Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4569/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsi Yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarında dair protokolun, müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İd diaçı1 və onun vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2333/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2009-cü il tarixli, 2(043)1142/2009 saylı qətnaməsinə əsasən "xxxx" X8 ASC-nin Yevlax filialının cavabdeh X5 qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək "xxxx" İKB ASC-nin Yevlax filialının cavabdeh X9 arasında bağlanmış 11 mart 2009-cu il tarixli müqavilə ləğv edilmiş, 23083,14 ABŞ dolları məbləğində pul milli valyuta məzənnəsi ilə və 20 manat rüsum pulu X3 alınıb "xxxx" İKB ASC-nin Y evlax filialına ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, ev 12 a saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, evin hərracda satılması barədə tələb rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 saylı, 06.10.2009-cu il tarixli icra vərəqəsi icra olunması üçün 16.11.2009-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə izah verilmiş və həmin Məhkəmənin 8-043-2/10 saylı, 05.02.2010-cu il tarixli qərardadına əsasən həmin icra sənədinin ixtisaslaşdırılmış müəssisələr tərəfindən satılması yolu ilə icra edilməsi qərara alınmış dır. Fərdi yaşayəş evinin açıq hərracdan salıtması ilə bağlı hərracın keçirilməsi 06.05.2011-ci il tarixdə Külək” MMC-yə sifariş edilmişdir. "xxxx" MMC 17 avqust 2011-ci il tarixli, 01/2151 nömrəli təklifi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin 30 gün ərzində ilkin satış qismətindən 25 faiz aşağı qiymətə 12750 manata təklif edilmiş, əks təqdirdə ipotekaya xitam verilməsi göstərilmiş, lakin ev hərracdan satın alınmamışdır. 13.03.2014-cü il tarixdə ev tələbkar "xxxx" İKB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Bundan sonra Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 saylı, 06.10.2009-cu il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs kimi İddiaçı1 mülki iddiası tam təmin edilərək, onun xeyrinə təqsirləndirilən şəxslər X3, X1, X2 müştərək qaydada 16492,25 manat məbləğində pulun tutulması hökm edilmişdir. Həmçinin Kredit götürən şəxsin əmlaklarına-avtomobilləri üzərinə həbs qoyulmuş, həmin əmlaklar hərracda satılaraq əldə olunan pulun zərərçəkmişlərə ödənilməsi hökm olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 iddia ərizəsi və sonradan onun dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək hərrac təşkilatının 13.03.2014-cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolun, həmin tarixli müqavilənin etibarsız hesab edilməsini və bunun əsasında verilmiş 03.10.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğvin edilərək mülkiyyət hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsindən ipoteka qoyanların xəbəri olmamış, hərracların vaxtı və yeri barədə onlara rəsmi bildiriş göndərilməmişdir. İpoteka predmeti olan ev tutmaya yönəldikdə bu müqavilə bağlanan anda yetkinlik yaşına çatmış digər ailə üzvləri, oğlu 1984-cü il təvəllüdlü hərbiçi zabit X7 və qızı 1986-cı il təvəllüdlü X6 razılıqları alınmamışdır. Hərracın keçirilməsindən yalnız 2019-cu ilin iyul ayında icraçı tərəfindən məlumatlandırılmışdır. Hesab edir ki, keçirilmiş hərracların yekun nəticələri hesab edilən hərrac Təşkilatının 13.03.2014cü il tarixli, 15/01 nömrəli açıq hərracın yekunları barədə protokol və bunun əsasında verilmiş 03.10.2014-cü il tarixli ******** ** çıxarışın etibarsız əqdlərdir. Çünki, məhkəmənin qərarı ilə evinin hərracdan satılması barədə tələb rədd edilmişdir, həm də evdə qeydiyyatda olan iki yetkinlik yaşına çatan övladlarının notarial qaydada təsdiq olunmuş razılıq ərizələri alınmamışdır. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin (hakim Rəşad Mustafayev) 27 fevral 2019-cu il tarixli 2(044)-2006/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmadan hərrac keçirilmişdir. Belə ki, hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana (iddiaçıya) hərracın keçirilməsi barədə bildirişin göndərilməməsini və həmin bildirişin çatmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsi Hərracın keçirilməsi haqqında sifarişi 06.05.2011-ci il tarixdə verilmiş, hərrac təşkilatçısı "xxxx" MMC 17 avqust 2011-ci il tarixli, 01/2151 nömrəli təklifi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin 30 gün ərzində ilkin satış qismətindən 25 faiz aşağı qiymətə 12750 manata təklif edilmiş, əks təqdirdə ipotekaya xitam verilməsi göstərilmiş, bundan üç ilə yaxın müddət keçdikdən sonra Hərracın yekunları barədə 13 mart 2014-cü il tarixli 15/01 nömrəli protokol tərtib olunmuş və qeyd edilən əmlaka dair 13 mart 2014-cü tarixli "xxxx" MMC ilə tələbkar "xxxx" X8 arasında müqavilə bağlanmışdır. Lakin iş üzrə cavabdehlər hərracın keçirilməsi haqqında sifarişi 06.05.2011-ci il tarixdə verilməsinə baxmayaraq hansı səbəbdən üç ilə yaxın müddət keçdikdən sonr a 13 mart 2014-cü tarixli "xxxx" MMC ilə tələbkar "xxxx" X8 arasında müqavilə bağlanmasını əsaslandıra və buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə "xxxx" (Nikoyl İKB) ASC-nin nümayəndəsi X10 iddia müddətinin tətbiqinə dair ərizənə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Cavabdeh "xxxx" (Nikoyl İKB) ASC qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş Gəncə Şəhər Üzrə İcra İdarəsinin 27.02.2020-ci il tarixli 2059/19 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 saylı, 06.10.2009-cu il tarixli icra vərəqəsi icra olunması üçün 16.11.2009-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə izah verilmiş və həmin Məhkəmənin 8-043-2/10 saylı, 05.02.2010-cu il tarixli qərardadına əsasən həmin icra sənədinin ixtisaslaşdırılmış müəssisələr tərəfindən satılması yolu ilə icra edilməsi qərara alınmışdır. Sonradan həmin yaşayış evi 06.05.2011-ci il tarixdə hərraca göndərilmiş və 13.03.2014-cü il tarixdə ev tələbkar "xxxx" İKB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Odur ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1142/2009 saylı, 06.1 0.2009-cu il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Təqdim olunmuş Hərrac Mərkəzi "xxxx" MMC-nin "xxxx" ASC-nin rəhbərliyinə ünvanladığı 23.01.2020-ci il tarixli, 01/145 nörməli məktubda qeyd edilmişdir ki, uzun müddət keçdiyindən İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə yerləşən 12 A saylı fərdi yaşayış evinin hərracına dair məlumat və qeyd olunan iş üzrə sənədləri təqdim etmək tərəflərindən mümkünsüzdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03.07.2019-cu il tarixli məktubunda qey6d olunmuşdur ki, Gəncə şəhər Nizami rayon X11 İcraiyyə Komitəsinin 29.04.1991-ci il tarixli qərarının 4 nömrəli protokoluna əsasən ünvan 1 ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş lite r “A”-da 76.9 kvadrat metr zirzəmi, liter “B”-də 24.3 kvadrat metr yaşayış otağı, 20.2 kvadrat metr dəhliz, liter “V”-də 20.0 kvadrat metr əl damı, liter “Q”-də 9.8 kvadrat metr hamam və 400.0 kvadrat metr torpaq sahəsinin qanunlaşması haqqında rəy təsdiq edilmişdir və həmin tikintilər X4 istifadəsində saxlanılmışdır. 1 saylı notariat kontorunun 12.12.2001-ci il tarixli 4Ə-4-367 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk İddiaçı1 satmışdır və alıcıya 26.12.2001-ci il tarixli 4915 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra İddiaçı1 bu qeydiyyat vəsiqəsinin əvəzinə 12.01.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. “Nikoyl" İKB ASC-nin Yevlax filialının 11.03.2009-cu il tarixli 489 nömrəli məktubunda və 4 saylı notariat kontorunun 16.03.2009-cu il tarixli 9 saylı məktubunda bu əmlakın 16.03.2009-cu il tarixli 3M-1-129 saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edildiyi bildirilmişdir. İddiaçı1 17.03.2009-cu il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Hərrac Təşkilatının 13.03.2014-cü il tarixli 15/01 nömrəli açıq hərracın yekunları barədə protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən bu fərdi yaşayış evi "xxxx" İKB ASC-nin mülkiyyətinə keçmişdir və bankın adına 03.10.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fikrət Mehtiyev sədrlik edən və məruzəçi, Rəhman Muradov, Rəşad Mamedov) 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya m əhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, artıq qanuni qüvvəsini almış məhkəmə hökmünə əsasən İddiaçı1 onun evinin ipotekada olmasından xəbərinin olması və ona dəyən zərərə görə təqsirləndirilən şəxslərdən pul məbləğinin alması öz təsdiqini tapır. İddiaçı artıq 2009-cu ildən bəri ipoteka müqaviləsini mübahisələndirməmiş və onun sonda satılacağını güman etmişdir. Bundan başqa işdə olan icra işinə baxış keçirilərkən məlum olmuşdur ki, Gəncə şəhəri Nizami Rayon İcra şöbəsinin rəisi "xxxx" MMC-yə hərracın keçirilməsi haqqında 06.05.2011-ci il tarixli sifarişin icra olunması üçün göndərərkən məktubun surətini İddiaçı1 göndərmişdir (iş.v.141). Eyni zamanda Hərracın keçirilməsi barədə təklifi n iddiaçıya göndərilməsi barədə də işdə məktub mövcuddur (iş.v.143). Bütün bu sənədlərin işdə olmasına rağmən iddiaçının uzun müddətdən sonra evinin hərracda satılmasından xəbərinin olmaması barədə dəlilləri məhkəmə inandırıcı hesab etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və p rosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Hərracın keçirilməsi barədə bildirişlər ona göndərilməmiş, keçirilən hərracdan məlumatsız olmuş, ona hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməmişdir. Hərracın keçirilməsindən 2019-cu ilin iyun ayından məlumatlı olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almayaraq iddia tələbini rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi ni xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipote ka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 416.1 Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçı və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellya siya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbin rədd edərkən işdə olan sübutları MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirməmiş, bu da öz növbəsində maddi hüquq normalarının pozulmasına əsas olmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallarla bağlı, yəni hərracən keçirilməsi barədə onun məlumatının olmaması ilə bağlı məsələyə qiymət verərkən ehtimallara əsaslanmış, iddiaçının ipotekadan məluma tlı olması qənaətinə gəlmişdir. Digər tərəfdən iş materiallarında iddiaçının hərracın keçirilməsi barədə məlumatlandırılmasına dair hər hansı bir sənəd olmadığı halda məhkəmə həmin məktubların iddiaçıya da göndərilməsi qənaətinə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən qanunun göstərilən tələbinə riayət olunması işdən müəyyən edilmir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyan a verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Baxılan işdə hərracın təşkilatçısı olan "xxxx" MMC-nin “İpoteka haqqında” Azərbaycan Respublikası qa nununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı verməsi və bu barədə tərəflərə bildiriş göndərməsi, hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan verməsi, elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilməsi işdən müəyyən edilmir. Digər tərəfdən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci m addəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Baxılan işdə hərrac 2011-ci ildə keçirilməsinə baxmayaraq ipoteka predmeti ipoteka saxlayan bank tərəfindən hərracın keçirilməsindən 3 il sonra, yəni 2014-cü ildə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala da qiymət verməyərək sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iddia müddətinin tətbiqinə dair cavabdeh bankın ərizəsinə münasibət bildirərək qeyd edir ki, əvvəla əqdin etibarsızlığı ilə bağlı müddətlə iddia müddəti deyil, kəsici müddətlərdir və bu barədə ərizənin verilməsi tələb olunmur. Digər tərəfdən Mülki Məcəllənin 384.0.4.-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi ye nidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələbinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2333/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.