Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4568/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı “zərərin ödənilməsinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1950/2022 nömrəli, 2022-ci il 20 aprel tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə 2022-ci il 5 oktyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. I. İşin halları 1. 2010-ci il 16 aprel tarixli borc müqaviləsinə əsasən, "xxxx" MMC (bundan sonra – "xxxx") "xxxx" Kəndli-Fermer MMC-yə (bundan sonra – "xxxx") 60.000 manat məbləğində borc vermişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, MMC borc məbləğini 2011-ci ildən başlayaraq 2013-cü ilin birinci rübün sonunadək birdəfəlik ödəniş və ya hissə-hissə ilə qaytarmağı öz öhdəsinə götürür.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 19 iyul tarixli 2-2(102)-293/2017 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2017ci il 27 mart tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 20 noyabr tarixli 2-2(105)-88/2017 saylı qətnaməsi ilə cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 10 noyabr tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" (Kəndli-Fermer) MMC-nə qarşı əsas borc qismində 43.823,7 manat, faiz borcu qismində 9.531 manat olmaqla cəmi 53.354,7 manat borcun, hüquqi xidmət haqqı qismində 2.000 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməmiş, "xxxx" (Kəndli-Fermer) MMC-nin "xxxx" MMC-nə qarşı 2010-cu il 16 aprel tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 2018-ci il 14 mart tarixli 2-2(102)-168/2018 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017ci il 20 noyabr tarixli 2-2(105)-88/2017 saylı qətnaməsi dəyişdirlmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının "xxxx" MMC-nin müdiri Pərviz Haqverdiyevin şikayətinə dair 25 iyul 2018-ci il tarixli qərardadı ilə Pərviz Haqverdiyevin şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina olunmuşdur. 6. 2010-cu il 10 mart tarixli "xxxx" MMC-nin Təsis sənədindən görünür ki, Azərbaycan Respublikasında 2010-cu il 17 sentyabr tarixdə dövlət qeydiyyatına alınmış, Cavabdeh (bundan sonra – “cavabdeh”) tərəfində n təmsil olunan və hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 1əbəsi), ev 60 olan "xxxx" (kəndli-fermer) MMC, Azərbaycan Respublikası vətəndaşı və AZE №06801201 saylı şəxsiyyət vəsiqəsinin sahibi Cavabdeh və Azərbaycan Respublikasında 2008-ci il 18 mart tarixdə dövlət qeydiyyatına alınmış Baş X1 tərəfindən təmsil olunan və hüquqi ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1010, Nizami küçəsi 96 olan “X3 Şirkət” QSC (bundan sonra – “iddiaçı”) "xxxx" MMC-ni təsis etmişlər. 7. "xxxx" MMC-nin direktoru X2 tərəfindən apellyasiya məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, cavabdeh "xxxx" MMC-nin həm təsisçisi, həm də 2010-cu il 17 mart tarixdən 2011-ci il 1 sentyabr tarixədək direktoru olmuşdur. Lakin, 10 ildən artıq zaman keçdiyindən, cavabdehlə bağlı heç bir sənəd MMC-də saxlan ılmamışdır.
8. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2019-cu il 30 aprel tarixli, 2(006)2509/2019 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş işin İnzibati-İqtisadi məhkəməsində baxılması barədə ərizə təmin edilmiş, iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 1 iyul tarixli, 2(103)-9503/2019 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 30 aprel tarixli, 2(006)-2509/2019 saylı qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 16 oktyabr tarixli, 2(102)6594/2019 saylı qərarı ilə apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyan qismində 60.000 manat pul məbləğinin tutularaq "xxxx" MMCnin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh və MMC ilə birlikdə 2010-cu il 17 mart tarixdə "xxxx"nu təsis etmişlər. Cavabdeh eyni zamanda Cəmiyyətin baş müdiri təyin edilmişdir. Həmçinin cavabdeh MMC-nin yeganə təsisçisi olmuşdur. 2010-cu il 16 aprel tarixdə "xxxx" MMC ilə borc müqaviləsi bağlamışdır. Borc müqaviləsi "xxxx" adından cavabdeh tərəfindən imzalanmışdır. Borc müqaviləsinə əsasən "xxxx" MMC-yə 60.000 manat məbləğində borc vermişdir.
13. MMC borcu 2011-ci ildən başlayaraq 2013-cü ilin birinci rübün sonunadək birdəfəlik və ya hissə-hissə qaytarmalı idi. Borcun götürülməsində səbəb MMC-nin Azərbaycan Beynəlxalq Bankına olan borcunun ödənilməsi olmuşdur. MMC borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün "xxxx" borcun qaytarılması məqsədilə məhkəməyə müraciət etmiş, "xxxx" da öz növbəsində məhkəmədə borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ilə çıxış etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci il 14 mart tarixli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və hər iki iddia rədd edilmişdir. Qərardan Konstitusiya Məhkəməsinə verilmiş şikayət də sonuncu tərəfindən icraata qəbul edilmədən geri qaytarılmışdır. "xxxx" tərəfindən MMC-yə borcun verilməsi cavabdeh tərəfindən düzgün sənədləşdirilmədiyi üçün, səhlənkar lığı və ya qərəzli davranışı nəticəsində "xxxx" məhkəmədə mövqeyini lazımı şəkildə müdafiə edə, iddiasını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Borcun geri alınması üçün "xxxx" mümkün olan bütün hüquqi vasitələrdən istifadə etsə də buna nail ola bilməmişdir.
15. Nəticədə borcun MMC-dən geri qaytarılması hüquqi olaraq mümkünsüz olmuşdur. Bütün göstərilənlər cavabdehin təqsiri üzündən baş verdiyi üçün iddiaçı onun tərəfindən "xxxx" ya vurulmuş zərərin ödənilməsini tələb etmişdir.
16. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – “birinci instansiya məhkəməsi”) 2020-ci il 20 oktyabr tarixli, 2(006)- 2221/2020 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia rədd edilmişdir.
17. Məhkəmə hesab etmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilm iş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Al i Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli, 3 Saylı Qərarının 7-ci bəndinə, “Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 25 mart tarixli Qərarı, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 Saylı Qərarının 6.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 82.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
19. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasınıi xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2021-ci il 16 mart tarixli, 2(103)-3213/2021 saylı qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Xəyal Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2020-ci il 20 oktyabr tarixli, 2(006)-2221/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının hazırda maddi zərər kimi tələb etdiyi pul vəsaiti bundan əvvəl "xxxx" tərəfindən MMC-dən 2010-cu il 16 aprel tarixli borc müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia qaldırılmaqla məhkəmədə mübahisələndirilmiş, lakin həmin iddia tələbi təmin olunmamışdır. İddiaçının təsisçisi olduğu "xxxx"nun nizamnaməsinə əsaslanaraq həmin borc müqaviləsi bağlanan zaman "xxxx"nun qanuni təmsilçisi olan cavabdehin MMC-nin hesabına 60.000 manat məbləğində pul vəsaitini köçürərkən sənədləşməni vicdanla, peşəkar qaydada və məntiqlə aparmadığı üçün Cəmiyyətə ziyan vurulduğunu qeyd edərək buna görə həmin pul vəsaitinin cavabdehdən tutulması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin cavabdehin maddi zərər vurmasında təqsirli olmasını, buna görə məsuliyyət daşımasını əsaslandıra və təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilə bilməmişdir.
22. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə b ağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 87.1, 1096.1, 1096.2, “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli, 3 Saylı Q ərarının 7-ci bəndinə, “Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 25 mart tarixli Qərarı, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 Saylı Qərarının 6.2-ci bəndinə, “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 yanvar tarixli Qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 2007-ci il 26 iyul tarixli Qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı 2008-ci il 6 mart tarixli Qərarı, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli Qərarı, MPM-in 9, 14.2, 80, 82.3, 217.3, 217.4, 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 6 aprel tarixində tərəflərə göndərilmişdir.
25. İddiaçı 2021-ci il 16 may tarixində kasasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsindəki ilk icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 29 noyabr tarixli, 2(102)-5655/20 21 saylı qərarı ilə kasasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir (sədrlik edən hakim – E.Şamayev, hakimlər – E. Vəliyeva və A.Abbasov).
27. Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, hazırki iddianın əsasını tərəflərin təsisçiləri olduqları MMC-lərin arasında olan kredit müqaviləsi deyil, cavabdehin "xxxx"nun qanuni təmsilçisi olduğu dövrdə sonuncuya ziyan vurulması ilə nəticələnən hərəkətlər etməsi təşkil edir. Belə olan halda "xxxx"nun iddiası üzrə qəbul edilən qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız olmuşdur.
28. Qanuni qüvvəyə minmiş qeyd olunan məhkəmə aktları ilə "xxxx"nu n iddiası MMC arasında kredit münasibətlərinin olmaması əsası ilə deyil, kredit müqaviləsinin əslinin mövcud olmaması əsası ilə rədd edilmişdir. Yəni həmin məhkəmə aktları ilə tərəflər arasında kredit münasibətlərinin mövcud olması inkar olunmamışdır.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmin işdə MMC kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia versə də, həmin iddia da rədd olunmuşdur. İddiaçı cavabdehin onların birgə təsis etdikləri "xxxx"nun qanuni nümayəndəsi olması ilə yanaşı, kredit alan MMC-nin yeganə təsisçisi olmasını və bu səbəbdən sonuncu şirkətə verilmiş kreditin qaytarılmamasında maraqlı olmaqla, müvafiq kredit müqaviləsinin əslini MMC-də olmamasına görə məsuliyyət daşıdığını iddia etmişdir. Yəni iddiaçının mövqeyinə əsasən cavabdehin şə xsi maraqları təmsil etdiyi hüquqi şəxsin maraqları ilə toqquşmuş və bu səbəbdən əqd bağlanıldıqdan sonra vicdansızcasına hərəkət etmişdir.
30. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki iddia üzrə araşdırmalı olan məsələlər cavabdehin "xxxx"nun qanuni təmsilçisi olub olmaması, hansı dövrdə olması, həmin vəzifəyə təyin edilərkən və vəzifədən azad olunarkən "xxxx"nun maliyyə sənədlərinin lazımi qaydada təhvil alınıb-verilməsi, mübahisələndirilən kredit müqaviləsinin "xxxx"nun hansı vəzifəli şəxsində saxlanılması, həmin sənədlər itirildiyi və ya məhv olunduğu halda, cavabdehin buna görə məsuliyyət daşıyıb-daşımaması və iddiaçının qarşısında mülki məsuliyyətinin yaranıb-yaranmaması olmalıdır.
31. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə ai d aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
32. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, MM-in 21.1, 21.2, 49.3, 425.1, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 Saylı Qərarın 1, 2.2, 2.4, 17-ci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hiro Balani İspaniyaya qarşı” 1994-cü il 9 dekabr tarixli Qərarı, “N.Babayevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 28 dekabr tarixli Qərarı, “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2015-ci il 29 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 16 noyabr tarixli Qərarı, MPM-in 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 217.4, 416.1, 416.2, 418.1, maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 20 aprel tarixli, 2(103)-1950/2022 saylı qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgə rov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, 60.000 manat məbləğində vəsait və 30 manat dövlət rüsumu tutularaq "xxxx"nun hesabına ödənilməsi qət edilmişdir.
34. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir və məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Hazırki iddianın əsasını tərəflərin təsisçiləri olduqları MMC-lərin arasında olan kredit müqaviləsi deyil, cavabdehin "xxxx"nun qanuni təmsilçisi olduğu dövrdə sonuncuya ziyan vurulması ilə nəticələnən hərəkətlər etməsi təşkil edir. Belə olan halda "xxxx"nun iddiası üzrə qəbul edilən qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur.
35. Qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan məhkəmə aktları ilə "xxxx"nun iddiası və MMC arasında kredit münasibətlərinin olmaması əsası ilə deyil, kredit müqaviləsinin əslinin mövcud olmaması əsası ilə rədd edilmişdir. Yəni həmin məhkəmə aktları ilə tərəflər arasında kredit münasibətlərinin mövcud olması inkar olunmamışdır. MMC kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia versə də, həmin iddia da rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həy ata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, qeyd olunduğu kimi iddianı rədd edən məhkəmələr mövqeyini onunla əsaslandırmışlar ki, "xxxx"nun iddiası rədd olunarkən, MMC arasında bağlanmış kredit müqaviləsinin əsli mövcud olmamışdır. Bununla da, məhkəmələr belə nəticəyə gəlmişlər ki, iddia sübut olunmur.
36. Nizamnamə ilə maliyyə sənədlərinin saxlanılması hər hansı şəxsə ötürülmədiyindən və cavabdeh "xxxx"nun təkbaşına icra orqanı vəzifəsini həyata keçirdiyindən qanuni təmsilçisi olduğu dövrdə sənədlərin lazımı qaydada tərtib edilməsi və saxlanılmasına cavabdeh də məhz odur. Cavabdehin nümayəndəsinin apellyasiya icraatı zamanı vermiş olduğu izahatından da görünür ki, cavabdeh m üqavilənin mövcudluğunu qəbul etmir. Bu halda da kasasiya məhkəməsinin göstərişi üzrə, maliyyə sənədlərinin (müqavilənin) lazımi qaydada təhvil verilib verilməməsi barədə əlavə araşdırma aparılmasına da lüzum yoxdur.
37. İşin mübahisələndirilməyən halıdır ki, cavabdeh MMC-nin təsisçisi olmuş və "xxxx" təsis edilərkən də MMC-nin direktoru olmaqla yeganə təmsilçisi olmuşdur. Cavabdeh "xxxx" tərəfindən MMC-yə ödənilən 60.000 manat pul vəsaitinin təyinatını göstərməməkdə və sənədlərin lazımı qaydada saxlamamaqda maraqlı olmuşdur. Cavabdehin "xxxx"nun qanuni təmsilçisi olduğu dövrdə maliyyə sənədlərinin lazımi qaydada saxlanılmasına cavabdeh olduğundan və vəzifədən azad olunarkən MMC-nin maliyyə sənədlərinin lazımi qaydada təhvil verdiyi sübut olunmadığından cavabdehin MMC qarşısında bir başa m ülki məsuliyyəti yaranmışdır. İddiaçı cavabdehə qarşı hazırki iddia tələbi irəli sürməkdə haqlı olmuşdur.
38. Məhkəmə gəldiyi nəticəni “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2015-ci il 29 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016cı il 16 noyabr tarixli Qərarı, MPM-in 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4, 384.0.2, 385, 420-ci maddələrinə istinadla əsaslandırmışdır.
39. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 29 aprel tarixində tərəflərin vəkillərinə məxsus Elektron kabinetində yerləşdirilmişdir.
40. Cavabdeh 2022-ci il 29 iyun tarixində həmin qətnamədən kasasiya şikayəti verərək, qətnamənin ləğv, iş üzrə icraat xitam verilməsi barədə qərar qəbul olunması nı və ya iddianın tələbinin tamamilə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri:
41. Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələrinin tələbləri pozulmuşdur. İddiaçı borc müqaviləsi üzrə 60.000 manatlıq mülkiyyəti barədə iddia qaldırarkən, öz iddiasını formalaşdıranda və müdafiə edəndə cavabdehin də hüquqlarına müdaxilə etmişdir. İddiaçı müvafiq iddialar dividentlərdən əldə edəcəyi gəlirlərini cavabdehə verməkdən yayınmaq üçün, məhkəməyə olunan şikayətin yalnız iddiaçının öz hüququndan sui-istifadə etməsi olmuşdur.
42. MM-in 10, 324, 385, 404, 425-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh 60.000 manat məbləğ ində borc götürmüş və 16.176,3 manat məbləğində vəsait qaytarılmışdır. Ödəniş tapşırığı qeyd olunanda orada məhz həmin təyinat və məbləğ göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı qaldırılan borc iddiasında, borc müqaviləsinin əsli deyil məhz nüsxəsi göstərilmişdir. Bunun nəticəsi olaraq hər iki məhkəmə instansiyası iddianı rədd etmiş və müqavilənin əslinin cavabdeh tərəfindən yoxa çıxarılması faktı təsdiq olunmamışdır. Kasasiya instansiyası tərəfindən ləğv edilmiş məhkəmə qətnamələrində göstərilmişdir ki, iş üzrə araşdırma genişləndirilsin.
43. Lakin, sonuncu apellyasiya instansiya məhkəməsində olan proses zamanı, məhkəmə tərəfindən heç bir əlavə araşdırma aparılmadan, iddia təmin olunmuş və cavabdehin borclu olduğu qət edilmişdir. Qərarda mülahizələri əsaslı prezumpsiya kimi götü rməsi, prosessual həqiqəti belə müəyyən etməməsi, bunu etmədən öz vəzifə mövqeyindən sui-istifadə edərək birtərəfli qərar verməsi cavabdehi qeyri-legitim və eksessiv sübutetmə yükü və təqsirlilik presumpsiyası altına qoymuşdur. Həmçinin müqavilənin əslinin olmaması və ÖDTP-nin mətnində borc sözünün yazılmaması iddiaçının sübütetmə vəzifəsinə mane olmamış, hətta mane olsa idi belə bu həlledici hal olmamışdır. Maliyyə müdiri kimi iddiaçının təyin etdiyi və hər məsələ ilə bağlı məsləhət və təftiş etdiyi nəzarətçi birinin imzası ilə olan sənədi cavabdehin təqsiri üçün mötəbər əsas hesab etmək bu halda əsassız sayılır.
44. MM-in 49.3-cü maddələrinin tələbləri pozulmuşdur. Müqavilənin yoxa çıxması, saxlanca verilməsi, arxivlənməsi, arxivdən kim(lər) tərəfindən neçə dəfə hansı müddətdə tələb edil məsi, geri qaytarılıb-qaytarılmaması, geri verilməyibsə səbəb və izahı, saxlanca cavabdeh şəxsin bu barədə müraciət və qeydi, daxili tədqiqat, götürənin izahatı, tapılmadığı halda dublikatının yaradılması zərurəti və bu barədə hansı hərəkətlər edilməsi, nə qədər saxlancda və arxivdə saxlandığı və cavabdehin bu hərəkətlərdə rolu, mövqeyi, iştirakı və s. bu kimi hallarla isbatlana bilmişdir. Lakin bunlara dair heç bir sənəd və digər sübut təqdim edilmədən cavabdeh formal mənbələrə istinadla vicdansızca, delikt törədici davranışda təqsirləndirilib. Müqavilənin öz mətnində gizlilik tələbinə 5 illik hədd qoyulub və müqavilədə ən uzun müddət barədə müddəa bu hissədə göstərilmişdir. İddia qaldırılan zaman müqavilədə ən uzun müddətli hissəsinin belə aidliyi bitmişdir. Qeyd olunanlarla bağlı məhkəm ə əsassız olaraq qarşı tərəfin mülahizələrini əsas götürərək qətnamə qəbul etmişdir.
45. MM-in 16, 21, 23, 49.3, 1096, 1097-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, qeyd olunan sübutlar göstərir ki, iddiaçının təqsirinin və iddia olunan ziyanla səbəb-nəticə əlaqəsinin olmadığı qənaətinə gəlinməli olduğu halda, iddia kifayətedici sübutlar olmadan sübut kimi qəbul edilmişdir. Məhkəmə əsassız yerə aşağı salınmış sübut standartında belə işin hüquqi və faktiki hallarına, sübutların məcmusuna hər tərəfli qiymət verdikdə, iddiaçının iddiasının isbat olunmadığını təsdiq edə biləcək durumda idi. Formal əsasa, mülahizələrə, təqsirin müəyyən edilməsinin belə aşağı standartının ola bilməyəcəyini təsdiqləyə bilərdi. Məhkəmə sübutetməni nəticə etibarı ilə birtərəfli və cavabdehin üzərinə eksess iv yük və məsuliyyət qoyan şəkildə tətbiq edib. Məhkəmə sübutetməni mümkün ən aşağı həddə qədər sadəcə mülahizələr əsasında, mübahisəsiz və dərhal sübut olunmuş saymaq dərəcəsinə qədər iddiaçının xeyrinə birtərəfli daraldıb. Məhkəmə təqsirin məhz cavabdehdə olmasını, pulun köçürüldüyü şirkətin təsisçisi cavabdeh olduğu faktından birbaşa, mübahisəsiz, mexaniki və yeganə dəlil kimi götürmüş və sübuta yetirilmiş kimi isbat olunduğuna görə, bu səbəbdən cavabdehin borcun qaytarılmamasında maraqlı olduğu göstərilmişdir. 46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2016-cı il 23 fevral tarixli Qərarın tələbləri pozulmuşdur. Belə ki, hazırki işdə məqsəd dividentləri, onlar barədə hesabatı və cərimələri cavabdeh tərəfi ndən tələb etməsinin qarşısını almaq və süni şişirtmə tələblərlə cavabdeh üçün əlverişsiz şərtlərlə əvəzlətmək məqsədi dayanmışdır. Məhkəmə qeyd olunanı icraatda davam etdirib isbatlanmış hal kimi təsdiq etməsi isə əlavə şərhə ehtiyacı olmayan kobud pozuntudur. Xüsusən də, yeni sübut olmadan, olanlar da əvvəlki və hamısı formal mənbələr olmaqla, MMC-nin cavabdehin təsisçisi olduğu faktının borcu ödəməkdə maraqlı olmamasının yeganə, kafi, mübahisəsiz və mexaniki dəlili olmasına dair prezumpsiyanın öz təsdiqini tapması məhkəmənin işi obyektiv araşdırmadığının aşkar dəlilidir. Bu sui-zənnin isə məhz cavabdehi vicdansızlığa və sənədləri də məhz qeyri-düzgün tərtib etməyə və yoxa çıxartmağa sövq etmiş ola bilməsinin yeganə, kafi, mübahisəsiz və mexaniki təsdiqi sayılması olduqca yolverilməz kob ud pozuntu, qanunsuz və əsassız olmuşdur. İşə xitam verilməli olduğu halda tam əks – mülki məsuliyyət barədə nəticə çıxarılmışdır. 47. “X7 və Azadlıqları haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, MPM-in 14.2, 80, 217.3, 217.4, 254.1.4-cü maddələrinin, Konstitusiya Məhkəməsinin 2004-cü il 25 mart tarixli qərarının tələbləri pozulmuşdur. Məhkəmə bundan öncəki məhkəmədə sübut olunmuş hallara istinad etməklə haqlı olmuş, tərəfin isə mülahizələrinə əsaslanması isə qadağan edilmişdir. Əvvəlki məhkəmə icraatı tam sübutlu və əhəmiyyətli idi, yoxlanmadan təsdiqlədiyi bütün hallar sübut əhəmiyyətli qəbul edilməli idi. Həmin qərarda təqsirin sübutsuzluqdan isbatlanmadığı, xaraktercə hərəkətlərin müqavilənin mövcudsuzluğu halında belə şifahi razılaşmanın mövcudluğu və əməkdaşlıq münasibəti süb ut olunmuş fakt kimi qeyd edilmişdir. Tərəfin ziddiyyətli mövqeyi (şifahi və yazılı müqaviləyə eyni əsaslı istinad və əsl nüsxə tələb olunanda ortaya atılması), uzun müddət tərəfin xəbərdarlıq və sənədlərin təhvil-təslimində hər hansı qüsura iddia etməməsi, cavabdehə qarşı heç bir icraat aparılmaması halları daxil, cavabdehin iddiaçının iddia qaldırdıqda vicdansız (şikayət hüququndan sui-istifadə etmə) hərəkətini təsdiq edilmişdir. Cavabdehin iddiaçıya vicdanlı davranışı da isbat olunmuşdur. Məhkəmələrdə cavabdehin borclu olduğu üçün bu təqsirli yanaşmanı törətməyinin isbatlandığı qənaətinə gəlmişdirlər. Ümumi yığıncaqda əsas söz sahiblərindən biri kimi iddiaçı-təsisçinin təyinetmə səlahiyyəti olan Maliyyə müdirinin təsis məqsəd olaraq nəzarət, təsis və çəkindirmə olsun.
48. Lakin eyni for mal mənbənin özündə bunlar eyni maddənin növbəti bəndlərində yer alsa da, məhkəmə bunlara diqqət etməmişdir. Cavabdehi təqsirkar çıxarmağa yönəlmiş iddiaçının bu iddiasının əsassızlığının sübutudur. Məhkəmənin işə araşdırma olmadan, səthi, iddiaçının əsassız mülahizələrini mexaniki birtərəfli qərara köçürmə üsulu ilə baxdığının sübutudur.
49. MPM-in 88, 386, 387.1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçının iddia etdiyi həcmdə, formada və səbəb nəticə əlaqəsi ilə delikt hadisəsi baş verməmişdir. İddianın faktiki və hüquqi əsası olmaması, subyektiv hüququn da olmadığı halı da işdə müəyyən edilməmişdir. Razılaşmaya uyğun vicdanlı və daim aksept ilə müşayiət olunan protokolun müddəalarını real icra etmək kimi ümumi razılaşdırılmış iş naminə mahiyyəti üzrə hərəkətlər olmuşdur.
50. Ali Mə hkəmə eyni həcmdə və dəlillərlə işin artıq baxıldığını (preyudisiallığını) rədd etmiş, araşdırmanın təkrar keçirməyi göstəriş verdiyi apellyasiya məhkəməsi də bu dəlilləri görməzdən gələrək tək tərəfli mülahizələri təmin etmişdir. Digər sübut növləri təqdim edilmədən eyni əsaslarla fərqli təqsirli qərarlarla cavabdehin Konvension hüquqların 6-cı, 1 Saylı Protokolun 1 və 17-ci maddəsi ilə birlikdə pozmuşdur.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci il 14 mart tarixli Qərarının nəticəsi pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsinin də qüvvədə olan qətnaməsi Ali Məhkəmə tərəfindən qüvvədə saxlanmışdır. Həmin qətnamədə eynilik təşkil edən arqumentlərlə və sübutlarla olan iki iş arasında ziddiyyət yaranmışdır. Belə ki, Ali Məhkəmənin sonuncu qətnaməsində qeyd olunmuşdur ki, işdə mahiyyət üzrə toqquşan maraqlara dair əsaslandrıma verilsin. Apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini mahiyyətcə düzgün qiymətləndirmədən, “downstream effect” deyilən effekt üzrə, yəni üzüyolalıqla, araşdırma barədə göstərişi dar, hərfi və məzmunsuz tətbiq edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası:
53. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllə:
54. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödən ilməsi nəzərdə tutulmasın.
55. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
56. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
57. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər h ansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
58. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı n izamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
59. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
60. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Hiro Balani İspaniyaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsin in 1994-cü il 9 dekabr tarixli Qərarı:
61. Milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 yanvar tarixli Qərarı:
62. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin fakt iki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 201 6-cı il 16 noyabr tarixli Qərarı:
63. Hüquqi şəxs üçün baş vermiş mənfi nəticələr öz-özlüyündə hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansız və (və ya) qeyri-peşəkar və məntiqsiz olmasına dəlalət etmir, çünki bu cür mənfi halların yaranması sahibkarlıq (maliyyə) riski nəticəsində baş verə bilər. Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətləri (hərəkətsizliyi) sahibkarlıq (maliyyə) riskini aşmadığı halda o, hüquqi şəxsə vurulmuş ziyana görə məsuliyyətə cəlb edilə bilməz.
64. Mülki Məcəllənin 49-cu maddəsinin mənasına görə, hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına və məntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta ye tirilməlidir.... Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığı aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs: - öz şəxsi maraqları ilə hüquqi şəxsin maraqları toqquşduğu halda hərəkət etmişsə; tərəfindən bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətmişsə və ya qeyri-dəqiq məlumatlar vermişsə; əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının müvafiq razılığı olmadan bağlamışsa; - hərəkətlərinin, törədildiyi anda hüquqi şəxsin maraqlarına cavab vermədiyini bilirdi və ya bilməli idisə, məsələn, əqdi hüquqi şəxs üçün aşkar surətdə əlverişsiz olan şərtlərlə və ya öhdəliklərini aşkar şəkildə yerinə yetirə bilməyəcək şəxslə bağlamışsa.... Hüquqi şəxs adınd an çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyripeşəkarlığı və məntiqsizliyi aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs: - ona məlum olan əhəmiyyətli məlumatı nəzərə almadan qərar qəbul etmişsə; -qərarın qəbulu üçün əhəmiyyətli və lazımi olan məlumatın əldə edilməsi üçün heç bir tədbir görməmişsə; - müqaviləni müvafiq hüquqi şəxsdə tələb olunan daxili prosedura riayət etmədən (hüquq şöbəsi ilə, mühasibatlıqla razılaşdırmadan) bağlamışsa. Mülki Prosessual Məcəllə:
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
68. Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutl arla əsaslandırır.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
74. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
75. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. III. Kasasiya baxışının hədləri
76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Cavabdeh kasasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 20 aprel tarixli, 2(103)-1950/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün 2022-ci il 20 aprel tarixli, 2(103)-1950/2022 saylı məhkəməyə qaytarılmalı, cavabdehin kasasiya şikayəti təmin edilməlidir.
79. Ali Məhkəmənin 2021-ci il 29 noyabr tarixli, 2(102)-5655/2021 saylı qərarında qeyd edilmişdir ki, hazırki iddia üzrə araşdırmalı olan məsələlər cavabdehin "xxxx" nun qanuni təmsilçisi olub olmaması, hansı dövrdə olması, həmin vəzifəyə təyin edilərkən və vəzifədən azad olunarkən "xxxx"nun maliyyə sənədlərinin lazımi qaydada təhvil alınıbverilməsi, mübahisələndirilən kredit müqaviləsinin "xxxx"nun hansı vəzifəli şəxsində saxlanılması, həmin sənədlər itirildiyi və ya məhv olunduğu halda, cavabdehin buna görə məsuliyyət daşıyıb-daşımaması və iddiaçının qarşısında mülki məsuliyyətinin yaranıbyaranmaması olmalıdır.
80. MPM-nin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən mahiyyəti üzrə baxan apellyasiya məhkəməsinin araşdırma predmetini də məhz həmin məsələlər təşkil etməli idi.
81. Konstitusiya Məhkəməsinin qərarında vurğulanmış hüquqi mövqeyə görə əgər hüquqi şəxs adından çıxış edən şəxs öz şəxsi maraqları ilə hüquqi şəxsin maraqları toqquşduğu halda hə rəkət etmişsə; tərəfindən bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətmişsə və ya qeyri-dəqiq məlumatlar vermişsə; əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının müvafiq razılığı olmadan bağlamışsa hüquqi şəxsin adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığı sübuta yetirilmiş sayılır. İş materiallarından isə qərarda qeyd edilənlərin tam əksi sübut edilir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə qeyd edilən müqavilə iddia ərizəsində də qeyd edildiyi kimi "xxxx" tərəfindən "xxxx"a borcun verilməsi məhz "xxxx"nun 11 mart 2010-cu il tarixdə keçirilmiş təsis yığıncağında qərara alınmış, iclasın protokoluna əsasən borc müqaviləsinin bağlanması cavabdehə həvalə edilmişdir. Beləliklə, iddiaçının özünün i ddia ərizəsində bildirdiklərinə görə Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş – cavabdehin, tərəfindən bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətməsi və ya qeyri-dəqiq məlumatlar verməsi, əqdi qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının müvafiq razılığı olmadan bağlaması halları təkzib edilir və buna görə də hüquqi şəxsin adından çıxış edən şəxsin, hazırkı halda isə cavabdehin yalnız müqavilənin bağlanması üzrə hərəkətlərinin (hərəkətsizliyinin) onun vicdansızlığını sübuta yetirdiyinə istinad etmək doğru deyildir.
82. İş materiallarında həmçinin qərarda istinad edilən cavabdehin vicdansızcasına hərəkət etdiyinə dəlalət edə biləcək hər hansı digər hallar da yoxdur. Apellyasiya məhkəməsinin istinad etdiyi - cavabdehin MMC-nin təsi sçisi olması və "xxxx" təsis edilərkən də MMC-nin direktoru olmaqla yeganə təmsiliçisi olduğu, "xxxx" tərəfindən MMC-yə ödənilən 60.000 manat pul vəsaitinin təyinatını göstərməməkdə və sənədləri lazımı qaydada saxlamamaqda maraqlı olduğu, cavabdehin "xxxx"nun qanuni təmsilçisi olduğu dövrdə maliyyə sənədlərinin lazımi qaydada saxlanılmasına cavabdeh olduğundan və vəzifədən azad olunarkən MMC-nin maliyyə sənədlərinin lazımi qaydada təhvil verdiyi sübut olunmadığından cavabdehin, MMC qarşısında bir başa mülki məsuliyyəti yarandığı barədə istinad etdiyi hallar Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin vicdansızcasına hərəkət etdiyini sübut və təsdiq edən hallar kimi qiymətləndirilə bilməz.
83. İş materiallarından həmçinin görünür ki, cavabdeh qısa müddətdə, yalnız 1 7 mart 2010-cu ildən 1 sentyabr 2011-ci ilədək, il yarım ərzində "xxxx" MMC-nin direktoru olmuş, məhkəməyə müraciət edilənədək isə həmin MMC-də digər şəxslər direktor olaraq müəssisəni təmsil etmişlər. Borc müqaviləsinin təsisçilərin razılığına əsasən, 11 mart 2010cu il tarixli iclası qərarına uyğun olaraq bağlandığı (i.v.40, 1—ci cild) və bütün təsisçilərin bundan məlumatlı olduqları nəzərə alınarsa, həmin borcun 2011-ci ilin sentyabr ayından sonra vaxtında tələb edilməməsi, buna dair zəruri sənədlərin saxlanılmaması üçün yalnız cavabdehin məsuliyyət daşıdığı nəticəsinə gəlmək üçün yetərli hesab edilə bilməz. Məhz qeyd edilən hallar nəzərə alınmaqla Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən cavabdehin hansı dövrdə "xxxx"nun qanuni təmsilçisi olması, həmin vəzifəyə təyin edilərkən və v əzifədən azad olunarkən "xxxx"nun maliyyə sənədlərinin lazımi qaydada təhvil alınıbverilməsi, mübahisələndirilən kredit müqaviləsinin "xxxx"nun hansı vəzifəli şəxsində saxlanılması, həmin sənədlər itirildiyi və ya məhv olunduğu halda, cavabdehin buna görə məsuliyyət daşıyıb-daşımaması və iddiaçının qarşısında mülki məsuliyyətinin yaranıbyaranmaması hallarınının araşdırılması barədə icrası məcburi olan göstərişlər verilmişdir.
84. Apellyasiya məhkəməsi isə işə yenidən baxılarkən "xxxx"nun maliyyə sənədlərinin lazımi qaydada təhvil verilib-verilməməsi barədə əlavə araşdırma aparılmasına lüzum olmadığı nəticəsinə gəlmiş, sübutların tərtib edilməsini və saxlanılmasının məhz cavabdehin vəzifəsi olduğunu, cavabdeh qanuni təmsilçi olduğu dövrdə maliyyə sənədlərinin saxlanılma qaydasına cavabdehli k daşıdığından, lakin sənədləri lazımi qaydada təhvil verdiyi sübut olunmadığından iddiaçı qarşısında məsuliyyətinin yarandığını qeyd etmişdir.
85. Hər hansı zəruri araşdırma aparmadığı, əksinə buna lüzum olmadığını qeyd etdiyi halda apellyasiya instansiya məhkəməsi cavabdehin "xxxx"nun qanuni təmsilçisi olduğu dövrdə maliyyə sənədlərinin lazımi qaydada saxlanılmasına cavabdeh olduğu və vəzifədən azad olunarkən MMC-nin maliyyə sənədlərini lazımi qaydada təhvil verdiyinin sübut olunmadığına görə cavabdehin MMC qarşısında bir başa mülki məsuliyyəti yarandığı nətəcəsinə gəlmiş, bu zaman vurulmuş ziyanın ödənilməsi üçün zəruri olan cavabdehin hərəkətləri ilə 60.000 manat məbləğində tələbin əvvəlki məhkəmə icraatı zamanı rədd edilməsi arasında səbəbli əlaqənin olub-olmadığı məsələsinə qiymət ve rməyi zəruri hesab etməmişdir. Məhkəmənin məntiqi ilə mübahisəyə yanaşılarsa hər hansı müqavilə üzrə tələblərin təmin edilməməsi hallarında onu bilavasitə bağlamış direktorlar, müəssisənin qanuni təmsilçiləri maddi məsuliyyət daşımalıdır ki, bu da qanuni hesab edilə bilməz. Belə ki, adi mülki dövriyyə şəraitində hüquqi və fiziki şəxslər öz kommersiya fəaliyyətlərini həyat keçirmək üçün müxtəlif mülki hüquqi müqavilələr bağlayır və üzərlərinə müvafiq hüquq və vəzifələr götürürlər. Yalnız müqavilə bağladığı, il yarım ərzində müəssisənin qanuni təmsilçisi olduğu və on il əvvəl bağladığı müqavilənin surətinin onda saxlanmadığı üçün həmin müqavilə üzrə verilmiş 60.000 manat məbləğində cavabdehin maddi məsuliyyət daşıdığı barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə, cavabdehin hərəkətlərində təqsirinin və iddia olunan ziyanla səbəb-nəticə əlaqəsinin sübut olunmadığından məhkəmə kollegiyasıın qənaətinə görə qanuni hesab edilə bilməz. Buna görə məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MM-in 16, 21, 23, 49.3, 1096, 1097-ci maddələrinin tələblərinin pozulduğu nəticəsinə gəlir.
86. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC təsis edilərkən S.Abdullayev müəssisənin nizamnamə kapitalına həm öz adından, həm də təsisçisi olduğu "xxxx" MMC adından ümumilikdə 724.487 manat məbləğində maya qoyduğu halda, müqavilə bağlamaqla 60.000 manatı mənimsəmək niyyəti güdməsi inandırıcı və ağlabatan deyildir.
87. Təsisçi olaraq iddiaçının borc müqaviləsinin bağlanmasına razılıq verildiyi və bu müqavilənin mövcudluğundan məlumatlı olduğu nəzərə alınmaqla, 60.000 manat məbləğin kreditor borcu kimi bu illər ərzində müəssisənin vergi hesabatlarında əks etdirilib etdirilməməsi, müəssisənin gəlirlə, yaxud zərərlə fəaliyyət göstərməsi kimi hallar da məhkəmə tərəfindən araşdırılmamış, cavabdehdən sonra direktor olmuş şəxslərin, həmçinin təsisçi olaraq iddiaçının 2013-cü ilin birinci rübündə qaytarılmalı olan borcun tələb edilməməsi ilə bağlı faktiki fəaliyyətsizliyi isə işə baxan apelyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir.
88. Bundan əlavə iş materiallarına əsasən 60.000 manat vəsaitin 16.176,3 manat hissəsi 3 may 2010-cu il tarixli qaimə-fakturaya əsasən torf və substrat formasında müvafiq əmlakın verilməsi ilə iddiaçıya ödənildiyi bildirilmiş, buna baxmayaraq iddiaçı 60.000 manat məbləğində vəsaiti on a ziyan vurulması qaydasında tam tələb etmiş, apelyasiya məkəməsi isə işin qeyd edilən hallarını, müqavilə üzrə qismən ödənişlər edildiyini nəzərə almadan müəssisəyə maddi ziyan vurulması əsası ilə qanunsuz olaraq tələbi tam təmin etmişdir.
89. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, 60.000 manat məbləğin kreditor borcu kimi bu illər ərzində müəssisənin vergi hesabatlarında əks etdirilib etdirilməməsi, "xxxx" MMC-nin həmin dövrdə gəlirlə, yaxud zərərlə fəaliyyət göstərməsi araşdırılmalı, həmçinin Ali Məhkəmənin əvvəlki qərarında verilmiş və icra edilməmiş göstərişlər üzrə hərtərəfli məhkəmə araşdırması aparılmalı, cavabdehdən sonra direktor və təmsilçi olmuş şəxslərin, həmçinin təsisçi olaraq iddiaçının mövcud borcun tələb edilməməsi ilə bağlı fəaliyyətinə hüquq i qiymət verilməli, beləliklə, mübahisənin qanuni həlli təmin olunmalıdır.
90. İşə kasasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 20 aprel tarixli, 2(103)-1950/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, cavabdehin kasasiya şikayəti təmin edilməlidir.
91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 20 aprel tarixli, 2(103)1950/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən ba xılmaq üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kasasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.