Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4567/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Qəbələ Bələdiyyəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi olduğu halda iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(107)754/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına 8/9 hissədə, X1 adına 1/9 hissədə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ isə İddiaçı adına tam olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Cavabdeh X1 həyat yoldaşıdır.
3. X3 26 mart 2016-cı ildə ölmüşdür.
4. Tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsində İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və qeydiyyata alınmayan, lakin Cav abdeh faktiki istifadəsində və sahibliyində olan digər fərdi yaşayış evi yerləşir.
5. Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlər müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabd eh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində aşağıdakı qaydada bölünməsi: Hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarlar ı istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi barədə; mülkiyyətində olan torpağın 415 kv.m hissəsi cavabdehin sərəncamında qaldığı üçün 415 kv.m x 8000 manat = 33.200 manat kompensasiya olaraq və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(025)-8/2021 nömrəli qətnaməsi ilə (hakim E.B.İsayev) iddia qismən təmin edilərək, mübahisəli torpaq sahəsinin iddiaçının 8/9 hissədə, cavabdehin 1/9 hissədə payları nın sərhəd hasarını hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlar çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi qaydada natura şəkilində bölünməsi, iddiaçının mülkiyyətində olan torpağın 337 kv.m (415-78=337) cavabdehin istifadəsində qaldığı üçün 21900 manat (6500 x 3,37 sot) kompensasiya olaraq və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaların rəylərinə istinad edərək qeyd etmişdir ki, yaşayış evindən kənarda torpağın real ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən cavabdehə məxsus evin altında qalan torpaq sahəsi 100 kv.m, həyətyanı sahəsində qalan mülkiyyətində olan torpaq sahəsi 315 kv.m təşkil etdiyi müəyyən olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsinin tələblərinə müvafiq olaraq ayrılması m ümkün olmayan sahənin dəyərinin ödənilməsi yolu ilə bölgü aparılması məqsədə müvafiq olmuşdur. Həmçinin, mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı bunun mümkün olduğu müəyyən edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində, habelə torpaq sahəsinin planından müəyyən olunur ki, torpaq sahəsi bölünən zaman iddiaçının mülkiyyətində olan torpağın 337 kv.m (415-78=337) cavabdehin istifadəsində olan fərdi yaşayış evinin altında qalmışdır. Bu halda Qəbələ şəhəri, S.Vurğun küçəsində yerləşən iddiaçının mülkiyyətində olan torpağın 337 kv.m cavabdehin istifadəsində qaldığı nəzərə alınmalı və həmin hissə cavabdehə verilməlidir. Həmçinin bu zaman cavabdehlərə 337 kv.m paylarından artıq düşməsi müəyyən edilmişdir. Bu səbəbdən cavabdehlərə artıq qalan sahənin dəyəri, iş üzrə tərəflər bu barədə başqa mötəbər sübut təqdim etmədiyindən iş üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilən qiymətə mütənasib hesablanmaqla 21900 (6500x3,37 sot) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 220.1220.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(025)-8/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(107)-1228/2021 nömrəli qətnaməsi ilə (hakim ƏT.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və A.A.Mahmudovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021ci il tarixli, 2(025)-8/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Həmçinin, iddianın təmin olunmuş hissəsində də, əsasən, torpaq sahəsinin qiyməti mübahisələndirilmişdir ki, cavabdeh və onun nümayəndəsi mübahisəli torpaq sahəsinin qiymətinin nə qədər olması barədə heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(107)-1228/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2022ci il tarixli, 2(102)-1241/2022 nömrəli qərarı ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəçi ilə, hakimlər V.T.Həsənovdan və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(107)-1228/2021 nö mrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
16. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ilk olaraq ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəli məsələyə dair eyni tərəflər arasında və eyni predmet barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına diqqət yetirmədən, iddiaçının cavabdehə qarşı hazırki tələbini əsaslandırdığı hüquqi faktları qeyd olunan normaların tələbləri baxımından qiymətləndirmədən və onun tələbini əsaslandırdığı hüquqi faktların fərqliliyinin nədən ibarət olduğunu qətnamədə əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində göstərilmişdir ki, eyni tərəflər arasında, eyni pre dmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa məhkəmə iş üzrə icraata xitam verir.
17. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni işə əlavə edilmiş “X2”nin 21 fevral 2020-ci il, 02 mart 2020-ci il tarixli ekspert rəyləri, habelə “X6”nin 01 fevral 2021-ci il tarixli ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, sözügedən Mərkəzlərin belə bir ekspert rəyləri verməyə səlahiyyətli olub-olmadıqlarını araşdırmamış, həmin rəylərin mötəbərliliyini Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 76.3, 81-ci maddələrinin tələbləri baxımından yoxlamamamışdır.
18. Eyni tərəflər arasında və eyni predmet barəsində tərəflərin iştirak etdikləri digər icraatda baxılmış mülki iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 yanvar 2019-cu i l tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus 8/9 hissənin, habelə Əliyar Osmanova məxsus 1/9 hissəsinin naturada ayrılması mümkün olmamışdır.
19. Hazırki işdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2020-ci il və 30 iyul 2020-ci il tarixli vəsatətlərindən və ona əlavə edilmiş məlumatlardan görünmüşdür ki, məhkəməyə vəsatət göndərilməsinə baxmayaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq rəyi Mərkəzə təqdim edilmədiyindən, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi haqqında məhkəmənin 12 mart 2020-ci il tarixli qərardadının icrası mümkün olmamış və bu səbəbdən də mülki iş rəy verilmədən geri qaytarılmışdır.
20. Həmçinin məhkəmə qeyd etmişdir ki, işə baxan məhkəmələr, iddianı yuxarıda g östərilən qaydada təmin edərkən, sonradan inşa ediləcək sərhəd hasarının, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğunun açılmasının və boşluq üzərində giriş-çıxış darvazasının quraşdırılmasının, habelə uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsinin yarımdairə şəkilində inşa edilməsinin mümkünlüyünü Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından dəyərləndirməyiblər və qətnamənin nəticə hissəsində həmin işləri kimin görəcəyəni ümumiyyətlə göstərməyiblər. Halbuki, MPM-in 223.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətə həmin hərəkəti e tməyə borclu olmasını göstərməlidir.
21. Digər tərəfdən, 01 aprel 2014-cü il tarixli Çıxarışa əsasən, sözügedən torpaq sahəsi 8/9 hissədə iddiaçının, 1/9 hissədə isə onun mərhum qardaşı Əliyar Osmanovun paylı mülkiyyətindədir. Cavabdeh apellyasiya və kassasiya şikayətlərində göstərmişdir ki, payın naturada ayrılması mümkün olmadığı halda, iddiaçı ondan kifayət qədər yüksək məbləğdə kompensasiya tələb edir, onun isə iddia olunan məbləği ödəməyə maddi imkanı yoxdur. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, mərhum Əlyar Osmanovun mirası qəbul etmiş vərəsələrinin dairəsini, habelə onların hər birinin miras aktivindəki, yəni torpaq sahəsinin 1/9 hissədəki paylarını müəyyən etmədən, iddiaçının mülkiyyətində olan 337 kv.m torpaq sahəsinin cavabdehin istifadəsində qalmasını əsas tutub yalnız sonuncudan iddiaçının xeyrinə 21.900 manat kompensasiya tutmaqla Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə göstərilən hallar aydınlaşdarılmaqla yanaşı iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilməli, xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün müvafiq səlahiyyətli quruma həvalə edilməklə əsaslandırılmış ekspert rəyi alınmalı və yalnız bundan sonra iddiaçının cavabdehə qarşı hazırki tələblərinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. ç) Apellyasiy a instansiyası məhkəməsindəki ikinci icraat
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(107)-754/2022 nömrəli qərardadı ilə (hakim G.Q.Abbasovun sədrliyi və məruzəsi ilə, E.Ş.Hüseynovdan və İ.H.Şükürovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(025)-8/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia üzrə icraata xitam verilm əlidir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 261.0.2, 262.1, 262.4-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(107)-754/2022 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 213.2, 220.2, 220.3, 220.4, 220.5, 221.1-ci, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddələri pozulmuşdur.
27. Belə ki, iddia ərizəsin də həmin tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu göstərilmişdir. Lakin əvvəlki iddia tələbi üzrə 8/9 hissədə olan payının naturada ayrılması, hazırki tələbdə torpaq sahəsinin 337 kv.m. hissəsinin cavabdehin evinin altına və həyətinə düşdüyünə görə naturada ayrılması mümkün olmadığından mülkiyyətində olan payın naturada ayrıla bilən variantında – iddiaçının payının azaldılması və əvəzində kompensasiya verilməsi yolu ilə payının naturada bölünməsi ilə iddia qaldırmışdır. Yəni, hazırki tələb yeni əsaslıdır. Hər iki tələb üzrə iddianın əsasının fərqli olması mülki işin materialı ilə tam sübuta yetirilmişdir.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə ya zılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmas ına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan mə hkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərardadını Ali Məhkəmənin hazırki iş üzrə əvvəllər qəbul etdiyi qərara istinadən əsaslandırmışdır. Lakin kassasiya məhkəməsinin həmin qərarında iş üzrə icraata xitam verilməli olmasına dair bilavasitə göstəriş verilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Ali Məhkəmənin qərarında hazırki mübahisəli məsələyə dair eyni tərəflər arasında və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına diqqət yetirməli olması, iddiaçının cavabdehə qarşı hazırki tələbini əsaslandırdığı hüquqi faktları qey d olunan normaların tələbləri baxımından qiymətləndirməli olması və onun tələbini əsaslandırdığı hüquqi faktların fərqliliyinin nədən ibarət olduğunu qətnamədə əsaslandırmalı olması göstərilmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki mübahisə üzrə tərəflərin eyni olması mübahisəsizdir.
36. Araşdırılmalı olan məsələ mübahisənin predmetinin və əsasının eyni olubolmamasıdır.
37. İddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə - mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedi kdə - iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin həmin iddiaçının həmin cavabdehə və ya həmin cavabdehin həmin iddiaçıya qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması nəzərdə tutulur.
38. İddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddianın hüquqi əsası dedikdə - iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsif) başa düşülür. İddianın əsasının eyniliyi dedikdə barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisəyə dair iddianın yalnız faktiki əsasının məhkəmədə baxılmaq üçün verilmiş iddianın faktiki əsası ilə eyni olması başa düşülməlidir.
39. İş materiallarında olan məhkəmə aktlarından müəyyən olunur ki, id diaçının əvvəlki iddia tələbi onun mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərinin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulmasından ibarət olmuşdur. Həmin tələb cavabdehin payına düşən torpaq sahəsinin istifadəsində olan tikilinin alt sahəsindən az olması, yəni iddiaçının mülkiyyətinə düşən torpaq sahəsinin bir hissəsinin cavabdehin istifadəsində olan evin altına düşməsi səbəbindən məhkəmələr tərəfindən rədd edilmişdir.
40. Hazırki tələbdə isə iddiaçı torpaq sahəsində olan payının konkret konfiqurasiya üzrə ayrılmaqla yanaşı, payının cavabdehin tikilisinin və həyətyanı sahəsinin altına qalan hissəsinə görə azaldılmasını və həmin hissəyə görə kompensasiya tutulmasını xahiş etmişdir.
41. Lakin apellyasiya məhkəm əsi iddia tələbinin (predmetinin) fərqli olmasını araşdırmamış, tələblərə Ali Məhkəmənin əvvəlki icraatdakı qərardakı göstərişlərə uyğun hüquqi qiymət verməmişdir.
42. Eyni zamanda qeyd olunduğu kimi, kassasiya məhkəməsi əvvəlki icraatın nəticəsi olaraq qəbul etdiyi qərarında sübutların qiymətləndirilməsi (ekspert rəylərinin mötəbərliyi və s.) bağlı bir sıra göstərişlər vermişdir ki, apellyasiya məhkəməsi tərəfindən həmin göstərişlərin heç biri icra olunmamışdır.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 261.0.2 və 420-ci maddələrinin tələbləri pozulmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən baxılması üçün iş apellyasiya məhkəməs inə qaytarılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(107)754/2022 nömrəli qərardadı ləğv edilsin və iş materialları yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.