Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4561/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “Azərbaycan Müəllifləri” İctimai Birliyinə və Cavabdeh2 qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: X9 yığıncağının qərarının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)1295/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbay can Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “X4 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış və təsisçiləri Muradov X1, İddiaçı2 və X2 olmuşlar.
2. İctimai Birliyinin qanuni təmsilçisi 30 dekabr 2008-ci il tarixədək Muradov X1 olmuş, həmin tarixdə qurumun adı dəyişdirilərək “Azərbaycan Müəllifləri” İctimai Birliyi adlandırılmışdır. 3. 30 dekabr 2008-ci il tarixdən 10 mart 2017-ci il tarixədək Birliyin qanuni təmsilçisi Cavabdeh2 olmuşdur. 4. 11 sentyabr 2019-cu il tarixdə Cavabdeh2 tərəfindən birliyin adının, hüquqi ünvanının dəyişməsinin, nizamnaməsinin 3-cü redaksiyasında təsdiq edilməsinin, sədrinin seçilməsinin və idarəetmə orqanlarının forma laşdırılmasının dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunmuş, lakin sənədlər natamam təqdim edildiyindən həmin faktlar dövlət qeydiyyatına alınmamışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 “Azərbaycan Müəllifləri” İB-yə və Cavabdeh2 qarşı Birliyin “təsis sənədlərinin, möhür və ştampının, ictimai birlikdə istifadəçi təşkilatlar, müəllif və hüquq sahibləri, xarici təşkilatlarla bağlanmış müqavilələrin, bank və maliyyə hesabat sənədlərinin, pul və əsas vəsait, birliyin əmlakının və birliyin digər sənədlərinin ona verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İd diaçı2 və İddiaçı3 cavabdehlər “Azərbaycan Müəllifləri” İctimai Birliyinə və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Müəllifləri” X9 Yığıncağının 28 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıların “Azərbaycan Müəllifləri” İctimai Birliyinin təsisçiliyinə bərpa olunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia onunla əsaslandırılmışdır ki, Birliyin ilkin təsisçiləri iddiaçılar olmuşlar. 2008-ci ilin ikinci yarısından etibarən Birliyin sədri vəzifəsini Cavabdeh2 icra etmişdir. Onun səlahiyyət müddəti 10 mart 2017-ci il tarixdə bitmişdir. X5 28 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçılar təsisçil ikdən çıxarılmış, Cavabdeh2, X10 və X3 yeni təsisçi seçilmişlər. X12 qəbul olunmuş qərarların, yəni Birliyin adının, hüquqi ünvanının dəyişməsi, Nizamnaməsinin 3-cü redaksiyada təsdiq edilməsi, sədrin seçilməsi, idarəetmə orqanlarının formalaşdırılması və s. faktların dövlət qeydiyyatına alınması ilə bağlı 11 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuş, lakin sənədlər natamam təqdim edildiyindən həmin faktlar dövlət qeydiyyatına alınmamışdır. X5 28 dekabr 2018-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməli, iddiaçılar Birliyin təsisçiliyinə bərpa edilməlidirlər. İddiaçıların birliyin təsisçiliyindən çıxarılması barədə qərarın qanuni qüvvəyə minməsi üçün qanunda göstərilən dəyişikliklər mütləq şəkildə dövlət qeydiyyatına alınmal ıdır. Cavabdeh2 səlahiyyət müddəti 10 mart 2017-ci il tarixdə bitdiyindən onun sədrliyi ilə keçirilən X9 Yığıncağının 28 dekabr 2018-ci il tarixli iclası və həmin iclasda qəbul edilən qərar etibarsızdır. Cavabdeh2 X7 toplamaq hüququnun olmaması ilə yanaşı, 28 dekabr 2018-ci il tarixdə ümumiyyətlə Ümumi Yığıncağın keçirildiyi də şübhəlidir. Həmin iclasın qərarı sonradan hazırlanmış və əsli yoxdur. Birliyin 3 təsisçisinə belə bir iclasın keçiriləcəyi ilə bağlı çağırış (dəvətnamə, mesaj və s.) gəlməmiş, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(011)5808/2021 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçılar Muradov X1, İddiaçı2 və X2 04 avqust 2009-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məktubla müraciət edərək “X4 Əmək Hüquqlarının İdarəçiliyi” İB-nin onlara məxsus olan təsisçilik və digər hüquqlarından imtina etdiklərini, həmin hüquqların Cavabdeh2 keçməsinə razılıqlarını, “X4 Əmək Hüquqlarının İdarəçiliyi” İB-yə hər hansı maddi, mənəvi və digər iddia və ya tələblərinin olmadığını bildirmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə İddiaçı1 iddiası onun təsisçi kimi 2008-ci ildə hüquqlarından imtina etməsi və həmin vaxtdan da Birliyin fəaliyyətində iştirak etməməsi əsası ilə rədd edilmiş, həmin qətnamədən İddiaçı1 verdiy i apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, sonuncu qətnamədən İddiaçı1 kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarlarından göründüyü kimi, iddiaçılar hələ 2008-ci il tarixdə Birliyə dair olan hüquqlarından Cavabdeh2 xeyrinə imtina etmiş və onların Birliyə dair hər hansı iddia qaldırmağa subyektiv hüquqlarının olmaması 2018-ci il tarixdə mülki işə baxmış məhkəmələr tərəfindən müəyyən edilərək hüquqi qiymət verilmişdir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 58-ci, Mülki Məcəlləsinin 43.1, 43.6-cı, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 10, 25-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(011)-5808/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)-1295/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovun və R.M.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(011)-5808/2021 nömrəli qətnaməsi – iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı2 və İddiaçı3 iddiası təmin edilmiş, “Azərbaycan Müəllifləri” X9 Yığıncağının 28 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı3 “Azərbaycan Müəllifləri” İctimai Birliyinin təsisçiliyinə bərpa olunmaları qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından göründüyü kimi, yalnız İddiaçı1 2008-ci il tarixdə Birliyə dair olan hüquqlarından Cavabdeh2 xeyrinə imtina etmiş və onun Birliyə dair hər hansı iddia qaldırmağa subyektiv hüquqlarının olmaması 2018-ci il tarixdə mülki işə baxmış məhkəmələr tərəfindən müəyyən edilərək hüquqi qiymət verilmişdir. İddiaçı1 Birliyin təsisçiliyindən könüllü olaraq imtina etməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən məhz İddiaçı1 hazırkı iddia tələbi ilə iddia irəli sürməyə subyektiv hüququ olmamışdır.
14. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 isə Birliyin təsisçiliyindən könüllü olaraq imtina etməsi barədə hər hansı sübut iş materiallarında olmamışdır. Birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmış 2(011)-472/2018 saylı işdə İddiaçı1la yanaşı digər iddiaçıların da Birliyə dair olan hüquqlarından Cavabdeh2 xeyrinə imtina etmələrinə istinad etsə də, qeyd olunan mülki iş apellyasiya baxışı zamanı tələb edilərək öyrənilmiş və iddiaçılar İddiaçı2 v ə İddiaçı3 Birliyin təsisçiliyindən könüllü olaraq imtina etməsi barədə ərizələrinin əsilləri iş materiallarında mövcud olmamış, eləcə də həmin iş üzrə tərəf olmaları müəyyən edilməmişdir. Hazırki işin materiallarına da belə bir ərizələrin əsli əlavə edilməmiş, ərizələrin surətləri məhkəməyə təqdim edilsə də, iddiaçılar ərizələrin onlar tərəfindən imzalanmadığını israrla bildirmiş, cavabdeh isə mübahisəli ərizələrin əsillərini məhkəməyə təqdim edə bilməmişdir.
15. Belə olan halda, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçılar - İddiaçı2 və İddiaçı3 münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etməsi düzgün olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi həmin iddiaçılara münasibətdə ləğv edilməkl ə, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi onlara münasibətdə təmin edilməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Birliyin Nizamnaməsinə, eləcə də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir ki, Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. X11 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Bu baxımdan, “Azərbaycan Müəllifləri” İB-nin 28 dekabr 2018-ci il tarixli ümumi yığıncağı keçirilərkən iddiaçılar İddiaçı2 və İddiaçı3 yığıncağın yeri və vaxtı barədə məlumat verilməmiş, əgər belə bir məlumat olubsa da, həmin məlumatın İddiaçı2 və İddiaçı3 çatdırılması barədə hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Halbuki həmin yığıncağın nəticəsi olaraq qəbul edilmiş qərarla İddiaçı2 və İddiaçı3 İctimai Birliyin təsisçilikdən çıxarılmışlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)-1295/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 25-ci, Mülki Prosessual Məcəlləsini 4.1, 82.3, 88-ci maddələri pozulmuşdur. Belə ki, iddiaçıların təsisçiliyinə xitam verilməsi məsələsi Nizamnaməyə uyğun olaraq qanuni şəkildə baxılaraq qərar qəbul edilmişdir. Məhkəmə həmin qərar qəbul edilərkən hansı qanun pozuntusunun aşkar edildiyini qeyd etməmiş, ümumiyyətlə qərarın hansı əsasla ləğv edildiyini bildirməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarlarından da göründüyü kimi, iddiaçılar hələ 2008-ci il tarixdə Birliyə dair olan hüquqlarından Cavabdeh2 xeyrinə imtina etmiş və onların Birliyə dair hər hansı iddia qaldırmağa subyektiv hüquqlarının olmaması 2018-ci il tarixdə mülki işə baxmış məhkəmələr tərəfindən müəyyən edilərək hüquqi qiymət verilmişdir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli mə hkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia İddiaçı1 münasibətdə təmin edilməsə də, həmin iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
58. Birləşmək hüququ İ. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. İİ. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və dig ər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. İİİ. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.... 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondla r, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. 25. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qeyri-hökumət təşkilatı 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradı lmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.... Maddə
10. İctimai birliklərin üzvləri 10.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. 10.2. İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. 10.3. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir.... 10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər.... Maddə
25. İctimai birliyin idarə olunmasının əsasları 25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, q ərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. 25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.... 25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir....
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.... Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.... Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hal lara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkə məsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.... Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə koll egiyası həmin qiymətləndirmə ilə tam razıdır.
29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi hazırki iş üçün mübahisələndirilən hissədə preyudisial əhəmiyyətə malik deyildir.
30. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
31. Apellyasiya məhkəməsi iddiaçılar İddiaçı2 və İddiaçı3 əvvəlki mülki mübahisə üzrə tərəf olmamalarını əsas gətirərək, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsinin həmin iddiaçılara münasibətdə preyudisial qüvvəyə malik olmaması və nəticə olaraq, onların hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmaları qənaətinə gəlmişdir.
32. Bu zaman apellyasiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürmüş və həmin iddiaçıların cavabdeh Birliyi təsisçiliyindən könüllü olaraq imtina etməsi barədə mötəbər sübutun (ərizələrinin əsillərinin) təqdim edilməməsini nəzərə almaqla, cavabdeh tərəfin bununla bağlı dəlili ilə razılaşmamışdır.
33. Hə mçinin apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İctimai Birliyin mübahisələndirilən Ümumi Yığıncağı keçirilərkən iddiaçılar yığıncağın yeri və vaxtı barədə məlumatlandırılmamışlar (bununla bağlı sübut təqdim olunmamışdır). Belə olan halda, Ümumi Yığıncağın keçirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.6-cı maddəsinin tələbləri pozulmuşdur.
34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kass asiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)-1295/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.