Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-457/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-457/2023 (Açar sözlər: istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi və mənəvi zərər tələbi) Bakı şəhəri 23 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5086/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)9049/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2019cu il tarixli 2(006)-758/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məh kəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-9049/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı istirahətdə olmadığı zaman, xx.xx.2017-ci il tarixdə şəxsi atından istifadə etməklə işəgötürənin mənafeyinə uyğun olaraq, yəni işəgötürənin istehsal edərək satdığı elektrik enerjisinin sayğacdan kənar istifadə edilməməsini təmin etmək, bunun üçün də elektrik enerjisinin uçotunu aparan sayğaclara nəzarəti həyata keçirmək üçün gedərkən, iş vaxtı ərzində, iş yerinə gedən zaman atdan yıxılaraq, b ədən xəsarətləri almış və bu barədə müvafiq orqanlara məlumat vermişdir. Hadisənin istehsalatda baş vermiş hadisə olmaması məhkəmə iclasında cavabdeh tərəfindən təkzib edilməmiş və buna dair hər-hansı sübut təqdim edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə, sonra isə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 58.040 manat maddi ziyan (27.040 manat itirilmiş qazanc + 31.000 manat xəstəxana xərcləri), 50.000 manat mənəvi ziyan olmaqla, pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi; cavabdeh "xxxx" ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun iddiaçıya verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin tabeliyində olan Yardımlı rayon Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi-mühəndis işləmişdir. Nəzarətçi işlədiyi ərazi evindən 48 km. məsafədə yerləşmişdir. İşinə həmişə məsuliyyətlə yanaşmış, hər gün işə vaxtında getmiş, heç vaxt işə gecikməmiş və rəhbərlik tərəfindən belə bir irad almamışdır. Rəhbərliklə razılaşmaya əsasən məsafənin uzaq olması ilə əlaqədar nəqliyyat təminatı olmadığından uzun illər şəxsi atından nəqliyyat vasitəsi kimi xidməti əraziyə getmək üçün istifadə etmişdir. 11 aprel 2017-ci ildə həmişəki kimi səhər işə getmiş, «Battaqlı» dərə a dlanan yerdən keçərkən atdan yıxılmış, ayağı sınmış və ağır xəsarətlər almışdır. İlkin olaraq, Biləsuvar rayon xəstəxanasına aparılmışdır. Orada əməliyyat olunduqda ayağında 12 yerdə qəlpə olduğu məlum olmuşdur. Hazırda ayağına mil qoyulmuşdur. Sonradan da dəfələrlə müxtəlif cərrahi əməliyyatlara və prosedurlara məruz qalsa da, sağlamlığı bərpa olunmamışdır. Nəticədə ikinci qrup əlillik almışdır. Cavabdeh işdə aldığı xəsarəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədiyi və baş vermiş bədbəxt hadisə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə məlumat vermədiyi üçün o, məhkəməyə müraciət etmişdir. Onun həqiqətən də, işdə əmək xəsarəti alması məhkəmə qərarı ilə müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən onun barəsində istehs alatda bədbəxt hadisə baş verməsi haqqında İZ formalı 04/2020 nömrəli akt tərtib edilmişdir. Hazırkı iddia ərizəsində qeyd edilən xəsarətin həqiqiliyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiqlənir. Cavabdehin təqsiri ondan ibarətdir ki, o, qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi şərtlərini təmin etməmişdir. Onun orta aylıq əmək haqqı 560 manat məbləğində olmuşdur. Ona görə də, qeyd edilən dövr üzrə (xx.xx.2017-xx.xx.2021) sağlamlığa vurulmuş zərərə görə itirilmiş qazancın məbləği 48 ay üçün 26.840 manat məbləğindədir. Bundan başqa, o, müxtəlif tibbi cərrahiyyə əməliyyatlarına məruz qalmışdır ki, bunun da məbləği aşağıda göstərilən kimidir: xəstəxana xərcləri (bununla bağlı qidalanma, bununla bağlı gediş-gəliş, cərrahiyyə əməliyyatları) 31.000 manat. Mənəvi ziyanla bağlı qeyd edir ki, cavabdeh ona heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İşdə aldığı xəsarətə hüquqi qiymət verməmələri, ona qarşı qanunsuz hərəkətləri və onu əsassız olaraq işdən çıxarmaları ona çox pis təsir etmişdir. Belə vəziyyətə düşməsi, işdən çıxarılması və həmin vaxtdan bəri çəkdiyi xərclər, itirdiyi vaxt ucbatından ciddi mənəvi sarsıntılar keçirir, əsəb və yuxu sistemi də əhəmiyyətli dərəcədə pozulmuşdur. Hesab edir ki, mənəvi zərər kimi ona 50.000 manat məbləğində ziyan dəymişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 01 oktyabr 2021-ci il tarixli, 2(006)-4696/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı işəgötürən tərəfindən əməyin mühafizəsinin hansı qaydalarına əməl olunma dığına görə bədbəxt hadisənin baş verməsini sübut edə bilməmiş, qanuni qüvvəsini almış məhkəmə aktlarında isə cavabdehin sözügedən qaydalara əməl etməməsi faktı müəyyən edilməmişdir. Başqa sözlə, sözügedən məhkəmə aktları ilə iddiaçının yalnız əmək xəsarəti alması faktı tanınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun sağlamlığına zərərin vurulmasında işlədiyi "xxxx" ASC-nin təqsirkar olması ilə əlaqələndirsə də, istehsalat xəsarətinin baş verməsinin cavabdeh təşkilatın təqsirli və ya hüquqazidd hərəkətləri nəticəsində baş verməsini sübuta yetirə bilməmiş, habelə maddi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi hallara (ona tələb etdiyi miqdarda (məbləğdə) maddi ziyan vurulmasına) dair mötəbər sübutlar təqdim etməmiş, qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdi qini tapmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən 58.040 manat maddi ziyan tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassız olduğundan rədd edilməlidir.
8. Məhkəmə iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Belə ki, əsas tələb vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olmaqla, həmin hissədə iddia tələbi rədd edildiyindən, əlavə tələb kimi çıxış edən vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə də iddia rədd edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 239, 217, Mülki Məcəllənin 21, 1096, 1097.1, Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə görə zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən b aşqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Məhkəmə qeyd edilən normanı tətbiq etməli olduğu halda bu normaya ümumiyyətlə qətnamədə istinad etməmişdir. Zərər onun qəsdi nəticəsində əmələ gəlməmişdir, bu barədə heç bir sübut olmadığı üçün ona dəymiş zərər "xxxx" ASC tərəfindən ödənilməlidir. Hazırki işdə cavabdeh "xxxx" ASC öz təqsirsizliyini sübuta yetirə bilməmişdir, o "xxxx" ASC-nin təqsirliliyini sübuta yetirməyə borclu deyildir və ASC öz təqsirsizliyini sübuta yetirmədiyi halda ona vurulmuş ziyana görə təqsirli hesab edilir. Cavabdeh ASC tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsini təmin etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Onun aldığı xəsarətlə cavabdehin hərəkət və hərəkətsizliyi arasında əlaqə olmasaydı İZ formalı akt tərtib olunmazdı. Cavabdehin hərəkətsizliyi arasında əlaqə ondan ibarət olmuşdur ki, cavabdeh onun sağlam və təhlükəsiz iş şəraitini təmin etməmişdir. Cavabdeh təhlükəsiz iş prosesini yaratmamışdır, onun 43 kənddə yerləşən işıq sayğaclarını yoxlaması üçün nəqliyyat vasitəsilə təmin etməmiş, əməyin təhlükəsizliyi ilə bağlı təlimat keçməmişdir ki, bu da cavabdehin hərəkətsizliyidir ki, onun xəsarət alması ilə nəticələnmişdir. Baş vermiş istehsalatda bədbəxt hadisə barədə ASC X3 məlumat verməmiş, hadisənin baş vermə faktını gizlətmiş, İZ formalı aktı tərtib etməkdən boyun qaçırmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11802/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər Vahid Sadıqov – sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və A zad İmanov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(006)-4696/2021 saylı qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməmiş «cavabdeh ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun ona verilməsi vəzifəsinin qoyulması» hissəsində ləğv edilmiş və işin icraatına həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vahid Sadıqov – sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 2(103)-11802/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)-4696/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
14. Apellyasiya kolegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş qətnaməsi ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuşdur. Baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Belə olan halda qətnaməyə əsasən işəgötürən yuxarıda göstərilən qaydalara uyğun olaraq X3 məlumat verməli, bundan sonra göstərilmiş qaydada komissiya yaradılmalı, təhqiqat aparılmalı, müvafiq qaydada təhqiqat aktı tərtib edilməli idi. Lakin həmin işin materiallarından qətnamənin (icra vərəqəsinin) icra edilməsi üçün İcra şöbəsinə göndərilməsi görünsə də, nəzərdə tutulmuş qaydada icrası müəyyən edilmir.
15. Bundan sonra, yalnız işəgötürən tərəfindən İZ formalı 04/2020 saylı akt tərtib edilmiş, aktda göstərilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə saat 07:20-də şəxsi təsərrüfatına aid atdan yıxılaraq bədən xəsarətləri almışdır. Lakin aktda nə əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər göstərməmiş, nə hal şahidləri göstərilməmiş, sadəcə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi qəbul edilmişdir. 16. “Azərbaycan R espublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir.
17. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. İşəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır. Təqsir məsələsi isə yuxarıda qeyd olunan qaydada aparılan təhqiqatın nəticəsində müəyyən oluna bilər. Məhz X5nin yaratdığı xüsusi kommisiya tərəfindən aparılan araşdırma (təhqiqat) zamanı işəgötü rən öz təqsirsizliyini sübuta yetirməlidir və baş vermiş istehsalat qəzasında kimin təqsirli olması məsələsi də yalnız təhqiqat aktı ilə müəyyən oluna bilər. Yəni, iddiaçının istinad etdiyi normada, işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə, təqsirin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzinin tam həcmdə ödənilməli olması nəzərdə tutulmuşdur. Başqa sözlə, işəgötürənin maddi məsuliyyət daşıması (tam həcmdə) üçün onun təqsiri (dərəcəsindən asılı olmayaraq) müəyyən edilməlidir.
18. Qanuni qüvvəyə minmiş qətnamə ilə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi (İZ) aktının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş olsa da, həmin qətnamənin qeyd olunan şəkildə icra edilməsi müəyyən edilmir. Kollegiya iddiaçıya iza h edir ki, həmin qətnamənin icrasının təmin edilməsini tələb etməlidir. Nəzərdə tutulmuş qaydalara əməl edilərək tərtib edilmiş təhqiqat aktı ilə işəgötürənin təqsiri olmadığı müəyyən edilərsə, həmin təhqiqat aktını məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır.
19. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 217.1, 217.2, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, zərər iddiaçının qəsdi nəticəsində əmələ gəlməmişdir, bu barədə heç bir sübut olmadığı üçün ona dəymiş zərər "xxxx" ASC tərəfind ən ödənilməlidir. Hazırki işdə cavabdeh "xxxx" ASC öz təqsirsizliyini sübuta yetirə bilməmişdir, o "xxxx" ASC-nin təqsirliliyini sübuta yetirməyə borclu deyildir və ASC öz təqsirsizliyini sübuta yetirmədiyi halda ona vurulmuş ziyana görə təqsirli hesab edilir. İZ formalı aktda da Maqsud Bəgalıyevin qəsdi nəticəsində zərər almağı göstərilməmişdir. İddiaçıya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş ziyanın əvəzi ödənilməlidir. Məhkəmə cavabdehin hadisənin təhqiqatını aparmamasını, komissiya yaratmamasını cavabdehin leyhinə qəbul etmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirmədən, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov – sədrlik edən və məruzəçi, Ələsg ər Əliyev və Mehparə Əhmədova) 2(102)1938/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
23. Məhkəmə kollegiyasının qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-361/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı istirahətdə olmadığı zaman, xx.xx.2017-ci il tarixdə şəxsi atından istifadə etməklə işəgötürənin mənafeyinə uyğun olaraq, yəni işəgötürənin istehsal edərək satdığı elektrik enerjisinin sayğacdan kənar istifadə ed ilməməsini təmin etmək, bunun üçün də elektrik enerjisinin uçotunu aparan sayğaclara nəzarəti həyata keçirmək üçün gedərkən, iş vaxtı ərzində, iş yerinə gedən zaman atdan yıxılaraq, bədən xəsarətləri almış və bu barədə müvafiq orqanlara məlumat vermişdir. Hadisənin istehsalatda baş vermiş hadisə olmaması məhkəmə iclasında cavabdeh tərəfindən təkzib edilməmiş və buna dair hər-hansı sübut təqdim edilməmişdir.
24. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, Apellyasiya Məhkəməsi iddiaçını yeni mübahisə açmağa, yenidən məhkəmə qarşısında dayanmağa istiqamətləndirmişdir. Belə ki, məhkəmə izah etmişdir ki, iddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını tələb etməli, bunun nəticəsindən narazı qaldığı təqdirdə həmin təşkilatın qərarlarından yenidən müvafiq məhkəməyə müraciət et məlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Emin Mehdiyev – sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Xəyal Sarıyev) 2(103)-50866/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən mənəvi zərərə görə 3000 (üç min) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının aldığı xəsarətlərin məhz əmək vəzifələrinin yerinə yetirilməsi zamanı yarandığ ı, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübuta yetirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsi ilə İddiaçı ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. "xxxx" ASC məhkəmənin qətnaməsini icra edərək “İstehsalatda bədbəxt hadisə haqqında” 04/2020 nömrəli, İZ formalı Akt tərtib etmişdir.
27. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əmək qabiliyyətinin 40% hissəsinin itirildiyi müəyyən edilmiş, ona üçüncü dərə cəli əlillik təyin edilmişdir. Əlillik müddətinin sonu xx.xx.2025-ci il qeyd edilmişdir. 28. "xxxx" ASC tərəfindən tərtib edilmiş 25 may 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı hesablanmış orta aylıq əmək haqqı 280,26 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 08 iyul 2022-ci il tarixli “Zərərə görə verilən ödənc haqqında” əmrin surətindən görünür ki, istehsalatda əmək vəzifəsini yerinə yetirərkən əlil olmuş Cənub RETSi-nin yardımlı Elektrik şəbəkəsinin nəzarətçi mühəndisi İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 112 manat, Cəmiyyət üzrə işçilərin əmək haqlarının artırılması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən etibarən hər ay 135 manat məbləğində müavinət ödənilməsi qərara alınmışdır.
29. İddiaçı adına olan hesab k artı məlumatına əsasən "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış 7453 manat birdəfəlik ödəniş məbləği həmin hesaba köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə isə aylıq 135 manat həmin hesaba mədaxil edilmişdir. Apellyasiya baxışı zamanı iddaçı İddiaçı izahatında onun hesabına qeyd edilən məbləğin mədaxil edildiyini bildirmişdir.
30. Məhkəmə kollegiyası maddi ziyanın itirilmiş qazancla bağlı hissəsinə münasibətdə bildirmişdir ki, hazırda cavabdeh təşkilat tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçıya dəymiş zərərin aradan qaldırılması yönündə müvafiq hərəkətlər həyata keçirilmiş, mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçıya əlillik dərəsinə uyğun olaraq orta əmək haqqı nəzərə alınmaqla müavinət qismində birdəfəlik ö dənişləredilmiş, qalan hissəsinin aylar üzrə ödənilməsi davam etdirilməkdədir. Göründüyü kimi mübahisə artıq həmin hissədə həll edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.
31. Apellyasiya instansiyası məhkəməsi maddi ziyanın xəstəxana xərcləri ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya xəstəxana xərclərini təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi dəfələrlə təklif edilsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddianın həmin hissəsi təmin edilməməlidir.
32. Bundan başqa, məhkəmə kollegiyası iddianın “cavabdeh ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun ona verilməsi vəzifəsinin qoyulması” barədə hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçıya artıq üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilərək, bu əsasla ona müavinətin ödənilməsi qərara alındığından mübahisə həmin hissədə həllini tapmış və iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması faktının rəsmiləşdirilməsinin gecikdirilməsi və ödənişlərin vaxtında verilməməsi nəticəsində mənəvi zərər çəkməsi barədə dəlillərinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, dəymiş mənəvi zərərə görə ağlabatan və adekvat həddə olan 3000 (üç min) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəl lənin 21.1, 21.2, 1118.1, 1118.2, 1119.1, 1119.2, 1119.3-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1, 2, 3-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin cavabdehdən iddiaçının xeyrinə 58040 manat maddi ziyanın (27040 manat itirilmiş qazanc +31000 manat xəstəxana xərcləri – qidalanma, gediş-gəliş, cərahiyyə əməliyyatları xərcləri) tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyas iya instansiyası məhkəməsində zərərin iddiaçının qəsdi nəticəsində ödənilməsi sübuta yetirilməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ziyan dəyməsini müəyyən etsə də, iddiaçının tələb etdiyi maddi ziyanı cavabdehdən tutmamışdır. Lakin iş materiallarında iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılaşmanı əks etdirən, iddiaçı tərəfindən imzalanmış sənəd olmadığı üçün, birdəfəlik edilmiş ödənişdən sonra qalan hissəsinin aylar üzrə ödənilməsi davam etmədiyi üçün məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndi və 1.3-cü bəndini tətbiq edərək iddiaçının iddiasını təmin etməli idi. Nəticədə iddiaçı əmək xəsarəti nəticəsində ona vurulmuş ziyanı tam almaq, bu günə qədər çəkdiyi xərcləri və itirdiyi qazanclarını əvəzləşdirmək və bundan sonra da sağlamlığını bərpa etmək etmək imkanından məhrum olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsini təmin etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçıya vurulmuş ziyan məbləğini tam tutmalı idi ki, məhkəmə bunu etməmiş, nəticədə iddianı rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, mal ik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
41. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavin ətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
42. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
43. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəli rin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır.
44. Maddə 1119.3. Zərərçəkən in orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 45. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəz ərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmi şdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olm aqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Qanunvericinin bu yanaşmasına müvafiq olaraq Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndində müəyyən edilmişdir ki, zərərçəkənin təqsirinin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirinin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər ş əxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, zərərin ödənilməsi üçün peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi ilə yanaşı, istehsala tda baş vermiş bədbəxt hadisə haqqında akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı (yəni, hər iki sənəd) olmalıdır. Həmin Qərarın 1.4-cü bəndinə əsasən təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. 47. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinet inin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarının (hazırda qüvvədən düşmüşdür) 5.2-ci bəndində qeyd edilmişdir ki, əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1(bir) il müəyyənləşdirilir. 48. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qər arında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarının 1.7-ci bəndində qeyd edilmişdir ki, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən yəni, cavabdehdən iddiaçının xeyrinə 58040 manat maddi ziyanın (27040 manat itirilmiş qazanc +31000 manat xəstəxana xərcləri – qidalanma, gediş-gəliş, cərahiyyə əməliyyatları xərcləri) tutulmasının təmin edilməməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin maddi ziyan tələbinin rədd edilməsi hissəsində ləğvi üçün qanuni əsas ola bilməz.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5086/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi maddi ziyan tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.