, işə mahiyyəti üzrə baxılmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin qərardadının olmasını əsas gətirərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda səhvə yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, MPM-nin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1067/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar