Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4573/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Hümmət oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4573/21 (Açar sözlər: yolun açılması, qanunsuz müdaxiləyə son qoyulması) Bakı şəhəri, 31 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 Hümmət oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2408/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qətnamə sindən Cavabdeh1 Hümmət oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 Hümmət oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “yolun açılması və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Hümmət oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilmiş ona məxsus həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gedən yolun cavabdehlərin vəsaiti hesabına açılması, həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş və Cavabdeh1 Hümmət oğlu tərəfindən yararsız hala salınmış hasarın sonuncunun vəsaiti hesabına bərpa edilməsi və cavabdehlərin ona məxsus daşınmaz əmlaka qanunsuz müdax iləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Güvəndik kəndi ərazisində ona məxsus 0,0065 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 57,1 kv.metr olan fərdi yaşayış evi vardır. Cavabdehlərlə uzun müddətdir ki, qonşuluqda yaşayır və son zamanlara qədər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2017-ci ilin payız aylarından etibarən cavabdehlər müxtəlif üsullarla ona məxsus daşınmaz əmlaka qanunsuz müdaxilə edir və ona məxsus evin giriş-çıxış yolunu bağlamışlar. Belə ki, evinin arxa tərəfində yerləşən daş hasarın xımını qazaraq həmin hasarın qəzalı vəziyyətə düşməsinə səbəb olmuşlar. Bundan b aşqa onun evinə giriş-çıxış yolunu zəbt etməklə yanaşı həmin yolun onun tərəfindən təmir edilməsinə imkan vermirlər. Həyətyanı torpaq sahəsinə quraşdırılmış dəmir darvazanı sındıraraq yararsız hala salmış və evə gələn elektrik xəttini saxlayan işıq dirəyini sındırmışlar. Cavabdehlərin qanunsuz hərəkətləri ilə əlaqədar aidiyyəti orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamış və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 avqust 2018-ci il tarixli 2(062)-1806/2018 nömrəli qərardadı ilə (hakim Nofəl Mustafayev) məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məh kəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.12.2018-ci il tarixli mütəxəsis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin 21.01.2019-cu il tarixli ekspert rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Tovuz rayonu Güvəndik kəndi ərazisində yerləşən 0,0065 ha həyətyanı torpaq sahəsinə gedən yolun 75,5 kv.metr hissəsinin cavabdeh X3 tərəfindən, 58,5 kv.metr hissəsinin isə Cavabdeh2 tərəfindən tutularaq istifadə edildiyi müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin ətrafına çəkilmiş eni 0.4 metr, uzunluğu 34,4 metr olmaqla ümumi sahəsi 13,6 kv.metr olan daş hasarın üzərində olan çatlar nəzərə alınaraq, hasara ziyan vurulduğu müəyyən edilmiş, lakin ziyanın kimin tərəfindən vurulmasının müəyyən edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(062)-77/2019 nömrəli qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddia tələbi qismən təmin edilərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Tovuz rayonu Güvəndik kəndi ərazisində yerləşən 0,0065 ha həyətyanı torpaq sahəsinə gedən yolun zəbt etdiyi 75,5 kv.metr hissəsindən Cavabdeh1 Hümmət oğlunun, zəbt etdiyi 58,5 kv.metr hissəsindən isə Cavabdeh2 çıxarılması, cavabdehlər Cavabdeh1 Hümmət oğlunun və Cavabdeh2 İddiaçı məxsus daşınmaz əmlaka qanunsuz müdaxiləsinə son qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 50 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 Hümmət oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə 60 manat mütəxəssis rəyinin verilməsi üçün çəkilən xərcin cavabdehlər Cavabdeh1 Hümmət oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmədə aydın oldu ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Tovuz rayonu Güvəndik kəndi ərazisində yerləşən 0,0065 ha həyətyanı torpaq sahəsinə gedən yolun 75,5 kv.metr hissəsinin Cavabdeh1 Hümmət oğlu tərəfindən, 58,5 kv.metr hissəsinin isə Cavabdeh2 tərəfindən tutularaq istifadə edildiyi müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin ətrafına çəkilmiş en i 0,4 metr, uzunluğu 34,4 metr olmaqla ümumi sahəsi 13,6 kv.metr olan daş hasarın üzərində olan çatlar nəzərə alınaraq, hasara ziyan vurulduğu müəyyən edilmiş, lakin ziyanın kimin tərəfindən vurulmasının müəyyən edilməsi mümkün olmamışdır. İşin bu halı iş materialları və ekspert rəyi ilə də öz təsdiqini tapır. İddiaçı iş üzrə Cavabdeh3 digər cavabdehlərlə birlikdə ona məxsus həyətyanı torpaq sahəsinə gedən yolu zəbt etdiyini və ona məxsus həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş daş hasara dəymiş zərərin cavabdehlər tərəfindən vurulmasını iddia etsə də, məhkəməyə buna dair heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu, Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 170.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov - sədrlik edən və məruzəçi, İspəndiyar Şəfiyev, Azər Bayramov) 2(104)-2408/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(062)-77/2019 saylı qətnaməs inin iddia tələbinin təmin olunmamış hissəsində qismən ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, İddiaçı həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş və Cavabdeh1 Hümmət oğlu tərəfindən yararsız hala salınmış daş hasarın cavabdehin hesabına bərpa edilməsi, Tovuz Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(062)-77/2019 saylı qətnaməsinin Cavabdeh3 münasibətdə iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasına təqdim edilmiş 4 ədəd fotoşəkildən görünür ki, daş hasar çatlamış və əyilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməmiş hissəsində gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki. iddiaçı iş üzrə Cavabdeh3 digər cavabdehlər lə birlikdə ona məxsus həyətyanı torpaq sahəsinə gedən yolu zəbt etdiyini və ona məxsus həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş daş hasara dəymiş zərərin cavabdehlər tərəfindən vurulmasını iddia etsə də, məhkəməyə buna dair heç bir sübut təqdim etməmişdir. Məlikəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə Cavabdeh3 münasibətdə razılaşsa da, hasara dəymiş ziyanla bağlı hissəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2019-cu il tarixli, 26275 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən, İddiaçı Xalıqverdı oğlunun mülkiyyətində olan Tovuz rayonu, Güvəndik kəndi ərazisində yerləşən 0,0065 na həyə tyanı torpaq sahəsinə gedən yolun 75,5 kv.metr hissəsinin cavabdeh X3 tərəfindən, 58,5 kv.metr hissəsinin isə Cavabdeh2 tərəfindən tutularaq istifadə edildiyi müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin ətrafına çəkilmiş eni 0,4 metr, uzunluğu 34,4 metr olmaqla ümumi sahəsi 13,6 kv.metr olan daş hasarın üzərində olan çatlar nəzərə alınaraq, hasara ziyan vurulduğu müəyyən edilmiş, lakin ziyanın kimin tərəfindən vurulmasının müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iş üzrə əldə edilmiş ekspert rəyi ilə Cavabdeh3 iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun tutularaq istifadə edilməsi müəyyən olmamışdır. Həmçinin iddiaçı bu barədə digər mötəbər sübut növü məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddianın Cavabdeh3 münasibətdə təmin edilməməs i barədə gəldiyi nəticədə haqlı olmuşdur. İddianın daş hasara vurulmuş ziyanla bağlı hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əldə edilmiş ekspert rəyində İddiaçı mülkiyyətində olan Tovuz rayonu. Güvəndik kəndi ərazisində yerləşən 0,0065 ha həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş eni 0,4 metr, uzunluğu 34,4 metr olmaqla ümumi sahəsi 13,6 kv.metr olan daş hasarın üzərində olan çatlar nəzərə alınaraq, hasara ziyan vurulduğu müəyyən edilmişdir. Rəydə ziyanın kimin tərəfindən vurulmasının müəyyən edilməsi mümkün olmadığı göstərilsə də, rəyə əlavə edilmiş sxemə əsasən sözügedən daş hasar iddiaçının torpaq sahəsinin Cavabdeh1 Hümmət oğlu ilə sərhədində yerləşməsi və həmin yolun bir hissəsinin Cavabdeh1 Hümmət oğlu tərəfindən zəbt edilməsi onu deməyə əsas verir k i, iddiaçının dəlilləri əsaslıdır. Məhkəmə kollegiyasına təqdim edilmiş 4 ədəd fotoşəkildə də daş hasarın çatlaması və əyilməsi aşkar görünür, İddiaçı da məhkəmə kollegiyasının iclasında verdiyi izahatında Cavabdeh1 Hümmət oğlu tərəfindən onun həyətyanı torpaq sahəsinin ətrafına çəkdiyi daş hasarın altıı qazıldıqdan sonra daş hasar çatladığını və əyildiyini göstərmişdir. Göründüyü kimi, Cavabdeh1 Hümmət oğlu tərəfindən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Güvəndik kəndi ərazisində yerləşən 0,0065 ha həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş eni 0,4 metr, uzunluğu 34,4 metr olmaqla ümumi sahəsi 13.6 kv.metr olan daş hasara ziyan vurulmuş və daş hasar qatlaşaraq əyilmişdir. Ona görə də, Cavabdeh1 Hümmət oğlu tərəfindən yararsız hala salınmış daş hasar onun vəsaiti hesabına bərpa edil məlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 Hümmət oğlu (vəkili X1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin məhkəmə baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi zorla onun boynuna qoyur ki, iddiaçıya məxsus betona o, ziyam vurmuşdur. O, iddiaçıya ziyan vurmamışdır. Ekspert rəyinə gəldikdə isə, həmin rəylə razılaşmır. Çünki rəy obyektiv olmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icr aatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, Cavabdeh1 Hümmət oğlunun vəkili X1, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh1 Hümmət oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olu nur. Maddə 29.1 və 29.2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə ki, Cavabdeh1 Hümmət oğlu kasasiya şikayətində iddiaçıya ziyan vurmadığını göstərsə də, iş materiallarında olan rəyə əlavə edilmiş sxemə əsasən sözügedən daş hasar i ddiaçının torpaq sahəsinin Cavabdeh1 Hümmət oğlu ilə sərhədində yerləşir və həmin yolun bir hissəsi Cavabdeh1 Hümmət oğlu tərəfindən zəbt edilmişdir. Bu da Cavabdeh1 Hümət oğlu tərəfindən iddiaçının hasarına ziyan vurulmasını sübut edir. Digər tərəfdən Cavabdeh1 Hümmət oğlu kasasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını göstərsə də, iş materialları ilə müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi həmin rəyə istinad edib qətnamə qəbul edərkən cavabdeh həmin qətnamə ilə razılaşmış və apelyasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir. Bu hal da cavabdehin kasasiya şikayətinin formallığının sübutudur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğ vi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Hümmət oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2408/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.